Məhkəmə qərarları › İş №2-1(116)-499/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-499/2024

04.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-499/2024 04.06.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı Zaman qızının, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Zaman qızı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının dayandırılması ilə bağlı cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi və xx.xx.2022-ci il tarixdən pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı “yaşa həyat yoldaşı mərhum X2 əmək stajı kimi xx.xx.1979-cu il tarixdən xx.xx.2013-cü il tarixinədək Ağdaş Avtobazasında (Ağdaş Avtonəqliyyat ASC) sürücü vəzifəsində işlədiyi dövrlərin pensiya təyin edilməsi üçün sığorta stajı kimi nəzərə alınması və ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının dayandırılması ilə bağlı cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi və xx.xx.2022-ci il tarixdən pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.Ərizə məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə təmin edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçın mərhum həyat yoldaşı X5 ilə xx.xx.1982-ci il tarixində nikaha daxil olmuşdur. X5 xx.xx.2016-cı il tarixində ürək çatışmazlığından vəfat etmişdir. O, xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək sovet ordusunda müddətli hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətinə “Telman” adına sovxozda başlamış, xx.xx.1979-cu il tarixli 16 nömrəli əmrə əsasən Ağdaş Avtobazasının yük parkına sürücü vəzifəsinə təyin edilmişdir. Ağdaş Avtonəqliyyat ASC-nin 37 nömrəli əmrinə əsasən xx.xx.1992-ci il tarixindən icarə üsulu ilə işləməyə buraxılmış və həmin müəssisənin xx.xx.2013-cü il tarixli 4№-li əmrinə əsasən idarə etdiyi KAMAZ-5511 AZ 03AC070 №-li yük avtomaşını özəlləşdirdiyi üçün işdən azad edilmişdir. İddiaçıya xx.xx.2015-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilmiş, müraciəti əsasında xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Lakin ,xx.xx.2022-ci il tarixindən heç bir əsas olmadan iddiaçıya təyin olunan pensiya dayandırılmış, yaşa görə sosial müavinət verilmişdir. Əsas kimi isə mərhum həyat yoldaşı X2 əmək kitabçasında qeyd edilmiş mötəbərliyinə şübhələr olan xx.xx.1979-cu il tarixindən xx.xx.2013-cü il tarixinədək Ağdaş Avtobazasında işlədiyi dövrlər araşdırılmadan sığorta stajına daxilm edilməsidir. Hazırkı tələblə cavabdehə müraciət etmişdir.Cavabdeh tərəfindən imtina məktubu gəlmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: İddiaçı tərəfindən təqdim edilən şəxsiyyət vəsiqəsinin surətindən (AZE №********; FİN xxxxxxx) görünür ki, o, xx.xx.1958-ci il tarixli təvəllüdlüdür. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 05/09İS/095543-23 nömrəli elektron arayışdan görünür ki, iddiaçı X5 ilə xx.xx.1982-ci il tarixli 9 nömrəli aktla nikah bağlanmış, E.Xasıyevin xx.xx.2016-cı il tarixdə ölümü ilə əlaqədar nikaha xitam verilmişdir. Ölüm xx.xx.2016-cı il tarixdə 1 nömrəli aktla dövlət qeydiyyatına alınmışdır. İddiaçı tərəfindən mərhum E.Xasıyevə məxsus İT-İ ******* nömrəli əmək kitabçası təqdim edilmişdir. İddiaçıya xx.xx.2015-ci il tarixdən çoxuşaqlı ana kimi yaşa görə sosial müavinət təyin edilmiş, ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi səbəbindən sözügedən müavinətin ödənişi xx.xx.2020-ci İİ tarixdə dayandırılmışdır. xx.xx.2020-ci il tarixdə mərhum həyat yoldaşı E.Xasıyevin vəfatı ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş, ödənişi xx.xx.2022-ci il tarixədək davam etdirilmişdir. İnzibati orqan tərəfindən xidməti yoxlama zamanı məlum olmuşdur ki, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilən zaman mərhum E.Xasıyevin əmək kitabçasında qeyd edilmiş mötəbərliyinə əsaslı şübhələr olan 23.01 1979-cu il tarixdən xx.xx.2013-cü il tarixədək Ağdaş Avtobazasında işlədiyi dövrlər araşdırılmadan sığorta stajına daxil edilmişdir. Nəticədə iddiaçıya təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyası üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək artıqödəmə müəyyən olunmuşdur. Qeyd edilən qanunvericilik normalarına əsasən iddiaçının pensiya hüququnun yaranması üçün tələb olunan sığorta stajı 14 il 04 aydır. İddiaçı təqdim etdiyi sənədlərə əsasən mərhum E.Xasıyevin xx.xx.1979- cu ıl tarixdən xx.xx.2013-cü il tarixədək "xxxx" ASC-də sürücü vəzifəsində işlədiyini iddia edir. Bildiririk ki, iddiaçı tərəfindən təqdim edilən mərhum həyat yoldaşı E.Xasıyevin əmək kitabçasının surətində qeyd olunmuş (həmçinin xx.xx.2022-ci il tarixli arayışda) mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1979-cu il tarixdən 01,01.2006-ct il tarixədək Ağdaş Avtonəqliyyat" ASC-də əmək haqqı alıb-almamasının araşdırılması zərurəti yaranmışdır. Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli müvafiq məktubuna əsasən xx.xx.1979-cu il tarixindən xx.xx.2006-cı il tarixinədək "xxxx" ASC-nin sənədləri arxivə təhvil verilməmişdir. Bu səbəbdən E.Xasıyevin əmək haqqı alıbalmadığını müəyyənləşdirmək mümkün olmadığından həmin dövrlərin onun sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün hesab edilməmişdir. İddiaçı tərəfindən təqdim edilən mərhum E.Xasıyevin əmək kitabçasının və digər sənədlərin surətlərinə əsasən sığorta stajı 1 il 11 av 27 gün olmaala qanunvericiliklə təjəb olunan müddətdən 14 il 4 ay) azdır. Eyni zamanda Fondun Fərdi uçota nəzarət və sosial sığorta departamentinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən bildiririk ki, sığortaedən “Ağdas avtonəqliyyat’’ ASC (SUN: **********7) tərəfindən təqdim edilmiş 2006-2013-cü illər üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sıqortaolunanlar haqqında məlumat"larda X3 (FİN, 6FCXH41) adı sıgortaolunan kimi aevd olunmamışdır. Həmçinin məlumat üçün bildiririk ki, MEİS-in “Sığorta (Hesabat)" altsistemində E.Xasıyevin xeyrinə hər hansı sıqortaedən tərəfindən məcburi dövlət sosial sıäorta haqlarının ödənilməsi barədə məlumat aşkarlanmamışdır. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki hallan nəzərə alınmaqla qeyd edilməlidir ki, İddiaçı əmək pensiyası hüququ olmadan ailə başçısını itirməyə əmək pensiyasının təvin edilməsi, evni zamanda iddiaçının mərhum əri X2 xx.xx.1979-xx.xx.2013-cü il tarixləri ərzində "xxxx" ASC-də işlədiyini iddia etdiyi dövrlərə dair isə daxıl olma və işdən azad olma əmrlərini, həmçinin əmək haqqı almasını muəyyələşdirmək mümkün olmadığından iddiaçıya ailə başçısım itirməyə görə əmək pensiya təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:

1. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. İİİ-ЖГ 267075 seriya nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X5 ilə İddiaçı Zaman qızı xx.xx.1982-ci il tarixdə nihaka girmişlər.

3. X4 məxsus НЗ ******* nömrəli hərbi biletin surəti.

4. X4 məxsus ИT ******* nömrəli əmək kitabçasının surəti.

5. Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 142 və 141 nömrəli arayışları

6. 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu.

Əsaslandırma hissəsi:

İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. İddiaçının hazırkı iddianı qaldırmaqda hüququ marağı mərhum ərinin işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi və iddiaçıya ailə başçısını itirməyə görə təyin edilmiş (hazırda dayandırılmış) əmək pensiyasının bərpa edilməsindən ibarətdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Resppublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 14.1.2-cü maddəsinin tələbinə görə iddiaçının pensiya yaşına çatması zəruridir. İddiaçı, xx.xx.1958-ci ildə doğulub və yaşa görə əmək pensiyası hüququ xx.xx.2020-ci il tarixində yaranır. İddiaçının mərhum əri xx.xx.1954-cü ildə doğulmuş, xx.xx.2016-cı ildə vəfat etmişdir. Onun yaşa görə əmək pensiyası hüququ xx.xx.2018-ci il tarixində yaranmışdır. İş materiallarından görünür ki,iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin edilmiş və sonradan dayandırılmışdır.Cavabdehin pensiyanın dayandırılmasına dair dəlili Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli müvafiq məktubuna əsasən xx.xx.1979-cu il tarixindən xx.xx.2006-cı il tarixinədək "xxxx" ASC-nin sənədləri arxivə təhvil verilməməsindən ibarətdir. Həmin dəlilə münasibətdə məhkəmə aşağıdakı normalara istinad edərək hesab edir ki,cavabdehin pensiyanın dayandırılmasına dair faktiki hərəkəti qanunsuz olmuşdur. Belə ki, 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə araşdırması zamanı iddiaçının mərhum ərinin işləmiş olduğu dövrdə Ağdaş Avtonəqliyyat” ASC-nin fəaliyyət göstərdiyi və vergi uçotuna alındığı təsdiqini tapmışdır.Həmçinin, iddiaçının mərhum ərinin istifadəsində olan nəqliyyat vasitəsini özəlləşdirməsinə dair Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 142 nömrəli arayışı təqdim edilmişdir. Buna görə də cavabdeh tərəfindən iddiaçıya təyin olunmuş ailə başçısını itirməyə görə pensiyanın dayandırılmasına dair hərəkətləri qanunsuz olduğundan pensiyasının dayandırıldığı tarixdən bərpa etdirilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı Zaman qızına təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar