Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-496/2021 22.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu, Məmmədova Aynur Əhəd qızının katibliyi, Cavabdehin nümayəndəsi Hacı-X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X5, X8, X9, X10 və X6) “31.03.2017-ci il tarixli 4Ə-247 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında əldə etdiyi 1.5665 ha torpaq sahəsinin 0.5216 ha hissəsinə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X5, X8, X9, X10 və X6) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31.03.2017-ci il tarixli 4Ə-247 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında əldə etdiyi 1.5665 ha torpaq sahəsinin 0.5216 ha hissəsinə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı Qax rayonu Zərnə kənd sakinləri X9 və X3 0.5216 ha torpaq sahəsini satın almışdır. Tərəflər arasında alqı-satqı müqaviləsi 31.03.2017-ci il tarixdə bağlanmışdır. İddiaçı aldığı torpaq sahəsinə dair çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan isə 23.12.2020-ci il tarixli **********83 nömrəli məktubunda 1.565 ha torpaq sahəsinin 0.5216 ha hissəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün torpaq sahəsinin bölünməsinə dair alıcı və satıcı tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmiş bölgü sxeminin ərazi idarəsinə təqdim edilməsinin zəruri olduğunu bildirmişdir. Üçüncü şəxslər isə torpaq sahəsinin bölünməsinə dair sxemin imzalanmasından imtina etdikləri üçün iddiaçı çıxarış ala bilmir. Cavabdeh orqanın məhkəməyə ünvanladığı 01.03.2021-ci il tarixli, **********57 nömrəli məktubda qeyd edilir ki, İddiaçı 31.03.2017-ci il tarixli, 4Ə-247 reyestr nömrəli alqısatqı müqaviləsi əsasında əldə etdiyi torpaq sahəsinə dair notarial qaydada təsdiq edilmiş bölgü planını təqdim edə bilmədiyi üçün torpaq sahəsinin qeydiyyata alınması mümkün olmamışdır. Həmçinin bildirilir ki, iddiaçı istədiyi təqdirdə bölgü planı təqdim etmədən payları özgəninkiləşdirilməyən payçılarla birlikdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilə bilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və 3-cü şəxslər məhkəmə iclasında iştirak təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarına təsdiq edilmiş surətləri əlavə edilən sənədlərdən müəyyən edilir ki, 142710 nömrəli, 10.02.2017-ci il tarixdə tərtib edilən “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən 1.565 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X4 mülkiyyətində olduğu görünür. Həmçinin RX seriyalı ******* nömrəli 11.02.2017-ci il tarixli çıxarışa əsasən Qax rayonu, Zərnə kəndində yerləşən 1.5650 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hər birinə 1/6 hissə olmaqla X10, X6, X8, X9 və 2/6 hissə olmaqla isə X4 paylı mülkiyyətində olduğu görünür. İş materiallarında olan 31.03.2017-ci il tarixli, ******* “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, X10 və X9 ümumi sahəsi 1.5650 olan torpaq sahəsinin paylı mülkiyyət üzrə özlərinə məxsus 0.5216 ha hissəsini İddiaçı satmışlar. Lakin iş üzrə üçüncü şəxslər daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən 18.05.2020-ci il tarixdə tərtib edilmiş bölgü planını imzalamamışlar. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçının hazırkı tələbi “31.03.2017-ci il tarixli 4Ə-247 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında əldə etdiyi 1.5665 ha torpaq sahəsinin 0.5216 ha hissəsinə dövlət reyestrindən çıxarışın verilməsi”ndan ibarətdir və iş materiallarına əsasən müəyyən edilir ki, sözügedən torpaq sahəsinə çıxarışın verilməsi üçün üçüncü şəxslər tərəfindən bölgü planı imzalanmalı və notarial qaydada təsdiq edilməlidir. İş üzrə üçüncü şəxslər bölgü planının imzalanmasından imtina etdikləri üçün cavabdeh orqan tərəfindən çıxarışın verilməsi mümkün olmamışdır. Göründüyü kimi iddia tələbində qeyd olunan torpaq sahəsinə çıxarışın verilməsi üçün iddiaçı ilk öncə bölgü planının üçüncü şəxslər tərəfindən imzalanmasına nail olmalıdır ki, bunun üçün onlara qarşı mülki qaydada iddia qaldırmalı və müvafiq tələb irəli sürməlidir. Ya da iddiaçı istədiyi təqdirdə bölgü planı təqdim etmədən payları özgəninkiləşdirilməyən payçılarla birlikdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilə bilər. Bundan sonra isə iddiaçı öz payının naturada ayrılması barədə 3-cü şəxslərə qarşı mülki qaydada iddia qaldıra və müvafiq tələb irəli sürə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunması bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (bənd - 5.1, 5.2, 5.3, 5.4, 6.1, 6.2, 7). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X5, X8, X9, X10 və X6) “31.03.2017-ci il tarixli 4Ə-247 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında əldə etdiyi 1.5665 ha torpaq sahəsinin 0.5216 ha hissəsinə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-496/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-496/2021
22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver