Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-506/2020 02.07.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) X2, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Göyçay rayonunun Potu kəndində yerləşən, 31 avqust 2003-cü il tarixdə Göyçay rayonu Potu Bələdiyyəsindən aldığı 0.05 ha torpaq sahəsinin AA 000865 saylı, **********76 reyestr nömrəli planı və ölçüsü sənədində torpaq sahəsinin koordinatlarının ilkin yerquruluşu sənədlərində göstərilən koordinatlarla uyğunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması”tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçının mülkiyyətində Göyçay rayonu Potu kəndi ərazisində 0.05 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi vardır. Qeyd olunan torpaq sahəsi iddiaçıya Göyçay rayonu Potu Bələdiyyəsinin 31.08.2003-cü il tarixli 11 saylı qərarına əsasən qəbir daşı istehsalı üçün sex tikmək məqsədi ilə satılmışdır və müvafiq qərara uyğun olaraq torpaq sahəsinin sxematik planının çəkilməsi Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsinə tapşırılmışdır. İddiaçının sözügedən torpaq sahəsinə hüququ 11.03.2008-ci il tarixdə DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən qeydə alınmış və iddiaçıya dövlət reyestrindən MH seriyalı ******* saylı çıxarış verilmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, mülkiyyətində olan torpaq sahəsi X3 və X4 tərəfindən zəbt edilmişdir və bununla bağlı Göyçay rayon Məhkəməsinə torpaq sahəsindən çıxarılma və cavabdehlərin torpaq sahəsinə yenidən daxil olmasına qadağa qoyulması, əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Qeyd olunan mülki işə baxılarkən zəbt olunmuş torpaq sahəsini ölçən mütəxəssis müəyyən etmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin koordinatları torpaq sahəsinin planı və ölçüsü sənədində tamam başqa ərazidə göstərilmişdir. Həmçinin, Göyçay rayon Məhkəməsinin 25 oktyabr 2004-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Göyçay rayonu Potu Bələdiyyəsinin müvafiq qərarı ilə iddiaçıya satılmış 0.05 ha torpaq sahəsi iki tərəfdən qəbiristanlığın sahəsi, bir tərəfdən həyətyanı torpaq sahəsi, bir tərəfdən isə magistral yolla həmsərhəddir. İddiaçı torpaq sənədinin planı və ölçüsü sənədində koordinatlara düzəliş edilməsi üçün cavabdeh Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmiş, cavabdeh orqan 21.11.2019-cu il tarixli **********98 saylı məktubunda Göyçay rayonu Potu Bələdiyəsinin 31.08.2003-cü il tarixli 11 saylı qərarına əsasən plan ölçü sənədi tərtib edilərkən koordinatların yerquruluşuna uyğun deyil, texniki səhv olaraq başqa əraziyə vurulduğunu etiraf etmiş, lakin həmin koordinatlarda yerləşən torpaq sahəsindən digər şəxslərin istifadə etməsini səbəb göstərərək müraciətin icrasından imtina etmişdir və qəbul olunacaq yekun məhkəmə qərarına uyğun olaraq qanuna müvafiq tədbirlərin görüləcəyini bildirmişdir. Odur ki, iddiaçı “Göyçay rayonunun Potu kəndində yerləşən, 31 avqust 2003-cü il tarixdə Göyçay rayonu Potu Bələdiyyəsindən aldığım 0.05 ha torpaq sahəsinin AA 000865 saylı, **********76 reyestr nömrəli planı və ölçüsü sənədində torpaq sahəsinin koordinatlarının ilkin yerquruluşu sənədlərində göstərilən koordinatlarla uyğunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdehin etirazı: İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 Telman Ağasəf oğluna məxsus 0.05 ha torpaq sahəsinə dair verilmiş 11.03.2008-ci il tarixli **********76 reyestr nömrəli plan-ölçü sənədinə ilkin yerquruluşu sənədinə uyğun düzəliş olunması ilə bağlı ərizə ilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı ilkin yerquruluşu sənədlərində qeyd olunan torpaq sahəsindən başqa şəxslərin istifadə etdiyi və sözügedən torpaq sahəsindən istifadə edən şəxslərlə İddiaçı arasında məhkəmə mübahisəsi olduğu məlum olmuşdur. Bu səbəbdən də, ərizənin icrası mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Məhkəmə iclasında iddiaçı iddianın təmin edilməsini xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuş, məhkəmə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamışdır. Onlara AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinin 21.11.2019-cu il tarixli **********98 nömrəli imtina məktubu, DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinin 17.12.2019-cu il tarixli **********71 nömrəli məktubu, Göyçay rayon Məhkəməsinin 25.10.2004-cü il tarixli qətnaməsinin təsdiq olunmuş surəti, DƏDRX-dən verilmiş MH seriyalı ******* nömrəli çıxarışın təsdiq olunmuş surəti, DƏDRX-nin 16 saylı Ucar rayon Ərazi İdarəsinin verdiyi “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiqlənmiş surəti, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1472/2018 nömrəli 05.09.2018-ci il tarixli qərardadının təsdiq olunmuş surəti, Göyçay rayon Məhkəməsinin 2(046)-184/2019 nömrəli 01.11.2019-cu il tarixli qətnaməsinin surəti, DƏDRX-nin 16 saylı Ucar rayon Ərazi İdarəsinin 27.01.2020-ci il tarixli **********89 nömrəli etiraz məktubu, şərti işarələrlə göstərilən faktiki yerin koordinatları qeyd olunan sənədin surəti, torpaqların alqı-satqısına dair 03.10.2003-cu il tarixli 79 nömrəli aktın surəti, Göyçay rayon Potu Bələdiyyəsinin 31.08.2003-cu il tarixli 11 nömrəli protokolunun surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bu barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsaslıdır. İşə əlavə olunmuş 03.10.2003-cu il tarixli 79 nömrəli torpaqların alqı-satqısına dair aktın təsdiqlənmiş surətindən görünür ki, iddiaçı tərəfindən Göyçay rayon “BUS” Bankın hesabına əvvəlcədən 38.000 (otuz səkkiz min) manat haqq ödənilmişdir. İşə əlavə olunmuş Göyçay rayon Potu Bələdiyyəsinin 31.08.2003-cu il tarixli 11 saylı iclas protokolundan çıxarışın surətindən görünür ki, bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən 0,05 ha torpaq sahəsinin iddiaçıya satılması qərara alınmışdır. İşə əlavə olunmuş A seriyalı 029650 nömrəli torpaq sahəsinin planı və ölçüsünün təsdiqlənmiş surətindən görünür ki, Göyçay rayon Potu Bələdiyyəsinin 31.08.2003-cu il tarixli 11 saylı qərarı ilə iddiaçının adına 500.09 kv.m torpaq sahəsi X9 Kitabında 07.02.2008-ci il tarixdə 202 nömrə ilə uçota alınmışdır. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsının 148-ci mаddəsinə və «Nоrmаtiv hüquqi aktlаr hаqqındа» Аzərbаycаn Rеspublikаsısının Konstitusiya Qаnununun 23.1-ci mаddəsinə əsаsən bеynəlхаlq müqаvilələr Аzərbаycаn Rеspublikаsı qаnunvеricilik sisteminin tərkib hissəsidir. Ədаlət mühаkiməsinin həyаtа kеçirilməsi zаmаnı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsı müddəаlаrının və İnsаn Hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsi prеsеdеntlərinin tətbiqi hаqqnıdа Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsi Plеnumunun 30 mаrt 2006-cı il tаriхli qərаrındа göstərilir ki, Аzərbаycаn Rеspublikаsı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsının iştirаkçısı və оnu rаtifikаsiyа еtmiş dövlət kimi 2002-ci il аprеl аyının 15dən Kоnvеnisyа və оnun prоtоkоllаrının təfsiri və tətbiqi məsələlri üzrə İnsаn hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsinin yurisdiksiyаsının məcburiliyini tаnıyır. Аzərbаycаn Rеspublikаsı Kоnvеnsiyаnı rаtifikаsiyа еtdiyi dövrdən sоnrа yurisdiksiyаsı аltındа оlаn insаnlаrın Kоnvеnsiyаdа nəzərdə tutulаn hüquqlаrını təmin еtməlidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdllıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаsının 46-cı mаddəsinə əsаsən Аvrоpа Məhkəməsinin qərаrlаrı bu Kоnvеnsiyаnı rаtifikаsiyа еtmiş dövlətlər üçün məcburidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаnın (Аvrоpа Kоnvеnsiyаsı) 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində dеyilir ki, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn «mülkiyyət» və «əmlаk» аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir. «Thе Trаktоrеr İsvеçə qаrşı» məhkəmə işində Аvrоpа Məhkəməsi vurğulаmışdır ki, ərizəçinin tоrpаğа istifаdə hüququ və gələcəkdə оndаn fаydа götürməsi bаrədə gözləntiləri də mülkiyyət hüququnu təşkil еdir və bu hüquq Аvrоpа Kоnvеnsiyаsının 1 sаylı prоtоkоlunun 1-ci mаddəsinin (mülkiyyət hüququ) müdаfiə dаirəsinə düşür. «Pаyn Vеlli dеvеlоpmеnts Ltd» şirkəti İrlаndiyаyа qаrşı işdə Аvrоpа İnsаn hüquqlаrı Məhkəməsi qərаrа аlmışdır ki, müəyyən hаllаrın bаş vеrəcəyini hüquqа uyğun gözləmə 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin müdаfiə еtdiyi hüquq, yəni mülkiyyət hüququ sаyılа bilər. Həmin işdə ərizəçi tоrpаq sаhəsi аlmış və оrаdа tikinti həyаtа kеçirməyi plаnlаşdırmışdı. Аvrоpа Məhkəməsi tikintini həyаtа kеçirilməsinə mаnеəni 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin pоzuntusu kimi qiymətləndirmişdir. Qeyd olunanlara əsasən iddia təmin edilməli, cavabdehin üzərinə Göyçay rayon Potu Bələdiyyəsinin 31 avqust 2003-cü il tarixli 11 saylı qərarı ilə satılmış 0,05 ha torpaq sahəsinin AA 000865 saylı, **********76 reyestr nömrəli planı və ölçüsü sənədində torpaq sahəsinin koordinatlarının ilkin yerquruluşu sənədlərində olan koordinatlarla uyğunlaşdırılması öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə Göyçay rayonunun Potu kəndində yerləşən, İddiaçı tərəfindən 31 avqust 2003-cü il tarixdə Göyçay rayonu Potu Bələdiyyəsindən alınan 0.05 ha torpaq sahəsinin AA 000865 saylı, **********76 reyestr nömrəli planı və ölçüsü sənədində torpaq sahəsinin koordinatlarının ilkin yerquruluşu sənədlərində olan koordinatlarla uyğunlaşdırılması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 1) ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-506/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-506/2020
02.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver