Məhkəmə qərarları › İş №2-1(116)-507/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-507/2025

05.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-507/2025 05.08.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qəhrəmanzadə Nəzrin Fuad qızının katibliyi, İddiaçı cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya əmək pensiyası təyin edildikdən sonrakı dövlərdə işlədiyi müddətlərdə fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmış 10054,61 manat vəsait nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə və ona əlavə edilmiş sənədlərə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “iddiaçıya əmək pensiyası təyin edildikdən sonrakı dövlərdə işlədiyi müddətlərdə fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmış 10054,61 manat vəsait nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, iddiaçın hazırki tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı – iddiaçıya əmək pensiyası təyin edildikdən sonrakı dövlərdə işlədiyi müddətlərdə fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmış 10054,61 manat vəsait nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasına nail olmaqdır. Cavabdeh orqan xx.xx.2025-ci il tarixində məhkəməyə məktub göndərərək, hazırki halda iş cavabdeh inzibati orqan tərəfindən məhkəmədənkənar qaydada həll edilmişdir. Belə ki, İddiaçı təyin edilmiş əmək pensiyası onun fərdi şəxsi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı əsasında Qanunun 29.2-ci maddəsinin şərtləri tətbiq edilməməklə yenidən hesablanması barədə məlumat vermişdir. İş materiallarına əlavə edilən 22.10.204-cü il tarixli 3-17-1/3-3-18146/2024 nömrəli qərardan görünür ki, həqiqətən iddiaçıya əmək pensiyası təyin edildikdən sonrakı dövlərdə işlədiyi müddətlərdə fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmış 10054,61 manat vəsait nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmışdır. Beləliklə, cavabdeh orqan, artıq iddiaçının tələbini təmin etdiyindən işin mahiyyəti üzrə mübahisə aradan qalxmışdır. Odur ki, iş üzrə icraata xitam verilməlidir. İnzibati Prossesual Məcəllənin: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İPM-in 81.2-ci və 90.2-ci maddələrinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya əmək pensiyası təyin edildikdən sonrakı dövlərdə işlədiyi müddətlərdə fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmış 10054,61 manat vəsait nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilir. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar