Məhkəmə qərarları › İş №2-1(116)-502/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-502/2024

23.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-502/2024 23.01.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı Cavabdehnə qarşı "Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.1961-ci il tarixli doğum haqqında barpa akt qeydində uşaq haqqında malumatlar qrafasında adın "X7”ndan "İddiaçı"na, doğum tarixinin "xx.xx.1956-cı il”dən "xx.xx.1956-cı il”ə ve cinsi "oğlan”dan "qadın"a dəyişdirilməsi öhdəliyinin cavabdehin üzerinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.1961-ci il tarixli doğum haqqında barpa akt qeydində uşaq haqqında malumatlar qrafasında adın "X7”ndan "İddiaçı"na, doğum tarixinin "xx.xx.1956-cı il”dən "xx.xx.1956-cı il”ə ve cinsi "oğlan”dan "qadın"a dəyişdirilməsi öhdəliyinin cavabdehin üzerinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(120)-1842/2023 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmiş və inzibati işxx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İddia ərizəsinin əsaslarına görə, İddiaçı xx.xx.1976-cı ildə X4 ilə rəsmi nikaha daxil olaraq Hüseynova soyadını qəbul etmişdir. Bundan sonra yeganə sənədi sovet pasportu olmuş və hazıradək şəxsiyyət vəsiqəsi almamışdır. İddiaçı şəxsiyyət vəsiqəsi almaq üçün müraciət etmiş, lakin “ASAN xidmət” mərkəzindən ona doğum haqqında akt qeydində müəyyən səhvlərin olduğu bildirilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Cavabdeh tərəfindən xx.xx.1961-ci il tarixdə tərtib edilmiş doğum haqqında akt qeydində iddiaçının adı X7, doğum tarixi xx.xx.1956-cı il, cinsi oğlan olaraq qeyd olunmuşdur. İddiaçı düzəlişin edilməsi məqsədilə cavabdehə müraciət etmişdir. Lakin oradan iddiaçıya məhkəməyə müraciət etməli olduğunu bildirilmişdir. Cavabdeh iddiaçının ərizəsinə münasibətində bildirmişdir ki, Cavabdeh arxivində saxlanılan xx.xx.1961-ci ildə tərtib edilmiş 169 saylı doğum haqqında bərpa akt qeydinə düzəlişin edilməsi üçün əsaslı səbəblər olmadığından vətəndaşa məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh şifahi məhkəmə baxışı iclasında iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. 8553834 nömrəli Dövlət Miqrasiya Xidmətinin arayışından görünür ki, İddiaçı Azərbaycan Resublikasının vətəndaşıdır.

2. İİ-ИЕ seriyalı 073200 №-li doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə anadan olmuşdur. Valideynləri atası X5 və X1 qeyd edilmişdir.

3. Xİİİ-ЖГ 708083 seriya nömrəli pasportun surətindən görünür ki, iddiaçının soyadı “Hüseynova”, adı “Rasimə”, ata adı “Sahib”, sonluq “qızı”, doğum tarixi xx.xx.1956-cı il tarix” kimi qeyd edilmişdir.

4. 06.10.2023-cü il tarixli Salyan rayon Şorsulu kənd İnzibati Ərazi Nümayəndəliyinin arayışından görünür ki, iddiaçı həqiqətən Salyan rayonu Şorsulu kəndində yaşayır.

5. Vİ-Жİ seriyalı 352644 №-li nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X4 və İddiaçı arasında xx.xx.1976-ci il tarixdə nikah bağlanmışdır.

6. Cavabdehndə saxlanılan xx.xx.1961-ci il tarixdə tərtib edilmiş 169 №-li doğum aktı qeydinin surətindən görünür ki, iddiaçının adı “Rasim”, soyadı “Səlimov”, atanın adı “Sahib”, sonluq “oğlu” , cinsi “oğlan”, doğum tarixi “xx.xx.1956-cı il” kimi qeyd edilmişdir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli 3-16-18/2-482/2023 nömrəli məktubuna əlavə edilmiş İddiaçı barəsində çıxarışdan görünür ki, iddiaçının adı “Rasimə”, soyadı “Hüseynova”, ata adı “Sahib”, doğulduğu il xx.xx.1956-ci il, həyat yoldaşı X4, uşağı X6, X3, ünvanı ünvan 1rizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur, həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi : Maddə 189. Vətəndaşların adı və soyadı, ata adını dəyişdirmək hüququ Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Maddə 191. Adını, ata adını və soyadını dəyişdirmiş şəxslərin uşaqlarının doğulması haqqında qeyddə dəyişikliklər aparılması 191.1. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 191.2. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll edilir. Maddə 192. Adın, ata adının və soyadın dəyişdirilməsi ilə əlaqədar olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında yeni şəhadətnamələrin verilməsi Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Mülki Məcəllənin 26-cı maddəsi ad və soyadın dəyişdirilməsi hüququnun qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsini təsbit edir. Qanunla müəyyənləşdirilmiş həmin “qayda” isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011ci il 12 may tarixli, 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının müddəalarında nəzərdə tutulmuşdur. Qaydaların 6.24-cü bəndinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27-ci bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Göründüyü kimi, qanunverciliklə müəyyən edilmişdir ki, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. İddiaçının hüquqi marağı “Doğum haqqında akt qeydi”ndə cinsinin yanlışlıqa “oğlan” kimi qeyd olunmasından yaranmış nəticələrin düzəldilməsindən, soyadının və digər məlumatların qadın cinsinə məxsus olan şəxslərə uyğunlaşıdırlmasından ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı barəsində tərtib olunmuş ilkin sənəddə yanlışlığa yol verilmişdir.Belə ki, məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçı həqiqətən xx.xx.1956-cı ildə doğulmuşdur. X1 “qız” uşağı dünyaya gətirmişdir. Lakin, ilkin qeydiyyatı aparan inzibati orqan texniki səhv edərək mübahisənin yaranmasına əsas olan yanlışığa yol vermişdir. Odur ki, iddaçı barəsində tərtib olunmuş “Doğum haqqında akt qeydi” faktiki məlumatlara uyğunlaşdırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

Cavabdeh üzərinə İddiaçı barəsində tərtib edilmiş xx.xx.1961-ci il tarixli, 169 nömrəli “Doğum qeydlərinin bərpa akt”ında soyad qrafasında "Səlimova”,ad qrafasında “Rasimə”, cins qrafasında “qızı”, doğum tarixinin "27.04”-dən "27.02”-yə düzəliş edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar