Məhkəmə qərarları › İş №2-1(116)-49/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-49/2024

22.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-49/2024 22.01.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X6inə qarşı “üçüncü dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X6inə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “təyin edilmiş üçüncü dərəcəli əlilliyin ləğv edilməsi barədə cavabdehin qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, iddia tələbini dəqiqləşdirərək, “üçüncü dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı, 26 sentyabr 1992-ci il tarixdə Göyçay rayon Hərbi Komissarlığı tərəfindən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə göndərilmişdir. 27 sentyabr 1992-ci il tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətə başlamışdır. N noyabr 1996-cı il tarixədək həmin hərbi hissədə xidmət etmişdir. Xidmət etdiyi hərbi hissədə 1992-ci ilin noyabr ayından başlayaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərə cəlb edilmişdir. Həmin vaxtdan hərbi xidmətdən təxris olunanadək N saylı hərbi hissənin əsgəri kimi Ağdam rayonu və Fizuli rayonu ərazisində erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. 15 aprel 1994-cü il tarixdə hərbi xidmətlə əlaqədar Füzuli rayonunun Qaraxanbəyli kəndi ərazisində “URAL” markalı avtomobilə düşmən mövqeyi ilə üzbəüz yerləşən postlarına gedərkən avtomobil tank əleyhinə minaya düşmüşdür. Həmin vaxt baş nahiyəsindən ağır xəsarət almışdır. Mina partlaması nəticəsində yaralanarkən qulaqlarının pərdəsi zədələnmiş və sol qolu sınmışdır. Əvvəl hərbi hissənin tərkibindəki tibb məntəqəsində ona ilkin tibbi yardım göstərilmiş, bir gün sonra müalicə olunması üçün Müdafiə Nazirliyinin Füzuli rayonunda yerləşən hərbi hospitalına göndərilmişdir. Həkimlər tərəfindən müayinə olunduqdan sonra sol saidin yuxarı 1/3-də sol dirsək nahiyyəsində, sol bazunun aşağı 1/3-də sol saidin yuxarı 1/3-də içəri səthində köhnə çapıq toxumalar, sol bazu sümüyünün bayır kondilusunun köhnə bitişmiş sınığı, yumuşaq toxumalar içərsində 0,5 sm ölçüdə iki ədəd yad cismin olması” diqanozu qoyularaq, bir müddət həmin hospitalda müalicə olunduqdan sonra yenidən N saylı hərbi hissədə xidmətinə davam etmişdir. Lakin hərbi xidmət dövründə yenidən sol qulağında iltihablaşma başladığı üçün N saylı hərbi hissənin tibb məntəqəsinin rəisinin 20 mart 1996-cı il tarixli 1423 saylı göndərişinə əsasən müayinə və müalicə üçün N saylı hərbi hissəyə göndərilmişdir. Müayinə və müalicədən sonra yenidən hərbi xidmət etdiyi N saylı hərbi hissəyə göndərilmişdir. N noyabr 1996-cı il tarixdə hərbi xidmətdən təxris olunmuşdur. 21 oktyabr 1998-ci il tarixdə Müdafiə Nazirliyi tərəfindən verilmiş vəsiqəyə əsasən müharibə veteranı statusu qazanmışdır. Bundan sonra Göyçay rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək həqiqi hərbi hidmətdə olarkən xidməti vəzifəsini yerin zaman xəsarət almağı faktının müyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 1 avqust 2014-cü il tarixli 2(046)-95/2014 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Azərbaycan Respublikasınn Silahlı Qüvvələrində həqiqi xidmətdə olarkən xidməti vəzifəsini yerinə yetirən zaman xəsarət almağı bərədə qətnamə qəbul edilmişdir. Bundan sonra həkimlərin göstərişi ilə ona hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, “mina partlayış travmasının qalıq əlamətləri, sümük sınığının pis bitişməsi və sol dirsək sümüyünün yuxarı 1/3- nin bitişmiş sınığı diqanozu qoyulmuş, bunun nəticəsində tərəfimdən cavabdeh inzibati orqana müraciət edilmiş və müvafiq qərarla mənə İİİ qrup əlillik təyin edilmiş və pensiyanın verilməsi üçün zəruri sənədlər DSMF-nun Kürdəmir rayon şöbəsinə göndərilmişdir. Bu günə kimi ayrı-ayrı illərdə Göyçay Rayon Mərkəzi Xəstəxanasının göndərişi ilə Elmi-Tədqiqat Travmatologiya və Ortapediya İnstitutunda müayinə və müalicə olunmuşdur. Lakin müaliclərin heç bir köməyi olmamışdır. 2021-ci ildə cavabdeh inzibati orqan, yaşadığı ünvana məktub ünvanlayaraq, ona təyin edilmiş İİİ qrup əlilliyin ləğv edildiyini, əlavə müalicəyə ehtiyacının olması zəruriliyini bildirilmişdir. Həmin il Göyçay Rayon Mərkəzi Xəstəxnasının göndərişi ilə Bakı şəhərində Elmi- Tədqiqat Travmatologiya və Ortapediya İnstitutuna göndərilərək müayinə olunmuşdur. xx.xx.2021-ci il tarixdə əvvələr həkimlər tərəfindən qeyd olunan diaqnoz təsdiqlənərək bu barədə ona arayış verilmişdir. Sonra Göyçay Rayon Mərkəzi Xəstəxanasının vasitəsi ilə əlilliyin qiymətləndirilməsi üçün cavabdeh inzibati orqana göndəriş ünvanlamış, lakin cavabdeh inzibati orqan hazırki, qanunvericiliyin meyarlarına əsaslanaraq diqanozun əlilik əlamətini təyin edilməməsi barədə qərar qəbul edərək imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçının əlillik vəziyyətinə Göyçay Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S60-S69 - Bilək və əlin travmaları => S69 - Bilək və əlin digər və dəqiqləşdirilməmiş travmaları => S69.7...; Diaqnozun mətni: Sol diesək oynağının iç səthinin odlu silah yaralanmasından sonrakı çapıqlar; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Dirsək oynağının güllə yaralanması” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Göyçay Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında xx.xx.2021-ci ildə təkrar baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu ...; Diaqnozun mətni: Sol dirsək oynağının iç səthinin odlu silah yaralanmasından sonrakı kobud kelloid çapıqları.Bazu sümüyünün epikondilusdan keçən bitişmiş sınığı, oynaqların posttravmatik artrozu,funksiyanın pozulması ilə.; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Sol dirsək oynağının iç səthinin odlu silah yaralanmasından sonrakı kobud kelloid çapıqları” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və "Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu ...; Diaqnozun mətni: Sol dirsək oynağının iç səthinin odlu silah yaralanmasından sonrakı kobud kelloid çapıqları.Bazu sümüyünün epikondilusdan keçən bitişmiş sınığı, oynaqların posttravmatik artrozu,funksiyanın pozulması ilə; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Sol dirsək oynağının iç səthinin odlu silah yaralanmasından sonrakı kobud kelloid çapıqları.” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Göyçay Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Mina partlayış travmasının qalıq əlamətləri. Sümük sınığının pis bitişməsi, sol dirsək sümüyünün yuxarı 1/3-nin bitişmiş sınığı.; Mərkəzə göndərilmənin /imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi-barədə qərar qəbul edilmişdir. Göründüyü kimi, Göyçay rayon sakini xx.xx.1974-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında xx.xx.2022-ci il tarixdə əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2014-cü il tarixli 636 nömrəl Qərar verilmişdir. Həmin qərarda “Qəlpə yaralanmalarından sonra sol saidin yuxarı 1/3-də sol dirsək nahiyəsində sol bazunun aşağı 1/3-də sol səidin yuxarı 1/3-nin içəri səthində çapıq toxumalar, sol bazu sümüyünün bayır kondilusunurı köhnə bitişmiş sınığı (xx.xx.1994) diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol qolunda olan ağrılardan şikayətlənmiş, sol yuxarı ətrafda bazunun aşağı 1/3-də və dirsəkdə çapıqlar izlənilmiş supinasiya və pronasiya hərəkətlərini 70-80 dərəcə icra etmiş, sol dirsək oynağında hərəki məhdudluq aşkar edilməmişdir. Təqdim edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliy “Tibbi Ərazi Bölmələrini İdarərtmə Birliyi” (TƏBİB) X3 və Ortopediya İnstitutu xx.xx.2022-ci il tarixli **********/14817 nömrəli Arayışda qeyd olunmuş diaqnoz əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixi 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X5 Ərazi Bölmələrini İdarəetmə Birliyi” X6 Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli arayışlarından görünür ki, iddiaçıya “Mina partlayış travmasının qalıq əlamətləri. sol dirsək sümüyünün yuxarı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, mil sümüyünün başının deformasiya, dirsək sinirinin neyropatiyası, sol dirsək oynağının kəskin kontrakturası (flex=35, ext=120, supinasiya=yox), dirsək oynağının artrozu və ossifivatları. Davamlı ağrı və ətarfın kəskin funksiyası pozğunluğu Y36.2, S52.2, S 54.0, M19.1, M24.5, R 52.2 R 26.8 S52.1) diaqnozu qoyulmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2014-cü il tarixli 636 nömrəli qərarından görünür ki, Göyçay RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı və xx.xx.2014-cü ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya mərkəzində məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz - «Qəlpə yaralanmalarından sonra sol saidin yuxarı 1/3-də sol dirsək nahiyəsində sol bazunun aşağı 1/3-də sol saidin yuxarı 1/3-nin içəri səthində çapıq toxumalar, sol bazu sümüyünün bayır kondilusunun köhnə bitişmiş sınığı.» müəyyən edilmiş, «HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR» qeydi icra edilmişdir. - Göyçay Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(046)-95/2014 nömrəli qətnaməsindən görünür ki, ərizəçi İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olarkən xidməti vəzifələrini yerinə yetirən zaman xəsarət alması faktı müəyyən edilmiş hesab edilmişdir. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2014-cü il tarixdə müayinə olunmuş, “Sol dirsək oynağının iç səthinin odlu silah yaralanmasından sonrakı çapıqlar” diaqnozu ilə bir il müddətinə (səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik) üçüncü dərəcəli əlillik təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2015-ci il qeyd edilmişdir. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2015-ci il tarixdə müayinə olunmuş, “Sol dirsək oynağının iç səthinin odlu silah yaralanmasından sonrakı kobud kelloid çapıqları. Bazu sümüyünün epikondilusdan keçən bitişmiş sınığı, oynaqların posttravmatik artrozu, funksiyanın pozulması ilə” diaqnozu ilə bir il müddətinə (səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik) üçüncü dərəcəli əlillik təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2016-cı il qeyd edilmişdir. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2016-cı il tarixdə müayinə olunmuş, “Sol dirsək oynağının iç səthinin odlu silah yaralanmasından sonrakı kobud kelloid çapıqları.Bazu sümüyünün epikondilusdan keçən bitişmiş sınığı, oynaqların posttravmatik artrozu.funksiyanın pozulması ilə” diaqnozu ilə beş il müddətinə (səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik) üçüncü dərəcəli əlillik təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2021-ci il qeyd edilmişdir. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə müayinə olunmuş, iddiaçıya “hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Mina partlayış travmasının qalıq əlamətləri. Sümük sınığının pis bitişməsi, sol dirsək sümüyünün yuxarı 1/3-nin bitişmiş sınığı” diaqnozu qoyulmuş”, diaqnoz əlillik əlaməti təyin etmir əsası ilə imtina cavabı verilmişdir. - Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının **********1 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, xx.xx.2022-ci il tarixdə əlavə əyani müayinə nəticəsində iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmiş, təqdim edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliy “Tibbi Ərazi Bölmələrini İdarərtmə Birliyi” (TƏBİB) X3 və Ortopediya İnstitutu xx.xx.2022-ci il tarixli **********/14817 nömrəli Arayışda qeyd olunmuş diaqnozunun əyani müayinə zamanı öz təsdiqini tapmaması qeyd edilmişdir. - Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-700/2023 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. “Məhkəmə-Tibbi Ekspertiza və X4” PHŞ-nin xx.xx.2023-cü il tarixli 3950 nömrəli məktubuna əlavə olunmuş ekspert rəyində qeyd edilmişdir ki, Vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilib göndərilmiş Forma 088 göndərişində qeyd edilmiş “XX sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: Sinif - xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36-qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - hərbi əməliyyatlar => Y36.2 - hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və yə qəlpələrlə törənmiş zədələnmələr, mina partlayış travmasının qalıq əlamətləri, sümük sınığının pis bitişməsi, sol dirsək sümüyünün yuxarı 'A-nin bitişmiş sınığı” diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında müəyyən edilmişdir. ... - Göyçay rayon Mərkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Göyçay rayon Mırtı kənd sakini 1974-cü il təvəllüdlü, İddiaçı “Y35-Y36 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, mina partlayış travmasının qalıq əlamətləri, Sümük sınığının pis bitişməsi, sol dirsək sümüyünün yuxarı 1/3 bitişmiş sınığı, M19.1 digər oynaqların postravmatik artrozu, sol dirsək oynağının postravmatik artrozu, H90.3 Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, iki tərəfli koxleər nevrit neyrosensor ağıreşitmə lll-İV dərəcə, H66.2 xroniki epitimpano-antral irinli orta otit, sol tərəfli irinli otit, epitempanit qramulyasiya ilə, R52.2 digər daimi ağrı, davamlı ağrı sindromu” diaqnozu ilə RMX-da qeydiyyatdadır. İddiaçı diaqnozu AR Nazirlər kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarına uyğun gəldiyi üçün Forma 88 doldurularaq TSEK-a göndərilmiş lakin, vətəndaşın diaqnozu əlillik əlaməti təyin etmədiyi üçün imtina cavabı gəlmişdir. Əlavə olaraq bildiririk ki, TSEK tərəfindən edilən imtinadan sonra vətəndaş RMX-ya əlillik təyin edilməsi ilə bağlı müraciət etmədiyi üçün, AR Nazirlər kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə Forma 88 doldurularaq TSEK-a göndərilməmişdir. - Göyçay rayon Mərkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Göyçay rayonu Mırtı kənd sakini 1974-cü il təvəllüdlü İddiaçı "Hərbi əməliyyatlar nəticəsndə digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, mina partlayış travmasının qalıq əlamətləri.Sümük sınığının pis bitişməsi, sol dirsək sümüyünün yuxarı 1/3 bitişmiş sınığı. Digər oynaqların postravmatik artrozu, sol dirsək oynağının postravmatik artrozu.Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, İki tərəfli koxlear nevrit neyrosensor ağıreşitmə lll-İV dərəcəli. Xroniki epitimpano-antral irinli orta otit, sol tərəfli irinli otit.epitempanit qramulyasiya ilə. Digər daimi ağrı,davamlı ağrı sindromu" diaqnozu ilə RMX-da qeydiyyatdadır. İddiaçı diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 N-li qərarının 2.3.2 və 2.5.20 bəndlərinə uyğundur. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-nin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Hazırkı iş üzrə cavabdeh orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina barədə inzibati aktın iddiaçıya hansı tarixdə verilməsinə dair sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün iddia müddəti ötürülməmişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. (-). Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir. İddiaçıya əlilliyin təyin olunması ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normanın tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Cavabdeh orqan iddiaçıya əlilliyin təyin edilməsindən “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina etmişdir. İddiaçı barəsində tərtib edilmiş göndərişdə qeyd edilmiş diaqnoz "Hərbi əməliyyatlar nəticəsndə digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, mina partlayış travmasının qalıq əlamətləri.Sümük sınığının pis bitişməsi, sol dirsək sümüyünün yuxarı 1/3 bitişmiş sınığı.Digər oynaqların postravmatik artrozu, sol dirsək oynağının postravmatik artrozu.Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, İki tərəfli koxlear nevrit neyrosensor ağıreşitmə lll-İV dərəcəli. Xroniki epitimpano-antral irinli orta otit, sol tərəfli irinli otit.epitempanit qramulyasiya ilə. Digər daimi ağrı,davamlı ağrı sindromu" olmuşdur. Məhkəmə tərəfindən iddiaçıya qoyulan diaqnozun doğruluğunu müəyyən etmək məqsədilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4”nə həvalə edilmişdir. Sonuncunun xx.xx.2023-cü il tarixli 3950 nömrəli məktubuna əlavə olunmuş ekspert rəyində iddiaçıya qoyulmuş diaqnozun xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında müəyyən edilməsi qeyd edilmişdir. İddiaçı barəsində göndərişi tərtib etmiş səhiyyə müəssisəsi iddiaçıya qoyulmuş diaqnozun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 Nli qərarının 2.3.2 və 2.5.20 bəndlərinə uyğun olduğunu bildirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2-ci hissəsində Əlilliyin müəyyən olunması meyarları öz əksini tapmışdır. 2.3. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: ... 2.3.2. dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 10 dərəcədən artıq olmaması) (M21.2,M24.5-M24.6,M25.6,M67.1,M99.0); 2.5. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda üçüncü dərəcə əlillik müddətsiz təyin edilir: 2.5.20. anadangəlmə lal-karlıq və yahər iki qulağın karlığı,3-4-cü dərəcə ağır eşitmə (H90-90.8). Göründüyü kimi iddiaçıya qoyulmuş diaqnoz ("Hərbi əməliyyatlar nəticəsndə digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, mina partlayış travmasının qalıq əlamətləri.Sümük sınığının pis bitişməsi, sol dirsək sümüyünün yuxarı 1/3 bitişmiş sınığı.Digər oynaqların postravmatik artrozu, sol dirsək oynağının postravmatik artrozu.Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, İki tərəfli koxlear nevrit neyrosensor ağıreşitmə lll-İV dərəcəli. Xroniki epitimpano-antral irinli orta otit, sol tərəfli irinli otit.epitempanit qramulyasiya ilə. Digər daimi ağrı,davamlı ağrı sindromu") istinad olunan Əsasnamədə 3-cü dərəcə əlilliyin müəyyən olunduğu xəstəliklərin siyahısındadır. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçıya əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur. Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh PHŞ-nin üzərinə İddiaçı üçüncü dərəcəli əlilliyin təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar