Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-490/2021 18.08.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, İddiaçı, Cavabdehin nümayəndəsi Hacı-X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “X11 Komissiyası tərəfindən 23 fevral 2005-ci il tarixdə verilmiş torpağın müvəqqəti istifadə hüququna dair JN-6427 kod 40400058 nömrəli dövlət aktına əsasən Şəki rayonu Oxud bələdiyyəsinin 27 sentyabr 2004-cü il tarixli 08 saylı qərarı və 10 oktyabr 2004-cü il tarixli 09 saylı icarə müqaviləsi ilə Şəki rayonu Oxud bələdiyyəsinin ərazisindən 60 il müddətinə X4 icarəyə verilmiş və aralarında bağlanmış 07 iyul 2011-ci il tarixli icarə müqaviləsinə əsasən X6 tərəfindən ona 54 il müddətinə icarəyə verilmiş kənd təsərrüfatı təyinatlı 11 hektar torpaq sahəsinin onun icarəsində olmasına dair hüququnun tanınması, yəni aralarında bağlanmış 07 iyul 2011-ci il tarixli icarə müqaviləsinin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X11 Komissiyası tərəfindən 23 fevral 2005-ci il tarixdə verilmiş torpağın müvəqqəti istifadə hüququna dair JN-6427 kod 40400058 nömrəli dövlət aktına əsasən Şəki rayonu, Oxud bələdiyyəsinin 27 sentyabr 2004-cü il tarixli 08 saylı qərarı və 10 oktyabr 2004-cü il tarixli 09 saylı icarə müqaviləsi ilə Şəki rayonu, Oxud bələdiyyəsinin ərazisindən 60 il müddətinə X4 icarəyə verilmiş və aralarında bağlanmış 07 iyul 2011-ci il tarixli icarə müqaviləsinə əsasən X6 tərəfindən ona 54 il müddətinə icarəyə verilmiş kənd təsərrüfatı təyinatlı 11 hektar torpaq sahəsinin onun icarəsində olmasına dair hüququnun tanınması, yəni aralarında bağlanmış 07 iyul 2011-ci il tarixli icarə müqaviləsinin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 07.01.2021-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X11 Komissiyası tərəfindən 23 fevral 2005ci il tarixdə verilmiş torpağın müvəqqəti istifadə hüququna dair JN-6427, kod 40400058 nömrəli dövlət aktına əsasən Şəki rayonu, Oxud Bələdiyyəsinin 27 sentyabr 2004-cü il tarixli, 08 saylı qərarı və 10 oktyabr 2004-cü il tarixli, 09 saylı icarə müqaviləsi ilə Şəki rayonu, Oxud Bələdiyyəsinin ərazisindən kənd təsərrüfatı təyinatlı 11 hektar torpaq sahəsi 60 il müddətinə X4 icarəyə verilmişdir. X1 rayonu, Oxud Bələdiyyəsi ilə aralarında bağlanmış icarə müqaviləsi əsasında həmin torpaq sahəsindən 6 il istifadə etdikdən sonra həmin torpaq sahəsini 54 illik müddətə iddiaçıya icarəyə vermişdir. Bununla bağlı iddiaçı ilə X6 arasında 07 iyul 2011-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin vaxtdan iddiaçı qeyd edilən torpaq sahəsindən istifadə edir, həmin torpaq sahəsində əkin-biçin işləri aparır və torpaq sahəsi ilə bağlı ödənişləri də həyata keçirmişdir. Lakin bunlara baxmayaraq iddiaçı uzun müddətdir ki, icarə müqaviləsi əsasında istifadəsində olduğu həmin torpaq sahəsinin icarəmsində olmasına dair hüququnu tanıtdıra bilmir. Belə ki, iddiaçı bununla bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan iddiaçıya ünvanladığı 17.06.2020-ci il tarixli, **********12 nömrəli imtina məktubunda, həmçinin məhkəməyə ünvanladığı 01.03.2021-ci il tarixli, **********60 nömrəli iddia tələbinə münasibət məktubunda qeyd etmişdir ki, X6 tərəfindən təqdim edilmiş kod 40400058, JN-6427 saylı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin itməsi ilə əlaqədar etibarsız hesab olunması barədə məlumatı əks etdirən qəzet səhifəsi və daxili işlər orqanlarının müvafiq arayışı əsasında 3.9 ha torpaq sahəsinə 28 sentyabr 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən yüklülük çıxarışı və 16 sentyabr 2017-ci il tarixli, A№183432 saylı torpaq sahəsinin planı və ölçüsü, 1.1 ha torpaq sahəsinə 28 sentyabr 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən yüklülük çıxarışı və 16 sentyabr 2017-ci il tarixli, A№183431 saylı torpaq sahəsinin planı və ölçüsü hazırlandığından, həmçinin X6 ilə İddiaçı arasında bağlanılmış 07 iyul 2011-ci il tarixli icarə müqaviləsi mövcud qanunvericiliyin tələblərinə cavab vermədiyindən icarə müqaviləsinin dövlət qeydiyyatına alınması mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh orqanın nümayəndəsi iddiaçının ərizəsinə etiraz etmədiyini bildirdi. Məhkəmə ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, iddia tələbindən imtina etməməklə iddia ərizəsinin geri qaytarılması arzusundadır və iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 55 və 80-cı maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “X11 Komissiyası tərəfindən 23 fevral 2005-ci il tarixdə verilmiş torpağın müvəqqəti istifadə hüququna dair JN-6427 kod 40400058 nömrəli dövlət aktına əsasən Şəki rayonu Oxud bələdiyyəsinin 27 sentyabr 2004-cü il tarixli 08 saylı qərarı və 10 oktyabr 2004-cü il tarixli 09 saylı icarə müqaviləsi ilə Şəki rayonu Oxud bələdiyyəsinin ərazisindən 60 il müddətinə X4 icarəyə verilmiş və aralarında bağlanmış 07 iyul 2011-ci il tarixli icarə müqaviləsinə əsasən X6 tərəfindən ona 54 il müddətinə icarəyə verilmiş kənd təsərrüfatı təyinatlı 11 hektar torpaq sahəsinin onun icarəsində olmasına dair hüququnun tanınması, yəni aralarında bağlanmış 07 iyul 2011-ci il tarixli icarə müqaviləsinin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-490/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-490/2021
18.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver