Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-504/2024 14.08.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Rəfizadə Cavidan Rövşən oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin tərəfindən əsassız və qanunsuz olaraq hesablanmış 949.32 AZN (doqquz yüz qırx doqquz manat otuz iki qəpik) vergi borcuna görə qəbul edilmiş qərarının ləğv edilməsi" tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək “cavabdehin tərəfindən əsassız və qanunsuz olaraq hesablanmış 949.32 AZN (doqquz yüz qırx doqquz manat otuz iki qəpik) vergi borcuna görə qəbul edilmiş qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, dəfələrlə yerli bazarlardan və xarici ölkələrdən təsərrüfat malları gətirmiş, heç vaxt gömrük və ya vergi orqanları ilə problemi olmayıb. Bu işin faktiki tərəfləri ilə bağlı qeyd edir ki, 2021-ci ildə satıcı tərəfindən çek vuran zaman yanlışlıqla bir satış əmliyyatını iki dəfə vurmuş nəticədə real olmayan dövriyyə əmələ gələrək 24505 manat olmuşdur. Kassada satıcı tərəfindən səhvən vurulmuş əməliyatların vergi orqanı ilə birgə qarşılıqlı olaraq araşdırılmasını,vurulmuş əməliyyatları nəzərə almadan kassaya vurulmuş real məbləğlər əsasında yenidən verginin hesablanmasını tələb etmiş, hətta bu barədə 11 saylı Ərazi Vergilər Baş İdarəsinə 10 iyul 2023-cü il tarixdə rəsmi ərizə də yazmışdır. Lakin cavabdeh müraciətimə cavab olaraq bildirmişdir ki, uçot-baza məlumatlarına əsasən 2021-ci il üzrə onlayn nəzarət-kassa aparatı ilə müəyyən edilmiş dövriyyənin 24605,0 manat olmasına baxmayaraq, 2021-ci il üçün təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsində 4469,0 manat gəlir məbləği qeyd edilmişdir. 2021-ci il üzrə elektron qaiməfaktura əldə etməklə xərclərin 1899,01 manat, əmək haqqı üzrə xərclərin 0,0 manat, sosial sığorta və icbari tibbi sığorta üzrə xərclərin 420,0 manat olduğu nəzərə alınaraq kameral vergi yoxlaması ilə əlavə 949,32 manat gəlir vergisi hesablanmışdır. Tərəfinizdən onlayn nəzarətkassa aparatında yaranmış nasazlıq barədə təsdiqedici sənədlər təqdim edilmədiyi üçün 2021-ci il üzrə kameral vergi yoxlaması ilə hesablanmış əlavə 949,32 manat gəlir vergisinin azaldılmasından imtina edilmişdir. 11 saylı Ərazi Vergilər Baş İdarəsi heç bir əsas olmadan, tamamilə qanunsuz şəkildə 949, 32 AZN (doqquz yüz qırx doqquz manat otuz iki qəpik) vergi borcu hesablamaqla Qərar qəbul etmişdir. 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli **********948300 nömrəli qərar əsassız və qanunsuzdur. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, kameral vergi yoxlaması ilə vergi ödəyicisi tərəfindən 2021-ci il üçün hesablama metodu tətbiq edilməklə xx.xx.2022-ci il tarixdə təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi yoxlanan zaman uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə malların təqdim edilməsindən gəlirlərinin 4469 manat, gəlirin əldə edilməsi ilə əlaqədar xərclərinin 1838.14 manat, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən vergiyə cəlb olunan gəlirlər üzrə güzəşt hüququnun 1805.98 manat və beləliklə də ödənilməli olan gəlir vergisinin (4469- 18xx.xx-1805.98)*20%=164.98 manat olduğunu bəyan etmişdir. Təqdim edilmiş bəyannamənin kameral yoxlanması zamanı onlayn nəzarət-kassa aparatı məlumatlarına əsasən iddiaçı tərəfindən 2021-ci il üzrə malların təqdim edilməsindən gəlirlərinin 24605 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclərinin isə elektron qaimə məlumatlarına əsasən malların alınmasına çəkilən xərclər 1899.01 manat, ödənilmiş sosial sığorta haqları üzrə isə 420 manat olmaqla cəmi 2319.01 manat olduğu müəyyən edildiyindən vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********783000 nömrəli məktub göndərilərək həmin dövr üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən məktuba əsaslandırılmış cavab verilməmişdir. Odur ki, kameral vergi yoxlaması ilə vergi ödəyicisinin gəlirlərinin 24605 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclərinin 2319.01 manat, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən vergiyə cəlb olunan gəlirlər üzrə güzəşt hüququnun (24605- 2319.01)*75%=16714.49 manat olduğu nəzərə alınmaqla 2021-ci il üzrə ödənilməli gəlir vergisinin məbləğinin (24605- 23xx.xx-16714.49)*20%=1114.30 manat olduğu müəyyən edilərək vergi ödəyicisinin özünün bəyan etdiyi 164.98 manat gəlir vergisi məbləği nəzərə alınmaqla 1114.30-164.98=949.32 manat əlavə gəlir vergisinin hesablanması barədə 25.11,2022-ci il tarixli **********937000 nömrəli qərar qəbul edilmişdir. İddiaçı iddia ərizəsində belə əsaslandırmışdır ki, “2021-ci ildə satıcı tərəfindən çek vuran zaman yanlışlıqla bir satış əməliyyatının iki dəfə vurmuş nəticədə real olmayan dövriyyə əmələ gələrək 24505 manat olmuşdur. Kassada satıcı tərəfindən səhvən vurulmuş əməliyyatların vergi orqanı ilə birgə qarşılıqlı olaraq araşdırılmasını və səhvən vurulmuş əməliyyatları nəzərə almadan kassaya vurulmuş real məbləğlər əsasında yenidən verginin hesablanmasını tələb etmişəm, hətta bu barədə 11 saylı Ərazi Vergilər Baş İdarəsinə 10 iyul 2023-cü il tarixdə rəsmi ərizə də yazmışam. İddiaçının yuxarıda göstərdikləri ilə bağlı bildiririk ki, onlayn nəzarət kassa aparatına daxil edilmiş məbləğlərdən də göründüyü kimi, heç də iddiaçının dediyi kimi yanlışlıqla bir satış əməliyyatının iki dəfə kassaya daxil edilməsi halı mövcud deyil. Belə ki, ümumiyyətlə kassaya daxil edilmiş hər hansı məbləğin təkrarlanması halı yoxdur. Vergi ödəyicisi xx.xx.2022-ci il tarixli dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsindən əvvəl 2021-ci il üçün cari gəlir vergisi bəyannaməsini xx.xx.2022-ci il tarixdə təqdim etmişdir. Həmin bəyannamədə malların təqdim edilməsindən gəlirlərinin 3600 manat, gəlirin əldə edilməsi ilə əlaqədar xərclərinin olmadığını, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən vergiyə cəlb olunan gəlirlər üzrə güzəşt hüququnun 2700 manat və beləliklə də ödənilməli olan gəlir vergisinin (3600-2700)*20%=180 manat olduğunu bəyan etmişdir. xx.xx.2021-ci il tarixədək vergi ödəyicisinin nəzarət kassa aparatında hər hansı nasazlığın olması barədə vergi orqanına müraciəti daxil olmamışdır. Vergi ödəyicisinin 2021-ci il üzrə gəlirlərinin məbləği kassa aparatına həmin ildə daxil edilmiş məbləğlərin cəmindən ibarət olduğundan ən azından vergi ödəyicisi həmin bəyannaməni təqdim edərkən nəzarət kassa aparatının yaddaşındakı məbləğlərin artıq göstərildiyini aşkar etməli idi. Lakin, göründüyü kimi vergi ödəyicisinin cari gəlir vergisi bəyannaməsindəki gəlir və xərc məbləğlərinin vergi ödəyicisi tərəfindən hansı məlumatlara əsasən bəyan edildiyi məlum deyildir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli **********783000 nömrəli qərar;
2. Cavabdehin xx.xx.2023-cü il traixli etirazı və ona əlavə edilən sənədlər.
Əsaslandırma hissəsi:
Hazırkı iddia, növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formalhüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddihüquqi baxımdan qanunilik). İddia ərizəsi Azərbaycan Respublikası İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilmiş 30 günlük müddətin buraxılmadan məhkəməyə göndərildiyindən mümkünlük şərtinə riayət edilmişdir. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək hesab edir ki, iddia mümkün olsa da, əsassızdır. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin 1 -ci bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətdərdə və məbləğdə ödəilməsindən yayınma vergi üstüyünlüdür. Vergi Məcəlləsinin 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi dedikdə vergi üstüniyü əldə etmək məqsədilə hər hansı formada bağlanmış əqd və ya aparılmış əməliyyat başa düşülür. Həmin Məcəllənin 13.2.82-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanını müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxs riskli vergi ödəyicisi hesab olunur.Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müafiq icra hakimiyyəti orqanının müyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Həmin Məcəllənin 16.1 -cı maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri ödəmək, bu Məcəllə və qanunlarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektrlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə (“VM”) əsasən: 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir; 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir; 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 71-1.1 ci maddəsinə əsasən bu məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanına uçotda olan şəxs elektron qaimə-fakturanı təqdim (tərtib) etməlidir. 71.2-ci maddəsinə əsasən vergi ödəyiciləri bu Məcəllənin 71.1- ci maddəsində göstərilən uçot sənədlərini qanunvericilikdə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları"nın 2.1.1, 3.1.1 və 3.1.2 yarımbəndinə uyğun olaraq aşağıdakı risk meyarları müəyyən edilmişdir. 2.1.1- bu meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda , 3.1.1- vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərliq mal çeşidlərinin göstəridiyi aşkar edildikdə, 31.2 - vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən mübahisələndirilən qərarın ləğvinə dair sübutlar təqdim edilməmiş,belə sübutlar müəyyən olunmamışdır.Belə ki,iddiaçının dəlili yanlışlıqla bir satış əmliyyatını iki dəfə vurmuş nəticədə real olmayan dövriyyə yaranmasından ibarət olsa da bu faktı təsdiq edən hər hansı sübut təqdim etməmiş,cavabdehin təqdim etdiyi dövriyyəyə dair məlumatlara əsasən də belə halın baş vermədiyi aşkar edilmişdir.Nəticə etibarı ilə mübahisələndirilən qərarın əsassız olmasına dair iddiaçının hər hansı dəlili olmadığından qərarın ləğvi üçün əsas mövcu deyildir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.11-ci maddəsin əsasən, əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati Prossesual Məcəllənin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin tərəfindən əsassız və qanunsuz olaraq hesablanmış 949.32 AZN (doqquz yüz qırx doqquz manat otuz iki qəpik) vergi borcuna görə qəbul edilmiş qərarının ləğv edilməsi” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə