Məhkəmə qərarları › İş №2-1(116)-499/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-499/2020

10.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-499/2020 10.02.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçı “veteranlar üçün nəzərdə tutulmuş müavinətin ödənilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə baxaraq, müəyyən etdi: İddiaçı “veteranlar üçün nəzərdə tutulmuş müavinətin ödənilməsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarında deyilir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçının hazırkı tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Bu növ iddiaların xüsusi mümkünlük şərtlərindən biri də ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməlidir. İnzibati orqanın həmin müraciətin təmin olunmasından imtina etməsi, yaxud da qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müraciəti cavablandırmaması məhkəməyə müraciət olunmasına əsas verir. İddiaçı hazırki iddiası üzrə dəqiq tarixlər göstərilməklə həmin tarixlər üzrə ödənilməmiş veteranlar üçün nəzərdə tutulmuş sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdeh kimi müəyyən etməli olduğu DSMF-nin Zərdab rayon şöbəsinin üzərinə qoyulması, məhkəməyə müraciət etməzdən öncə analoji tələblə cavabdehə müraciət etməli olduğu barədə 28.12.2019-cu il tarixdə məktub ünvanlanmış və həmin məktub 10.01.2020-ci il tarixdə qəbul edilmişdir. Göstərilən nöqsanların aradan qaldırılması üçün 10 (on ) gün müddət təyin edilmiş, lakin həmin müddət ərzində nöqsanlar aradan qaldırılmamışdır. İddiaçının diqqətinə çatdırılır ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. İşdən görünür ki, iddiaçı hazırkı tələblə bağlı cavabdeh orqana müraciət etməmiş və cavabdeh orqan rəsmi olaraq imtina etməmişdir. Bu səbəbdən də iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35.1 və 35.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı “veteranlar üçün nəzərdə tutulmuş müavinətin ödənilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2iyasına apelyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar