Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-500/2023 17.01.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlu, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X6 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “mərhum anası X10 adına verilmiş xx.xx.2014cü il tarixli ********** qeydiyyat nömrəli ******* saylı Çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şəki İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq,məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “mərhum anası X10 adına verilmiş xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli ******* saylı Çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xdmətinin 9 saylı Ərazi idarəsi tərəfindən seriya RX № ******* saylı X1 adına verilmiş 0.15 ha torpaq sahəsi əslində Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli 19 saylı qərarı ilə Torpağın Mülkiyyətə verilməsinə dair JN-1132A kodlu Şəhadətnaməyə əsasən 0.20 ha torpaq sahəsi olmuşdur. Qeyd olunan həmin torpaq sahəsi (0.20 ha) 01 may 2003-cü il tarixli 2-35/2003 saylı Qəbələ Rayon Məhkəməsinin Qətnaməsi ilə Qəbələ rayon Dövlət Notariat Kontorunun 08 aprel 2003-cü il tarixli şəhadətnaməsinə və Qəbələ rayon X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən 11 aprel 2003-cü il tarixdə verilmiş 1/12-2 və 1/13-2 nömrəli qeydiyyat vərəqələrinə əsasən atası X7 vərəsələri arasında səkkizdə beş, səkkizdə bir və səkkizdə iki hissədə bölünmüşdür. Bölgüdən sonra Rəhimova Sonanın adına 0.10 ha torpaq sahəsi qalmış və həmin bölgünün sənədləri Qəbələ rayon notariusunun aktı Qəbələ Rayon Məhkəməsinin 2-35/2003 saylı qətnaməsinin surəti ilə birlikdə Qəbələ rayon Torpaq Şöbəsinə göndərilmişdir. Məhkəmə qətnaməsinə əsasən vərəsələr arasındakı 0.20 ha-nın miras əmlak (X7 əmlakı) bölgüsünün nəticələri belədir: Oğlu: Rəhimov Ağasəf - 0.250 ha səkkizdə bir hissə; Oğlu: Rəhimov Fəxriyyar - 0.500 ha məhkəmə qətnaməsinə əsasən məcburi pay səkkizdə iki pay; Qızı: Rəhimova Ufilə - 0.250 ha səkkizdə bir hissə; Arvadı: Rəhimova Sona - 0.10 ha səkkizdə beş hissə. Miras-əmlakın bölgüsünün nəticəsindən də görünür ki, X11 5/8 hissə, yəni 0.10 ha torpaq sahəsi pay qalmışdır. Lakin Daşınmaz Əmlakın Dölət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi yuxarıda qeyd olunanları nəzərə almadan, araşdırma aparmadan X10 adına faktiki olaraq 0.10 ha torpaq sahəsi qaldığı təqdirdə ona iddiada göstərdiyi xx.xx.2014-cü il tarixli 0.15 ha torpaq sahəsinin çıxarışını vermişlər və hesab edir ki, bu çıxarış saxtalaşdırılmış bir sənəddir. X13 da özünə düşən (qətnaməyə əsasən) faktiki 0.10 ha, dolayısı ilə 0.15 ha torpaq payını qızı Rəhimova Ufiləyə vəsiyyət etmişdir. Ufilə də anasının vəsiyyət etdiyi torpaq sahəsini öz adına rəsmləşdirmək üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və həmin torpaq sahəsinə plan-ölçü sənədi olmadığına görə iddiası təmin edilməmişdir. Məhkəmədən xahiş etməyinə baxmayaraq Qəbələ Rayon Məhkəməsinin 2(025)-15/2019 saylı və Şəki Apelyasiya məhkəməsinin 2(107)-376/2020 saylı məhkəmə prosesində bu məsələyə aydınlıq gətirilməmiş və araşdırılmamışdır. DƏDRX-nin yuxarıda qeyd etdiyi çıxarışı qanunsuz olduğu açılmamışdır. Hüquqlarının pozulması nəticəsində bir çox problemlərlə üzləşmiş və Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 5-ci hissəsinin, 26-cı maddəsinin 1-ci hissəsinin və Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən hüquqlarımın bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddiaya etirazında bildirmişdir ki, Qəbələ rayon Məhkəməsinin 31 yanvar 2017-ci il tarixli, 2-(025)-169/2017 saylı qətnaməsi əsasında X12 adına verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli əsasında çıxarış verilmişdir. İddiaçı X3 mərhum anası X10 adına verilmiş xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli ******* saylı Çıxarışın etibarsız hesab edilməklə ləğv olunması mümkün deyil. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə iclasında Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən hüquqi yardım qaydasında izah olunmuşdur ki,ləğv olunmasını tələb etdiyi mərhum anası X10 adına verilmiş xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli ******* saylı Çıxarış Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998ci il tarixli 19 saylı qərarı ilə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1132A kodlu Şəhadətnaməyə əsasən verilmişdir. Belə ki,həmin Şəhadətnamə əsasında Qəbələ rayonu Vəndam kəndində yerləşən 0,20 ha torpaq sahəsi X10 mülkiyyətinə verilmişdir.Qəbələ Rayon Məhkəməsinin 2-(025)- 76/2010 saylı qətnaməsi əsasında həmin torpaq sahəsindən 0,05 ha torpaq sahəsi İddiaçı məcburi pay qismində ayrılmışdır. X10 mülkiyyətində qalan 0,15 ha torpaq sahəsinə iddiaçı tərəfindən mübahisələndirilən Çıxarış verilmişdir. İşin hallarından görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2-(025)-169/2017 saylı qətnaməsi ilə xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli RX ******* saylı Çıxarışa əsasən X8 miras qalmış 0,15 ha həyətyanı torpaq sahəsi üzərində X9 vərəsəlik hüququ tanınmışdır. X9 iddiası əsasında həmin torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsi barədə Şəki İnzibati Məhkəməsinin 2-1(116)-415/2021 saylı qərarına əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulmuşdur. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qərarına əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməmişdir. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 16-cı bəndində qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Nəzərə almaq lazımdır ki, iddiaçının mübahisələndirdiyi daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyata dair məlumatı özündə əks etdirən çıxarış inzibati akt deyildir. Odur ki, iddiaçı müvafiq çıxarışın verilməsinə əsas olmuş hüquq müəyyənedici sənədləri mübahisələndirilməlidir. Sözügedən çıxarışın verilməsinə Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli 19 saylı qərarı olmuşdur. Buna görə də müvafiq qərar ləğv edilmədən onun əsasında verilmiş çıxarışın da mübahisələndirilməsinə mahiyyəti üzrə baxıla bilməz. Məhkəmə əlavə olaraq izah edir ki, X5 qərarları inzibati aktdır ki, həmin qərarların mübahisələndirilməsi tələblərinə iddia müddəti şamil olunur. X2 verilməsinə əsas olmuş Aqrar İslahat Komissiyasının qərarı qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Həm də 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Göründüyü kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur. Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1 -ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X5 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "X18 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X5 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi məhkəmə iclasında tərəflərin iştirakı ilə müzakirə edilərək, iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “mərhum anası X10 adına verilmiş xx.xx.2014cü il tarixli ********** qeydiyyat nömrəli ******* saylı Çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə
Məhkəmə qərarları › İş №2-1(116)-500/2023
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-500/2023
17.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver