Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-49/2022 15.02.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı və üçüncü şəxs X13 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “JN-0023 kod 40710038 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət aktında düzəliş edilərək “X10” adının əvəzinə “X23”nun adının yazılması, Dövlət aktında “X24”nın soyadında olan səhvin düzəldilərək onun soyadı, adı, ata adının şəxsiyyətini təsdiq edən sənədindəki “İddiaçı” kimi yazılması və hüquqmüəyyənedici sənədlərin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı (İsmayıllı Rayon İcra Hakimiyyəti) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayılı rayon Aqrar İslahat Komissiyasının 29 aprel 2002ci il tarixli 131 saylı qərarına əsasən verilmiş JN-0023 kod 40710038 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktının ləğv edilməsi, İsmayıllı rayon Uştal kəndində yerləşən ümumilikdə 6,97 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsinin və JN-0023 kod 40710038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən adı, atasının adı və soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və soyadı ilə düzəldilməsi, JN-0023 kod 40710038 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktında “X10”nın adının əvəzinə “X23”nun adı yazılmaqla yeni Dövlət Aktının hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslarına görə, İsmayıllı rayon AİK-nın 29.04.2002-ci il tarixli 131 saylı qərarına əsasən iddiaçı və ailə onun ailə üzvlərinə, yəni X4, X17, X25, X18, İddiaçı və X5 6,97 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılaraq mülkiyyətə verilmiş və adlarına JN-0023 kod 40710038 nömrəli dövlət aktı tərtib edilmişdir. Dövlət aktında qeyd edilən ad, soyad və ata adlarında nöqsanlara yol verilmişdir. Belə ki, X4 əvəzinə “X14”, X17 əvəzinə “X20”, İddiaçı əvəzinə “X24”, X23 əvəzinə “X10”nın adı qeyd edilmişdir. İddiaçı bildirir ki, Dövlət Aktında adı qeyd edilən X10 onun ailə üzvü deyil. İddiaçı Dövlət Aktında olan uyğunsuzluqlara düzəliş edilməsi məqsədilə cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh 26.01.2021-ci il tarixli imtina məktubunda torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının İdarənin səlahiyyətləri daxilində olmadığını bildirmişdir. Məhkəmənin 25.01.2022-ci il tarixli iclasının qərardadı ilə X17, X23 və X15 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Cavabdeh 17.03.2021-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, iddiaçının qeyd etdiyi JN-0023 saylı Dövlət Aktının ləğv edilməsi, Aktda qeyd edilən ad, soyad və ata adlarında düzəlişin edilməsi İdarənin səlahiyyəti daxilində deyil. İddiaçı məhkəməyə 05.04.2021-ci il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə ünvanlayaraq, “JN-0023 kod 40710038 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktında düzəliş edilərək “X10”nın adının əvəzinə “X23”nun adının yazılması, İsmayıllı rayon Uştal kəndində yerləşən ümumilikdə 6,97 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsinin və JN-0023 kod 40710038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında səhvən göstərilən “X14”nın ata adında olan səhvin düzəldilərək onun şəxsiyyətini təsdiq edən sənədindəki “X4” kimi yazılması, “X20”nun adında olan hərf səhvinin düzəldilərək onun şəxsiyyətini təsdiq edən sənədindəki “X17” kimi yazılması, “X24”nın soyadında olan səhvin düzəldilərək onun şəxsiyyətini təsdiq edən sənəddəki “İddiaçı” kimi yazılması və yeni Dövlət Aktının hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 06.05.2021-ci il tarixli 2-1(116)-631/2021 nömrəli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Bundan sonra iddiaçı yenidən 01.02.2022-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, iddia tələbinin ikinci bəndində düzəliş etdiyini bildirmiş və tələbin ikinci bəndinin “İsmayıllı rayon Uştal kəndində yerləşən ümumilikdə 6,97 hektar kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsinin və JN-0023 kod 40710038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında səhvən göstərilən “X24”nın soyadında olan səhvin düzəldilərək onun şəxsiyyətini təsdiq edən sənədindəki “İddiaçı” kimi yazılması və yeni Dövlət Aktının hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 15.02.2022-ci il tarixli iclasının qərardadı ilə iddia tələbi “JN-0023 kod 40710038 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktında düzəliş edilərək “X10”nın adının əvəzinə “X23”nun adının yazılması, Dövlət Aktında səhvən göstərilən “X24”nın soyadında olan səhvin düzəldilərək onun şəxsiyyətini təsdiq edən sənədindəki “İddiaçı” kimi yazılması və hüquqmüəyyənedici sənədin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi icraata qəbul edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi, üçüncü şəxs İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi, digər üçüncü şəxslər X17 və X15 məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Üçüncü şəxs İsmayıllı RİH 05.04.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, hazırkı işə mahiyyəti üzrə baxılıb qanunamüvafiq qaydada qərar qəbul edilməsinə İsmayıllı RİH etiraz etmir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin, üçüncü şəxs İsmayıllı RİH nümayəndəsinin, digər üçüncü şəxslər X17 və X8 iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini, üçüncü şəxs X23 iddia tələbinə etiraz etmədiyi bildirmiş və tələbin təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İşdə olan: JN-0023 kod 40710038 nömrəli Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 29.04.2002-ci il tarixli 131 saylı qərarı ilə 6,97 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X14, X20, X25, X18, X10, X26 və X3 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 09.04.2021-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş İsmayıllı rayon AİK-nın 29.04.2002-ci il tarixli 131 saylı qərarından görünür ki, həmin qərarla İsmayıllı rayonu “A.Ələsgər” adına təsərrüfatın yerli aqrar islahat komissiyasının 08.04.2002-ci il tarixli 03 saylı iclas protokolu təsdiq edilmişdir. İsmayıllı rayon AİK-nın 29.04.2002-ci il tarixli 131 saylı qərarı ilə təsdiq edilmiş “A.Ələsgər” adına kolxozun, Uştalqışlaq, Soltankənd və Uştal kəndlərində yaşayan və pasport qeydiyyatında olub torpaq payı almaq hüququ olan subyektlərin siyahısında 239cu sırada X14, X20, X25, X18, İddiaçı Hümbət qızı, X23 və X3 adları yazılmışdır. İsmayıllı rayon Dövlət arxivinin 12.03.2021-ci il tarixli məktubunda qeyd edilir ki, Uştal kəndi 2000-ci ilə kimi Qalagah İƏD-nin, 2001-ci ildən yeni yaradılan Soltankənd İƏDnin tərkibindədir. 1991-1995-ci illərdə təsərrüfat tərkibindən tamamilə çıxan ailə üzvləri qrafasında ailə başçısı X3 21.01.1998-ci ildə ölməsi və adının üzərindən xətt çəkilərək ailə başçısı arvadı X6 qeyd edilmişdir. Məktuba əlavə edilmiş 1993-1995-cil illərə dair təsərüfatbaşına kitabdan çıxarışın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı və iş üzrə üçüncü şəxs X23 təsərrüfatda qeydiyyatda olmuşlar. Həmin illərə dair təsərrüfatbaşına kitabında JN-0023 nömrəli Dövlət Aktında adları qeyd edilən X10 və X16 qeydiyyatı aşkar edilməmişdir. Arxivin məktubuna əlavə edilmiş 1998-2000-ci illərə dair təsərrüfatbaşına kitabdan çıxarışın təsdiq edilmiş surətindən görünür ki, X3 adının üzərindən xətt çəkilmiş və ailə başçısı olaraq arvadı X2 adı qeyd edilmişdir. Sözügedən illərə dair çıxarışda İddiaçı və iş üzrə üçüncü şəxs X13 adı təsərrüfatda qeyd edilməsinə baxmayaraq, JN-0023 nömrəli Dövlət Aktında adları qeyd edilən X10 və X16 təsərrüfatbaşına kitabda qeydiyyatı aşkar edilməmişdir. Arxivin məktubunda əlavə edilən 2003-2005-ci illərə dair təsərrüfatbaşına kitabından çıxarışın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı və iş üzrə üçüncü şəxs X13 adı təsərrüfatda qeyd edilməsinə baxmayaraq, JN-0023 nömrəli Dövlət Aktında adları qeyd edilən X10 və X16 təsərrüfatbaşına kitabda qeydiyyatı aşkar edilməmişdir. İsmayıllı rayon Qeydiyyat şöbəsinin 18.03.2021-ci il tarixli məktubunda qeyd edilir ki, X7 doğumu, ölümü, nikahı və övladları barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində heç bir məlumat aşkar edilməmişdir. İsmayıllı Rayon Polis Şöbəsinin 12.04.2021-ci il tarixli məktubunda qeyd edilir ki, X1 rayon Uştal kəndində qeydiyyatda olmaqla 2018-ci ildən Türkiyə Respublikasında yaşayır. İsmayıllı rayon Qeydiyyat şöbəsinin 16.04.2021-ci il tarixli məktubunda qeyd edilir ki, X9 barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və heç bir məlumat aşkar edilməmişdir. İşdə olan Soltankənd İƏD üzrə nümayəndəliyin arayışından görünür ki, İddiaçı və üçüncü şəxs X23 təsərrüfatda qeydiyyatdadırlar. JN-0023 nömrəli şəhadətnamədə adları qeyd edilən X10 və X26 həmin təsərrüfatda yaşamayıb və hal-hazırda da yaşamır. Təsərrüfatbaşına kitablarında da adları sonuncu qeyd edilən şəxslərin məlumatları yoxdur. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər; 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. İş materiallarına əlavə edilən və məhkəmə araşdırmasının predmetini təşkil edən yuxarıda sadalanan sənədlərdən göründüyü kimi iddia tələbində qeyd edilən JN-0023 kod 40710038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilən zaman nöqsanlara yol verilmişdir. Belə ki, İsmayıllı rayon AİK-nın müvafiq qərarı ilə təsdiq edilmiş subyektlər siyahısında “X10” və “X26”nın adlarının olmamasına baxmayaraq, həmin şəxslər yanlışlıqla Dövlət aktında qeyd edilmiş, subyektlər siyahısında adı olan və islahatdan əvvəl də həmin təsərrüfatda qeydiyyatda olmuş İddiaçı soyadı səhv yazılmış və üçüncü şəxs X13 adları Dövlət aktına daxil edilməmişdir. Qeyd edilənlərin hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, iddia təmin edilməli, JN-0023 kod 40710038 nömrəli Dövlət aktının tərtibi zamanı DTXK İsmayıllı rayon şöbəsi tərəfindən yanlışlıqla akta adı daxil edilmiş X7 adı Dövlət aktından çıxarılmalı, onun əvəzinə X13 adı qeyd edilməli, iddiaçının soyadında yol verilmiş yalnışlıq düzəldilərək X16 adı, İddiaçı kimi qeyd edilməklə müvafiq hüquqmüəyyənedici sənədin hazırlanıb verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı iddiası təmin edilsin. JN-0023 kod 40710038 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət aktında düzəliş edilərək “X10” adının əvəzinə “X23”nun adının yazılması, Dövlət aktında “X24”nın soyadında olan səhvin düzəldilərək onun soyadı, adı, ata adının şəxsiyyətini təsdiq edən sənədindəki “İddiaçı” kimi yazılması və hüquqmüəyyənedici sənədlərin hazırlanıb verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-49/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-49/2022
15.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver