Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-498/2020 04.03.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “Cavabdeh icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Sənan Quliyevin 01.11.2019-cu il tarixli (borclunun əmlakının axtarılması haqqında) qərarının ləğv edilməsi” tələbinə dair işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Sənan Quliyevin 01.11.2019-cu il tarixli (borclunun əmlakının axtarılması haqqında) qərarının ləğv edilməsi”barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, hazırkı iş üzrə tələb Cavabdeh 01.11.2019-cu il tarixli (borclunun əmlakının axtarılması haqqında)qərarının ləğv edilməsinəyönəlmişdir. Qeyd olunan qərar isə Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyi yanında X1 001994 nömrəli 05.04.2013-cü il tarixli qərarına əsasən verilmişdir. Cavabdeh 01.11.2019-cu il tarixli (borclunun əmlakının axtarılması haqqında)qərarının surətindən görünür ki, Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyi yanında X1 001994 nömrəli 05.04.2013-cü il tarixli qərarı ilə iddiaçı İXM-nin 54.0.7-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə edilmişdir. Nə qədər ki, Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyi yanında X1 001994 nömrəli 05.04.2013-cü il tarixli qərarı qüvvədədir və iddiaçı tərəfindən İnzibati Xətalər Məcəlləsinin tələblərinə müvafiq olaraq məhkəmə qaydasında mübahisələndirilməmişdir, icra məmurunun da həmin qərar əsasında qanunamüvafiq qərarları mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Qərarın 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İddia ərizəsindən və iş materiallarından görünür ki, iddiaçı və cavabdeh arasında olan münasibətlər inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisədir. Ona görə də iddiaçının diqqətinə çatdırılır ki, Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyi yanında X1 001994 nömrəli 05.04.2013-cü il tarixli qərarının ləğvi tələbi ilə bağlı aidiyyəti üzrə səlahiyyətli olan rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin və 35, 80-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Sənan Quliyevin 01.11.2019-cu il tarixli (borclunun əmlakının axtarılması haqqında) qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 1) vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(116)-498/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-498/2020
04.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver