Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-504/2025 28.10.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafayev oğlunun sədrliyi, məhkəmə iclas katibi Velicanova Fidan Telman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X14, üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X10 və ailə üzvlərinin adına 0,0063 ha torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-2160/2024 saylı qərardadı ilə X18, X12 və X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdirlər. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-2160/2024 saylı qərardadı ilə X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, “iddiaçının Zaqatala rayonu Maqov kəndində Çıxarışla 11 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi ilə üzbə-üz qonşu X4 Çıxarışla torpaq sahəsi vardır. 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən X17 verilən torpaq sahəsinin kiçik bir hissəsi təqribən 66 kv.m hissəsi iddiaçının torpaq sahəsinin giriş hissəsinə həmçinin ümumi istifadədə olan yolun kənar hissəsinə düşdüyündən iddiaçının yola çıxışını bağladığından iddiaçı X4 adına verilmiş çıxarışın həmin hissədə ləğv edilməsinə dair cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçıya 04 aprel 2024-cü il tarixli məktubu ilə cavab verərək bunun onların səlahiyyətləri daxilində olmadığı bildirmişlər. İddiaçıda məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur. Hörmətli məhkəmə iddiaçı mülkiyyətində olan torpaq sahəsinə giriş başqa tərəfdən mümkün deyildir. X15 Çıxarış verərkən onun öz tərəfinidə həmçinin yolun iddiaçı olan qarşı tərəfinidə onun mülkiyyətinə işləməsi iddiçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Torpaq sahəsinə girişini məhdudlaşdırmış həmçinin ümumi istifadədə olan yolun həm iddiaçı tərəfindən həmdə Əhməd İsmayılov tərəfindən ona düşən hissələri ümumi istifadədə olan yolun daralmasına səbəb olub. İddiaçı hesab edir ki 18 saylı Zaqatala Ərazi İdarəsi X16 düzgün qaydada işləyib hazırlamamışdır. X26 tərəfindən əlavə iddiaçı tərəfdən də kiçik bir hissənin onun adına işlənməsi tam qanunsuzdur. Cavabdeh tərəfindən həmin sərhədlər daxilində plan-ölçü sənədinin hazırlanması zamanı digər vətəndaşın mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi səbəbindən imtina etmişdir.İddiaçı tərəfindən üst-üstə düşmə halının yarandığı,hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X19 və ailə üzvlərinin adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi tələbi ilə cavabdehə müraciət etmiş,tələbi təmin olunmamışdır.”. Cavabdeh orqan iddiaya münasibətində bildirmişdir ki, “qeyd olunan məsələnin həlli iddiaçının ərizəsi əsasında mümkün olmadığından, onun ərizəsinin icrasından imtina edilmiş və bu barədə ərizəçiyə xx.xx.2024-cü il tarixli, 3-21-3- 47/2-Q-0008/xx-xx/2024 (**********78) nömrəli məktub ünvanlanmışdır. Sərəncamın 4-5-ci hissələrin icrası ilə bağlı iddiaçının müraciəti ilə əlaqədar icraat materialları və mübahisəli torpaq sahəsinə dair ərazi idarəsində aşkar edilmiş hüquqmüəyyənedici sənədlər və digər sənədlərin təsdiq olunmuş surətləri təqdim olunur. Sərəncamın 6-cı hissəsi ilə bağlı Zaqatala Rayon Məhkəməsinin icraatında olan eyni predmetlə əlaqədar tərəfimizdən təqdim olunmuş xx.xx.2023-cü il tarixli, 3-21-3-47/2- 1979/2023 nömrəli mütəxəssis rəyin surəti təqdim olunur. Məhkəmənin nəzərinə çatdırırıq ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 15.1.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatından imtina olunur.”. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir” Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında bildirdi ki, iddia oluna torpaq sahəsi gediş-gəliş yolu olduğu üçün iddiaçı tərəfindən mübahisələndirilmişdir. Cavabdehin nümayəndəsi məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Üçüncü şəxs izahat verərək bildirdi ki, xəritədən də görünür ki, iddiaçının sənəd aldığı yer nə qədər yola çıxıbdır. 2013-cü ildə İslahat Komissiyası gələrkən iddiaçı onlarla əlbir olaraq, başqa problemlər yaradaraq torpaq sahəsinin koordinatlarında dəyişikliklər etmişdir. Lakin xəritə işlənən zaman hər şey açıq aydın qeyd edilmişdir. Üçüncü şəxs məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında mütəxəssis X1 verilmiş suallara cavab olaraq bildirdi ki, mütəxəssis rəyində göstərilən göy xəttlə olan ərazi sənəd üzrə göstərilən ərazi, qırmızı xəttlə göstərilən ərazi isə naturada olan ərazidir. Mübahisələndirilən torpaq sahəsi sənəd üzrə X3 mülkiyyətinə verilmiş ərazidir. Naturada göstərilən torpaq sahəsi açıq ərazidir. İslahat zamanı həmin açıq ərazi gediş-gəliş yolu nəzərə alınmadan iddiaçının adına işlənilmişdir. İddiaçı hesab edirki bu onun gediş-gəlişinə mane olur. Ora sənəddə 63 kv.m kimi işlənilmişdir. İnzibati işə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - **********2 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli DƏDR-dən çıxarışdan görünür ki, Zaqatala rayonu Makov kəndində yerləşən 0,1134 ha torpaq sahəsi İddiaçı ümumi birgə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 229 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində qeydiyyata alınmışdır. - A seriyalı 663680 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiqlənmiş surətindən görünür ki, 0.1134 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir - Zaqatala rayon Məhkəməsinin 2(033)-16/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinin surəti. - JN-042G KOD 40212018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktının surətindən görünür ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 22 may 2004cü il tarixli 113 saylı qərarı ilə 0,01 ha torpaq sahəsi X7 və onun ailə üzvlərinin adına qeyd edilmişdir. - Cavabdehin xx.xx.2024-cü il tarixli etiraz məktubu və ona əlavə edilmiş sənədlərin surəti. Əsaslandırma hissə: Hazırkı iddia öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Mübahisə qonşuluqda yerləşən torpaq sahəsi ilə iddiaçının torpaq sahəsinin giriş hissəsinə aid olduğundan iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia mahiyyət etibarı ilə əsassız olduğundan təmin edilməməlidir. İddiaçının hüquqi marağı X10 və ailə üzvlərinin adına 0,0063 ha torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə aparılmış qeydiyyatın ləğv edilməsindən ibarətdir. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçının əsas dəlili üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsinin 66 kv.m iddiaçının torpaq sahəsinin giriş hissəsinə, həmçinin ümumi istifadədə olan yolun kənar hissəsinə düşməsinə istinad edir. Bununla bağlı iş üzrə müəyyən edilir ki, hazırkı mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı Zaqatala Rayon Məhkəməsinin 2(033)-16/2023 nömrəli qanuni qüvvəsini almış qətnaməsi ilə iddiaçılar X8 və İddiaçı cavabdeh X6 qarşı torpaq sahəsinə giriş çıxışa yaradılan maneələrin aradan qaldırılması və qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddiaları təmin edilməmişdir. Həmin Qətnamədə qeyd edilmişdir ki, “iş materiallarında olan sənədlərdən, eləcə də, mütəxəssis və ekspert rəylərindən də görünür ki, hazırki iş üzrə iddiaçıların istifadəsində olan və İddiaçı mülkiyyətində olan Zaqatala rayonu Makov kəndində yerləşən 0,1134 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinə gediş gəliş yolu nəzərdə tutulmamış və iddiaçıların yol kimi istifadə etdikləri və yol ərazisi kimi tələb etdikləri ərazi cavabdeh X4 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0.0063 ha torpaq sahəsinin cizgiləri daxilində yerləşir. Ona görə də, məhkəmə cavabdehin mülkiyyət hüquqlarını müdafiə etməklə, iddiaçıların cavabdeh X6 qarşı torpaq sahəsinə giriş çıxışa yaradılan maneələrinin aradan qaldırılması və qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsinin təmin edilməməsini əsaslı hesab edir. Eyni zamanda, məhkəmə qeyd edir ki, yolun açılması (torpaq sahəsinə giriş çıxışa yaradılan maneələrin aradan qaldırılması) mülkiyyətçi olan cavabdehin xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan torpaq sahəsinə dair Azərbaycan Respublikası Konstitusiyası və digər normativ hüquqi aktlarla müdafiə olunan hüquqlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmasına və ya pozulmasına gətirib çıxarır. Ümumiyyətlə iş materiallarından müəyyən olunur ki, cavabdeh iddiaçılara torpaq sahələrinə giriş-çıxışa hər hansı maneə yaratmır, ona görə ki, iddiaçıların cavabdehin maneə yaratdığını iddia etdikləri torpaq sahəsinə heç bir hüquqları yoxdur. Əksinə, cavabdeh həmin torpaq sahəsinin mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır.”. Göründüyü kimi iddiaçının üçüncü şəxs tərəfindən torpaq sahəsinə giriş çıxışa yaradılan maneələrin mövcudluğu qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə öz təsdiqini tapmamışdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3 cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bu normasının mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.”. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddia tələbi “qeydiyyatın ləğv edilməsi” ilə bağlı olsada dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyini iddiaçı torpaq sahəsinin yerləşmə vəziyyəti ilə əlaqələndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Qanunun 16.6-cı maddəsinə əsasən dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Qeyd olunan normaların məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstərilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. Odur ki, dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyinin sübuta yetirilməsi üçün iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır. Mübahisənin həlli ilə bağlı məhkəmə üçüncü şəxsin hüquqlarının qeydiyyata alınmasına əsas olmuş sənədlərin qanuniliyinə qiymət verilməsini zəruri hesab edir. İş materiallarında olan JN-042G KOD 40212018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktının surətindən görünür ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 22 may 2004-cü il tarixli 113 saylı qərarı ilə Zaqatala rayonu Makov kəndində 0,01 ha torpaq sahəsi X4 və ailə üzvlərinin adları qeyd olunmuşdur. Sözügedən JN-042G saylı Şəhadətnamənin cizgilərinə uyğun olaraq 0.0063 ha torpaq sahəsinə A664353 nömrəli plan-ölçü sənədi tərtib edimiş və X4, X11, X5 və X2 ümumi birgə mülkiyyət hüquqları qeydə alınaraq **********97reyestr nömrəli çıxarış verilmişdir. İş üzrə əldə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-47/2-840/2025 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, “JN-41F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin arxiv nüsxəsinin təsdiq edilmiş surətləri təqdim edilir. JN-41F saylı Şəhadətnamə ilə JN-042G saylı Şəhadətnamənin cizgisində yerləşən torpaq sahələri DWG və TEKUİS əsasında müqayisələndirilməklə tərtib edilmiş yerquruluşu planı-1-də göstərilmişdir. İddiaçıya məxsus torpaq sahəsinə dair tərtib edilmiş A663680 nömrəli plan-ölçü sənədinin cizgisi JN-41F saylı Şəhadətnamədə göstərilən torpaq sahəsinin cizgisi ilə üst-üstə düşür. İddiaçı tərəfindən istifadə olunan torpaq sahəsinin faktiki sərhədləri necə müəyyən edilməsi ilə bağlı bildiririk ki, iddiaçının özünün göstərdiyi naturada istifadəsində olan ərazinin döngə nöqtələrinin koordinatları GPS aləti vasitəsi ilə ölçülərək müəyyən edilmişdir. Həmin torpaq sahəsi JN-41F saylı Şəhadətnaməyə və A663680 nömrəli plan-ölçü sənədində göstərilən ölçülərlə qismən uyğun gəlir. İddiaçının sənəddə göstərilən 0.1134 ha torpaq sahəsindən əlavə istifadə etdiyi 0.0186 ha (faktiki 0.1320 ha) torpaq sahəsi JN-41F saylı Şəhadətnamədə göstərilən torpaq sahəsinin və A663680 nömrəli plan-ölçü sənədinin hansı hissəsinə düşdüyü tərtib edilmiş yerquruluşu planı-2-də göstərilmişdir. İddiaçıya məxsus torpaq sahəsinə başqa ərazidən gediş-gəliş yolu mövcud deyildir. Mübahisəli ərazi gediş-gəliş yolu kimi əvvəllər istifadə edilmişdir. Gediş-gəliş yolu JN-042G saylı Şəhadətnamənin cizgisinin hüdudları daxilinə düşür. Üçüncü şəxsə məxsus torpaq sahəsinə dair tərtib edilmiş A664353 saylı plan-ölçü sənədinin cizgisi JN-042G saylı Şəhadətnamədə göstərilən torpaq sahəsinin cizgisi ilə üst- üstə düşür. Üçüncü şəxs tərəfindən istifadə olunan torpaq sahəsinin faktiki sərhədləri mövcud deyildir. Həmin torpaq sahəsi JN-042G saylı Şəhadətnamənin cizgilərinə uyğun olaraq və A664353 nömrəli plan-ölçü sənədi tərtib edimişdir. İddiaçının və üçüncü şəxsin faktiki istifadəsində olan torpaq sahələri JN- 41F və JN-042G saylı Şəhadətnamələrin, həmçinin A663680 və A664353 saylı plan-ölçü sənədlərinin cizgiləri ilə müqayisələndirilməklə izahlı ortofoto xəritəsindən çıxarış təqdim edilir.”. Göründüyü kimi üçüncü şəxsə məxsus torpaq sahəsinin ayırlması zamanı hüquqmüəyyənedici sənədlərin mötbərsizliyi müəyyən olunmamaqla yanaşı, torpaq sahəsinə dair tərtib edilmiş A664353 saylı plan-ölçü sənədinin cizgisi JN-042G saylı Şəhadətnamədə göstərilən torpaq sahəsi ilə üst- üstə düşdüyü halda, iddiaçının sənəd üzrə deyil, faktiki istifadə olunan torpaq sahəsinin JN-41F saylı Şəhadətnaməyə və A663680 nömrəli plan-ölçü sənədində göstərilən ölçülərlə qismən uyğun gəlir. Yəni iddiaçının tələbi sənəd üzrə deyil faktiki istifadədə olan torpaq sahəsinin hissəsi ilə bağlıdır. Belə olan halda X4 mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** nömrəli reyestr qeydinin məzmununun qeyri-dəqiq olması ilə bağlı iddiaçının dəlilləri əsaslı hesab edilə bilməz. Məhkəmə yuxarıda qeyd olunan işin hallarına və tətbiq olunan hüquq normalarına əsasən hesab edir ki,üçüncü şəxsə məxsus çıxarış qanuna əsasən tərtib olunduğundan və onun ləğvi üçün hüquqi əsas olmadığından cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin olunmasından imtina etməsi qanuni olmuşdur. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq, Qərara aldı : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “X10 və ailə üzvlərinin adına 0,0063 ha torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Mustafayev.
Məhkəmə qərarları › İş №2-1(116)-504/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-504/2025
28.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver