Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-501/2020 09.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Rüstəmzadə Səmayə Abdurəhim qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, üçüncü şəxs X1, cavabdehin nümayəndəsi X6 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X11rşı (üçüncü şəxslər X7, Zurabaşvili Tatia Nodarovna) “Azərbaycan Respublikası DT və XK–nın Qax rayon şöbəsinin onun adına verdiyi xx.xx.2006-cı il tarixli JN-518F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”dən və onun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən həmin şəhadətnamə əsasında işlənilmiş xx.xx.2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışdan üçüncü şəxslər X1 və Zurabaşvili Tatia Nodarovnanın adlarının çıxarılması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması və qanunsuz olaraq üçüncü şəxslərin adına verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X11rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək (üçüncü şəxslər X7, Zurabaşvili Tatia Nodarovna) “Azərbaycan Respublikası DT və XK–nın Qax rayon şöbəsinin İddiaçı1 adına verdiyi xx.xx.2006-cı il tarixli JN-518F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”dən və İddiaçı1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən həmin şəhadətnamə əsasında işlənilmiş xx.xx.2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışdan üçüncü şəxslər X1 və Zurabaşvili Tatia Nodarovnanın adlarının çıxarılması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması və qanunsuz olaraq üçüncü şəxslərin adına verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçıya subay ikən Qax rayonu “Nizami” adına kolxozun xx.xx.1988-ci il tarixli 4 nömrəli ümumi iclasının qərarına əsasən ev tikmək üçün 0,12 ha torpaq sahəsi verilmişdir. Bu qərara əsasən Qax rayon ASB Baş Yer Quruluşu mühəndisindən və kolxozun məsul şəxslərindən ibarət komissiyanın xx.xx.1989cu il tarixli aktı ilə iddiaçıya ev tikmək məqsədilə 0,12 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Bundan sonra “Nizami” adına kolxozun verdiyi xx.xx.1989-cu il tarixli 623 nömrəli arayışa əsasən iddiaçının öz həyətyanı torpaq sahəsində tikəcəyi fərdi yaşayış evinin planı hazırlanmış və layihə-smeta sənədləri xx.xx.1990-cu il tarixdə təsdiqlənmişdir. Beləliklə, iddiaçı öz həyətyanı torpaq səhəsində özü üçün fərdi yaşayış evi tikmişdir. Qaxingiloy kənd X8 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 1975 nömrəli arayışında da qeyd edilmişdir ki, iddiaçının qanunu istifadəsində 0,12 ha həyətyanı torpaq sahəsi var və ailədə tək övladdır. Yəni artıq 1990-cı ildə onun öz həyətyanı torpaq sahəsi və öz fərdi yaşayış evi vardır. İddiaçı üçüncü şəxs X7 ilə 1994-cü ildə ailə həyatı quranadək özünün qanuni faktiki mülkiyyətində olan həyətyanı torpaq sahəsində ev tikdirmiş və öz evində yaşamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz qeydlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır) Analoji müddəa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsində də nəzərdə tutulmuşdur. Lakin mübahisələndirilən halda, üçüncü şəxslər D.T.Dukaşvili və T.İddiaçı1 özlərinin müəmmalı əlaqələrindən istifadə edərək, həm də hüquqdan sui-istifadə edərək, iddiaçının daşınmaz əmlakına özlərinin olmayan hüquqlarını əsassız olaraq qeydə aldıra bilmişlər. Bu əsassız “hüququ” qeydə alan aidiyyəti orqanlar, sonra da məhkəmə heç fərqində olmamışlar ki, əgər onun mülkiyyətində olan həyətyanı torpaq sahəsində üçüncü şəxslər D.T.Dukaşvilinin və T.İddiaçı1 payı vardısa, onda iddiaçının fərdi yaşayış evində də onların payları olmalı idi. Amma yoxdur, həmin ev nəzərdə tutulan torpaq sahəsinin üzərində tikilmişdir. Yəni bütövlükdə həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi də, iddiaçının mülkiyyətində olmuşdur. Bu mülkiyyətə də üçüncü şəxslər D.T.Dukaşvili və T.İddiaçı1 tərəfindən qanunsuz müdaxilə olunmuş və onlar iddiaçının şəxsi əlaqələrindən istifadə edərək sənədləşmə işlərini saxtalaşdıra bilmişlər. Belə ki, üçüncü şəxslər D.T.Dukaşvili və T.İddiaçı1 Qax rayon X3 xx.xx.2003-cü il tarixli 01 saylı qərarı ilə iddiaçıların adına verilmiş “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsaslanaraq, hələ islahatdan qabaq artıq onun mülkiyyətində olan həyətyanı torpaq sahəsinə “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilərkən Dövlət Aktındakı eyni göstəricilərə xx.xx.2003-cü il tarixli 01 saylı qərara istinad etməklə, orada 3(üç) il fərqlə eyni qərarla, artıq xx.xx.2006-cı ildə verilən bu şəhadətnaməyə öz adlarını saldıra bilmişlər. Dövlət Aktı ilə Şəhadətnaməni tutuşdurduqda bu eyniliyi-yəni saxtakarlığ görünür. Yəni onun mülkiyyətində olan daşınmaz əmlaka hüququ əsas olmadan saxta qeydiyyat aparılmışdır. Ərizəyə əlavə olunan, nikahın ləğv edilməsi haqqındakı xx.xx.2012-ci il tarixli 2(024)-104 saylı məhkəmənin qətnaməsindən görünür ki, üçüncü şəxs X7 ilə onların faktiki nikahlarından xx.xx.1994-cü il təvəllüdlü Tatia adlı (hazırkı üçüncü şəxs) qızları olmuş, bundan sonra xx.xx.1994-cü il tarixində onlar nikahlarını rəsmi olaraq qeyd etdirmişlər. Yəni iddiaçı ailə qurmazdan da 3-4 il əvvəl artıq iddiaçının mülkiyyətində şəxsən özünün həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi vardır. Daşınmaz Əmlakın sonradan 2003-cü ildə verilmiş 0,77 ha pay torpağına heç bir aidiyyatı olmamışdır. Onu da qeyd edir ki, üçüncü şəxslər D.T.Dukaşvili və T.İddiaçı1, kolxozun üzvü kimi iddiaçıya verilmiş bu 0,77 ha pay torpağını qanunsuz yolla öz adlarına sənədləşdirərək sonra satmışlar. Sovet dövründən artıq iddiaçının mülkiyyətində olan həyətyanı torpaq sahəsini qanunsuz yollarla ələ keçirib satmaq istəyirlər. Faktiki olaraq iddiaçı 2006-cı ildə üçüncü şəxs D.T.Dukaşvilidən ayrılmış və uşaq Tatia onda qalmışdır. Bundan sonra iddiaçı yenidən evlənmiş, o isə ərə getmişdir. Hazırda iddiaçının öz ailəsi və xx.xx.2008-ci il təvəllüdlü Omari və xx.xx.2010-cu il təvəllüdlü Nikoloz adlı 2(iki) oğlu var. Üçüncü şəxslər D.T.Dukaşvilinin və T.İddiaçı1 də hərəsinin öz ailəsi var. Amma iddiaçıdan və onun əmlaklarından əl çəkmək istəmirlər. İddiaçı bu iddia ərizəsi ilə birbaşa məhkəməyə ona görə müraciət edir ki, onların üçüncü şəxslərin adına verilmiş çıxarış Qax rayon məhkəməsinin 2(024)-212 saylı qanunsuz qətnaməsinə əsasən verilmişdir. Həmin qətnamə iddiaçıya verilməmiş və o, 2018-ci ildə çıxarılmış bu qətnamədən apellyasiya şikayəti verə bilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı üçüncü şəxslərin adına verilmiş çıxarışın ləğv edilməsi barədə DƏDRX-nə ərizə ilə müraciət etməkdən heç bir xeyri olmayacaqdı, çünki məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi var. Ona görə də, çıxarışın ləğvi üçün İnzibati-İqtisadi Məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, iddiaçılar “Azərbaycan Respublikası DT və XK –nın Qax rayon şöbəsinin adına verdiyi xx.xx.2006-cı il tarixli JN- 518F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”dən və öz adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən həmin şəhadətnamə, əsasında işlənilmiş xx.xx.2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışdan üçüncü şəxslər X1 və Zurabaşvili Tatia Nodarovnanın adlarının çıxarılması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması və qanunsuz olaraq üçüncü şəxslərin adına verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi” tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdeh etirazında bildirmişdir ki, ləğv edilmiş DTXK-nın Qax rayon şöbəsi tərəfindən verilmiş kod 40309005, JN-518F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və Qax rayon İcra Hakimiyyəti Başçısının Qaxingiloy kənd X10 xx xxxxxxxx 2015-ci il tarixli, 2102 saylı arayışı əsasında Qax rayonu, Qaxingiloy kəndində yerləşən fərdi yaşayış evinə xx xxxxxxxx 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş, çıxarışda İddiaçı1 (fərdi yaşayış evi və torpaqda ümumi birgə) X9 (torpaqda ümumi birgə) və Zurabaşvili Tatia Nodarovnanın (torpaqda ümumi birgə) adları qeyd olunmuşdur. Qax Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2(024)-212 saylı qətnaməsi ilə X7 və Zurabaşvili Tatia Nodarovnanın İddiaçı1 qarşı xx xxxxxxxx 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən torpaqda olan paylarının ayrılması tələbi təmin edilmiş, cavabdeh İddiaçı1 tərəfindən Qax Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2-1(024)-212 saylı qətnaməsindən verilmiş apellyasiya şikatəyəti Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(107)-151 saylı qətnaməsi ilə təmin edilməmiş, cavabdeh İddiaçı1 tərəfindən Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(107)-151 saylı qətnaməsindən verdiyi kassasıya şikayəti də təmin edilməmiş və Qax Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2(024)-212 saylı qətnaməsi icraata yönəlmişdir. xx xxxxxx 2019-cu il tarixdə X7 və Zurabaşvili Tatia Nodarovnanın adlarına 0.08 ha torpaq sahəsinə ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinin tələblərinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxladığından, xx xxxxxxxx 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda mülkiyyətçilərin paylarının yazılması zamanı qanunvericiliyin tələbləri pozulmadığından, məhkəmə qətnaməsi əsasında xx xxxxxx 2019-cu il tarixdə X7 və Zurabaşvili Tatia Nodarovnanın adlarına 0.08 ha torpaq sahəsinə ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verildiyindən və iddia tələbində son çıxarış göstərilmədiyindən müəyyən uyğunsuzluq yaranmışdır. Üçüncü şəxsin etirazında bildirmişdir ki, 1992-ci ildə o, İddiaçı1lə evlənmiş, onunla 2012-ci ilin aprel ayına kimi bir ailədə yaşamışdır. Onların xx.xx.1994-cü il tarixdə Zurabaşvili Tatia Nodarovna adlı bir övladı olmuşdur. Qax rayon Məhkəməsinin xx xxxxx 2012-ci il tarixli 2-1(024)-212 saylı qətnaməsinə əsasən onunla İddiaçı1 arasındakı nikah ləğv edilmişdir. İddiaçı Nodarla yaşadığı dövrdə Qax rayonu Qax-lngiloy kəndindəki evi tikib tamamlamışdır. Eyni zamanda DƏDRX-in X12 ******* saylı xx.xx.2015-ci il tarixli çıxarışına əsasən Qax rayonu Qaxingiloy kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi onun, İddiaçı1 və qızı Zurabaşvili Tatia Nodarovnanın ümumi birgə mülkiyyətinə verilmişdir. Həmin DƏDRX-in çıxarışına əsasən 0.12 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsi özünə, 1/3 hissəsi İddiaçı1, 1/3 isə qızı İddiaçı1ovnanın payına düşmüşdür. Qax rayon Məhkəməsinin 2(024)-212 saylı xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsinə əsasən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in X12 ******* saylı xx.xx.2015-ci il tarixli çıxarışına əsasən Zurbaşvili Nodar Qrişayeviçin, X2 və Zurabaşvili Tatia Nodarovnanın ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Qaxingiloy kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsindən X4 düşən hissə 1/3 hissə-yəni 0.04 ha müəyyən edilməklə iddiaçı X1, Zurabaşvili Tatia Nodarovnaya düşən hissə 1/3 hissə-yəni 0.04 ha müəyyən edilməklə iddiaçı Zurabaşvili Tatia Nodarovnanın mülkiyyətinə verilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Özü, isə hal-hazırda kirayədə yaşayır. Onun qanuni mülkiyyətində olan torpaq sahəsini təyinati üzrə nə istifadə edə bilir nə də ki, sata. İddiaçının hazırkı iddiası tamamilə əsassızdır. Ona görə də o həmin iddiaya etiraz edir və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Qax rayon Məhkəməsinin xx xxxxx 2012-ci il tarixli 2(024)- 104 nömrəli qətnaməsindən müəyyən edilir ki, İddiaçı1 ilə X7 arasında xx.xx.1994-cü ildə bağlanmış nikah qeydi ləğv edilmişdir. İş materiallarında olan JN-09xx xxx 40309005 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın surətindən görünür ki, 0.77 ha torpaq sahəsi Qax rayon AİK-nın xx.xx.2003-cü il tarixli 01 saylı Qərarına əsasən İddiaçı1 Qrişaeviçin mülkiyyətinə verilmişdir. İş materiallarında olan JN-518F KOD 40309005 nömrəli “ Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, 0.12 ha torpaq sahəsi Qax rayon AİK-nın xx.xx.2003-cü il tarixli 01 saylı Qərarı ilə İddiaçı1 Qrişaeviçin (ailə üzvləri X5, Zurabaşvili Tatia Nodarevna) mülkiyyətinə verilmişdir. İş materiallarında olan RX seriyalı ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, Qax rayonu,Qaxbaş kəndində yerləşən 0.08 ha torpaq sahəsi X7 və Zurabaşvili Tatia Nodarovnanın ümumi birgə mülkiyyətindədir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxslərdən biri olan Zurabaşvili Tatia Nodarovna məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxs Zurabaşvili Tatia Nodarovnanın iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) Hazırkıiddianın xüsusi mümkünlük şərtlərindən biri ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etsin, inzibati orqan onun müraciətinin təmin edilməsindən imtina etsin və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onun müraciətini cavablandırmasın. İş üzrə iddiaçının hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etməsi və sonuncunun bundan imtina etməsi barədə sübutlar iş materiallarına əlavə edilməmiş və iddia ərizəsinin məzmunundan da iddiaçının birbaşa məhkəməyə müraciət etdiyi müəyyən olunmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə iddianın mümkünlüyünə dair şərtlərə iddiaçı tərəfindən riayət edilmədiyindən, bununla da tərəflər arasında iddia predmeti barədə mübahisə hazırda mövcud olmadığından iddia mümkün sayıla bilməz. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015ci il tarixli 05 nömrəli Qərarı). İşdən görünür ki, iddiaçı hazırkı tələblə bağlı cavabdeh orqana müraciət etməmiş və cavabdeh orqan rəsmi olaraq imtina etməmişdir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmədən birbaşa məhkəməyə müraciət etdiyindən, habelə cavabdeh tərəfindən hüquq və qanunla qorunan maraqlarının pozulması halları əsaslandırılmadığından məhkəmə belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Bundan başqa iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli 2(102)-3948/18 nömrəli qərarının surətindən müəyyən edilir ki, Qax rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli 2(024)-212 nömrəli Qətnaməsi ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in X12 ******* saylı xx.xx.2015-ci il tarixli çıxarışına əsasən İddiaçı1, X1 və Zurabaşvili Tatia Nodarovnanın ümumbirgə mülkiyyətinə verilmiş Qax rayonu Qaxingiloy kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsindən X4 düşən hissə 1/3 hissə, yəni 0.04 ha müəyyən edilməklə həmin iş üzrə iddiaçı (hazırkı iş üzrə üçüncü şəxs) X1, Zurabaşvili Tatia Nodarovnaya düşən hissə 1/3 hissə, yəni 0.04 ha müəyyən edilməklə həmin iş üzrə iddiaçı (hazırkı iş üzrə üçüncü şəxs) Zurabaşvili Tatia Nodarovnanın mülkiyyətinə verilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən apelyasiya şikayəti verilmiş, lakin Şəki Apellyasi Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Qax rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin iş üzrə cavabdeh (hazırkı iş üzrə iddiaçı) İddiaçı1 Şəki Apellyasi Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli Qətnaməsindən kassasiya şikayəti vermiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli 2(102)-3948/18 nömrəli Qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasi Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi hazırkı iddia tələbində ləğvi tələb edilən RX seriyalı ******* nömrəli çıxarış cavabdeh orqan tərəfindən Qax rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli 2(024)-212 nömrəli Qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin Qətnamə əsasında icra edilərək tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İPM-nin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 nömrəli qərarı ilə 16.1-ci və 16.2-ci bəndlərində məhkəmələrə izah edilmişdir ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preudisiayallıq xüsusiyyətləri əmələ gəlir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarının 15.5-ci və 15.6cı bəndlərində qeyd olunmuşdur ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X11rşı (üçüncü şəxslər X7, Zurabaşvili Tatia Nodarovna) “Azərbaycan Respublikası DT və XK–nın Qax rayon şöbəsinin onun adına verdiyi xx.xx.2006-cı il tarixli JN-518F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”dən və onun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən həmin şəhadətnamə əsasında işlənilmiş xx.xx.2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışdan üçüncü şəxslər X1 və Zurabaşvili Tatia Nodarovnanın adlarının çıxarılması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması və qanunsuz olaraq üçüncü şəxslərin adına verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2 vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-501/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-501/2020
09.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver