Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-49/2023 17.07.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Vüqar Musayev Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi PHŞ-nə qarşı “Yevlax rayonu Aşağı Qarxun kəndi, Bakı-Qazax şossesi, 272-ci km-nin sol tərəfində yerləşən Yanacaq Doldurma və X15, eyni rayonda başqa əraziyə köçürülməsi üçün 821.509,0 manat məbləğində vəsaitin, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007ci il tarixli Fərmanına əsasən 20 faiz satınalma qiymətinə əlavə haqqın 164.301 manat, ******* manat (249109,68 manat illik gəlir x 7 il) əldən çıxmış gəlirin tutulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “cavabdehdən onun xeyrinə mülkiyyətində olan Yanacaqdoldurma və X15 başqa əraziyə köçürülməsi üçün 417492.0 manat vəsaitin, 83498.4 manat əlavə haqqın, 207317.1 manat əldən çıxmış gəlirin tutulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)-3463/2017 nömrəli Qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli 2-1(103)-1916/2017 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)-3463/2017 saylı iş üzrə xx.xx.2017-ci il tarixli qərardadından "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamış və apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2017-ci il tarixli 2-1(102)-1895/2017 nömrəli qərarı ilə "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilməmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2- 1(84)-8/2019 nömrəli Qərardadı ilə iş üzrə Maliyyə Nazirliyi üçüncü şəxs qismində məhkəmə icraatına qəbul edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(84)-8/2019 nömrəli Qərardadı ilə inzibati işin icraatı mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(039)-1545/2019 nömrəli Qətnaməsi ilə iddia rədd edilmişdir. Cavabdeh orqan tərəfindən verilən apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(107)-3187/19 nömrəli Qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)- 3482/2020 nömrəli Qərarı ilə təmin edilməmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2- 1(116)-6/2020 nömrəli Qərardadı ilə iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-6/2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(107)-122/2021 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-1197/2021 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(107)-122/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(107)-401/2021 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-6/2020 nömrəli qərarı ləğv edilmiş, inzibati iş yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-648/2022 nömrəli qərardadı ilə Maliyyə Nazirliyinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatında adi qaydada iştirakına xitam verilmişdir. İddiaçı tərəfindən “iddia ərizəsinə əlavə”yə dair məhkəmənin dəftərxanasına xx.xx.2019-cu il tarixdə daxil olan cavabdeh Azərbaycan X2rşı ərizədə iddiaçı “Azərbaycan Avtomobil Yolları Agentliyindən ("xxxx" ASC) onun xeyrinə mülkiyyətində olan Yevlax rayonu, Aşağı Qarxun kəndi, Bakı-Qazax şossesi, 272-ci km-nin sol tərəfində yerləşən Yanacaqdoldurma və X15 başqa əraziyə köçürülməsi üçün 436620.0 manat məbləğində vəsaitin, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli Fərmanına əsasən 20 faiz satınalma qiymətinə əlavə haqqın 87332.4 manat, 1245548.4 manat (249109.68 manat illik gəlir*5 il) əldən çıxmış gəlirin tutulması barədə” qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli iclasında ərizə pritokol qərardadı ilə icraata qəbul edilmişdir. Daha sonra iddiaçı tələbini yenidən dəqiqləşdirərək cavabdeh orqandan “Yevlax rayonu Aşağı Qarxun kəndi, Bakı-Qazax şossesi, 272-ci km-nin sol tərəfində yerləşən Yanacaq Doldurma və X15, eyni rayonda başqa əraziyə köçürülməsi üçün 821.509,0 manat məbləğində vəsaitin, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən 20 faiz satınalma qiymətinə əlavə haqqın 164.301 manat, ******* manat (249109,68 manat illik gəlir x 7 il) əldən çıxmış gəlirin tutulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Ərazi İdarəsinin xx.xx.2013-cü il tarixli, ******* saylı çıxarışına əsasən Yevlax rayonu, Aşağı Qarxun kəndi, Bakı-Qazax şossesi, 272-ci km-nin sol tərəfində yerləşən 0.1173 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən Yanacaqdoldurma və X19 Məntəqəsinin mülkiyyətçisidir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Ərazi İdarəsi tərəfindən iddiaçının mülkiyyətində olan Yanacaqdoldurma və X19 Məntəqəsinin texniki pasportu tərtib edilmişdir. Yanacaqdoldurma və X19 Məntəqəsi keçmiş sovetlər dövründə, 70-80-cı illərdə inşa edilmiş, Bakı-Qazax şossesindən ayrılan xüsusi yol vasitəsi ilə oraya daxil olmaq və çıxmaq mümkün olmuşdur. Məntəqənin fəaliyyəti normal ahəngdə davam etdiyi dövrdə, 2009-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Kürdəmir-Ucar-YevlaxTərtər avtomobil yolunun yenidən qurulması layihəsi, yəni "xxxx" ASC tərəfindən Kürdəmir-Ucar-Yevlax-Tərtər avtomobil yolunun yenidən bərpası, genişləndirilməsi və 4 zolaqlı yola təkmilləşdirilməsi layihəsi həyata keçirilmiş, iddiaçıya xəbərdarlıq edilmişdir ki, genişlənmə nəticəsində yolun bir hissəsi Yanacaqdoldurma və X19 Məntəqəsinin ərazisini tam əhatə edəcək və bu səbəbdən məntəqə başqa əraziyə köçürüləcək, ona kompensasiya veriləcəkdir. Buna baxmayaraq, tikinti işlərinin getdiyi ərəfədə "xxxx" ASC heç bir kompensasiya vermədən Bakı-Qazax şossesindən ayrılan məntəqənin xüsusi yolunu dağıdaraq uçurmuş, beləliklə də oraya nəqliyyat vasitələri tərəfindən girib-çıxmaq mümkün olmamışdır. Bununla bağlı iddiaçı "xxxx" ASC-yə öz pretenziyasını bildirəndə onlar cavab vermişlər ki, bu dövlət layihəsidir, Yanacaqdoldurma və X19 Məntəqəsi başqa əraziyə köçürüləcək və ona kompensasiya veriləcəkdir. Belə olan halda iddiaçı məcburiyyət qarşısında fəaliyyətini dayandırmış və düşünmüş ki, dövlət layihəsidir, kompensasiyanın verilməsini gözləməlidir. İllər ötmüş, yol çəkilişi başa çatmış, məntəqə fəaliyyət göstərə bilməmiş və müştərilərini itirmiş, lakin vəd edilmiş kompensasiya verilməmişdir. "xxxx" ASC-dən iddiaçıya verilmiş 1-3/16-1310 saylı, xx.xx.2017-ci il tarixli məktubda Yanacaqdoldurma və X15 yolun tikintisi altına düşən hissəsinə dəymiş ziyana görə 3500 manat məbləğində kompensasiyanın hesablandığı göstərilmişdir. İddiaçı bu məbləğlə bağlı etirazını bildirmişdir. O hesab edir ki, yuxarıda göstərilənlər Yanacaqdoldurma və X15 başqa əraziyə köçürülməsi ilə əlaqədar görülməli təmir-bərpa işləri ilə bağlı "xxxx" ASC-dən onun xeyrinə bazar qiyməti ilə hesablanmış 417492,0 manat xərcin, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli Fərmanında nəzərdə tutulan 83498,4 manat kompensasiyanın, son 3 il ərzində (ötən müddət 5 ildən artıq olsa da, iddiaçı humanistlik göstərərək son 3 ili iddia edir) əldən çıxmış 207317,1 manat (69105,7 manat*3 il) gəlirin tutulması üçün əsasdır. Cavabdeh orqan iddia tələbinə münasibətini məhkəməyə təqdim etdiyi vəsatətdə aşağıdakı kimi əsaslandırmışdır: - 15 sentyabr 2011-ci il tarixində Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi "xxxx" ASC ilə "xxxx" MMC arasında müqavilə bağlanmışdır. Sifarişçinin dəstəyi ilə müqavilə üzrə Kürdəmir-Ucar-Yevlax-Bərdə-Tərtər Avtomobil yolu, Hissə 1C (km 130 +940) magistral avtomobil yolu üzrə tikinti işlərinin podratçı tərəfindən yerinə yetirilməsinin planlaşdırılması və işlərin yerinə yetirilməsi, başa çatdırılması və qüsurların aradan qaldırılması üçün podratçının təklif etdiyi tender təklifini qəbul etmiş müqavilənin müvafiq bəndinə əsasən sifarişçinin podratçıya həyata keçirəcəyi ödəmələr əsasında Podratçı, işlərin yerinə yetirilməsi və meydana çıxacaq hər hansı nöqsanların aradan qaldırılmasını bu müqavilənin şərtlərinə müvafiq şəkildə həyata keçirəcəyinə dair sifarişçi ilə razılaşmışdır. cavabdeh orqanın xx.xx.2019-cu il tarixli 3/14-4125 nömrəli məktubunda qeyd edilir ki, Bakı-Qazax-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun 272-ci kilometr hissəsi “Kürdəmir-Ucar-Yevlax-Tərtər avtomobil yolunun yenidənqurulması” layihəsinin tərkibinə daxil olmaqla, inşaası xx.xx.2012-ci il tarixdə başlanmış və xx.xx.2016-cı il tarixdə başa çatdırılaraq istifadəyə verilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati işə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)- 6038/2016 nömrəli xx.xx.2016-cı il tarixli Qərardadı ilə kompleks məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Aparılan tikinti-texniki tədqiqatın nəticəsi aşağıdakı kimi olmuşdur: - Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Yevlax rayonu, Aşağı Qarxun kəndi, Bakı-Qazax şossesi, 272-ci km-nin sol tərəfində yerləşən Yanacaq Doldurma və X12rşısında yerləşən 1520 kv.m torpaq sahəsinin 260 kv.m (1520- 1260) hissəsinin yol tikintisi ilə əlaqədar istifadə olunduğu müəyyən edilir. - Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Yevlax rayonu, Aşağı Qarxun kəndi, Bakı-Qazax şossesi, 272-ci km-nin sol tərəfində yerləşən Yanacaq Doldurma və X15 başqa sahəyə köçürülməsi ilə əlaqədar görülməli təmir-bərpa işlərinin mövcud bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin təqribən 417492,0 manat məbləğində olduğu müəyyən edilir. - Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Yevlax rayonu, Aşağı Qarxun kəndi, Bakı-Qazax şossesi, 272-ci km-nin sol tərəfində yerləşən Yanacaq Doldurma və X15 binasının hazırkı bazar qiymətlərinə uyğun dəyərinin müəyyən edilməsinə dair tədqiqat aparılmadı. Aparılan mühasibatlıq tədqiqatının nəticəsi aşağıdakı kimi olmuşdur: - Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Yevlax rayonu, Aşağı Qarxun kəndi, Bakı-Qazax şossesi, 272-ci km-nin sol tərəfində yerləşən Yanacaq Doldurma və X15 fəaliyyəti, analoji olaraq “T.E.K.O” firması ilə eyni götürüldükdə 2015-ci il üzrə 69.105,7 manat həcmində gəlir əldə edə bilər. cavabdeh orqanın iddiaçıya ünvanladığı xx.xx.2017-ci il tarixli İ-3/16-1310 nömrəli məktubdan görünür ki, iddiaçının əmlakının yolun tikinti altına düşən hissəsinə dəymiş ziyana görə 3500 manat məbləğində kompensasiya hesablanmışdır. cavabdeh orqan tərəfindən təqdim edilmiş “qarşılıqlı iddia ərizəsi”ndən görünür ki, iddiaçı (hazırkı iş üzrə cavabdeh) Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi və ərizə üzrə üçüncü şəxs (hazırkı iş üzrə iddiaçı) İddiaçı qarşı “çıxarışın etibarsız edilməsi” tələbi ilə məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət etmiş və qarşılıqlı iddianın icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-492/2018 nömrəli xx.xx.2018-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia mümkün sayılmamışdır. Qərardaddan ərizə üzrə iddiaçı tərəfindən verilən apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1(107)-246/2018 nömrəli Qərardadı və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1726/2018 nömrəli xx.xx.2018-ci il tarixli Qərarı ilə təmin edilməmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-492/2018 nömrəli xx.xx.2018-ci il tarixli Qərardadı ilə iş üzrə kompleks tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə aparılan məhkəmə tikinti-texniki ekspertizasının nəticəsində qeyd edilmişdir: - Azərbaycan Respublikası Nəqliyyat nazirliyi «Azəryolservis açıq səhimdar Cəmiyyəti» tərəfindən verilən məktuba əsasən Yanacaq Doldurma məntəqəsinin reklam lövhəsi və 2,57 sot torpaq sahəsi yolun tikintisinin atına düşərək istifadə olunduğu müəyyən olunur. - Bakı-Qazax magistral yolunun 272-ci kilometrliyinin sol tərəfində yerləşən iddiaçının mülkiyyətində olan yanacaqdoldurma və maye qaz məntəqəsi A tikilisi (talvar və ya kalonka) yeni salınmış yolun oxundan 20,0 metr kənarda yerləşdiyini və Azərbaycan Respubilkası Nazirlər Kabinetinin “Avtomobil yollarında təhkim və mühafizə zolağından istifadəsinin tənzimlənməsinə dair əlavə tədbirlər haqqında” 28 fevral 2004-cü il tarixli 18 nömrəli qərarına əsasən Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun qorunma (mühafizə) zolağının eni yolun orta hissəsindən hər iki tərəfə 30 m olmaqla torpaq sahəsinin bir hissəsi və A tikilisi (talvar və ya kalonka) avtomobil yolunun qorunma (mühafizə) hissəsinə düşdüyü müəyyən olunur. - Bakı-Qazax magistral yolunun 272-ci kilometrliyinin sol tərəfində yerləşən və iddiaçının mülkiyyətində olan yanacaqdoldurma və maye qaz məntəqəsinin torpaq sahəsinin cox hissəsinin (2.57 sot) yol tikintisinin altında qaldığını, talvar və çənlərin yolun mühafizə zolağına düşdüyünü və yanacaq-maye qaz çənlərin yolun kənarına yaxın ərazidə (təqribən 5/6m) yerləşdiyini nəzərə alaraq, iddiaçının mülkiyyətində olan yanacaqdoldurma və maye qaz məntəqəsinin təyinatı üzrə istifadəsinin mümkünsüz olduğu, inşa olunmuş yeni magistral yolun yanacaqdoldurma və maye qaz məntəqəsinin giriş-çıxışına maneə yaratdığı müəyyən olunur. Yanacaq və qaz doldurma talvarı ilə yolun arasında az məsafə olduğu və yolun mühafizə zolağına düşdüyü və Avtomobil yolları haqqında Azərbaycan Respublikasının Qanunun 14-cü və 33-cü maddələrinə əsasən avtomobil yollarının qorunma (mühafizə) zolaqlarında tikililərin yerlədirilməsi qadağan olduğu üçün yanacaq-maye qaz doldurma məntəqəsinə nəqliyyat vasitəsinin sərbəst girişçıxışı məhdudlaşır və təyinətı üzrə istifadəsi mümkün deyil. - Yanacaqdoldurma və maye qaz məntəqəsindən təyinatı üzrə istifadəyə mövcud olan maneənin aradan qaldırılması üçün həmin yanacaqdoldurma və maye qaz məntəqəsi başqa əraziyə köçürülməlidir. İstifadəyə yaranmış maneəni aradan qaldırmaq üçün görülməli tikinti- təmir işlərinin mövcud bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin təqribən 436607.0 manat məbləğində olduğu müəyyən edilmişdir. - Yanacaqdoldurma və maye qaz məntəqəsinə xidmət edən yanacaq çənləri Bakı- Qazax yolunun mühafizə zolağında yerləşdiyi üçün həmin çənlər yolun istifadəsi üçün təhlükə törədir. Yuxarıda göstərilənlərə yanacaqdoldurma və maye qaz məntəqəsinin (çənlərlərlə birlikdə) başqa əraziyə köçürülməsi zəruri olduğu və başqa sahəyə köçürülməsi nəticəsində tikinti-təmir işlərinin dəyəri smetada ətraflı göstərilmişdir. İlkin ekspertiza ilə hazırkı ekspertizanın nəticələri arasında yaranmış fərq tikinti materiallarının qalxması ilə izah olunur. 01.04.2019-cu il tarixdə aparılan məhkəmə-mühasibat ekspertizasının nəticə hissəsində qeyd edilir: - Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Yevlax rayonu, Aşağı Qarxun kəndi, Bakı-Qazax şossesinin 272-ci km-nin sol tərəfində yerləşən Yanacaqdoldurma və X15 fəaliyyəti, analoji olaraq “Atilla” müəssisəsi ilə eyni götürüldükdə 2018-ci il üzrə 249.109,68 manat (20.759,14 x 12 ay) həcmində gəlir əldə edə bilər. - DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli **********38 nömrəli məktubuna edilmiş RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri əlavə edilmişdir. Məktuba əlavə edilən xx.xx.2001-ci il tarixli “Qeydiyyat vəsiqəsi”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, qeyd olunan YDM X8 adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. Həmin YDM xx.xx.2013-cü il tarixli AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən X14 adından etibarnamə əsasında səlahiyyətli nümayəndə (satıcı) X9 tərəfindən alıcı (iş üzrə iddiaçı) İddiaçı satılmışdır. Alıcı qeyd olunan daşınmaz əmlakı 25000 (iyirmi beş min) manata satın almışdır. Bunun əsasında iddiaçının adına xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir. Məktuba əlavə edilmiş xx.xx.2013-cü il tarixli 4326 nömrəli “Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı Müqaviləsi”nin 1.1-ci bəndində qeyd edilir ki, müqavilənin predmetini xx.xx.2013-cü il tarixli, ********** saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən “Alıcı”nın adına qeydiyyata alınmış Yevlax rayonu, Aşağı Qarxun kəndi, Bakı- Qazax yolunun 272-ci km-nin sol tərəfi ünvanındakı Yanacaqdoldurma Stansiyasının istifadəsində olan 1172.95 kv.m torpaq sahəsi təşkil edir. Müqavilənin 1.2-ci bəndinə əsasən Yanacaqdoldurma məntəqəsinin istifadəsində olan 1172.95 kv.m torpaq sahəsini alıcı 152 (bir yüz əlli iki) manata satın almışdır. Müqaviləyə əsasən satıcı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini X13, alıcı hazırkı iş üzrə İddiaçıdur. Qeyd olunan müqaviləyə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən YDM və onun yerləşdiyi 0.1173 ha torpaq sahəsinə dair xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli Çıxarış və xx.xx.2013- cü il tarixdə tərtib olunmuş “Texniki pasport” verilmişdir. - 11 saylı Ərazi Vergilər Departamentinin dekabr 2018-ci il tarixli **********429800 nömrəli məktubunda qeyd edilir ki, məlumat-uçot bazasına əsasən Yevlax rayonu, Aşağı Qarxun kəndi ərazisində Bakı-Qazax şossesinin 272-ci kilometrliyində yolun sol tərəfində yerləşən yanacaqdoldurma və X19 məntəqəsi "xxxx" Firmasının (VÖEN:**********) təsərrüfat subyekti (obyekt) kimi xx.xx.2007-ci il tarixdə **********-22001 kodla vergi uçotuna alınmışdır. Həmin obyekt "xxxx" Firmasının xx.xx.2012-ci il tarixli ərizəsinə əsasən xx.xx.2012-ci il tarixdən bağlanmışdır. Qeydiyyat qovluğundakı məlumatlara əsasən "xxxx" X1 tərəfindən özəlləşdirilmiş Yevlax rayonu 1 saylı ağ neft satışı məntəqəsinin əmlakının bazasında yaradılmışdır. "xxxx" Firmasının təsisçisi iştirak payı 21 may 2001-ci il tarixli notarial alqı-satqı müqaviləsinə əsasən X3 və bu fakt 09 iyul 2004-cü il tarixdə 10/87 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. "xxxx" Firmasının qeydiyyat qovluğundakı məlumatlara əsasən hazırda həmin firmanın təsisçisi X14, direktoru (qanuni təmsilçi) isə (iş üzrə iddiaçı) İddiaçıdur. "xxxx" Firması şəxsi hesab vərəqəsindəki məlumatlara əsasən fəaliyyət göstərdiyi müddətdə (uçot-məlumat bazasına əsasən şəxsi hesab vərəqəsinə vergi hesablamaları və ödənişlər üzrə yazılış xx.xx.2006-cı il tarixdən başlanmışdır) büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə cəmi 14032.76 (on dörd min otuz iki manat yetmiş altı qəpik) vəsait ödəmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 Saylı Ərazi Vergilər Baş İdarəsinə xx.xx.2022 tarixli **********362700 nömrəli məktubundan görünür ki, məlumat-uçot bazasına əsasən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 'Ələsgər' Firması (VOEN **********) tərəfindən 20.11 2007-ci il tarixdə təsərrüfat subyekti olaraq qeydiyyata alınmış. xx.xx.2012-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. xx.xx.2009-cu ıl tarixdən hal-hazırki dövrədək 'Ələsgər' Firmasının rəhbəri İddiaçıdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin xx.xx.2022-ci il tarixli İN-X/O- 7156/2022 nömrəli məktubundan görünür ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən lisenziya müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi üçün ərizəçiyə lisenziya verən orqan tərəfindən verilən rəsmi sənəddir. Həmçinin neft məhsullarının və qaz məhsullarının satışına lisenziya tələbi ləğv edilmiş və hazırda “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 1 nömrəli əlavəsinin 10-cu maddəsinə əsasən maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarı lisenziyalaşdırılan fəaliyyətdir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində "xxxx" firmasına maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarı fəaliyyəti üzrə lisenziyanın verilməsinə dair məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikası "xxxx" ASC 7 nömrəli Regional Sukanal İdarəsinin xx.xx.2022-ci il tarixli 01/01/02/2-418 nömrəli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixli 2-1(116)-648/2022 nömrəli müraciətiniz araşdırılmışdır. Məlum olmuşdur ki, Yevlax rayonu Aşağı Qarxun kəndi, Bakı-Qazax şossesi 272-ci km-nin sol tərəfində yerləşən Yanacaq Doldurma və X18 xüsusi mülkiyyət sahibi İddiaçı ilə içməli sudan istifadə edilməsi haqqında Azərsu ASC-yə məxsus X4 heç bir müqavilə bağlanmamışdır. Bu səbəbdən,yuxarıda adı qeyd olunan mülkiyyətə Azərsu ASC-nin 7N-İİ Regional Sukanal İdarəsi tərəfindən xidmət göstərilmir. Azərbaycan Respublikası "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 01/4/01-7/5/13260 nömrəli məktubundan görünür ki, F/Ş İddiaçı ilə "xxxx" ASC arasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair abonent elektron bazasında heç bir ünvanda qeydiyyatdan keçmədiyi və müqavilə bağlanmadığı aşkarlanmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-648/2022 nömrəli qərardadı ilə kompleks məhkəmə tikinti-texniki, məhkəmə-mühasibatlıq, məhkəmə əmtəəşünaslıq ekspertizaları təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/4867, 9/5420 nömrəli ekspert rəyindən görünür ki, mübahisə predmeti olan yanacaq doldurma məntəqəsinin talvar tikilsindən yolun hərəkət hissəsinin mərkəzinə qədər olan məsafənin 15.50 metr, yanacaq çənlərindən isə yolun hərəkət hissəsinin mərkəzinə qədər olan məsafənin 13.20 metr təşkil etdiyini nəzərə alaraq həmin talvar tikilisinin və yanacaq çənlərinin ‘ Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2015-ci il tarixli, 298№-li qərarına əsasən yolun mühafizə zolağına düşdüyü müəyyən olunur. Tədqiq olunan yanacaq doldurma məntəqəsinin yanacaq çənlərinin və talvar tikilisinin yolun mühafizə zolağına düşdüyünü nəzərə alaraq həmin yanacaq doldurma məntəqəsinə aid digər tikililərin təyinatı üzrə istifadə edilməsi mümkün deyildir. Tədqiq olunan ünvanda baxış keçirilmən zaman mübahisə predmeti olan yanacaq doldurma məntəqəsinə nəqliyyat vasitələrinin giriş-çıxışına faktiki olaraq texniki cəhətdən maneə aşkarlanmamışdır. Tədqiq oluna yanacaq doldurma məntəqəsinin başqa yerə köçürülərək yenidən qurulması üçün çəkiləcək ümumi xərcin hal-hazırki bazar qiymətlərinə uyğun olaraq dəyəri təxminən 664715.67 manat məbləğində müəyyən olunur. Qərardadın 5, 6 və 7-ci suallarının cavablandırılması iqtisad və tikinti ekspertlərinin səlahiyyətləri xaricində olduğundan həmin suallar üzrə tədqiqat aparılmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-1160/2023 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, iddiaçının mülkiyyətinə RX seriyalı ******* nömrəli çıxarışla verilmiş 0,1173 ha torpaq sahəsinin 508.43 ha hissəsi və üzərində mövcud olan talvarın 34.33 ha hissəsi Bakı-Qazax şosse yolunun mühafizə zolağına düşür. Tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Əsaslandırma hissəsi : Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-in 2.2, 2.2.7-ci maddələrinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçının iddiası mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Lakin, iddia qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. 246.3. torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. 246.5. bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı, həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da daxildir. 246.7. torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2007-ci il tarixli, 689 №li Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanun : Maddə 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. Maddə 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Maddə 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq xüsusi mülkiyyətdə olan torpaqlar və bələdiyyə mülkiyyətində olan torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər. Maddə 6.1. Torpaqları dövlət ehtiyacları üçün alan orqan (bundan sonra - alan orqan) bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir Maddə 7.1 torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Maddə 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Maddə 7.3. Bu Qanunun 7.1-ci maddəsi nəzərə alınmaqla, həmçinin bu Qanunun 11- ci maddəsinin müddəalarına əməl etmək şərti ilə aşağıdakılar da alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər: -7.3.1. torpaqla bağlı dövlət qeydiyyatına alınmış mülkiyyət, istifadə və ya icarə hüquqları olan, habelə qanunvericiliklə dövlət qeydiyyatı tələb olunmayan qanunauyğun istifadə və ya icarə hüquqları olan şəxslər; -7.3.2. siyahıya alma dövründə yazılı sənədlərlə təsdiq edilən torpaqla bağlı qanuni, lakin dövlət qeydiyyatına alınmamış mülkiyyət, istifadə və ya icarə hüquqları olan şəxslər (Bu Qanun qüvvəyə minənədək torpaq üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarının əmələ gəlməsi üçün əsas olan dövlət orqanının və bələdiyyənin aktlarının və müqavilənin qanunvericiliyin tələblərinə riayət etməməklə qəbul edilməsi və ya bağlanması şəxsin torpaqla bağlı hüquqlarının qanunsuz hesab edilməsi üçün əsas ola bilməz); Maddə 7.4. Bu Qanunun 7.3.1-7.3.4-cü maddələrində nəzərdə tutulmuş kateqoriyalara aid olan şəxslər bu Qanunun müddəalarına əsasən itirdikləri torpaqla bağlı kompensasiya və digər yardımlarla təmin edilirlər. İş materiallarından və iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının cavabdeh orqana qarşı olan tələbi – Yevlax rayonu Aşağı Qarxun kəndi, Bakı-Qazax şossesi, 272-ci km-nin sol tərəfində yerləşən Yanacaq Doldurma və X15, eyni rayonda başqa əraziyə köçürülməsi üçün 821.509,0 manat məbləğində vəsaitin, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən 20 faiz satınalma qiymətinə əlavə haqqın 164.301 manat, ******* manat (249109,68 manat illik gəlir x 7 il) əldən çıxmış gəlirin ödənilməsi ilə bağlıdır. İddiaçı hesab edir ki, Kürdəmir-Ucar-Yevlax-Bərdə-Tərtər Avtomobil yolunda magistral avtomobil yolu üzrə tikinti işlərinin yerinə yetirilməsinin planlaşdırılması və işlərin yerinə yetirilməsi, başa çatdırılması üçün işlərə başlanılmış, bu zaman mülkiyyətində olan Yanacaqdoldurma və X15 bir hissəsi yeni salınacaq yola, bir hissəsi də mühafizə zolağına düşdüyündən mülkiyyətindən istifadə edə bilməmiş, nəticədə ona dəyən ziyanın məbləği ekspertiza rəyi ilə müəyyən edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(107)-401/2021 nömrəli qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-1197/2021 nömrəli qərarına istinad olunaraq aşağıda qeyd edilmiş məsələlərlə bağlı tədqiqatın aparılmasının zəruriliyi vurğulanmışdır: yanacaqdoldurma və X15 konkret olaraq hansı əraziyə, o cümlədən qonşu əraziyə, yaxud başqa ünvana (hansı ünvana) köçürülməli olması müəyyən edilməli, iddiaçı ilə bu barədə dəqiqləşdirmə aparılmalı, həmçinin yanacaqdoldurma məntəqəsi (onun bir hissəsi) yolun tikinti altına və mühafizə zolağına düşdüyündən fəaliyyət göstərmədiyinə görə, yoxsa məntəqənin başqa əraziyə köçürülməsi ilə bağlı xərclər də nəzərə alınmaqla dəyən ziyan üçün kompensasiya ödənilməli olması ilə bağlı iddia tələbi dəqiqləşdirilməli, Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyri-yaşayış sahəsinin tərkibi kimi göstərilən operator binasının 43,85 kv.m, talvarın 58,10 kv.m, ayaqyolunun 2,56 kv.m, cəmi 104,51 kv.m tikililərin (hansının) yolun tikinti altına və mühafizə zolağına düşməsi araşdırılmalı, iddiaçının yolun tikinti altına və mühafizə zolağına düşməyən əmlakından təyinatı üzrə istifadə etməsinin mümkünlüyü tərəflərin və ekspertin iştirakı ilə yoxlanılmalı, yanacaq və maye qaz doldurma məntəqəsinə nəqliyyat vasitəsinin sərbəst giriş-çıxışın məhdudlaşmasının hansı həddə olduğu müəyyən edilməli, bundan asılı olaraq bütövlükdə əmlakın hamısı və yolun tikinti altına və mühafizə zolağına düşən hissəsi üçün dəyən ziyanın məbləği müəyyən edilməli, iddiaçının əmlakı alınarkən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə əməl olunması araşdırılmalı, əmlakın dəyəri həmin Qanuna uyğun qiymətləndirilməli, yol çəkilərkən məntəqənin fəaliyyət göstərib-göstərməməsi araşdırılmalı, 1992-1995-ci ildə tikilmiş məntəqənin 2011- 2013-cü illərdə köhnə olması əsaslandırmalı, yolun çəkilişi zamanı istismara yararlı olubolmaması müəyyən edilməli, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 29 iyun 2013cü il tarixli çıxarışda qeyri-yaşayış binasının texniki pasportunda əsas tikililərin texniki təsviri və vəziyyəti səhifəsində köhnəlmə faizinin 20 faiz göstərilməsi və s. nəzərə alınmalı, göstərilən qaydada iddiaçının əmlakının (ziyan dəyən həddə) bazar qiymətini müəyyən etməli, hesablanmalı bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilməsi hissəsi müəyyən edilməli, iddiaçıya ödənilməli olan kompensasiyanın 20 faizi miqdarında əlavə haqqı bazar qiymətinə uyğun hesablanmalı, adı çəkilən obyekti iddiaçı aldıqdan və iddiaçının mülkiyyət hüququ yarandıqdan sonra təsərrüfat subyekti kimi fəaliyyət göstərməsi araşdırılmalı, bununla bağlı vergi orqanına, statistika idarəsinə və s., həmçinin kommunal xərclər ödənilməsi ilə bağlı sorğular verilməlidir. Yuxarıda qeyd edilmiş hüquqi mövqeyə uyğun olaraq məhkəmə tərəfindən araşdırma aparılmış və iddiaçının tələbi dəqiqləşdirilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı, məntəqənin həmin yolun qırağında arxa və ya yan tərəfə köçürülməsini istədiyini, məntəqənin başqa əraziyə köçürülməsi ilə bağlı xərcləri və əldən çıxmış gəliri tələb etdiyini, torpaq sahəsi ilə bağlı cavabdeh orqana qarşı hər hansı tələbinin olmadığını bildirmişdir. Məhkəmə tərəfindən iddiaçıya dəymiş ziyanın müəyyən edilməsi üçün kompleks məhkəmə tikinti-texniki, məhkəmə-mühasibatlıq, məhkəmə əmtəəşünaslıq ekspertizaları təyin edilmiş, ekspertizanın aparılması Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinə həvаlə edilmişdir. Təqdim edilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, mübahisə predmeti olan yanacaq doldurma məntəqəsinin talvar tikilsindən yolun hərəkət hissəsinin mərkəzinə qədər olan məsafə 15.50 metr, yanacaq çənlərindən isə yolun hərəkət hissəsinin mərkəzinə qədər olan məsafə 13.20 metr təşkil etdiyindən həmin talvar tikilisi və yanacaq çənləri “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2015-ci il tarixli, 298№-li qərarına əsasən yolun mühafizə zolağına düşür. Buna görə də həmin yanacaq doldurma məntəqəsinə aid digər tikililərin təyinatı üzrə istifadə edilməsi mümkün deyildir. Mübahisə predmeti olan yanacaq doldurma məntəqəsinə nəqliyyat vasitələrinin giriş-çıxışına faktiki olaraq texniki cəhətdən maneə aşkarlanmamışdır. Tədqiq olunan yanacaq doldurma məntəqəsinin başqa yerə köçürülərək yenidən qurulması üçün çəkiləcək ümumi xərcin hal-hazırki bazar qiymətlərinə uyğun olaraq dəyəri təxminən 664715.67 manat məbləğində müəyyən olunmuşdur. İddiaçının əmlakının ən azından bir hissəsinin dövlət əhəmiyyətli yolun çəkilməsi üçün istifadə edilməsi işin mübahisə olunmayan halıdır. İş materiallarından görünür ki, cavabdeh orqanın iddiaçının mülkiyyət hüququna müdaxiləsi ümumiyyətlə «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanunun tələblərinə uyğun olmamış və iddiaçı öz mülkiyyətindən qanunsuz olaraq məhrum olmuşdur. Sözügedən Qanunda alınmanın təsirinə məruz qalan torpaq sahələrinin əvəzləşdirilməsi və tikililərin köçürülməsi ilə bağlı məsələlər ətraflı tənzimlənməsinə baxmayaraq, cavabdeh orqan bununla bağlı heç bir tədbir görməmiş, iddiaçının məruz qaldığı ziyana ekvivalent olan kompensasiyanın ödənilməsini həyata keçirməmişdir. Məhkəmənin qənaətinə görə iddiaçı «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanunun 7.1-ci maddəsi anlamında alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Sözügedən normanın tələbinə uyğun olaraq iddiaçı torpağın müəyyən hissəsinin alınması nəticəsində öz torpağında yerləşən əmlakından təyinatı üzrə istifadə hüququnu itirmiş, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalmışdır. Həmin Qanunun 7.2-ci maddəsində alınmanın təsirinə məruz qalan şəxsin bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququ təsbit edilmişdir. Həmin Qanunun 59.3-cü maddəsində evlər və digər tikililərin bərpa qiymətinə onların ölçüsü və keyfiyyəti ilə eyni olan və ya onların ölçüsündən az və keyfiyyətindən aşağı olmayan əvəzedici evin və ya tikilinin əldə edilməsi və ya inşası üçün çəkilən xərclərə, ev və ya tikili qismən zədələndikdə, yaxud evin və ya tikilinin müəyyən hissəsi alındıqda isə onların bərpası üçün tələb olunan tikinti materiallarının bazar qiyməti ilə alınmasına və tikinti sahəsinə daşınmasına çəkilən xərclər, hər hansı işlər və podratçılarla bağlı çəkilən xərclər, habelə hər iki halda layihələndirmə və üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı çəkilən xərclər əlavə olunmaqla hesablanan qiyməti olaraq anlayış verilmişdir. Məhkəmə hesab edir ki, mübahisə predmeti olan yanacaq doldurma məntəqəsinə nəqliyyat vasitələrinin giriş-çıxışına faktiki olaraq texniki cəhətdən maneə olmasa da, talvar tikilisi və yanacaq çənləri yolun mühafizə zolağına düşdüyünə görə həmin yanacaq doldurma məntəqəsinə aid digər tikililərin təyinatı üzrə istifadə edilməsi mümkün olmadığından, iddiaçının bütövlükdə əmlakın hamısına münasibətdə dəyən ziyanın məbləği müəyyən edilməlidir. Məhkəməyə təqdim edilmiş ekspert rəyində tədqiq olunan yanacaq doldurma məntəqəsinin təyinatı üzrə istifadə edilməsi mümkün olmadığından dəymiş ziyanın məbləğini həmin yanacaq doldurma məntəqəsinin başqa yerə köçürülərək yenidən qurulması üçün çəkiləcək xərcləri hesablamaqla mümkün olması qeyd edilmiş, aparılmış hesablama nəticəsində tədqiq olunan yanacaq doldurma məntəqəsinin başqa yerə köçürülərək yenidən qurulması üçün çəkiləcək ümumi xərcin hal-hazırkı bazar qiymətlərinə uyğun olaraq dəyəri təxminən 664715.67 manat məbləğində müəyyən olunmuşdur. Tədqiq edilən rəyin məzmunundan görünür ki, ümumi xərcin dəyəri iş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən mübahisə predmeti olan yanacaq doldurma məntəqəsinə dair tərtib edilmiş eskiz layihəyə əsasən hal-hazırki bazar qiymətlərinə uyğun olaraq qiymət normativləri tətbiq olunmaqla müəyyən edilmişdir. Məhkəmə təqdim edilmiş ekspert rəyinin məzmunu ilə qismən razılaşır. Belə ki, iş materiallarında olan yanacaq doldurma məntəqəsinin texniki pasportundan görünür ki, ümumiyyətlə nasosxana, təmir binası ayrıca tikili kimi mövcud olmamışdır. Eyni zamanda ekspert rəyinə əlavədə qeyd edilmiş suyun saxlanması üçün nəzərdə tutulan tutum bunkeri, yanğın su çəninin sözügedən texniki pasportda qeyd edilmədiyi müəyyən olunur. Nəzərə alınmalıdır ki, ekspert rəyində 4 ədəd yanacaq çəni qeyd edilsə də, faktiki olaraq mövcud olan və texniki pasportda əks olunmuş yanacaq çənləri 2 ədəd olmuşdur. Ekspert müasir standartlara uyğun yanacaq doldurma məntəqəsinin fəaliyyət göstərməsi üçün nəzərdə tutulmuş normativlərə uyğun tərtib edilmiş eskiz layihəyə istinad edərək yenidən həmin tikilinin inşa olunması üçün tələb olunan xərc məbləğini müəyyən etmişdir. Lakin, nəzərə alınmalıdır ki, iddiaçının malik olduğu əmlakın özü təqdim etdiyi eskiz layihədə qeyd edilmiş tikilinin xüsusiyyətlərini daşımamışdır. Yəni, iddiaçı, faktiki olaraq cavabdeh orqandan ona dəymiş ziyan həddində deyil, özünün əvvəllər malik olmadığı həcmdə tikilinin və onun komponentlərinin inşası və quraşdırılması ilə bağlı xərcləri tələb edir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı məruz qaldığı ziyan həcmində cavabdeh orqandan kompensasiyanın tələb edilməsində haqlı sayılmalı, tikiləcək yanacaqdoldurma məntəqəsinin fəaliyyət göstərməsi üçün zəruri olan digər tikinti quraşdırma işlərini öz vəsaitini hesabına həyata keçirməlidir. 1992-1995-ci ildə tikilmiş məntəqənin 2011-2013-cü illərdə köhnə olması və iddiaçının təqdim etdiyi eskiz layihəyə uyğun olmaması işin mübahisəsiz halıdır. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanunun 59.3-cü maddəsinin tələbinə görə cavabdeh ölçüsü və keyfiyyəti ilə eyni olan tikilinin əldə edilməsi və ya inşası və digər çəkilən xərclərin ödənilməsi öhdəliyi daşıyır. Hətta ekspert rəyində qeyd edilmiş yeni inşa edilməsi nəzərdə tutulan yanacaq doldurma məntəqəsinin ölçüsü əvvəlki məntəqənin ölçüsündən artıqdır. Bununla belə iddiaçıya dəymiş ziyanın ədalətli kompensasiya edilməsi üçün məhkəmə əvvəlki texniki pasport göstəriciləri nəzərə alınmaqla iddia olunan yanacaq doldurma məntəqəsinin başqa ərazidə yenidən inşası üçün ekspert rəyində qeyd edilən qiymətləndirməni nəzərə alaraq iddiaçıya dəymiş ziyanın məbləğinin aşağıdakı qaydada müəyyən edilməsini məqsədə müvafiq hesab edir: Ofis binası (daxilində ayaqyolu nəzərdə tutulmuşdur) - 130349.7 manat, dəmir beton çuxur - 3723.35 manat, talvar – 107343.26 manat, reklam lövhəsi – 50000 manat, yanacaq doldurma kalonkası (avadanlıq) – 5 ədəd -75000 manat, maye qaz çəni – 1 ədəd 10000 manat (2 ədəd yanacaq çəni faktiki olaraq mövcud olduğu üçün dəyəri nəzərə alınmamışdır). Cəmi : 376416.31 manat. Qeyri-yaşayış binasının texniki pasportunda köhnəlmə faizi - 20 faiz müəyyən edildiyindən, 75283, 262 manat pul məbləği hesablanmış məbləğdən çıxılmış, bununla da cavabdehin ölçüsü və keyfiyyəti ilə eyni olan tikilinin inşası və digər çəkilən xərclərin ödənilməsi ilə bağlı öhdəliyi köhnə və yeni inşa ediləcək tikiliyə münasibətdə tarazlaşdırılmışdır. Köhnəlmə faizi çıxıldıqdan sonra qalan 301133,048 manat pul məbləğinin üzərinə “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 №li Fərmanının 2.3-cü bəndinə uyğun olaraq hesablanmış bazar qiymətinin (301133.048 manat) 20 faizi miqdarında satınalma qiyməti (60226,6096 manat) əlavə edilmiş və yekun olaraq cavabdehin iddiaçıya ödəməli olduğu kompensasiyanın məbləği 361360 manat məbləğində müəyyən edilmişdir. İddia tələbinin əldən çıxmış fayda hissəsində münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı “məntəqənin fəaliyyəti normal ahəngdə davam etdiyi dövrdə, "xxxx" ASC tərəfindən Kürdəmir-Ucar-Yevlax-Tərtər avtomobil yolunun yenidən bərpası, genişləndirilməsi və 4 zolaqlı yola təkmilləşdirilməsi layihəsi həyata keçirməsi nəticəsində məcburiyyət qarşısında fəaliyyətini dayandırmasını” bildirsə də, iş materialları ilə müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 'Ələsgər' Firması (VOEN **********) tərəfindən 20.11 2007-ci il tarixdə təsərrüfat subyekti olaraq qeydiyyata alınmasına baxmayaraq, "xxxx" firmasına maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarı fəaliyyəti üzrə lisenziya verilməmişdir. Azərbaycan Respublikası "xxxx" ASC 7 nömrəli Regional Sukanal İdarəsinin xx.xx.2022-ci il tarixli 01/01/02/2-418 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, sözügedən obyektə dair içməli sudan istifadə edilməsi haqqında Azərsu ASC-yə məxsus X4 heç bir müqavilə bağlanmamış, Azərsu ASC-nin 7N-İİ Regional Sukanal İdarəsi tərəfindən xidmət göstərilməmişdir. Həmçinin Azərbaycan Respublikası "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 01/4/01- 7/5/13260 nömrəli məktubunda iddiaçı ilə "xxxx" ASC arasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair abonent elektron bazasında heç bir ünvanda qeydiyyatdan keçmədiyi və müqavilə bağlanmadığı qeyd edilmişdir. Sadalanan sənədlərin məzmunundan göründüyü kimi sözügedən yanacaq doldurma məntəqəsi yol çəkilərkən faktiki olaraq fəaliyyət göstərməmişdir. Odur ki, faktiki fəaliyyət göstərməyən sahibkarlıq subyektinin əldən çıxmış fayda ilə bağlı tələbi də mahiyyət etibarilə əsassızdır. İddiaçı, yolun mühafizə zonasına düşdüyü torpaq sahəsinə münasibətdə kompensasiyanın ödənilməsi ilə bağlı cavabdeh orqana qarşı hər hansı tələbinin olmadığını bildirmiş və torpaq sahəsinin dəyərinin müəyyən edilməsi ilə bağlı cəlb edilmiş mütəxəssisə ödənilməli olan xidmət xərcinin ödənilməsindən imtina etmişdir. Odur ki, məhkəmə tərəfindən iddiaçının ziyan dəymiş əmlakına münasibətdə yolun mühafizə zolağına düşən torpaq sahəsinin (508,43 kv.m) dəyəri müəyyən edilməmişdir. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilir. Cavabdeh “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi PHŞ-nin üzərinə 361360 manat kompensasiya məbləğinin İddiaçı ödənilməsi öhdəliyi qoyulur. İddia tələbi qalan hissədə təmin edilmir. Ekspertiza xərci cavabdehə aid edilir. Ekspert rəyinin verilməsinə çəkilən xərcə görə 50 (əlli) manat pul məbləği cavabdeh Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi PHŞ tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X6, kod: 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab AZ34CTRE********************) köçürülsün. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-49/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-49/2023
17.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver