Məhkəmə qərarları › İş №2-1(116)-502/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-502/2020

17.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-502/2020 17.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X11 Nazirliyinin tabeliyində Dövlət X17 publik hüquqi şəxsin İsmayıllı rayon filialına qarşı “cavabdehin xx.xx.2019-cu il tarixli sərəncamının ləğv edilməsi və ona xx.xx.2019-cu il tarixdən ailə başçısını itirməyə görə pensiyasının tam məbləğdə ödənilməsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X11 Nazirliyinin tabeliyində Dövlət X17 publik hüquqi şəxsin İsmayıllı rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin xx.xx.2019-cu il tarixli sərəncamının ləğv edilməsi və ona xx.xx.2019-cu il tarixdən ailə başçısını itirməyə görə aylıq 200 manat məbləğində pensiya təyin edilib ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçının atası X8 1998-ci ilin noyabr ayında vəfat etmişdir. Atasının vəfatı ilə əlaqədar həmin tarixdən ailənin əmək qabiliyyətsiz üzvlərinə ailə başçısını itirməyə görə pensiya təyin olunaraq ödənilmişdir. İddiaçının qardaşı və bacısı əmək qabiliyyətli yaş həddinə çatdıqları üçün ailə başçısını itirməyə görə pensiya tərkibindən çıxsalar da, iddiaçı anadangəlmə əlil olduğu üçün pensiya almağa davam etmişdir. Prezident Sərəncamlarına uyğun olaraq iddiaçının pensiyasının məbləği ardıcıl olaraq artırılmışdır. İddiaçıya 2019-cu ilin oktyabr ayına kimi 192 manat 84 qəpik, oktyabr ayında 200 manat pensiya ödənilsə də, noyabr ayında cəmi 100 manat pensiya ödənilmişdir. İddiaçı pensiyasının məbləğində olan azalmanın səbəbi barədə məlumat almaq üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan isə ona bildirmişdir ki, anasının ailə başçısını itirməyə görə pensiya almaq hüququ yarandığı üçün onun payı çıxılaraq anasının pensiya məbləğinə əlavə edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə keçirilən şifahi məhkəmə baxışı iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “cavabdehin xx.xx.2019-cu il tarixli sərəncamının ləğv edilməsi və ona xx.xx.2019-cu il tarixdən ailə başçısını itirməyə görə pensiyasının tam məbləğdə ödənilməsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, ailə başçısının vəfatı ilə əlaqədar X1 himayəsində qalmış 3 nəfər ailə üzvünə (qızı Sevda, oğlu İsmayıl və Mikayıl) görə şöbənin xx.xx.1998-ci il tarixli 120 nömrəli qərarı ilə ailə başçısını itirməyə görə pensiya təyin edilərək ödənilmişdir. Digər ailə üzvlərinin ailə tərkibindən çıxmaları ilə əlaqədar xx.xx.2007-ci il tarixdən pensiya ödənişi əlil olduğu üçün İddiaçı görə davam etdirilmiş, xx.xx.2007-ci il tarixli ərizəsinə əsasən ailə başçısını itirməyə görə pensiya işi İddiaçı adına keçirilmişdir. Pensiya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 17 may tarixli 128-İVHD nömrəli Qanununa uyğun qaydada yenidən hesablanarkən İddiaçı mərhum ailə başçısının 28 il sığorta stajı nəzərə alınmaqla baza hissə 85 manat, sığorta hissə 54 manat 32 qəpik olmaqla, ümumilikdə 139 manat 32 qəpik pensiya təyin olunmuş və Azərbaycan Respublikası Prezidentinin növbəti Fərman və Sərəncamlarına uyğun olaraq pensiya məbləği ardıcıl olaraq artırılmaqla xx.xx.2019-cu il tarixdən pensiyanın ümumi məbləği 203 manat 84 qəpiyə çatdırılmışdır. xx.xx.2019-cu il tarixdən Qanunun 19-cu maddəsində edilmiş dəyişikliyə uyğun olaraq qulluğa görə əlavə (11 manat) pensiya məbləğindən çıxılaraq pensiya ödənişi 192 manat 34 qəpik məbləğində davam etdirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 18.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu Qanunun 13.3-cü və 13.3.1-ci maddələrində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Ailə başçısını itirməyə görə pensiyanın sığorta hissəsinin məbləği, ailə başçısını itirməyə görə pensiya almaq hüququ olan şəxslər arasında bərabər bölüşdürülür. Pensiya xx.xx.2019-cu il tarixdən 200 manat məbləğində ödənilsə də, öz-özünü yoxlama zamanı mərhum ailə başçısının həyat yoldaşı X4 qrup əlilliyinə görə əmək pensiyası almasına baxmayaraq ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olduğundan pensiyanın sığorta hissəsinin məbləği Qanunun 18.2-ci maddəsinə uyğun qaydada bölüşdürülməklə xx.xx.2019-ci il tarixdən İddiaçı ailə başçısının aylıq pensiyasının 50 faizi miqdarında, 100 manat pensiya təyin olunmaqla ödənilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan iddaçının cavabdeh orqana göndərdiyi xx.xx.2007-ci il tarixli ərizənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı 18 yaşının tamam olduğu üçün 3-cü qrup əlil olmaqla ailə başçısını itirməyə görə təyin edilən pensiyanın onun adına keçirilməsini xahiş etmişdir. İş materiallarında olan cavabdehin xx.xx.2020-ci il tarixli **********8 nömrəli məktubunda bildirilmişdir ki, ailə başçısının vəfatı ilə əlaqədar X3 himayəsində qalmış əmək qabiliyyəti olmayan uşaqlarına İsmayıllı rayon ƏSMM-nin xx.xx.1998-ci il tarixli 120 nömrəli qərarı ilə ailə başçısını itirməyə görə pensiya təyin olunmuşdur. Ailə tərkibində vəfat edənin 1985-ci ildə anadan olmuş qızı X9, 1986-cı ildə anadan olmuş oğlu X6 və 1988-ci ildə anadan olmuş oğlu İddiaçı olmaqla pensiya ödənişi aparılmışdır. Sevda və İsmayılın yaşa dolması ilə əlaqədar ailə tərkibindən çıxdıqları və Mikayılın 18 yaşı tamam olanadək sağlamlıq imkanları məhdudluğu müəyyən edildiyi üçün ailə başçısını itirməyə görə pensiya xx.xx.2007-ci il tarixdən başlayaraq İddiaçı üçün ödənilmişdir. İddiaçı xx xxxxxx 2007-ci il tarixdə Cavabdehnə ərizə ilə müraciət edərək 18 yaşı tamam olduğunu nəzərə alaraq ailə başçısını itirməyə görə pensiya işinin öz adına rəsmiləşdirilməsini xahiş etmişdir. Vətəndaşın müraciəti nəzərə alınaraq ailə başçısını itirməyə görə pensiya işi himayəçi X2 adından çıxarılaraq pensiyaçı İddiaçı adına rəsmiləşdirilməklə aidiyyəti sənədlərdə və baza məlumatlarında müvafiq düzəlişlər aparılmaqla pensiya ödənişi davam etdirilir. İş materiallarında olan 081138 nömrəli “Pensiyaçının uçot vərəqi”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X3 xx.xx.1998-ci il tarixli 120 nömrəli Qərara əsasən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İş materiallarında olan 081300 nömrəli “Pensiyaçının uçot vərəqi”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, xx.xx.1959-cu il təvəllüdlü X3 xx.xx.2000-ci il tarixli 336 nömrəli Qərara əsasən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti, cavabdehin xx.xx.2019cu il tarixli **********0 nömrəli imtina məktubu, iddiaçının müayinə Aktlarından çıxarışlarının təsdiq edilmiş surətləri, 336486 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin təsdiq edilmiş surəti, 365171 nömrəli “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surəti, cavabdehin xx.xx.2020-ci il tarixli **********4 nömrəli etirazı və iddiaçının pensiya işinin təsdiq edilmiş surətləri, cavabdehin xx.xx.2020-ci il tarixli **********8 nömrəli məktubu, cavabdehin xx.xx.2020-ci il tarixli **********5 nömrəli məktubu və ona əlavə edilmiş iddiaçının anasının pensiya işinin təsdiq edilmiş surətləri aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və məhkəməyə bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddia mübahisələndirmə haqqında iddia növünə aiddır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İş materiallarından görünür ki, iddiaçıya təyin olunmuş pensiyanın məbləğinin azaldılması barədə sərəncam xx.xx.2019-cu ildə qəbul edilmiş, iddiaçıya bu barədə xx.xx.2019-cu il tarixində məlumat verilmiş, iddiaçı xx.xx.2019-cu il tarixində poçt vasitəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. (İddia ərizəsi xx.xx.2019-cu il tarixində məhkəməyə daxil olmuşdur.) Ona görə də hazırkı iddianın qaldırılması üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulan 30 günlük müddət ötürülməmişdir. İddia mümkün olsa da, əsassızdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.2-ci maddəsinə əsasən 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil; 14.1.2-ci maddəsinə əsasən ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə. 14.4-cü maddəsinə əsasən bu Qanunun 18.2-ci maddəsinə uyğun olaraq ailə başçısını itirməyə görə hesablanmış əmək pensiyasının sığorta hissəsinin onlardan hər birinə düşən məbləği “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş ailə başçısını itirməyə görə sosial müavinətin məbləğindən az olduqda, əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər biri ailə başçısını itirməyə görə pensiya əvəzinə ailə başçısını itirməyə görə sosial müavinət almaq hüququna malikdir. 18.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu Qanunun 13.3-cü və 13.3-1-ci maddələrində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyalarının ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. İşin araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin edilməmişdən əvvəl onun anasının qeyd olunan pensiyanı almaq hüququ olmuş, iddiaçıya pensiya təyin olunarkən bu hal nəzərə alınmamışdır. Sonradan cavabdeh inzibati orqan tərəfindən yuxarıda sadalanan normalara əsasən onun pensiyasında düzəliş aparılmışdır ki, bu da qüvvədə olan qanunvericilik normalarının tələblərinə uyğun olmaqla əsaslı olmuşdur. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X11 Nazirliyinin tabeliyində Dövlət X17 publik hüquqi şəxsin İsmayıllı rayon filialına qarşı “cavabdehin xx.xx.2019-cu il tarixli sərəncamının ləğv edilməsi və ona xx.xx.2019-cu il tarixdən ailə başçısını itirməyə görə pensiyasının tam məbləğdə ödənilməsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar