Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-499/2022 22.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi ilə, İddiaçı və iddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh1 Tikintidə X1rşı “Qobustan, Şamaxı, İsmayıllı və Ağsu rayonlarını əhatə edən ərazidə 05 fevral 2019-cu ildə baş vermiş məlum zəlzələ nəticəsində zərər görmüş evlərə dair qəbul olunmuş qərarın, İsmayıllı rayon Bəhliyan kəndində yerləşən fərdi yaşayış evinə dair hissəsi üzrə “bərpa-gücləndirmə işlərinin aparılması” barədə Fövqalada Hallar Komissiyasının qəbul olunmuş rəyinin və qərarının dəyişdirilərək evinin yenidən tikilməsi barədə qərar qəbul olunması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər İsmayıllı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Cavabdeh1nə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət “Qobustan, Şamaxı, İsmayıllı və Ağsu rayonlarını əhatə edən ərazidə 05 fevral 2019-cu ildə baş vermiş məlum zəlzələ nəticəsində zərər görmüş evlərə dair qəbul olunmuş qərarın, İsmayıllı rayon Bəhliyan kəndində yerləşən fərdi yaşayış evinə dair hissəsi üzrə “bərpagücləndirmə işlərinin aparılması” barədə Fövqalada Hallar Komissiyasının qəbul olunmuş rəyinin və qərarının dəyişdirilərək evinin yenidən tikilməsi barədə qərar qəbul olunması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3187/2020 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-653/2021 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İnzibati işin şifahi məhkəmə baxışı iclasında iddiaçı, tələbini dəqiqləşdirərək cavabdeh orqan olaraq Cavabdeh1 Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi qeyd edilməsini və İsmayıllı rayon İcra Hakimiyyətinin cavabdehlər siyahısından çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - o, İsmayıllı rayon Bəhliyan kəndində ailəsi ilə birlikdə özünə məxsus fərdi yaşayış evində yaşayır. Yaşadığı fərdi yaşayış evi onun mülkiyyətindədir. 2019-cu ilin fevral ayında Qobustan-Şamaxı-İsmayıllı və Ağsu rayonlarını əhatə edən ərazidə baş vermiş məlum zəlzələ nəticəsində yaşadığı - İsmayıllı rayon Bəhliyan kəndində yerləşən fərd yaşayış evinin əsas daşıyıcı divarları bərpaolunmaz şəkildə çatlayaraq ev tamamilə yararsız hala düşmüşdür. O, lazımi orqanlara vaxtında məlumat vermiş, Azərbaycan Respublikası Fövqalada Hallar Nazirliyinin və İsmayıllı rayon İcra hakimiyyətinin yaratdığı birgə komissiya evinə baxış keçirərək getmişlər. Xeyli müddət keçdikdən sonra 2-3 nəfərdən ibarət işçi qrupu gələrək, özləri ilə bir neçə sement kisəsi və bir qədər də çay qumu gətirərək evin bərpasına başlamaq istədiklərini bildirmişlər. Həmin vaxt mənə ona olmuşdur ki, qeyd edilən, zəlzələ ilə əlaqədar yaradılmış fövqaladə komissiya evində bərpa gücləndirmə işlərinin aparılması barədə rəy vermiş və həmin rəyə əsasən müvafiq qərar qəbul etmişdir. O, qeyd edilən qərarla razılaşmamış, hər iki inzibati orqana rəsmi qaydada müraciət edərək evinin yenidən tikilməsini xahiş etmişdir. İsmayıllı rayon İcra Hakimiyyəti oona 07 noyabr 2019-cu il tarixli 05/3064 saylı və 17 dekabr 2019-cu il tarixli 02/5075 saylı məktublarla bildirmişdir ki, yaradılmış fövqaladə komissiyanın qərarını dəyişdirilməsinə səlahiyyətləri yoxdur, məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. O, məhkəməyə müraciət etmək üçün qərarın və rəyin dəyişdirilməsi üçün ona verilməsinə görə xx.xx.2019-cu ildə AR FHN-nə rəsmi şəkildə müraciət etmişdir. Həmin cavabdeh inzibati orqan onun tələbini yerinə yetirməmiş, ona xx.xx.2019-cu il tarixli 37/N-08312 saylı məktubla bildirmişdir ki, komissiyanın tərtib etdiyi akta əsasən zəlzələ nəticəsində evi bərpaya ehtiyacı olan evlər sırasına daxil edilmişdir və bununla əlaqədar “müvafiq tədbir” görüləcəkdir. Faktiki vəziyyətdə evi tamamilə yarasız hala düşmüş, yenidən sökülüb tikilməlidir. O, bu haqsızlıq barədə Nazirliyə və İsmayıllı rayon icra hakimiyyətinə yazılı şəkildə bildirmiş bir neçə dəfə evə baxış keçirilmiş, lakin bərpa-gücləndirmə barədə rəy və qərar dəyişdirilməmişdir. Cavabdeh orqan iddia tələbinə eirazını aşağıdakı kimi əsaslandırmışdır: - 2019-cu ilin fevral ayının 5-də Respublikanın şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında bir çox yaşayış evlərə, sosial və infrastruktur obyektlərə ciddi ziyan dəymişdir. Baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən yerlərdə baxışlar keçirilmiş və müvafiq aktlar tərtib olunmuşdur. Bu istiqamətdə dövlət büdcəsindən ayrılmış məqsədli vəsait hesabına zəlzələ zonasında təbii fəlakətin nəticələrinin aradan qaldırılması, ziyan dəymiş əhaliyə köməklik göstərilməsi üzrə müvafiq tədbirlər yerinə yetirilmişdir. İddiaçıya məxsus ev yerli icra hakimiyyəti orqanları tərəfindən siyahıya təqdim edilmiş, Agentliyin mütəxəssisləri tərəfindən həmin evə baxış keçirmiş və Akt tərtib olunmuşdur. Həmin Akta əsasən ev bərpa olunanlar siyahısına əlavə edilmişdir. Lakin İddiaçı evin bərpa olunmasından imtina edir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 24 iyun 2011-ci il tarixli 165-İVQ saylı Qanununun 35-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Daşınmaz əmlakın icbari sığortasının məqsədi üçün fiziki şəxslərə məxsus tikililərin, yaşayış evlərinin və mənzillərin sığortası icbaridir. Həmin Qanunun 36-cı maddəsinə uyğun olaraq daşınmaz əmlakın təbii fəlakətlər, o cümlədən zəlzələ nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Yuxarıda göstərilənlərdən göründüyü kimi, vətəndaş öz evini icbari qaydada sığortamalı idi, lakin bunu etməmişdir. Vətəndaş qanunun tələblərinə riayət etdiyi təqdirdə onun evinə dəymiş ziyan müvafiq sığorta təşkilatı tərəfindən ödəniləcəkdir. Bununla yanaşı, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Qeyd olunan maddənin mahiyyətindən göründüyü kimi, mülkiyyətçi ona məxsus mənzili (yaşayış evini) təbii fəlakət səbəbindən qəza vəziyyətinə düşdükdə onu özü təmir və bərpa etmək vəzifəsini daşıyır. Bunlara baxmayaraq, Azərbaycan Respublikasının dövləti zəlzələdən zərər çəkmiş minlərlə vətəndaşlara məxsus evləri dövlət büdcəsi vəsaiti hesabına bərpa etmiş və ya yenidən tikmişdir. Bu sahədə də işlər davam etdirilməkdədir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddia tələbinin mümkünsüz hesab edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi (vəkili) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - İsmayıllı rayon İHB-nın aparatının xx.xx.2019-cu il tarixdə iddiaçıya ünvanladığı məktubunda qeyd edilmişdir ki, FHN-nin mütəxəssislərindən ibarət yaradılmış komissiya ilə birgə fərdi yaşayış evinə baxış keçirilmiş, komissiya tərəfindən sözügedən yaşayış evində bərpa-gücləndirmə işlərinin aparılması barədə qərar qəbul edilmişdir. - cavabdehin xx.xx.2019-cu il tarixdə iddiaçıya ünvanladığı məktubunda qeyd edilmişdir ki, Nazirliyin mütəxəssisləri tərəfindən yerli icra hakimiyyəti orqanlarının təqdim etdiyi siyahılar əsasında İsmayıllı rayonu ərazisində xx.xx.2019-cu il tarixdə baş vermiş zəlzələ nəticəsində ziyan dəymiş evlərin texniki vəziyyəti araşdırılmış və müvafiq aktlar tərtib edilmişdir. Tərtib olunmuş akta əsasən fərdi yaşayış evi bərpaya ehtiyacı olan evlər siyahısına daxil edilmişdir. - Cavabdeh1 Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli texniki baxış aktından görünür ki, xx.xx.2019-cu il tarixdə İsmayıllı rayonu ərazisində baş vermiş zəlzələ hadisəsi nəticəsində vətəndaşların yaşayış evlərinin texniki vəziyyətinin araşdırılması məqsədilə iddiaçıya məxsus fərdi yaşayış evinə vizual texniki baxış keçirilmiş, aşağıdakılar müəyyən edilmişdir: Tikili planda ölçüləri 16.0x10.5 m, 1 mərtəbəli, 3 otaqlı, 1 eyvanlıdır. Kürsü 1.20 m.dir. divarları çay daşı, mişarlanmış əhəng daşından yerinə yetirilmişdir. Damı çardaq tipli olub dalğavari asbest sement vərəqələrlə örtülmüşdür. Fərdi yaşayış evi relyefli ərazidə yerləşir. Evin fasadları suvaqsızdır. Evin arxa yükdaşıyan divarında şaquli istiqamətli bir neçə ədəd iki tərəfli olan çatlar mövcuddur. Evin daxili divarlarında suvaq qatında aşınmalar müşahidə olunur. Nəticə olaraq - “bərpa” qeyd olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/3932 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İsmayıllı rayonu Bəhliyan kəndində yerləşən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin hazırkı vəziyyəti xx.xx.2019-cu il tarixdə keçirilmiş texniki baxış aktında göstərilən vəziyyət və fotoşəkillər ilə müqayisədə eynilik təşkil etmir. Hazırkı vəziyyətdə baş vermiş hadisədən artıq iki ildən artıq vaxt keçdiyi üçün fərdi yaşayış evi daha da yararsız vəziyyətə düşmüşdür. İsmayıllı rayonu Bəhliyan kəndində yerləşən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin hazırkı vəziyyəti təmir-bərpa işlərinin görülməməsinin nəticəsidir. İsmayıllı rayonu Bəhliyan kəndində yerləşən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi hal-hazırda yaşayış üçün yararsız vəziyyətdədir. Fərdi yaşayış evinin divarlarında çatların olduğunu, bir yaşayış otağının divarının uçmasını nəzərə alaraq fərdi yaşayış evinin sökülərək yenidən inşa edilməsi məqsədəuyğundur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/3932 nömrəli ekspert rəyinin məzmununun aydınlaşdırılması üçün Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti məhkəmə iclasına dəvət edilmiş və sonuncu, ekspert rəyini dəqiqləşdirərək izahatında bildirmişdir ki, mübahisə predmeti olan İsmayıllı rayonu Bəhliyan kəndində yerləşən fərdi yaşayış evinin bir yaşayış otağının divarının uçması nəzərə alınmadan, fərdi yaşayış evinin divarlarında olan çatlar fərdi yaşayış evinin qəzalı olması və sökülərək yenidən inşa edilməli olması qənaətini yaradır. Təmir-bərpa işlərinin görülməməsi nəticəsində fərdi yaşayış evinin hazırkı vəziyyət düşməsi ilə bağlı rəy həm divardakı çatlara, həm də bir yaşayış otağının uçmasına aiddir. Əsaslı təmir-bərpa işləri aparılsa idi, yəni bərkitmə, kəmərin quraşdırılması işləri görülərdisə, həmçinin çat yaranmış divarlar sökülərək, yenidən tikilsə idi fərdi yaşayış evinin daha da yararsız vəziyyətə düşməsinin qarşısını almaq mümkün olardı. Zəlzələdən sonra fərdi yaşayış evinə ekspert tərəfindən baxış keçirilmədiyindən məhkəmə tədqiqatı zamanı ekspertiza tədqiqatı ilə aşkar edilmiş çatların zəlzələ nəticəsində və ya ilkin yaranmış çatların təmir-bərpa işlərinin aparılmaması nəticəsində yaranması ilə bağlı dəqiq fikir bildirmək mümkün deyil. Həmin çatlar hər iki halda yarana bilərdi. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh orqan şifahi məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Sərəncamı:
1. Baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Cavabdeh1nə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 28. Qəza vəziyyətində olan mənzillərin (yaşayış binalarının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılması 28.1. Mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Azərbaycan Respublikası Cavabdeh1 haqqında Əsasnamənin 7.2-ci bəndinə əsasən Nazirliyin digər struktur bölmələri, müvafiq dövlət orqanları ilə birlikdə ərazilərin, bina və qurğuların fövqəladə hallardan müdafiəsi və nəticələrinin aradan qaldırılmasının təşkilində iştirak etmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir. 8.9-cu bəndinə əsasən təbii və texnogen qəzalar nəticəsində zərər çəkmiş ərazilərin, binaların və qurğuların qəza səbəblərinin müəyyənləşdirilməsini təşkil etmək, bu qəzalar nəticəsində dəymiş ziyanın qiymətləndirilməsini təmin etmək, 8.41-ci bəndinə əsasən fövqəladə hallar nəticəsində dəymiş zərərin ödənilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək Agentliyin vəzifəsidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 2019-cu ilin fevral ayının 5-də baş vermiş zəlzələ nəticəsində İsmayıllı rayonu Bəhliyan kəndində yerləşən, iddiaçının yaşadığı evə ziyan dəymiş, dəymiş ziyanın texniki vəziyyəti araşdırılaraq cavabdeh tərəfindən müvafiq akt tərtib edilmiş, tərtib olunmuş aktda fərdi yaşayış evi bərpaya ehtiyacı olan evlər siyahısına daxil edilmişdir. İddiaçı, fərdi yaşayış evinin qəzalı vəziyyətdə olduğunu bildirərək, cavabdeh orqanın həmin yaşayış sahəsinin bərpaya ehtiyacı olan ev kimi qiymətləndirilməsi ilə razılaşmamışdır. Belə ki, cavabdeh orqan xx.xx.2019-cu il tarixli texniki baxış aktında evin arxa yükdaşıyan divarında şaquli istiqamətli bir neçə ədəd iki tərəfli olan çatların mövcud olmasını, evin daxili divarlarında suvaq qatında aşınmaların müşahidə olunmasını və nəticə olaraq - “bərpa” işlərinin aparılmalı olmasını qeyd etmiş, inzibati işin məhkəmə araşdırması zamanı isə işdə olan ekspert rəyi və müvafiq rəyin aydınlaşdırılması məqsədilə ekspert tərəfindən verilmiş izahatla müəyyən edilmişdir ki, İsmayıllı rayonu Bəhliyan kəndində yerləşən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin hazırkı vəziyyəti təmir-bərpa işlərinin görülməməsinin nəticəsidir. İsmayıllı rayonu Bəhliyan kəndində yerləşən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi hal-hazırda yaşayış üçün yararsız vəziyyətdədir. Fərdi yaşayış evinin divarlarında çatların olduğunu, bir yaşayış otağının divarının uçmasını nəzərə alaraq fərdi yaşayış evinin sökülərək yenidən inşa edilməsi məqsədəuyğundur. Mübahisə predmeti olan İsmayıllı rayonu Bəhliyan kəndində yerləşən fərdi yaşayış evinin bir yaşayış otağının divarının uçması nəzərə alınmadan, fərdi yaşayış evinin divarlarında olan çatlar fərdi yaşayış evinin qəzalı olması və sökülərək yenidən inşa edilməli olması qənaətini yaradır. Təmir-bərpa işlərinin görülməməsi nəticəsində fərdi yaşayış evinin hazırkı vəziyyət düşməsi ilə bağlı rəy həm divardakı çatlara, həm də bir yaşayış otağının uçmasına aiddir. Əsaslı təmir-bərpa işləri aparılsa idi, yəni bərkitmə, kəmərin quraşdırılması işləri görülərdisə, həmçinin çat yaranmış divarlar sökülərək, yenidən tikilsə idi fərdi yaşayış evinin daha da yararsız vəziyyətə düşməsinin qarşısını almaq mümkün olardı. Bununla belə nəzərə alınmalıdır ki, qüvvədə olan qanunvericilik aktlarında qəzalı vəziyyətdə olan fərdi yaşayış evlərinə görə cavabdehin üzərinə yaşayış sahəsinin yenidən inşa edilməsi vəzifəsi qoyulmamışdır. Hazırkı iş üzrə iddia tələbinin təmin edilməsi bilavasitə sübutetmə yükünə bağlıdır. Məhkəmə qərarının əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Hazırkı mübahisəyə münasibətdə sübutetmə yükü inkar edənin deyil, iddia edənin üzərinə düşür. Nəzərə almaq lazımdır ki, iddiaçının yaşadığı fərdi yaşayış evinin 2019-cu ildə İsmayıllı rayonunda baş vermiş təbii fəlakət-zəlzələ nəticəsində yararsız hala düşdüyünə istinad etməsi həmin evin təmir olunması üzrə cavabdehin üzərinə öhdəlik qoyulması barədə iddianın təmin olunması üçün yetərli sayıla bilməz. İddiaçı bu cür hallarda həm də cavabdehin belə öhdəlik daşıdığını sübut etmək vəzifəsi daşıyır. Həmçinin Mənzil Məcəlləsinin 28-ci maddəsinin mahiyyətindən göründüyü kimi, mülkiyyətçi ona məxsus mənzili (yaşayış evini) təbii fəlakət səbəbindən qəza vəziyyətinə düşdükdə özü təmir və bərpa etmək vəzifəsini daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası oxşar inzibati mübahisə üzrə 2-1(102)-1924/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, 2-1(102)-281/2022 nömrəli, xx.xx.2022-ci il tarixli və 2-1(102)-1181/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarlarında yuxarıda qeyd edilmiş hüquqi mövqe təsbit olunmuşdur. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/3932 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat müəyyən edilmişdir. İddia tələbi təmin edilmədiyindən ekspert rəyinin verilməsinə görə xərc iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiy mətləndirilir. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
İddiaçı Cavabdeh1 Tikintidə X1rşı “Qobustan, Şamaxı, İsmayıllı və Ağsu rayonlarını əhatə edən ərazidə 05 fevral 2019-cu ildə baş vermiş məlum zəlzələ nəticəsində zərər görmüş evlərə dair qəbul olunmuş qərarın, İsmayıllı rayon Bəhliyan kəndində yerləşən fərdi yaşayış evinə dair hissəsi üzrə “bərpa-gücləndirmə işlərinin aparılması” barədə Fövqalada Hallar Komissiyasının qəbul olunmuş rəyinin və qərarının dəyişdirilərək evinin yenidən tikilməsi barədə qərar qəbul olunması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Ekspert rəyinin verilməsinə görə xərc iddiaçıya aid edilir. Ekspert rəyinin verilməsinə çəkilən xərcə görə 50 manat iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab: büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci, SAP (XİİS) hesabı: adı – Dövlət xəzinədarlığı agentliyi, kodu – 210005, VÖEN – **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: 170032662, hesab – AZ34CTRE********************) köçürülsün. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.