Məhkəmə qərarları › İş №2-1(116)-4929/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-4929/2025

16.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-4929/2025 16.01.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlu, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “iddiaçı və ailə üzvlərinin adına hazırlanmış torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə (JN-022A kod ********) göstərilmiş 0,08 ha torpaq sahəsini qeydiyyata alaraq çıxarışın verilməsi” tələbinə dair iddi ərizəsinə və əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı və ailə üzvlərinin adına hazırlanmış torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə (JN-022A kod ********) göstərilmiş 0,08 ha torpaq sahəsini qeydiyyata alaraq çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 05 nömrəli Qərarı). Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı eyni iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsinə əsasən aşağıdakıları qeyd edir. İddiaçı tərəfindən iddia olunan 0.08 ha torpaq sahəsi dəfələrlə məhkəmə mübahisəsinin predmeti olmuşdur. Məhkəmə araşdrıması zamanı məlum olmuşdur ki, iddiaçının hazırkı cavabdehə qarşı “Oğuz rayon Xalxal bələdiyyəsinin adına hazırlanmış 02 dekabr 2019-cu il tarixli ********** nömrəli çıxarışın və A seriyalı 446706 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi” barədə iddia tələbi Şəki İnzibati Məhkəməsinin 2020-ci il 18 avqust tarixli, 2-1(116)-1093/2020 nömrəli qərarı ilə təmin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 16 iyun tarixli, 2- 1(107)-14/2021 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin 2020-ci il 18 avqust tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1733/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 16 iyun tarixli, 2-1(107)- 14/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qeyd edir ki,yuxarıda mübahisələndirilən Çıxarış iddia oluna torpaq sahəsinin bir hissəsi ilə üst-üstdə düşdüyündən mübahisə predmeti olmuşdur.Yəni,iddiaçı üst-üstdə düşməyən hissədə mülkiyyət hüququnun qeydə alınmasını tələb etmədiyindən həmin çıxarışı mübahisələndirmişdir. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Oğuz rayon Ərmənət bələdiyyəsinin adına hazırlanmış, AN446706 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin və Oğuz rayon Xalxal bələdiyyəsinin adına hazırlanmış 02 dekabr 2019-cu il tarixli ********** nömrəli çıxarışın ləğv edilməsi” barədə iddia ərizəsi Şəki İnzibati Məhkəməsinin 2-1(116)- 2727/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Oğuz Rayon Xalxal Bələdiyyəsinin adına hazırlanmış xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın və A-446706 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədi ilə qeydiyyata alınmış 150 kv.m torpaq sahəsinin koordinatlarının dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası Şəki İnzibati Məhkəməsinin 21 avqust 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı tərəfindən həmin qərardaddan apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-573/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Daha sonra iddiaçı cavabdeh Oğuz rayon Xalxal Bələdiyyəsinə qarşı “Oğuz rayon, Xalxal Bələdiyyəsinin adına qeydə alınmış 0.015 kv.m torpaq sahəsinin iddiaçıya satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin 28 avqust 2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Göründüyü ki, hazırkı iddia ilə eynilik təşkil edən əvvəlki iddiaya artıq mahiyyəti üzrə baxılaraq qərar qəbul edilmişdir. Belə olan halda, göstərilən tələbə yenidən məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsinin 153.2-ci və 153.2.2-ci maddələrinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə İPM-nin 16.3-cü maddəsinə əsasən şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “iddiaçı və ailə üzvlərinin adına hazırlanmış torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə (JN-022A kod ********) göstərilmiş 0,08 ha torpaq sahəsini qeydiyyata alaraq çıxarışın verilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar