Məhkəmə qərarları › İş №2-1(116)-502/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-502/2021

06.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-502/2021 06.04.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və X6 X2rşı “0.36 ha fındıq bağına, 0.48 ha buğda və 0.08 ha arpa sahəsinə dövlət tərəfindən veriləcək subsidiyanın yenidən hesablanaraq onun fermer kartına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və X6 X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “0.36 ha fındıq bağına, 0.48 ha buğda və 0.08 ha arpa sahəsinə dövlət tərəfindən veriləcək subsidiyanın yenidən hesablanaraq onun fermer kartına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, aqrar islahat zamanı iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə 0.92 ha pay torpaq sahəsi verilmişdir. İddiaçı həmin torpaq sahəsinin 0.36 ha hissəsində fındıq bağı salmış, 0.48 ha hissəsində buğda, 0.08 ha hissəsində arpa əkmişdir. İddiaçının torpaq sahəsi qeydiyyat keçirilmiş, mütəxəssislər tərəfindən baxış keçirilmiş, torpaq sahəsinə dair məlumatlar Şəki DAİM tərəfindən təsdiq olunmuş və qeyd olunan əkin sahələrinin bəyənnaməsinə dair məlumatlar X7 İnformasiya sisteminə daxil edilmişdir. İddiaçı ərizəsində bildirir ki, onun fermer kartının hesabına 7 manat vəsait köçürülmüşdür. İddiaçı bununla bağlı cavabdeh orqana müraciət etmiş, lakin ona xx.xx.2020-ci il tarixli, 22/xx/xx-3029 nömrəli məktubla bildirilmişdir ki, 190.80 manat məbləğində əkin subsidiyası onun kart hesabına köçürülmüşdür. Cavabdeh orqan məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli, 21/17 nömrəli məktubunda qeyd etmişdir ki, aparılan araşdırma Azərbaycan Respublikası Prezidentinin “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-ci ilin 27 iyun tarixli Fərmanı ilə təsdiq olunmuş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na istinadən aparılmışdır. Həmin Qaydaların 2.8-ci bəndində DAİM-in, 2.9-cu bəndində fermerlərin, 2.6-cı və 2.7-ci bəndlərində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəzifələri müəyyən edilmişdir. Araşdırma nəticəsində aşkar edilmişdir ki, İddiaçı tərəfindən 2019-cu ilin dekabr ayının 16-da bəyan verilmişdir. Həmin bəyanda göstərilmişdir ki, ona ailə üzvləri ilə birlikdə Dövlət Aktı ilə verilən 0.92 hektar pay torpağının 0.35 hektarında fındıq bağı salınmış, 0.47 hektarında buğda, 0.08 hektarında arpa əkini aparılmışdır. Sənədlər DAİM tərəfindən xx xxxx 2020-ci il tarixində təsdiqlənib xx xxxx 2020-ci il tarixində müraciət formalaşmış və xx xxxxx 2020-ci il tarixində təsdiqlənərək İddiaçı 0.35 hektar fındıq bağına görə 84 manat, 0.47 hektar buğda sahəsinə görə 94 manat, 0.08 hektar arpa sahəsinə görə 12.8 manat olmaqla ümumilikdə 190.80 manat subsidiya hesablanaraq qərara uyğun olaraq 25%-i, yəni 47.70 manatı nağd, 75%-i isə 143.10 manatı nağdsız xərclənməsi məqsədilə AKİA vasitəsilə Kapital Bank ASC-nin Şəki filialındakı fermer kartının hesablaşma hesabına köçürülmüşdür. İddiaçı tərəfindən onun fermer kartındakı vəsaitin xəsrclənməsinə nəzarət DAİM-in səlahiyyəti daxilində olmadığına görə ona mərkəzə müraciət etdiyi zaman əməkdaşlar tərəfindən banka müraciət etməsi tövsiyə olunmuşdur. Lakin, İddiaçı banka müraciət etməyərək məhkəməyə müraciət edərək DAİM-ə qarşı iddia qaldırmışdır. İddiaçı məhkəməyə xx.xx.2021-ci il tarixdə ərizə ünvanlayaraq, subsidiya məbləğinin düzgün hesablandığını bildirmiş və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinin geri götürülməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi bildirdi ki, iddiaçının tələbi təmin edilmişdir. Məhkəmə ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının məhkəməyə ünvanladığı ərizədən görünür ki, o, iddia tələbindən imtina etməməklə iddia ərizəsinin geri qaytarılması arzusundadır və iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 55 və 80-cı maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və X6 X2rşı “0.36 ha fındıq bağına, 0.48 ha buğda və 0.08 ha arpa sahəsinə dövlət tərəfindən veriləcək subsidiyanın yenidən hesablanaraq onun fermer kartına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar