Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-493/2025 14.05.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax şəhər şöbəsinə qarşı “iddiaçının 01 yanvar 1980-cı ildən 25 dekabr 1989-cu ilədək Abşeron rayonu “TAC” kiçik müəssisəsində dərzi vəzifəsində və 02 yanvar 2000-ci ildən 25 aprel 2004-cü ilə kimi Bakı “TZW” firmasında “Aşbaz” vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax şəhər şöbəsinə qarşı “iddiaçının 01 yanvar 1980-cı ildən 25 dekabr 1989-cu ilədək Abşeron rayonu “TAC” kiçik müəssisəsində dərzi vəzifəsində və 02 yanvar 2000-ci ildən 25 aprel 2004-cü ilə kimi Bakı “TZW” firmasında “Aşbaz” vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən (xx.xx.2024-cü il) icraata qəbul edilmiş sayılmışdır. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri iş materialları ilə birgə araşdırıb hesab edir ki, hazırkı işin icraatına xitam verilməlidir. İş materiallarında olan, İddiaçı şəxsi məlumatları ilə bağlı “AZEMİS”-dən çıxarışdan görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İddia tələbi işlədiyi illərin sosial sığorta stajına daxil edilməsindən ibarətdir. Bu münasibətlərdə hüquq varisliyə yol verilmir. İddiaçının vəfat etməsi bu kimi hərəkətlərin edilməsini mümkünsüz edir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı vəfat etdiyindən, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən işin icraatının dayandırılmasına yol verilmir və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261- 262-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax şəhər şöbəsinə qarşı “iddiaçının 01 yanvar 1980-cı ildən 25 dekabr 1989-cu ilədək Abşeron rayonu “TAC” kiçik müəssisəsində dərzi vəzifəsində və 02 yanvar 2000-ci ildən 25 aprel 2004-cü ilə kimi Bakı “TZW” firmasında “Aşbaz” vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə icraata xitam verilir. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 1) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə.
Məhkəmə qərarları › İş №2-1(116)-493/2025
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-493/2025
14.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver