Məhkəmə qərarları › İş №2-1(116)-5/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-5/2020

31.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-5/2020 31.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X9 qızının katibliyi, Üçüncü şəxsin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X10 (üçüncü şəxs: “xxxxxxxxx” ASC) qarşı “xx.xx.2017-ci il tarixli notarial qaydada aparılmış bağışlama müqaviləsi əsasında Mingəçevir şəhəri, Naxçıvan küçəsi, bina-36, mənzil-1 ünvanında yerləşən mənizlə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və adına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: X5 xx.xx.2000-ci il tarixli 1079b reyestr nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 4 otaqlı, ümumi sahəsi 89,46 m2 olan 4 nömrəli mənzili X1 və tərəflər arasında xx.xx.2001-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanaraq 4Ə-1-223 nömrə ilə reyestrdə qeydə alınmışdır. Müqavilə əsasında Humay Hacıyevanın sözügedən mənzil üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq adına xx.xx.2001-ci il tarixli 1079b reyestr nömrəli Qeydiyyat Vəsiqəsi verilmişdir. X13 Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Kombinatı tərəfindən DƏDRX-in X10 ünvanlanmış xx.xx.2008-ci il tarixli 171 nömrəli məktubla müəyyən olunur ki, Humay Hacıyevanın mülkiyyətinə verilmiş mənzilin yerləşdiyi ünvanın adı dəyişilərək ünvan 5 mənzil 1 olmuşdur. Mingəçevir şəhəri ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 89,46 m2, yaşayış sahəsi 56,59 m2 olan 4 otaqlı 1 nömrəli mənzil üzərində Humay Hacıyevanın mülkiyyət hüquqları xx.xx.2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və adına MH seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. X7 ilə “xxxxxxxxx” ASC-nin Mingəçevir filialı arasında xx.xx.2010-cu il tarixdə kredit müqaviləsi bağlanmış və Humay Hacıyeva mülkiyyətində olan sözügedən mənzili ipoteka qoymuşdur. Şakir Budaqov müqavilə üzrə yaranmış borcu tam ödəmədiyindən Migəçevir Şəhər Məhkəməsinin xx.xx.2010-cü il tarixli 2(051)-861/2010 nömrəli qətnaməsi ilə borcun ödənilməsinin təmin edilməsi üçün borcun ipoteka qoyulmuş əmlaka yönəldilməsi və mənzilin açıq hərracda satılması qət edilmişdir. xx.xx.2012-ci il tarixdə hərrac keçirilmiş və mənzil “xxxxxxxxx” ASC-yə satılaraq tərəflər arasında hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Sözügedən mənzil üzərində “xxxxxxxxx” ASCnin mülkiyyət hüquqları xx.xx.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və MA seriyalı ******* nömrəli çıxarış verilmişdir. Şakir Budaqov və Humay Hacıyeva xx.xx.2012-ci il tarixdə keçirilmiş hərracın nəticələrinə dair protokolların etibarsız hesab edilməsi barədə iddia tələbi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2015-ci il tarixli 2(051)-443/2015 nömrəli qətnaməsi ilə ünvan 5 ünvanında yerləşən 1 nömrəli mənzilə dair xx.xx.2012-ci il tarixli 22/03 nömrəli hərracın yekunları barədə protokol etibarsız hesab edilmişdir. Qətnamə xx.xx.2015-ci il tarixdə qanuni qüvvəsini almışdır. DƏDRX-in 17 saylı Ərazi İdarəsinin daşınmaz əmlaka dair hüquqların qeydiyyatı və arayışların verilməsi şöbəsinin müdiri, DƏDRX-in 17 saylı X3 şəhər şöbəsinin müdiri və DƏDRX-in 17 saylı X3 şəhər şöbəsinin mühəndis inventarlaşdırıcısı tərəfindən xx.xx.2017-ci il tarixdə mübahisə predmeti olan mənzilə baxış keçirilmiş, mənzil üzərində Humay Hacıyevanın mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edərək bu barədə akt tərtib etmiş və aktı imzaları ilə təsdiq etmişlər. Bundan sonra Humay Hacıyevanın həmin mənzil üzərində mülkiyyət hüquqları xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, adına RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və mənzil üzərində hər hansı yüklülük göstərilməmişdir. Humay Hacıyeva mülkiyyətində olan mənzili xx.xx.2017-ci il tarixdə İddiaçı bağışlamış və tərəflər arasında daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanaraq 4Ə-196 nömrə ilə reyestrdə qeydiyyata alınmışdır. Müqavilənin 4-cü bəndində qeyd olunmuşdur ki, xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli arayışa əsasən müqavilə bağlananadək daşınmaz əmlak ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. DƏDRX-in 17 saylı Ərazi İdarəsi tərəfindən Humay Hacıyevaya ünvanlanmış xx.xx.2017-ci il tarixli **********82 nömrəli məktubla müəyyən olunur ki, Mingəçevir şəhəri ünvan 5 nömrəli binanın 1 nömrəli mənzili üzərində xx.xx.2017-ci il tarixinə olan məlumata əsasən məhdudiyyət və yüklülük qeydə alınmamışdır. İddiaçı ona bağışlanan mənzil üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, sonuncu xx.xx.2017-ci il tarixli **********28 nömrəli məktubla hüquqların dövlət qeydiyyatından imtina edərək mənzilin ipoteka ilə yüklü edildiyini, ipoteka müqaviləsinin məhkəmə qaydasında ləğv edilmədiyini və kredit müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsi ilə bağlı Ərazi İdarəsində məlumat olmadığını bildirmişdir. Bununla razılaşmayan iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisə predmetiolan mənzil ona bağışlanmış və cavabdehin xx.xx.2017-ci il tarixlı arayışına əsasən mənzilin üzərində məhdudiyyət, yüklülür olmamışdır. O, hüquqlarının qeydə alınması ilə bağlı cavabdehə müraciət etmiş və sonuncu tərəfindən bundan imtina olunduğundan məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehin nümayəndəsi məhkəmənin xx.xx.2018-ci il tarixli iclasında iddia tələbinə etiraz edərək izahatında bildimişdir ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(051)-622/2017 nömrəli qətnaməsinə və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(107)- 1675/2017 nömrəli qətnamələrinə əsasən, Mingəçevir şəhəri ünvan 5 saylı binanın 1 saylı mənzilinə dair “xxxxxxxx” ASC-nin Mingəçevir filialı ilə bağlanmış xx.xx.2010-cu il tarixli **********1009 nömrəli ipoteka müqaviləsinə xitam verilməmişdir və həmin müqavilə öz qüvvəsini saxlayır. İpoteka müqaviləsinə əsasən borc alan - X7, ipoteka verən - X6 və ipoteka saxlayan - “xxxxxxxx” ASC-nin Mingəçevir filialı olmuşdur. Məhkəmə qətnamələrinə əsasən “xxxxxxxx” ASC-nin Mingəçevir filialı ilə bağlanmış xx.xx.2010-cu il tarixli **********1009 nömrəli ipoteka müqaviləsi qüvvədə olduğundan və həmin müqaviləyə görə ipoteka verən X6 olduğu üçün Mingəçevir şəhəri ünvan 5 saylı binanın 1 saylı mənzilinə dair mülkiyyət hüquqlarının İddiaçı adına qeydiyyata alınması mümkün deyildir. İpoteka müqaviləsinin ləğv edilməsi məhkəmə qaydasında mübahisələndirilmişdir. Belə ki, ipoteka saxlayan “xxxxxxxx” ASCnin Mingəçevir filialı tərəfindən xx.xx.2010-cu il tarixli **********10 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsi ilə bağlı ərazi idarəsinə məlumat daxil olmamışdır. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(051)-622/2017 nömrə bildiriş məktubu nəzərə alınmaqla sözügedən mənzilə dair əməliyyatın həyata keçirilməsinə məhdudiyyət qoyulması barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır. “Daşınmaz əmlakın dövlət ıcyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.5-ci maddəsinə əsasən daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. İpoteka saxlayan “xxxxxxxx” ASC-nin Mingəçevir filialı tərəfindən mənzilin qeydiyyata alınmasına icazə verilməsi barədə məlumat daxil olduqda məsələyə baxıla bilər. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(84)-248/2018 saylı qərarı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X8rşı xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsi əsasında ünvan 6 mənzil 1 ünvanında yerləşən mənzilə hüquqların dövlət qeydiyyatı və adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(84)-248/2018 saylı qərardadı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(84)-248/2018 saylı qərarı ləğv edilmiş, iş üzrə icraat təzələnmiş və “xxxxxxxxx” ASC üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(84)-248/2018 saylı qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə (üçüncü şəxs: “xxxxxxxxx” ASC) qarşı “xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsi əsasında Mingəçevir şəhəri Naxçıvan küçəsi bina 36 mənzil 1 ünvanında yerləşən mənzil üzərində hüquqlarının dövlət qeydiyyatına alınması və adına çıxarışın verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” tələbinə dair inzibati işin icraatı iddiaçı “xxxxxxxxx” ASC-nin cavabdehlər X6 və İddiaçı qarşı “xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1(107)-670/2018 saylı qərardadı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(84)-248/2018 saylı qərardadından verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)-5/2020 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında 3-cü şəxsin nümayəndəsi iddianın rədd olunmasını xahiş etdi. İş materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(051)- 2390/2018 saylı qətnaməsinin surətindən görünür ki, X6 ilə İddiaçı arasında bağlanmış, Mingəçevir şəhəri 1 saylı notariat kontorunda təsdiq olunmuş reyestrdə 4-ə-196 nömrə ilə qeyd edilmiş xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(107)-3274 saylı qətnaməsinin surətindən görünür ki, cavabdehlər X6 və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-3224/2020 saylı qərarının surətindən görünür ki, cavabdehlər X6 və İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olmunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. Həmin Qanunun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci madddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.5-ci maddəsinə əsasən, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. İddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə X6 ilə İddiaçı arasında bağlanmış, Mingəçevir şəhəri 1 saylı notariat kontorunda təsdiq olunmuş reyestrdə 4-ə-196 nömrə ilə qeyd edilmiş xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edildiyindən həmin mənzilin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X10 (Üçüncü şəxs: “xxxxxxxxx” ASC) qarşı “xx.xx.2017-ci il tarixli notarial qaydada aparılmış bağışlama müqaviləsi əsasında Mingəçevir şəhəri, Naxçıvan küçəsi, bina-36, mənzil-1 ünvanında yerləşən mənizlə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və adına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar