Məhkəmə qərarları › İş №2-1(116)-50/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-50/2021

11.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-50/2021 11.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X10, İddiaçı nümayəndəsi (direktoru) X1, Cavabdehin nümayəndəsi Hacı-X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X17rşı “Şəki şəhəri, N.Nərimanov küçəsində yerləşən bufet-çayxana binasına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı direktoru X5 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X17rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçınə məxsus 100 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində tikintisi başa çatmış obyektin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınıb çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Müəssisə Şəki şəhər İH xx.xx.1993-cü il tarixli 1/792 nömrəli sərəncamı ilə N.Nərimanov küçəsinin cənubunda yerləşən məişət xidməti istehsalat idarəsinə məxsus torpaq sahəsindən 100 kv.m torpaq sahəsi İddiaçınə məxsus bufet-çayxananın istifadəsinə verilmişdir. Müəssisə Ədliyyə Nazirliyində xx xxxxxx 1994-cü il tarixdə 15465 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır. xx.xx.1996-cı il tarixli ******* saylı şəhadətnamə ilə Statistika Komitəsi tərəfindən dövlət reyestrinə daxil edilməklə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına götürülərək fəaliyyət göstərmişdir. xx.xx.1994-cü il tarixdə X2 ilə İddiaçı anbardar-hesabdarı X5 arasında olan Akt əsasında X13 satılmışdır. İddiaçı sözügedən torpaq sahəsi və üzərində tikintisi başa çatmış obyektə dair onun mülkiyyət hüququnun tanınaraq reyestrdə qeydiyyata alınması və çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. İmtina məktubunda cavabdeh orqan qeyd etmişdir ki, müəssisəyə 100 kv.m torpaq sahəsinin ayrılması barədə müvafiq sərəncam və baş memar tərəfindən təsdiqlənmiş layihə smeta müraciət zamanı orqana təqdim edilsə də, hüquqi şəxsin qeydiyyatı haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surəti, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində tələb edilən sənədlər, yəni tikintisinə icazə tələb edilən obyektlər üçün müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı və istismara qəbul aktı təqdim edilmədiyindən iddiaçının müraciətinin təmin edilməsi mümkün olmamışdır. İddiaçı məhkəməyə xx.xx.2020-ci il tarixli ərizə ünvanlayaraq iddia tələbində dəqiqləşdirmə aparmış və “Şəki şəhəri, N.Nərimanov küçəsində yerləşən bufet-çayxana binasına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli etiraz məktubunda imtina məktubunda qeyd edilənlərlə yanaşı qeyd edir ki, iddiaçı müraciətinə sözügedən qeyri-yaşayış binasının alqı-satqısına dair akt əlavə etsə də, mövcud qanunvericiliyin tələblərinə əsasən daşınmaz əmlakın alqı-satqısı notarial qaydada aparılmalı olduğu üçün təqdim edilmiş sənəd əmlakın qeydiyyata alınması üçün əsas hesab edilə bilməz, həmçinin Müəssisəyə ayrılan 100 kv.m torpaq sahəsi Şəki Şəhər İH başçısının sərəncamı əsasında ayrıldığından həmin torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2001-ci il tarixli, 498 saylı Fərmanının tələblərinə əsasən dövlət torpaq sahəsidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Şəki Şəhər İH başçısının xx.xx.1992-ci il tarixli 97 nömrəli sərəncamından çıxarışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, Şəki şəhər əhaliyə məişət xidməti istehsalat idarəsinə N.Nərimanov küçəsinin cənubunda mövcud məişət xidməti sahəsində bufet-çayxana açılması üçün 60 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Şəki Şəhər İH başçısının xx.xx.1993-cü il tarixli 1/792 nömrəli sərəncamından çıxarışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, İddiaçı və Şəki şəhər əhaliyə məişət xidməti istehsalat idarəsinin məktubları nəzərə alınaraq N.Nərimanov küçəsinin cənubunda yerləşən məişət xidməti istehsalat idarəsinə məxsus torpaq sahəsindən 100 kv.m torpaq sahəsi İddiaçınə məxsus bufet-çayxananın istifadəsinə verilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Zaqatala bölgə şöbəsinin Kommersiya Təşkilatlarının Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxxxx 1994-cü il tarixli, 15465 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və hazırkı təsisçisi X3r. İş materiallarında olan Şəki şəhərinin təsərrüfat hesablı ictimai iaşə birliyinin Şəki Şəhər İH başçısına ünvanladığı xx.xx.1993-cü il tarixli 105 nömrəli məktubdan müəyyən edilir ki, Birliyin rəhbəri Şəki şəhəri, N.Nərimanov küçəsinin cənubunda X11 şəxsi vəsaiti hesabına tikilmiş, birliyin nəzdində fəaliyyət göstərən bufet-çayxananın birliyin nəzdindən çıxarılmasına etiraz etməmişdir. İş materiallarında olan Şəki şəhər əhaliyə məişət xidməti istehsalat idarəsinin İddiaçı müdiri Nizami Məsimova ünvanladığı xx.xx.1993-cü il tarixli 55 nömrəli məktubdan müəyyən edilir ki, bufet-çayxananı X15 öz vəsaiti hesabına tikmişdir və İdarə ora heç bir vəsait xərcləməmişdir. İş materiallarında olan xx.xx.1994-cü il tarixli Aktın surətindən müəyyən edilir ki, bufet-çayxananın sahibi V.Kərimov onu İddiaçı Kiçik Müəssiəsinə satmışdır. İş materiallarında olan Şəki Şəhər İH başçısının Müəssisənin direktoru F.Hümmətova ünvanladığı xx.xx.1998-ci il tarixli 1/260 nömrəli məktubdan müəyyən edilir ki, Müəssisənin nəzdində açılacaq maye-qaz balonlarının doldurulması məntəqəsinin Şəki şəhər yanğından mühafizə idarəsinin razılığını almaq şərti ilə müvafiq sərəncama əsasən müəssisə üçün ayrılmış torpaq sahəsində yerləşdirilməsinə İH etiraz etməmişdir. İş materiallarında olan “xxxx” ASC tərəfindən Şəki Apellyasiya Məhkəməsinə ünvanlanan 20 nömrəli məktubdan müəyyən edilir ki, bələdiyyə tərəfindən satılan mayeqaz YDM-in yerləşdiyi 100 kv.m və müəssisənin istifadəsində olan digər torpaq sahələrinin “xxxx” ASC-yə heç bir aidiyyəti yoxdur. İş materiallarında olan A seriyalı 393086 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Şəki Apellyasiya Məhkəməsinin 2- 1(107)-147 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməyə əsasən Şəki şəhəri, N.Nərimanov küçəsində yerləşən 0.01 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan qeydiyyat nömrəsi ********** olan xx.xx.2019-cu il tarixli çıxarışın təsdiq edilmiş surətinə əsasən Şəki şəhəri, N.Nərimanov küçəsində yerləşən 0.01 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli **********07 nömrəli məktubuna əlavə edilən mütəxəssis rəyinin təsdiq edilmiş surətində araşdırmanın nəticəsi olaraq qeyd edilir ki, iddiaçının istifadəsində olan torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olub faktiki sahəsi 245 kv.m-dir, döngə nöqtələrinin koordinatları tərtib edilən SXEM-də göstərilmişdir. Həmin torpaq sahəsi X7 kateqoriyasına aid olub X5 tərəfindən istifadə edilir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Hazırkı halda iddiaçıya məxsus 100 kv.m torpaq sahəsi iş materiallarına əlavə edilən mütəxəssis rəyinə əsasən bələdiyyə mülkiyyəti olmaqla faktiki olaraq 245 kv.m-dir. Sözügedən torpaq sahəsi X7 kateqoriyasına aiddir. Bundan başqa əmlakın alqı-satqısı notarial qaydada aparılmalı olduğu üçün təqdim edilmiş sənəd əmlakın qeydiyyata alınması üçün əsas hesab edilə bilməz. Həmçinin iddia ərizəsinə bufet-çayxananın smeta sənədləri əlavə olunsa da, digər sənədlər müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı əlavə olunmamış, məhkəmə araşdırması zamanı da aşkar edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. Həmin Qanununun 8.0.9.2-ci maddəsinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2004-cü il tarixli 113 nömrəli Fərmanının 4.2.8-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.9.1.1-ci maddəsində, 8.0.9.2-ci maddəsində (hər iki halda), 8.0.10.2-ci və 8.0.11-ci maddələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur Göründüyü kimi vətəndaş mülkiyyətində olan torpaq sahəsində tikintisinə icazə tələb olunan tikinti obyekti inşa edirsə o, qanunvericiliyin yuxarıda sadalanan tələblərinə müvafiq qaydada müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktını almalıdır. Məhkəmə qeyd edir ki, hazırkı halda, iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün iddia qaldırdığı qeyri-yaşayış sahəsinin qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı işin materiallarına əlavə edilməmişdir. Bu səbəbdən də həmin torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binası üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması mümkün deyildir. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X17rşı “Şəki şəhəri, N.Nərimanov küçəsində yerləşən bufet-çayxana binasına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərc iddiaçıya aid edilir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 106 manat 72 qəpik İddiaçındən tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu X6 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ**********0000001944, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar