Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-494/2021 21.01.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu X1 Cavabdehnə qarşı “cavabdehin xx.xx.1970-ci il tarixli vətəndaşlıq vəziyyəti qeydiyyatı kitabında 95 nömrə ilə qeyd edilmiş əri İddiaçı Abduləziz oğlu ilə nikahın bağlanması akt qeydində qayınatasının adında “Əbdüləziz” kimi düzəliş edilməsi, həmçinin onun ölümü ilə bağlı xx.xx.2020-ci il tarixli 242 nömrə ilə qeyd edilən ölüm akt qeydləri kitabında “İddiaçı” kimi düzəliş edilərək müvafiq şəhadətnamələrin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: X2 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin xx.xx.1970-ci il tarixli vətəndaşlıq vəziyyəti qeydiyyatı kitabında 95 nömrə ilə qeyd edilmiş əri İddiaçı Abduləziz oğlu ilə nikahın bağlanması akt qeydində qayınatasının adında “Əbdüləziz” kimi düzəliş edilməsi, həmçinin onun ölümü ilə bağlı xx.xx.2020-ci il tarixli 242 nömrə ilə qeyd edilən ölüm akt qeydləri kitabında “İddiaçı” kimi düzəliş edilərək müvafiq şəhadətnamələrin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum əri xx.xx.1946-cı il tarixdə anadan olmuşdur. Mərhum akt qeydi kitabında xx xxxx 1946-cı il tarixdə 267 nömrə ilə qeydə alınmış və ona 359521 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. İddiaçı ilə mərhum əri arasında xx xxxxxx 1970-ci il tarixdə nikah bağlanmış və bu barədə 164899 nömrəli “Evlənmək haqqında şəhadətnamə” tərtib edilmişdir. Həmin şəhadətnamədə iddiaçının mərhum ərinin atasının adı “Abduləziz”, X6 Xidmət Mərkəzi tərəfindən tərtib olunan mərhumun “Ölüm haqqında şəhadətnamə”sində isə mərhumun ata adı “Əbüləziz” kimi qeyd edilmişdir. Mərhum xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İddiaçı mərhum ərindən qalmış miras əmlakı oğlunun adına rəsmiləşdirmək üçün X6 Xidmət Mərkəzinin Notariat Ofisinə müraciət etmiş, lakin yuxarıda qeyd olunan uyğunsuzluq səbəbi ilə notariat hərəkətlərin edilməsi mümkün olmamışdır. İddiaçı müvafiq düzəlişlərin edilməsi üçün cavabdeh orqana müraciət etsə də, müraciəti təmin edilməmişdir. Məhkəmə iş materiallarını araşdırıb iddiaçının hüquqi marağını nəzərə alaraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Qərarın 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Qərarın 9.1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mülki Prosessual Məcəllənin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. İddia ərizəsindən və iş materiallarından görünür ki, iddiaçı və cavabdeh arasında olan münasibətlər mülki xarakter daşıyır. Belə ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələrə mülki qaydada baxılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx xxxxxxx 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»ndan birmənalı olaraq, göründüyü kimi, ilk öncə vətəndaşlıq vəziyyəti barədə dövlət qeydiyyatı aparılır və bunun nəticəsi olaraq da müvafiq şəhadətnamələr verilir. Başqa sözlə, şəhadətnəmələr akt qeydləri kitablarında aparılan qeydlər əsasında verilir. İddiaçının mərhum ərinə “Evlənmək haqqında şəhadətnamə” və “Ölüm haqqında şəhadətnamə”nin verilməsinə əsas – müvafiq olaraq nikah haqqında akt qeydləri kitabında 1970-ci ilin avqust ayının 8-ci günündə 95 saylı, ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin mart ayının 12-ci günündə 242 saylı qeydin edilməsi təşkil edir. Deməli, həmin qeydlər mövcud olduğu halda, şəhadətnamələrdə düzəlişin edilməsi mümkünsüzdür. İPM-in 2.1-ci maddəsinin tələbindən göründüyü kimi, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən o halda həyata keçirilir ki, mübahisənin qanunla başqa aidiyyət qaydası müəyyən edilməmiş olsun. MPM-in yuxarıda istinad edilən normalarının məzmunundan göründüyü kimi, “vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında” işlərə xüsusi icraat qaydasında ümumi məhkəmələr tərəfindən baxılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi qeydin düzəldilməsinə və ya dəyişdirilməsinə əsas olan sübut əhəmiyyəti kəsb edir. Həmin icraat qaydasına o hallarda müraciət olunur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında hüquqi faktlara (doğum, nikah, boşanma, övladlığa götürmə və s.) dair aparılmış qeydlərdə yanlışlığa, səhvlərə yol verilmiş olsun və müvafiq icra hakimiyyəti orqanı həmin yanlışlığı (səhvi) düzəltməkdən imtina etsin (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmadığını müəyyən etmək üçün qeydiyyat orqanın sərəncamında mübahisəsiz sübutların olmaması səbəbi ilə). Bu halda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmadığı məhkəmə qaydasında müəyyən edilir. Hazırkı işdə də vəziyyət, məhz belədir. Buna görə də, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında iddiaçıya aid qeydlərin düzgün olmadığı mülki məhkəmə icraatı qaydasında müəyyən edilməlidir. Ona görə də ərizəçinin diqqətinə çatdırılır ki, hazırkı tələblə bağlı aidiyyəti üzrə səlahiyyətli olan rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. Bundan başqa, məhkəmə qeyd edir ki, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında İnzibati Məhkəmələr tərəfindən baxılmalı olmadığından iddiaçı tərəfin dinlənilməsinə zərurət olmamışdır. Belə ki, onun dinlənilməsinin təmin edilməsi iddianın mümkün sayılması ilə nəticələnməyəcək, əksinə vaxt itkisinə, əlavə yazışmalara səbəb olacaqdır. Bu səbəbdən də icraata qənaət prinsipi rəhbər tutularaq iddiaçının dinlənilməsinə lüzum görülməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16, 35 və 80-cı maddələrini rəhbər tutaraq qərara aldı: X1 Cavabdehnə qarşı “cavabdehin xx.xx.1970-ci il tarixli vətəndaşlıq vəziyyəti qeydiyyatı kitabında 95 nömrə ilə qeyd edilmiş əri İddiaçı Abduləziz oğlu ilə nikahın bağlanması akt qeydində qayınatasının adında “Əbdüləziz” kimi düzəliş edilməsi, həmçinin onun ölümü ilə bağlı xx.xx.2020-ci il tarixli 242 nömrə ilə qeyd edilən ölüm akt qeydləri kitabında “İddiaçı” kimi düzəliş edilərək müvafiq şəhadətnamələrin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-494/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-494/2021
21.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver