Məhkəmə qərarları › İş №2-1(116)-496/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-496/2022

28.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-496/2022 28.06.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı “Azərbaycan Respublikası Vəkillər Kollegiyası İxtisas Komissiyasının xx.xx.2021-ci il tarixli protokolunun ona dair bəndindən verdiyi şikayət üzrə Azərbaycan Respublikası Vəkillər X1 xx.xx.2021-ci il tarixli qərarını ləğv edib cavabdehin üzərinə Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbul üçün andiçməyə çağırılmağla bağlı öhdəliyinin qoyulmasına dair qərar qəbul edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Azərbaycan Respublikası Vəkillər Kollegiyası İxtisas Komissiyasının 20 oktyabr 2021-ci il tarixli protokolunun iddiaçıya dair bəndindən verdiyi şikayət üzrə Azərbaycan Respublikası Vəkillər X1 04 noyabr 2021-ci il tarixli qərarını ləğv edib, Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbul üçün andiçməyə çağırılmağının təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı ərizəni dəqiqləşdirərək Azərbaycan Respublikası Vəkillər Kollegiyası İxtisas Komissiyasının protokolunun tarixini xx.xx.2021-ci il olaraq qeyd etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia tələbi “Vəkillər və vəkillik fəaliyyəti haqqında Qanun”un (16, 18, 22-ci maddələrinin), “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin (4.2, 5.2, 6.1, 8.2-ci bəndlərinin), “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının (6-cı maddəsinin 1-ci bəndinin, 10-cu və 18-ci maddələrinin, Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin) tələblərinin pozulması ilə əsaslandırılmışdır. İddia ərizəsində hazırkı işin halları ilə bağlı qeyd edilmişdir ki, iddiaçı sənədlərini təkarən Vəkillər Kollegiyasının rəyasət Heyətinə təqdim edərək şifahi müsahibə mərhələsinə buraxılmasını xahiş etmiş, sənədlər 08 fevral 2021-ci il tarixdə rəsmi poçtla daxil olsa da, uzun müddət baxılmamış, baxılmamasının səbəb və əsasları barədə məlumat verilməmişdir. 2021-ci ilin sentyabrında İxtisas Komissiyasına çağırılmışdır. Komissiya üzvlərinin verdiyi 5 sualın 5-ni də müvəffəqiyyətlə cavablandırmışdır. 21 oktyabr 2021-ci il tarixdə Vəkillər Kollegiyası İxtisas Komissiyasının 20 oktyabr 2021-ci il tarixli məlumatı dərc edilib, adı İxtisas Komissiyasının şifahi müsahibəsindən keçmiş namizədlər siyahısına daxil edilməmişdir. Qərardan verdiyi şikayət Azərbaycan Respublikası Vəkillər X1 04 noyabr 2021-ci il tarixli qərarı ilə rədd edilib. İsrar etməsinə baxmayaraq, Azərbaycan Respublikası Vəkillər X1 xx.xx.2021-ci il tarixli iclasına çağırılmamışdır. Teleqramla müraciətindən sonra Azərbaycan Respublikası Vəkillər X3 sədrinin müavini Pərviz Ələkbərov ona 11 noyabr 2021-ci il tarixli, 1267 saylı məktub göndərərək, ərizəsinin təmin edilməməsini bildirmiş, məktuba qərar əlavə edilməmişdir. Hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır. Həmçinin iddiaçı, iddia ərizəsində Azərbaycan respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(102)-1925/2021 nömrəli qərarı ilə yekunlaşmış məhkəmə icraatı ilə bağlı işin hallarını, ictimai fəaliyyəti ilə bağlı ayrı seçkiliyə məruz qalmasını qeyd etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli imtan məktubunda göstərmişdir ki, qəbul edilmiş qərara əsasən, vəkilliyə qəbulla bağlı ixtisas imtahanın şifahi müsahibə mərhələsində ixtisas Komissiyası tərəfindən peşəyə yararlılığınız müəyyən olunması üçün aparılmış qiymətləndirmədən narazılığınızla bağlı ərizənizin təmin olunması üçün əsas yoxdur. Cavabdeh orqan iddia tələbinə etirazda qeyd etmişdir ki, iddiaçı əvvəllər vəkil olmuş şəxs kimi Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanının yazılı test mərhələsindən azad olunduğunu nəzərə alaraq şifahi müsabiqədə iştirak etmək məqsədilə Vəkillər X3 tərəfindən müəyyən olunmuş sənədlərinin qəbul edilməsini və ixtisas imtahanının şifahi müsahibə mərhələsinə buraxılmağını xahiş etmişdir, iddiaçı 21 sentyabr 2021-ci il tarixdə peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə ixtisas imtahanının şifahi müsahibə mərhələsində iştirak etmiş, onun imtahan nəticələri Vəkillərin ixtisas Komissiyasının üzvləri tərəfindən vəkilliyə namizədlə keçirilən şifahi imtahanın qiymətləndirmə cədvəlində yazılı şəkildə qiymətləndirilmiş, 21 sentyabr 2021 il tarixli 23 saylı şifahi imtahan iclas protokolu tərtib edilmişdir. Qeyri-məqbul qiymətlərin sayı məqbul qiymətlərin sayından çox olduğu üçün 19 oktyabr 2021-ci il tarixli 27 saylı iclas protokolu ilə Vəkillərin ixtisas Komissiyası şifahi müsahibədə iştirak etmiş iddiaçının cavablarını “qeyri-məqbul” qiymətləndirdiyindən xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəsmi internet səhifəsində (https://barassociation.az/news/753) dərc edilmiş şifahi müsahibə mərhələsindən müvəffəqiyyətlə keçmiş vəkilliyə namizədlərin siyahısında yer almamış, iddiaçıya Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi üçün rəy verilməmişdir. Bundan sonra iddiaçı Azərbaycan Respublikası Vəkillər X2 şikayət verərək Vəkillərin ixtisas Komissiyasının onun şifahi müsahibədə verdiyi cavabın qeyri-kafi qiymətləndirilməsinə dair qərarının qanunsuz, əsassız və qərəzli olduğundan ləğv edilməsini, onun cavabının məqbul qiymətləndirilməsinə dair qərar qəbul edilməsini və onun and içərək Vəkillər Kollegiyasının üzvlüyünə qəbulu ilə bağlı göstəriş verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, suallara cavab vermişdir, ona qarşı qərəzli davranılmışdır, iddiaçının şikayətinə baxılmış iddiaçıya bildirilmişdir ki, əsas müəyyən edilmədiyindən, müraciət təmin edilməmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmişdir. İddia ərizəsindən göründüyü kimi iddanın əsas məqsədi cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi, yəni iddiaçının vəkilliyə qəbulu barədə qərar qəbul edilməsi vəzifəsinin qoyulmasıdır, iddia tələblərini aşağıdakı əsaslarla hüquqi və faktiki baxımdan əsassız hesab edirik. Mümkünlük məsələləri: İ. iddiaçının “icbari təlimə buraxılmaqla Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzv qəbul edilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbini irəli sürmək üzrə subyektiv hüququ yoxdur. Hesab edirik ki, ixtisas imtahanının şifahi müsahibə mərhələsində onun barəsində müsbət rəy verilmədiyi üçün iddiaçının belə tələb irəli sürmək üçün subyektiv hüququ yoxdur. Qüvvədə olan qanunvericiliyə əsasən əvvəllər vəkil və ya hakim olmuş şəxslərin Vəkillər Kollegiyası üzvlüyünə qəbul şərtləri və qaydası ardıcıllıqla aşağıdakı kimidir: 1. "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunun 8-ci maddəsinin İ hissəsində irəli sürülmüş tələblərə cavab verilməsi (Əvvəllər vəkil (intizam qaydasında vəkillik fəaliyyətinə xitam verilmiş şəxslər istisna olmaqla) və ya hakim olmuş şəxslər yazılı testi vermədən və icbari təlimə cəlb olunmadan, şifahi müsahibədən keçdikdən sonra vəkil ola bilərlər.); 2. Həmin maddənin İİ hissəsində göstərilmiş halların olmaması (ikili vətəndaşlığın, digər dövlətlər qarşısında öhdəliklərin olmaması, fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab olunmama, əqli qüsurlarına görə vəkillik fəaliyyətini həyata keçirməyə qadir olmama, qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkumluğun ödənilməməsi və ya götürülməməsi, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarının olmaması); 3. ixtisas imtahanının şifahi müsahibə mərhələsinin müvəffəqiyyətlə verilməsi; 4. ixtisas imtahanının şifahi müsahibə mərhələsinin nəticəsi əsasında Vəkillərin İxtisas Komissiyasının Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müvafiq rəyin təqdim edilməsi; 5. namizədin vəkil statusunu əldə etməsini istisna edən hallar (Qanunun 8-ci maddəsinin İ və İİ hissələri) aşkar edilmədikdə, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin namizədin Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi ilə bağlı müvafiq tədbirlərin (andiçmə, reyestrə daxil edilməsi və s.) görülməsini təmin etməsi. Göründüyü kimi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzv qəbul edilmək üçün ixtisas imtahanının şifahi müsahibə mərhələsinin müvəffəqiyyətlə verilməsi və bu barədə müvafiq rəyin mövcudluğu və bütün bu şərtlər ödənildikdən sonra həmin tarixə "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunun 8-ci maddəsinin İ və İİ hissəsindən irəli gələn vəkil statusunu əldə etməsini istisna edən hallar mövcud olmadıqda namizəd üzv qəbul edilir. Belə olan halda iddiaçının ixtisas imtahanının şifahi müsahibə mərhələsini müvəffəqiyyətlə verməsi və müvafiq rəy faktiki olaraq mövcud olmadığı halda üzvlüyə qəbul edilmək vəzifəsinin cavabdehin üzərinə qoyulması tələb edilə bilməz. Hesab edirik ki, “cavabdehin üzərinə iddiaçının Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul öhdəliyinin qoyulması "tələbi mümkün hesab edilməməlidir. Belə ki, iddiaçının bu tələblər üzrə subyektiv hüququ yoxdur, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır, ixtisas imtahanının şifahi mərhələsində müvəffəqiyyət qazanmamış və barəsində müvafiq rəy verilməmiş üzvlüyə qəbul məsələsi Vəkillər Kollegiyasının Rəyasət Heyətində baxılmamış şəxsin “üzvlüyə qəbul" tələbi mümkün hesab edilə bilməz, iddiaçının çatmaq istədiyi məqsədə qaldırılmış iddianın ifadə tərzi və həcmi ilə nail olmaq mümkün olmadığından, iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsini seçmədiyindən iddiaçının hüquqi marağı mövcud deyildir, iddia tələbi bu hissədə mümkün sayılmamalıdır. Hazırkı iş üzrə araşdırma predmetini yalnız ixtisas imtahanının şifahi müsahibə mərhələsi təşkil edə və iddia həmin hissədə mümkün hesab edilməklə mahiyyəti üzrə baxıla, iddiaçının tələbi də Vəkillərin ixtisas Komissiyası ixtisas imtahanının qaydaları çərçivəsində öz mülahizəsi və seçimi ilə (qiymətləndirmə azadlığı) tətbiq etdiyi diskresion səlahiyyətləri və dispozitiv davranış imkanları nəzərə alınmaqla məhkəmə təftişinin predmeti ola bilər. İİ. iddiaçının müsabibə zamanı özünün verdiyi cavabların doğru olduğunu hesab edərək Vəkillərin ixtisas Komissiyasının mahiyyəti üzrə gəldiyi nəticəni mübahisələndirməsı barədə tələbi də mümkün tələb deyil, iddiaçının Vəkillərin ixtisas Komissiyasının mahiyyəti üzrə gəldiyi nəticəni təftiş etmək tələbi özü-özlüyündə vəkilliyin əsaslarından birini təşkil edən - özünüidarəetmə, vəkillər və vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi - prinsipi ilə bir araya sığmır. Şübhəsizdir ki, namizədin peşə yararlılığının müəyyən edilməsində Vəkillərin İxtisas Komissiyasının mövqeyi müstəsna və ən əlverişlidir, bu məhz onun preroqatividir. Belə ki, Vəkillər və vəkillik fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır. Həmin maddənin İİİ hissəsinə əsasən vəkillərin və onların birliyinin peşəkar fəaliyyətinə prokurorluq, məhkəmə, digər dövlət orqanları, ictimai birliklər, hər hansı müəssisə, idarə, təşkilat və vəzifəli şəxs tərəfindən müdaxiləyə, təzyiqə yol verilməməsi; həmçinin özünüidarəetmə, vəkillər və vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi vəkilliyin əsaslarını təşkil edir. Həmin Qanunun 9-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında qeyri- dövlət, müstəqil, özünü idarə edən və bütün vəkillərin daxil olduğu Vəkillər Kollegiyası fəaliyyət göstərir. Vəkillər Kollegiyasının üzvü olmayan şəxslər vəkillik fəaliyyəti ilə məşğul ola bilməzlər. Eyni maddənin V hissəsinə əsasən bu Qanunun tələblərinə uyğun olaraq Kollegiya üzvlüyünə qəbul olunma məsələsini Vəkillər Kollegiyası həll edir. Həmin Qanunun 11-ci maddəsinin İİİ hissəsinə əsasən Vəkillər Kollegiyasının Rəyasət Heyəti Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunma məsələsini həll edir. Eyni Qanunun 13-cü maddəsinin İ hissəsinə əsasən Vəkilliyə namizədlərin bu Qanunda nəzərdə tutulmuş tələblərə uyğunluğu və peşə hazırlığının müəyyən edilməsi üçün ixtisas Komissiyası yaradılır. Eyni Qanunun 13-cü maddəsinin İX hissəsinə əsasən ixtisas imtahanının qaydaları Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilir. Vəkillər X1 7 iyul 2008-ci il tarixli Qərarı ilə “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydaların 5.1-ci bəndinə əsasən yazılı test imtahanından keçid balı toplamış namizədlərin peşə yararlığını müəyyən etmək məqsədi ilə onlarla şifahi müsahibə keçirilir. Eyni Qaydaların 5.3-cü bəndinə əsasən hər bir naməzədlə müsahibə fərdi qaydada 30 dəqiqəyədək aparılır. Namizədlərə şifahi müsahibə zamanı hüquq sahəsinə aid, habelə namizədlərin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi dünyagörüşünü və bilik səviyyəsini müəyyən edən suallar, o cümlədən də hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilə bilər. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən Komissiya üzvləri arasında müsahibə ilə əlaqədar fikir mübadiləsi aparıİdıqdan sonra müsahibənin nəticəsi ilə bağlı namizədin cavabları “məqbul’’ və ya “qeyri-məqbul” kimi qiymətləndirilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Müsahibənin nəticəsində cavablar “qeyri-məqbul" qiymətləndirilən namizədə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi üçün rəy verilmir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin V hissəsinə əsasən ixtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığını müəyyən etdikdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müvafiq rəy təqdim edir. “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydalan”nın 6.3-cü bəndinə əsasən Komissiya müsahibədə cavabları “məqbul” qiymətləndirilən namizədlərin vəkil peşəsinə yararlılığını müəyyən etdikdə, bu barədə yazılı rəy tərtib edilir və həmin rəy Komissiyanın sədri tərəfindən Vəkillər Kollegiyasının Rəyasət Heyətinə təqdim edilir. Komissiyanın rəyi ilə cavabları “məqbul” qiymətləndirilən namizədlər Ədliyyə Nazirliyinin tədris-elm müəssisəsində icbari təlimə buraxılırlar. Vəkillər Kollegiyasının Rəyasət Heyəti ilə Ədliyyə Nazirliyinin tədris-elm müəssisəsinin birgə müəyyənləşdiridiyi iki hüquqşünas alim tərəfindən vəkilliyə namizədlərin icbari təlimin yekunu üzrə bilikləri qiymətləndirilir. Biliklərin qiymətləndirilməsi icbari təlim ərzində keçirilmiş mövzular üzrə həyata keçirilir. Həmin Qaydaların 6.4-cü bəndinə əsasən namizədin peşə yararlılığına dair Komissiyanın rəyi Vəkillər Kollegiyasının Rəyasət Heyətinə təqdim edildikdən və icbari təlimdən müvəffəqiyyətlə keçdikdən sonra, namizədin vəkil statusunu əldə etməsini istisna edən hallar aşkar edilmədikdə, Vəkillər Kollegiyasının Rəyasət Heyəti namizədin Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsini təmin edir. Göründüyü kimi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunma üzrə ixtisas imtahanının şifahi müsahibə mərhələsi müstəsna olaraq Vəkillərin ixtisas Komissiyası tərəfindən həyata keçirilir, imtahan nəticələri müvafiq komissiyanın üzvləri tərəfindən “məqbul” və ya “qeyri-məqbul” kimi qiymətləndirilir, nəticələr “məqbul” qiymətləndirildikdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müvafiq rəy təqdim edilir, nəticələr “qeyri-məqbul” qiymətləndirildikdə isə müvafiq rəy verilmir. Belə olan halda iddiaçı məhkəmənin təftiş zaman özünü bütünlüklə Vəkillərin ixtisas Komissiyasının üzvlərinin yerinə qoymaqla, öz qərarı ilə Vəkillərin ixtisas Komissiyasının qərarını əvəz etməsini tələb edə bilməz, iddiaçının tələbi Vəkillərin ixtisas Komissiyası ixtisas imtahanının qaydaları çərçivəsində öz mülahizəsi və seçimi ilə (qiymətləndirmə azadlığı) tətbiq etdiyi diskresion səlahiyyətləri və dispozitiv davranış imkanları nəzərə alınmaqla məhkəmə təftişinin predmeti ola bilər. Yəni Vəkillərin ixtisas Komissiyası rəy verilməsi və ya verilməməsi ilə bağlı diskresion səlahiyyətə malik olduğundan, məhkəmə onun diskresion səlahiyyətini qüsurlu həyata keçirdiyini müəyyən etdikdə onun üzərinə arzu edilən inzibati aktı qəbul etmək öhdəliyi qoymamalıdır. Məhkəmənin belə hallarda iddiaçının tələbinə uyğun olan qərar qəbul etmək səlahiyyəti yoxdur. Vəkillərin ixtisas Komissiyası diskresion səlahiyyətləri həyata keçirdiyindən hər-hansı bir səhvə yol verməsi, hələ iddiaçının nəyisə tələb edə bilməsi demək deyil. Əgər məhkəmə Vəkillərin ixtisas Komissiyasının qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz, Vəkillərin ixtisas Komissiyasının diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz, ixtisas imtahanının şifahi müsahibə mərhələsinin həyata keçirilməsi Vəkillərin ixtisas Komissiyası müstəsna diskresion səlahiyyətini təşkil edir. Məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşdığından, hüququn icrasını (namizədin cavabının qiymətləndirilərək “məqbul" və ya ' qeyri-məqbul” hesab edilməsi) əhatə etmir və məhkəmə yalnız Vəkillərin ixtisas Komissiyasının öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Əgər məhkəmə cavabdehin üzərinə müvafiq məsələyə dair yeni qərarın qəbul edilməsi öhdəliyi qoyarsa, bu zaman məhkəmənin diskresion səlahiyyətin həya|a keçirilməsi ilə bağlı müəyyən etdiyi məsələlər cavabdeh üçün məcburi xarakter daşıyacaq və cavabdeh məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla hərəkət etməli olacaqdır. Hazırkı halda isə Vəkillər Kollegiyasının dövlət və məhkəmə hakimiyyəti sisteminə münasibətdə məxsusi yeri və muxtariyyəti nəzərə alınmaqla məhkəmə öz üzərinə Vəkillərin ixtisas Komissiyasının əvəzinə diskresion səlahiyyəti daha yaxşı həyata keçirmək vəzifəsini götürə, “Vəkillərin ixtisas Komissiyasına” çevrilə bilməz. Vəkillər Kollegiyasının özünü darəetmə, vəkillər və vəkillik-fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi prinsipləri, Vəkillərin ixtisas Komissiyasında namizədlərin qiymətləndirilməsində hakim olan üzvlərin də iştirakı nəzərə alınmaqla, inzibati məhkəmə icraatı çərçivəsində namizədin peşə yararlılığının və peşə hazırlığının məhkəmə salonunda müəyyən edilməsi, onun verdiyi cavabın faktiki olaraq məhz işə baxan hakim tərəfindən məhkəmə icraatı çərçivəsində məqbul və ya qeyri məqbul kimi yenidən qiymətləndirilməsi və bu barədə məhkəmə qərarının qəbul edilməsi məhkəmənin konstitusion statusuna və kompetensiyasına uyğun hesab edilə bilməz. Burada söhbət konkret namizədin baş vermiş konkret tarixi zaman kəsiyində ona verilmiş 5 suala cavablarının Vəkillərin İxtisas Komissiyasının hər bir üzvü tərəfindən bu şərtlər və şərait çərçivəsində qiymətləndirilməsi üçün hakimin bu üzvlərin hamısının yerinə və onların əvəzinə maddi və mahiyyəti üzrə qiymətləndirməsindən, özünü Vəkillərin ixtisas Komissiyasının üzvlərinin hər birinin və ümumilikdə hamısının yerinə qoymasından, öz qərarı ilə kollegial orqanın qərarını tam əvəz etməsindən və bunun inzibati mühakimə icraatı çərçivəsində mümükünlüyündən gedir ki, hesab edirik ki, bu mümkün deyil. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin məcburetmə haqanda iddiaya dair məhkəmə qərarından bəhs edən 73.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə (73.3.1); və inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə (73.3.2,) məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Həmin Məcəllənin 74-cü maddəsidə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-oİmadığını yoxlayır. Qeyd etmək lazımdır ki, Avropa İnsan Hüquqları Məhkəməsi də öz presedent hüququnda oxşar mövqedən çıxış edir. Belə ki, Məhkəmə hesab edir ki, hər hansı bir peşəyə buraxılmaq üçün bu qəbildən olan bilik və bacarıqların qiymətləndirilməsi məktəb və ya universitet imtahanlarına oxşardır və normal məhkəmə funksiyalarının həyata keçirilməsindən kənardır, beləliklə də 6-cı maddənin təminatları yaranmış ixtilafı əhatə etmir (Van Marie and Others v. the Netherlands (judgment of 26 June 1986, Series A no. 101, §36; San Juan v. France (dec.), no. 43956/98, ECHR 2002-İİİ). Hesab edirik ki, “şifahi müsahibədə verdiyi cavabın məqbul qiymətləndirilməsi” iddia tələbi mümkün hesab edilməməlidir. Hazırkı inzibati mübahisə çərçivəsində peşəyə buraxılmaq üçün bilik və bacarıqların qiymətləndirilməsi inzibati mühakimə icraatı qaydasında işə baxan məhkəmənin mühakimə funksiyalarının həyata keçirilməsindən kənardır. Məhkəmə hazırkı icraat çərçivəsində yalnız ixtisas imtahanının şifahi müsahibə mərhələsi zamanı imtahan qaydalarının tətbiqinin düzgünlüyünü yoxlaya və şərti olaraq əgər buna əsaslar olarsa ixtisas imtahanının şifahi müsahibə mərhələsinin yenidən keçirilməsi öhdəliyini cavabdehin üzərinə qoyulub-qoyulmaması məsələsini həll edə bilər. İddianın mahiyyəti üzrə əsassızlığı: İİİ. iddiaçının ixtisas imtahanının şifahi müsahibə mərhələsində verdiyi cavabların '‘qeyri-məqbul’’ qiymətləndirilməsi işdə olan sübutlarla tam təsdiq edilir və iddiaçı bunun əksini sübut edən hər hansı sübut və ya əsaslı dəlil irəli sürməmişdir, ilk növbədə qeyd edilməlidir ki, cavabdeh hazırkı etiraz ilə iddiaçının işin həqiqi halları kimi təqdim etdiyi mülahizə və ehtimallarını mahiyyəti üzrə qəbul etmir və onları rədd edir, iddiaçının suallara qeyri-məqbul cavab verməsi iş materiallarına əlavə edilmiş protokol və vəkilliyə namizədlərlə keçirilən şifahi imtahanın qiymətləndirmə cədvəllərindən ümumiləşdirilmiş çıxarış ilə təsdiq edilir. Belə ki, vəkilliyə namizədlərlə keçirilən şifahi imtahanın qiymətləndirmə cədvəllərindən ümumiləşdirilmiş çıxarışdan görünür ki, ıddaçıya 21,09.2021-ci il tarixdə Komissiya üzvləri tərəfindən namizədə Sübutların anlayışı və növləri (CPM), Vəkillik fəaliyyətinin həyata keçirilməsinin ümumi qaydaları, Fiziki şəxsin mülki hüquq qabiliyyəti, AR Konstitusiyasında qanunvericilik sistemi, üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması məzmununda suallar verilmiş, Vəkillərin ixtisas Komissiyasının iclasda iştirak edən 8 üzvünün hər biri tərəfindən hər bir suala cavab ayrı-ayrılıqda yazılı qiymətləndirilməklə iddiaçıya qeyri-məqbul qiymət verilmiş, bu qiymətlər hər bir üzvə bir nüsxədə verilmiş və onun tərəfindən imzalanmaqla təsdiq edilən “Vəkilliyə namizdələrlə keçirilən şifahi imtahanın qiymətləndirmə cədvəli” adlı sənəddə əks etdirilmiş, qeyri-məqbul qiymətlərin sayı məqbul qiymətlərin sayından çox olmuşdur. Bu səbəbdən 21 sentyabr 2021 -ci il tarixli 23 saylı iclas protokolu ilə Vəkillərin ixtisas Komissiyası şifahi müsahibədə iştirak etmiş iddaçının cavablarını “qeyri-məqbul" qiymətləndirmişdir. Göründüyü kimi iddiaçının cavablarının qeyri-məqbul qiymətləndirilməsi iş materiallarına əlavə edilmiş sənədlərlə tam sübuta yetirilir, iddiaçının onun verdiyi cavabların qeyri-məqbul qiymətləndirilməsinin faktiki əsasının olmaması barədə heç bir əsası olmayan dəlilləri uydurma və mülahizə xarakterlidir, iddiaçı bu dəlilləri sübuta yetirən hər hansı bir sübutu təqdim etməmişdir, iddiaçının hazırkı iş üzrə mötəbərlik prinsipinə istinadı da bu prinsipin mahiyyətinə uyğun olmamaqla, tamamilə əsassızdır. Belə ki, İnzibati icraat-haqqında Qanunun mötəbərlik prinsipini müəyyən edən 19.1-ci maddəsinə hərfi istinad ixtisas imtahanının şifahi müsahibə mərhələsində namizədin verdiyi cavabın mötəbər hesab edilməsi kimi şərh edilə bilməz. Belə yanaşma ümumilikdə ixtisas imtahanının mahiyyətini heçə endirir və onun təbiətinə ziddir, inzibati icraat haqqında Qanunun 3.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər, ixtisas imtahanının keçirilməsi ilə Bağlı qaydalar isə ‘Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanun və “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları” ilə müəyyən edilmişdir və mötəbərlik prinsipinin belə sərbəst və ixtiyarı şəkildə şərhi onun mahiyyətinə və ixtisas imtahanının keçirilməsi ilə bağlı xüsusi qaydalara ziddir. İV. ixtisas imtahanının şifahi müsahibə mərhələsi qanunun tələblərinə uyğun keçirilmişdir, iddiaçının ixtisasimtahanının şifahi müsahibə mərhələsində hüquqa aid sualların verilməsini ixtisas imtahanının test (yazılı) mərhələsinin təkrarı hesab etməsi, eyni funksiya daşıması, şifahi müsahibəyə yazılı testlə əlaqəli eyni qaydaların tətbiq edilməsi barədə iddialarının heç bir faktiki və hüquqi əsası yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Azərbaycan Respublikasında fiziki və hüquqi şəxslərə yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi üzrə vəkillik fəaliyyətinin əsas prinsiplərini, vəkillərin hüquqi statusunu və onların özünüidarəsinin əsaslarını Vəkillər və vəkillik fəaliyyəti haqqında Qanun müəyyən edir. Vəkillər və vəkillik fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 1 -ci maddəsinin İ, İİİ, 9-cu maddəsinin İ, V, 11-ci maddəsinin İİİ, 13-cü maddəsinin İ hissələrinin müddəalarından müəyyən edilir ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq konstitusion hüququnun təmin edilməsi və Vəkillər Kollegiyası hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirilməsi üçün bu fəaliyyətə müdaxilə olunmadan, vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsdə özünüidarəetmə qaydasında peşəyə qəbul Vəkillər Kollegiyası tərəfindən Vəkillərin İxtisas Komissiyasının (peşə hazırlığı və yararlılığının müəyyən edilməsi) və Rəyasət Heyətinin (üzvlüyə qəbul olunma) qarşılıqlı fəaliyyəti nəticəsində həyata keçirilir. Şübhəsizdir ki, Vəkillər Kollegiyası hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq konstitusion hüququnun təmin edilməsində məsul təsisat olmaqla peşəyə qəbul üzrə müstəsna səlahiyyətə malikdir və peşəyə qəbul qaydalarını müəyyən edir. Vəkillər X1 7 iyul 2008-ci il tarixli qərarı ilə “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları” təsdiq edilmişdir. İxtisas imtahanının yazılı (test) mərhələsinin keçirilmə şərtləri həmin Qaydaların 4.1-4.9-cu bəndləri ilə, şifahi müsahibə mərhələsinin keçirilmə qaydaları isə 5.1-5.5-ci bəndləri ilə tənzimlənir. Qaydaların 5.3-cü bəndinə əsasən hər bir naməzədlə müsahibə fərdi qaydada 30 dəqiqəyədək aparılır. Namizədlərə şifahi müsahibə zamanı hüquq sahəsinə aid, habelə namizədlərin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi dünyagörüşünü və bilik səviyyəsini müəyyən edən suallar, o cümlədən də hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilə bilər. Vəkillərin ixtisas Komissiyası vəkilliyə qəbula dair imtahan proqramını https://barassociation.az/recruitment səhifəsində dərc etməklə namizədlərin diqqətinə təqdim etmişdir. Göründüyü kimi Vəkillərin İxtisas Komissiyasının üzvləri əvvəlcədən dərc edilmiş proqram çərçivəsində hüquqa aid suallar verməkdə sərbəstdirlər və proqramdan kənar hər hansı bir sual verilməmişdir. Belə olan halda Vəkillərin ixtisas Komissiyasının üzvləri tərəfindən hüquqa aid sualların verilməsi hüququn tətbiqində səhv hesab edilə bilməz. Əlavə olaraq iddiaçının ixtisas imtahanının şifahi mərhələsində yazılı (test) mərhələsində olduğu kimi hüquqa aid sualların verilməsi, bu mərhələlərinin eyni olması və eyni qaydada keçirilməsinin pozuntu kimi təqdim etməsi əsassızdır. Məqsədi, mahiyyəti və forması fərqli olan test (yazılı) və şifahi müsahibə mərhəllələri eyniləşdirilə bilməz, şifahi müsahibə mərhələsi əvvəllər edilmiş test (yazılı) mərhələ hesab edilə bilməz, onunla ehtiva və əhatə olunmur, həcminə daxil olmur və daxil ola da bilməz. Belə ki, test (yazılı) mərhələdə qapalı tipli, yəni verilən cavab variantlarından 1 doğru cavabın müəyyənləşdirilərək qeyd edilməsi tələb olunan test tapşırıqlarından istifadə edilir və imtahan yazılı şəkildə keçirilir. Bu mərhələnin məqsədi ilkin bazis hüquqi biliklərin mövcudluğunun yoxlanılmasıdır. Şifahi müsahibə mərhələsində isə cavab variantları verilməyən, sərbəst şəkildə şifahi cavablandırılan şifahi tapşırıqlar verilir ki, bu tapşırıqlara cavablardan namizədin peşə yararlılığı və peşə hazırlığı müəyyən edilir. Şifahi müsahibə çərçivəsində verilən cavablar test (yazılı) tapşırıqlardan fərqli olaraq namizədin həm hüquq sahəsinə aid bilik səviyyəsini daha əyani müəyyən etməyə, həm də suallara verdiyi cavablar çərçivəsində məntiqi nəticələr çıxarmaq qabiliyyətini yoxlamağa imkan yaradır. Həmçinin Vəkillərin ixtisas Komissiyasının üzvlərinin sərəncamında olan şəxsi işin özü (əsli) və üzvlərə paylanılan şəxsi işdən çıxarışlar namizədin hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilməsinə zərurəti aradan qaldırır, iddiaçının mövqeyi əsas götürülərsə, onda hüquq fakültəsini bitirmiş, universitet imtahanlarını müvəffəqiyyətlə vermiş və hüquqşünaslıq ixtisası üzrə ali təhsil haqqında yekun sənəd almış istənilən şəxs nə test (yazılı) nə də ki, şifahi müsahibə mərhələsinə cəlb edilə bilməz və bu mərhələlər onun ali təhsil alması, imtahanları verməsi və diplomunun olması faktları ilə istisna edilməlidir. Həmçinin belə mövqeyə əsasən hüquq diplomunun olması bütün imtahanlardan kart-blanş (carte blanche) verməklə yanaşı, hər hansı bir peşə hazırlığı və ixtisasının artırılmasına zərurətin aradan qaldırılmasına bərabərdir ki, belə mövqenin qüsurluluğu, əsassızlığı bariz və əyanidir. Göründüyü kimi namizədin şifahi müsahibə edilməsi Qaydaların 5.3-cü bəndi çərçivəsində həyata keçirilməklə Vəkillərin ixtisas Komissiyasının səlahiyyətindədir və hər hansı qanun pozuntusundan söhbət belə gedə bilməz. Həmçinin qeyd edilməlidir ki, əvvəlki Vəkillərin İxtisas Komissiyası tərəfindən də şifahi müsahibə mərhələsində əsasən məhz hüquqa aid suallar verilmişdir. 01 mart 2018-ci il tarixindən etibarən başlamış şifahi imtahanlarda yeni tərkibdə formalaşdırılmış Vəkillərin İxtisas Komissiyası tərəfindən yalnız hüquqa aid suallar verilmişdir. Vəkillərin ixtisas Komissiyasının şifahi imtahanda iştirak edən hər bir üzvünün namizədin cavablandırdığı hər bir suala mümükün iki qiymətdən birini (“məqbul” və ya “qeyri-məqbul”) vermək imkanına malik olması və yekun olaraq rəy verilib-verilməməsi məsələsinin “məqbul” və “qeyri-məqbul” qiymətlərin riyazi nisbətindən asılı olması bizə Vəkillərin ixtisas Komissiyasının qiymətləndirmə azadlığı və diskresion səlahiyyət əsasında fəaliyyət göstərməsi barədə fikir irəli sürməyə tam əsas verir. Ümumiyyətlə kollegial fəaliyyət göstərən bu tip imtahan (qiymətləndirmə, attestasiya) komissiyalarının fəaliyyətinin diskresion səciyyə daşıması mübahisəsizdir. “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları"nın 5.3-cü bəndi mütləq qaydada Vəkillərin ixtisas Komissiyası tərəfindən hər bir namizədə ayrıca hüquq sahəsinə aid sualların verilməsini, habelə ayrıca məntiqi nəticələr çıxarmaq qabiliyyətinin, ümumi dünyagörüşünün və bilik səviyyəsinin müəyyən edilməsi üçün sualların, o cümlədən də ayrıca iş fəaliyyəti ilə bağlı sualların verilməli olmasını müəyyən etmir. Həmin müddəa özü-özlüyündə diskresion səlahiyyətlər müəyyən edən normaların dispozisiyası üçün səciyyəvi olan “bilər” sözü ilə bitir və Vəkillərin ixtisas Komissiyasına seçim sərbəstliyi və qiymətləndirmə azadlığı təqdim edir ki, bu da diskresion səlahiyyətin icra edilməsi üçün əsas və səciyyəvidir. Həmçinin nəzərə alınmalıdır ki, şifahi müsahibə mərhələsində cavab variantları verilməyən, sərbəst şəkildə şifahi cavablandırılan hüquqa aid şifahi tapşırıqlar verilir ki, bu tapşırıqlara cavablardan namizədin peşə yararlılığı və peşə hazırlığı müəyyən edilir. Bu cavablar namizədin həm hüquq sahəsinə aid bilik səviyyəsini daha əyani müəyyən etməyə, həm də suallara verdiyi cavablar çərçivəsində hüquqşünas kimi məntiqi nəticələr çıxarmaq qabiliyyətini yoxlamağa imkan yaradır. Həmçinin Vəkillərin ixtisas Komissiyasının üzvlərinin sərəncamında olan şəxsi işin özü (əsli) və üzvlərə paylanılar şəxsi işdən çıxarışlar namizəd haqqında ümumi məlumat verməklə, hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilməsinə zərurəti aradan qaldırır. Hər bir namizdə ayrılmış vaxtın məhdudluğu və namzidələrin sayının çoxluğu şəraitində isə belə həll imtahanların inzibatçılığı baxımından məqbul və zəruri idi. Hesab edirik ki, iddiaçının ixtisas imtahanının şifahi müsahibə mərhələsinin keçirilmə şərtləri barədə iddiaları əsassızdır, Vəkillərin İxtisas Komissiyası ixtisas imtahanının qaydaları çərçivəsində öz mülahizəsi və seçimi ilə tətbiq edə biləcəyi diskresion səlahiyyətlərdən və dispozitiv davranış imkanlarından kənara çıxmamış, Vəkillər və vəkillik fəaliyyəti haqqında Qanunun və Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydalarının hər hansı bir müddəasını pozmamışdır. V. Vəkillərin ixtisas Komissiyasının üzvlərinin iddiaçıya qarşı subyektiv qərəzli yanaşması barədə iddialar əsassızdır və Vəkillərin ixtisas Komissiyasının qərəzliliyi barədə qənaət formalaşdırmağa imkan verən faktiki sübutlar mövcud deyil. İddiaçı hesab edir ki, Vəkillərin ixtisas Komissiyası ona qarşı qərəzli olub, bu onun ictimai fəaliyyəti ilə bağlıdır. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı hazırkı iddia ərizəsində öz dəlillərini ümumi şəkildə irəli sürmüş, Vəkillərin ixtisas Komissiyasının qərəzliliyini ümumi şəkildə bütövlükdə hər bir üzv barəsində və ümumilikdə Vəkillər Kollegiyası barəsində iddia etmiş və öz dəlillərini kifayət qədər ciddi, aydın və uzlaşan, təkzibolunmaz sübutlarla möhkəmləndirməmişdir, iddiaçının tələbinin əsasları mülahizə və faktiki əsası olmayan, ehtimal xarakterli olduğundan, orada irəli sürülmüş fərziyyələr əsasında Vəkillərin ixtisas Komissiyasının qərəzliliyi barədə qənaətə gəlmək mümkün deyil, iddiaçının dəlilləri faktiki olaraq Vəkillərin ixtisas Komissiyasının üzvlərini və bütünlükdə Vəkillər Kollegiyasını bərabərlik hüququnu pozma, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı kimi ciddi pozuntularda ittiham etməyə bərabərdir. Hesab edirik ki, iddiaçı bu halları prima facie (lat. “ilk baxışdan”) sübut edə bilməmişdir və ümumilikdə bu qəbildən olan iddialar daha sərt sübutetmə qaydasına tabedir. Həmçinin iddiaçının iddia ərizəsində göstərdiyi mənbəyi aydın olmayan məlumatlar hər hansı bir sübut əhəmiyyəti daşımır və hər hansı bir sübutla təsdiq edilmir. Belə olan halda spekulyativ şəkildə təqdim edilmiş bu məlumatların hansı formada Vəkillərin ixtisas Komissiyasının üzvlərinin hamsının qərəzliliyini və özünün iddia edilən ictimai fəaliyyəti ilə səbəbli-əlaqədə olmasını sübut etməsi aydın deyil. Ümumilikdə iddiaçının istisnasız olaraq “hamı və hər kəs” qərəzlidir mövqeyi ümumilikdə Rəyasət Heyətinin və Vəkillərin ixtisas Komissiyasının ayrı-ayrılıqda bütün üzvlərinin total qərəzli olmasına əsaslanmaqla ifrat spekulyativ xarakter daşıyır və ciddi qəbul edilə bilməz. Ümumilikdə iddaçının iddiasında təsvir etdiyi etdiyi “dəlillər” ümumilikdə hazırkı iş üzrə “hamı və hər kəs”ın qərəzli olması üçün əminlik yaratmağa imkan verməməklə işin predmeti baxımından əhəmiyyətsiz və yararsızdır. Belə olan halda kollegial qərarı qəbul etmiş kollegial orqanın bütövlüklə qərəzli olması barədə konkret, yetərli sübut və əsas olmadığından, iddiaçının mülahizələri həlledici əhəmiyyət kəsb etmir və qərəzlilik barədə nəticəyə gəlmək üçün tələb olunan əminlik dərəcəsi mövcud ola bilməz. Qeyd etmək lazımdır ki, 01 mart 2018-ci il tarixindən etibarən başlamış şifahi imtahanlarda yeni tərkibdə formalaşdırılmış Vəkillərin ixtisas Komissiyası tərəfindən bütünlükdə imtahan prosesi üçün vahid yanaşma formalaşdırılmış, əvvəlki dövrlərdən fərqli olaraq namizədə yalnız əvvəlcədən elan edilmiş proqram çərçivəsində və yalnız hüquq sahəsinə aid cari gün imtahan edilən bütün namizədlər üçün vahid 5 sual verilmiş, namizədin hər bir suala hər bir cavabı Vəkillərin ixtisas Komissiyasının üzvləri tərəfindən onlara əvvəlcədən paylanılmış "Vəkilliyə namizdələrlə keçirilən şifahi imtahanın qiymətləndirmə” cədvəlində hər bir sual üzrə namizədin cavabı ayrılıqda, digər üzvlərdən xəbərsiz şəkildə yazılı qeydlər etməklə, müzakirə edilmədən qiymətləndirilmiş, yekunda “Vəkilliyə namizdələrlə keçirilən şifahi imtahanın qiymətləndirmə” cədvəli imzalanaraq iclasın sədrinə təhvil verilmiş, cədvəllər müvafiq zərfə qoyularaq və zərf bağlanılaraq möhürlənmişdir. Namizədin cavabının məqbul qiymətləndirilməsi üçün məqbul qiymətlərin sayı qeyriməqbul qiymətlərinin sayından çox olmalı idi. Digər bir yenilik əvvəlki dövrlərdən fərqli olaraq Vəkillər X3 sədrinin Vəkillərin ixtisas Komissiyasının üzvü olmamasıdır. Əvvəlki imtahanlarda Vəkillər X3 sədri Vəkillərin ixtisas Komissiyasının işində bilavasitə və fəal iştirak edirdi. Göründüyü kimi şifahi imtahanın aparılma qaydası qərəzli yanaşmanı istisna edir. Bundan savayı namizədin şəxsi işinin əsli imtahan günü Vəkillərin ixtisas Komissiyasının üzvlərinin sərəncamında olur və qeyd edilməlidir ki, iddiaçının hazırkı iddia ərizəsində göstərdiyi və mülahizəsinə əsasən ona qarşı qərəzli mövqe göstərilməsinin əsasında durmuş halların heç biri şəxsi işdə olan sənədlərdə və xüsusən tərcümeyi-halda öz əksini tapmamışdır. Həmçinin qeyd edilməlidir ki, iddiaçı namizəd qismində 21,09.2021-ci il tarixində və ondan öncə Vəkillərin ixtisas Komissiyası qarşısında imtahandan qabaq onun hər hansı bir üzvünün və ya bütünlüklə Vəkillərin İxtisas Komissiyasının tam tərkibinin qərəzli olması barədə hər hansı bir əsaslandırılmış etiraz verməmişdir. İddiaçı buna imkanı olsa da, etiraz etmək hüququndan istifadə etməmiş, bu hüququnun həyata keçirilməsi üzrə hər hansı bir maneə olmamışdır, iddiaçının əsalandırılmış şəkildə onun işinə kollegial qaydada baxan kollegiyanın istənilən üzvünə və ya bütünlüklə tərkibə etiraz edə bilmək hüququ olmuş, hüquqşünas olduğuna görə bu hüququn mövcudluğu ona məlum idi və ya məlum olmalı idi, lakin iddiaçı bu hüququndan istifadə etməmişdir. Halbuki, bir hüquqşünas kimi inzibati icraat haqqında Qanunun 42-ci maddəsinin məzmunu ona məlum olmalı idi. Belə ki, inzibati icraat haqqında” Qanun imtahan proqramına daxildir. Əgər hazırda irəli sürülən qərəzlilik iddiası həqiqi və iddiaçı üçün əhəmiyyətli idisə bu etirazın imtahan tarixindən öncə və bilavasitə imtahandan qabaq irəli sürülməməsi ağlabatan olmamaqla, hazırkı iddianın əsassızlığını və uydurma olmasını təsdiq edir. Belə olan halda iddiaçıya qarşı qərəzli mövqenin olması bir daha öz təsdiqini tapmır və işin həqiqi faktiki halları ilə təkzib edilir. Vİ. iddiaçı qaldırdığı məcburetmə iddiası çərçivəsində ümumi olaraq sübut etmə vəzifəsini icra etməmiş, irəli sürülmüş dəlillər mülahizə, şəxsi istək və ehtimal xarakterli olmaqla əsassızdır. İddiaçı öz iddiasını inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddia hesab edir. Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göründüyü kimi iddiaçının istinad etdiyi faktın (halın) sübut ediiməsi vəzifəsi məhz iddiaçının prosessual vəzifəsidir. İddiaçının iddia ərizəsində istinad etdiyi faktlar (hallar) mülahizə, fərziyyə və ehtimal xarakterli olduğundan, iddiaçı irəli sürdüyü tələblərini kifayət qədər ciddi, aydın və uzlaşan, təkzibolunmaz sübutlarla təsdiq edə bilməmişdir. Əksinə cavabdeh tərəf isə iddiaçının tələbini istisna edən konkret şərtlərin mövcudluğunu və iddianın əsassızlığını tam sübuta yetirmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, etiraz ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Vəkillərin İxtisas Komissiyasının xx.xx.2021-ci il tarixli, 23 saylı iclas protokolundan çıxarışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, komissiya üzvləri arasında imtahan günü namizədlərə ünvanlanacaq vahid sualların müəyyən edilməsi üçün qısa müzakirədən sonra aşağıdakı sualların verilməsi razılaşdırılmışdır:

1. Sübutların anlayışı və növləri (CPM);

2. Vəkillik fəaliyyətinin həyata keçirilməsinin ümumi qaydaları;

3. Fiziki şəxslərin mülki hüquq qabiliyyəti;

4. AR Konstitusiyasında qanunvericilik sistemi;

5. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması (İPM). Qeyd olunan iclas protokolunda iddiaçı, vəkilliyə namizəd, əvvəllər vəkil olmuş İddiaçı adı qeyd edilmişdir. - xx.xx.2021-ci il tarixli qiymətləndirmə cədvəllərindən ümumiləşdirilmiş çıxarışdan görünür ki, 1, 2, və 5-ci suallar üzrə qeyri məqbul, 3 və 4-cü suallar üzrə məqbul qiymətləndirilmişdir. Nəticə: məqbul 20, qeyri-məqbul 30. - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Vəkillərin İxtisas Komissiyasının xx.xx.2021-ci il tarixli, 27 saylı iclas protokolundan müəyyən edilir ki, İddiaçı Vəkillərin İxtisas Komissiyası tərəfindən xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə keçirilmiş ixtisas imtahanlarının şifahi müsahibə mərhələsində iştirak etmiş və “qeyri-məqbul” qiymətləndirilmişdir. - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Vəkillərin İxtisas Komissiyasının xx.xx.2021-ci il tarixli, 15 saylı iclas protokolundan çıxarışından görünür ki, İddiaçı müsahibənin nəticələrini mübahisələndirmiş, lakin onun vəkilliyə qəbulla bağlı müraciəti əsas olmadığından təmin edilməmişdir.

Əsaslandırma hissəsi:

Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da mahiyyət etibarı ilə əsassızdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 33.1 və 33.2-ci maddələrinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. Belə ki, iddiaçının müraciəti əsasında cavabdeh müvafiq inzibati aktın, yəni onun vəkilliyə qəbul edilməsi barədə qərarının qəbul edilməsindən imtina etmişdir. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsi və iddianın qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində irəli sürülməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdehə müraciət etmiş, sonuncu müraciəti müsbət cavablandırmadığı üçün hazırki mübahisə yaranmış və iddiaçı hazırki iddianı irəli sürmüşdür. İddia tələbi mahiyyət etibarı ilə əsassızdır. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Azərbaycan Respublikasında vəkillik İ. Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır... Maddə 11. Vəkillər Kollegiyasının Rəyasət Heyəti İİİ. Vəkillər Kollegiyasının Rəyasət Heyəti: Ümumi yığıncağı çağırır və onun qərarlarının icrasını təşkil edir; Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunma məsələsini həll edir, bu Qanunun 23-cü maddəsində nəzərdə tutulmuş qaydada vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı səlahiyyətlərini həyata keçirir, vəkil reyestrini aparır; (...) İxtisas Komissiyasına üzvlər təyin edir; (...) ixtisas imtahanının qaydalarını və onun keçirilməsinin dövriliyini (ildə bir dəfədən az olmayaraq) müəyyən edir; (...) vəkillər haqqında intizam icraatı başlayır; (...) Maddə 13. Vəkillərin İxtisas Komissiyası İ. Vəkilliyə namizədlərin bu Qanunda nəzərdə tutulmuş tələblərə uyğunluğu və peşə hazırlığının müəyyən edilməsi üçün İxtisas Komissiyası yaradılır. İİ. İxtisas Komissiyası beş vəkil, üç hakim və üç hüquqşünas alimdən, ümumilikdə isə on bir üzvdən ibarət tərkibdə fəaliyyət göstərir. (...) İV. İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə mütləq ixtisas imtahanı qəbul edir, zəruri hallarda baxılan məsələlər üzrə dövlət orqanlarından, digər hüquqi və fiziki şəxslərdən müvafiq sənədlər və məlumatlar tələb edir. V. İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığını müəyyən etdikdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müvafiq rəy təqdim edir. (...) Vİİ. Vəkilliyə namizəd Vəkillər Kollegiyasının üzvlüyünə qəbul etməkdən imtina haqqında qərardan həmin qərar ona təqdim edildiyi gündən 20 gün müddətində məhkəməyə qanunvericiliyin və ixtisas imtahanı qaydalarının tətbiqinin düzgünlüyünə dair şikayət verə bilər. (...) İX. İxtisas imtahanının qaydaları Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilir. “Vəkillər Kollegiyasi üzvlüyünə qəbulla bağli ixtisas imtahanlarinin keçirilməsi Qaydaları”: (...) 2.1. İxtisas imtahanları Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş qaydada Vəkillərin İxtisas Komissiyası (bundan sonra - Komissiya) tərəfindən keçirilir... 2.2. Hər hansı şəxs tərəfindən bilavasitə, yaxud dolayısı yolla Komissiyanın işinə təsir göstərilməsi və müdaxilə edilməsi yolverilməzdir. 2.3. Komissiyanın iclasları Komissiyanın sədri tərəfindən çağırılır. İclasın vaxtı, yeri və müzakirəyə çıxarılan məsələlər barədə Komissiya üzvlərinə Komissiyanın sədri tərəfindən ən azı bir gün qabaq məlumat verilir. 2.4. Komissiyanın üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə Komissiyanın iclası səlahiyyəti sayılır. Qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu əsasında qəbul edilir. İclasın protokolu Komissiyasının sədri və iclası aparan katib tərəfindən imzalanır. Qəbul edilmiş rəy Komissiyanın üzvləri tərəfindən imzalanır. 5.1. Yazılı test imtahanından keçid balı toplamış namizədlərin peşə yararlığını müəyyən etmək məqsədi ilə onlarla şifahi müsahibə keçirilir. 5.2. Müsahibənin keçiriləcəyi yeri və vaxtı barədə namizədlərə qabaqcadan məlumat verilir. 5.3. Hər bir namizədlə müsahibə fərdi qaydada 30 dəqiqəyədək aparılır. Namizədlərə şifahi müsahibə zamanı hüquq sahəsinə aid, habelə namizədlərin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi dünyagörüşünü və bilik səviyyəsini müəyyən edən suallar, o cümlədən də hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilə bilər. 5.4. Komissiya üzvləri arasında müsahibə ilə əlaqədar fikir mübadiləsi aparıldıqdan sonra müsahibənin nəticəsi ilə bağlı namizədin cavabları “məqbul” və ya “qeyri-məqbul” kimi qiymətləndirilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Müsahibənin nəticəsində cavablar “qeyri-məqbul” qiymətləndirilən namizədə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi üçün rəy verilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi; ... İnzibati Prosessual Məcəllə: Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: Maddə 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; Maddə 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; Məhkəmə cavabdehin “İnzibati icraat haqqında” Qanunun 2.0.7-ci maddəsinə istinadını əsassız hesab edir. Həmin normaya görə, diskresion səlahiyyətlər – qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Normanın məzmununa görə, diskresion səlahiyyət qanunla inzibati orqanın mümkün qanunauyğun qərarlardan birini seçmək imkanıdır. Məhkəmə tərəfindən həmin normanın iddiaçıya münasibətdə tətbiqi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 13-cü maddəsinin V hissəsinə görə, İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığını müəyyən etdikdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müvafiq rəy təqdim edir. Normanın məzmunundan göründüyü kimi, namizədin peşə yararlılığını müəyyən etdiyi halda, İxtisas Komissiyası namizədin zərərinə qərar qəbul edə bilməz (rəy verməkdən imtina edə bilməz). “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinin İ, İİİ, 9-cu maddəsinin İ, V, 11-ci maddəsinin İİİ, 13-cü maddəsinin İ hissələrinin müddəalarından müəyyən edilir ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq konstitusion hüququnun təmin edilməsi və Vəkillər Kollegiyası hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirilməsi üçün bu fəaliyyətə müdaxilə olunmadan, vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi və özünüidarəetmə qaydasında peşəyə qəbul Vəkillər Kollegiyası tərəfindən Vəkillərin İxtisas Komissiyasının (peşə hazırlığı və yararlılığının müəyyən edilməsi) və Rəyasət Heyətinin (üzvlüyə qəbul olunma) qarşılıqlı fəaliyyəti nəticəsində həyata keçirilir. Məhkəmə həmin normaların tələblərini nəzərə alaraq cavabdehin belə bir dəlili ilə razılaşır ki, Vəkillər Kollegiyası hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaqda ifadə olunan konstitusion hüququnun təmin edilməsində məsul təsisat olmaqla peşəyə qəbul üzrə müstəsna səlahiyyətə malikdir və peşəyə qəbul qaydalarını müəyyən edir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun və “Vəkillər Kollegiyasi üzvlüyünə qəbulla bağli ixtisas imtahanlarinin keçirilməsi Qaydaları”nın yuxarıda qeyd edilən müddəalarından göründüyü kimi, həmin aktlar cavabdeh inzibati orqana inzibati aktın qəbulu zamanı maddi hüquq normasının tətbiqi şərtlərini özünün qiymətləndirməsinə əsasən müəyyən etmək və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı qiymətləndirmə azadlığı vermişdir (İPM-in 73.3.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini, qərarın düzgün icraat çərçivəsində qəbul edilib-edilmədiyini yoxlayır. Qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı (şəxsin müvafiq ixtisas üzrə qabiliyyətinin yoxlanılması və qiymətləndirilməsi və s. üzrə) xüsusi təcrübəyə malik olduğu haldan gedir. Məhkəmə qeyd edir ki, Ali Məhkəmə oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında da qeyd etmişdir ki, məhkəmə tərəflərin, müvafiq olaraq, iddia tələbi və həmin tələbə qarşı etirazla bağlı əsaslandırmalarına, normativ aktlara istinadlarına (o cümlədən, inzibati orqanın müraciətlə bağlı qərarındakı istinadlara), onların qərar, ərizə və etirazlarının ifadə tərzinə bağlı deyil və mübahisənin düzgün həlli üçün iş üzrə gəldiyi nəticəni tərəflərdən fərqli əsaslandıra və mübahisənin aid olduğu münasibətləri tənzimləyən fərqli normalara istinad edə bilər. Bu qənaət, həmçinin İPM-in 69.4-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 218.1-ci maddəsinin məzmunundan irəli gəlir. İPM-in 69.4-cü maddəsinə görə, məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin ... istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. MPM-in 218.1-ci maddəsinin tələbinə görə, qətnamə çıxarıldıqda hakim ... tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu ... müəyyən edir. Hətta iddiaçının istinadı onun şərh etdiyi məzmunda qəbul edildikdə belə, bu, məhkəməyə Vəkillərin İxtisas Komissiyasının əvəzinə qiymətləndirmə aparmağa, bununla da vəkilliyə namizədlərin peşə yararlılığını müəyyən etməyə səlahiyyət vermir. Həm də nəzərə alınmalıdır ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinin İ hissəsinin tələbinə görə, hətta Ali Məhkəmənin sabiq hakimi (əvvəllər Ali Məhkəmənin sədri işləmiş hakim istisna edilməklə) şifahi müsahibədən keçdikdən sonra vəkil ola bilər. Göründüyü kimi, hakimin (sabiq hakimin) qanunları bilməsi Vəkillərin İxtisas Komissiyasının vəkilliyə namizədlərin peşə yararlılığının müəyyən edilməsində qiymətləndirmə azadlığına təsir etmir, onu məhdudlaşdırmır. Digər tərəfdən, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 13-cü maddəsinin Vİİ hissəsinin tələbindən də göründüyü kimi, vəkilliyə namizəd Vəkillər Kollegiyasının üzvlüyünə qəbul etməkdən imtina haqqında qərardan məhkəməyə “qanunvericiliyin və ixtisas imtahanı qaydalarının tətbiqinin düzgünlüyünə dair” şikayət verə bilər. Başqa sözlə, məhkəmənin yoxlama predmetinə inzibati orqanın Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı hərəkətinin qanuni əsasının şərtlərinin yoxlanılması aiddir. Yuxarıda qeyd edildiyi kimi, Vəkillərin İxtisas Komissiyasının mübahisələndirilən qərarı “İnzibati icraat haqqında” Qanunun və “Vəkillər Kollegiyasi üzvlüyünə qəbulla bağli ixtisas imtahanlarinin keçirilməsi Qaydaları”nın tələblərinə uyğun olduğu müəyyən edilmişdir. Cavabdehin iddiaçıya qarşı qərəzli münasibəti barədə iddiaçının dəlillərinə gəldikdə, məhkəmə cavabdehin etirazında bu dəlillərlə bağlı göstərilənlərlə razılaşaraq qeyd edir ki, həmin dəlillər mülahizə və ehtimal xarakterli olmaqla, Vəkillərin İxtisas Komissiyasının qərəzliliyi barədə qənaətə gəlməyə əsas vermir. Digər tərəfdən, imtahanın gedişatı zamanı digər namizədlərlə müqayisədə iddiaçıya imtahan verilməsi üçün ümumi qaydadan kənara çıxan qeyri-adekvat, əlverişsiz şərait yaradıldığına, imtahanın keçirilməsi ilə bağlı inzibati praktikanın bilavasitə iddiaçıya münasibətdə (və onun zərərinə) dəyişdirildiyinə dair hər hansı hal da müəyyən edilməmişdir. “İddiaçının Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbul üçün andiçməyə çağırılmasının təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” məzmunda tələbə gəldikdə, həmin tələb digər tələblərin müsbət həllindən asılı olduğundan, həmin məzmunda tələbin təmin olunması istisna edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı “Azərbaycan Respublikası Vəkillər Kollegiyası İxtisas Komissiyasının xx.xx.2021-ci il tarixli protokolunun ona dair bəndindən verdiyi şikayət üzrə Azərbaycan Respublikası Vəkillər X1 xx.xx.2021-ci il tarixli qərarını ləğv edib cavabdehin üzərinə Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbul üçün andiçmə çağırılmağla bağlı öhdəliyinin qoyulmasına dair qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar