Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-508/2021 23.11.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, İddiaçı, iddiaçının nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "JN-047F kod 90105010 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"yə əsasən, Yevlax rayonu Havarlı kəndində yerləşən 0,1464 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Yevlax Rayon Aqrar İslahat Komissiyasının sədri tərəfindən 31.10.2001-ci ildə təsdiq edilmiş "Yevlax rayonunun Havarlı kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə dair cədvəl"də 47-ci sırada İddiaçı adı göstərilmiş, qanuni istifadədə olan həyətyanı torpaq sahəsi isə 0,15 ha qeyd edilmiş, həmin cədvəlin 48-ci sırasında X9 və X11 adları göstərilmiş, qanuni istifadələrində olan həyətyanı torpaq sahəsi isə 0,30 ha qeyd edilmişdir. Bundan sonra Yevlax Rayon Aqrar İslahat Komissiyasının 04.07.1998-ci il tarixli 33 nömrəli qərarına əsasən, 0,15 ha həyətyanı torpaq sahəsi İddiaçı, 0,30 ha torpaq sahəsi isə X9 və X11 mülkiyyətinə verilmiş və onların adına bu barədə müvafiq olaraq JN-047F kod 90105010 nömrəli və JN-048F kod 90105010 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lər tərtib edilmişdir. X9 və X3 torpaq sahəsində yerləşən fərdi yaşayış evinə və 0,2969 ha torpaq sahəsinə onların ümumi birgə mülkiyyət hüququ 07.05.2013-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. X13 və X16 həmin 0,2969 ha torpaq sahəsini və onun üzərində yerləşən ümumi sahəsi 47,8 kv.m olan fərdi yaşayış evini 12.05.2013-cü il tarixli alqı-satqı müqaviləsi ilə X1. Həmin torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə X6 mülkiyyət hüququ 29.07.2017-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verildikdən sonra o, həmin torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evini 02.08.2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə üçüncü şəxs X4. Üçüncü şəxsin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ 02.08.2017-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmiş, eyni zamanda, onun adına Texniki pasport tərtib edilərək həmin sənəddə torpaq sahəsi sənəd üzrə 0,29687 ha, faktiki sahə 0,332377 ha göstərilmiş, evin tikildiyi il kimi isə 2007-ci il qeyd olunmuşdur. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, Yevlax rayonu Havarlı kəndində yerləşən torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsini xahiş etmiş, lakin cavabdeh 10.12.2020-ci il tarixli **********92 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, torpaq sahəsində inventarlaşdırma işləri aparılarkən iddiaçı ilə qonşu mülkiyyətçi arasında torpaq sahəsi üstündə mübahisə olduğu məlum olmuşdur. Həmçinin iddiaçının tələb etdiyi elektron xəritə bazasında sərhədlərin ölçü planında əks olunan torpaq sahəsinin cənub tərəfində olan 45,5 kv.m hissəsinin qonşu X12 torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. Buna görə də həmin hissənin iddiaçının torpaq sahəsinə əlavə etməklə torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması mümkün deyildir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş və iddiasını belə əsaslandırmışdır ki, torpaq sahəsi ona Yevlax Rayon Aqrar İslahat Komissiyasının 04.07.1998-ci il tarixli 33 nömrəli qərarı əsasında verilmişdir. Bundan başqa, DTXK-nin Yevlax rayon şöbəsinin və Dövlət Yerquruluşu Layihə İnstitutunun 16.10.2004-cü il tarixli həyətyanı sahənin qaiməsi (sertifikatı), ölçü, cizgi planına əsasən, torpaq sahəsinin ona məxsus olması təsbit edilmişdir. Buna görə də həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddiaya yazılı münasibət bildirməmişdir. Cavabdehə və üçüncü şəxsə şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs gəlmədiyinə, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etmədiyinə görə işə onların iştirakı olmadan baxıldı. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, JN-047F kod 90105010 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"dən görünür ki, Yevlax Rayon Aqrar İslahat Komissiyasının 04.07.1998-ci il tarixli 33 nömrəli qərarına əsasən, 0,15 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. - İşdə olan, JN-048F kod 90105010 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"dən görünür ki, Yevlax Rayon Aqrar İslahat Komissiyasının 04.07.1998-ci il tarixli 33 nömrəli qərarına əsasən, 0,30 ha torpaq sahəsi isə X9 və X11 mülkiyyətinə verilmişdir. - İşdə olan, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, X9 və X3 torpaq sahəsində 2007-ci ildə tikdirdiyi fərdi yaşayış evinə və 0,2969 ha torpaq sahəsinə onların ümumi birgə mülkiyyət hüququ 07.05.2013-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İşdə olan, 12.05.2013-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X13 və X16 0,2969 ha torpaq sahəsini və onun üzərində yerləşən ümumi sahəsi 47,8 kv.m olan fərdi yaşayış evini X2. - İşdə olan, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, 0,2969 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə X6 mülkiyyət hüququ 29.07.2017-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İşdə olan, 02.08.2017-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X8 həmin torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evini üçüncü şəxs X4. - İşdə olan, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, X12 torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ 02.08.2017-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İşdə olan, cavabdehin 10.12.2020-ci il tarixli **********92 nömrəli imtina məktubundan görünür ki, torpaq sahəsində inventarlaşdırma işləri aparılarkən iddiaçı ilə qonşu mülkiyyətçi arasında torpaq sahəsin üzərində mübahisə olduğu məlum olmuşdur. Həmçinin iddiaçının tələb etdiyi elektron xəritə bazasında sərhədlərin ölçü planında əks olunan torpaq sahəsinin cənub tərəfində olan 45,5 kv.m hissəsinin qonşu X17 torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. Buna görə də həmin hissənin iddiaçının torpaq sahəsinə əlavə etməklə torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması mümkün deyildir. - İşdə olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 11.10.2021-ci il tarixli məktubu ilə göndərilmiş arayışdan görünür ki, İddiaçı adına olan JN-047F kod 90105010 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" göstərilmiş sxem elektron baza məlumatlarına uyğundur. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə iddia əsaslıdır. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin beşinci hissəsində deyilir ki, torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Bundan başqa, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsində deyilir ki, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə görə, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Müəyyən edildi ki, Yevlax Rayon Aqrar İslahat Komissiyasının 04.07.1998-ci il tarixli 33 nömrəli qərarına əsasən, 0,15 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmiş və onun adına JN-047F kod 90105010 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" tərtib edilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu edilərək alınmış 08.10.2021-ci il tarixli M/M-031 nömrəli arayışla müəyyən olundu ki, İddiaçı adına olan JN-047F kod 90105010 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən sxem elektron bazaya uyğundur. Məhkəmənin sorğusunda göstərilmiş digər suallara cavab verilməsə də, həmin "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən sxemin elektron bazaya uyğun olması barədə arayış iddiaya mahiyyəti üzrə baxılması üçün kifayət etdiyinə görə məhkəmə hesab etdi ki, digər sualların cavablarına zərurət qalmamışdır. Göründüyü kimi, iddiaçının adına olan JN-047F kod 90105010 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" 0,15 ha həyətyanı torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnu təsdiq edir və həmin sənəd mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır. Cavabdeh iddiaçının mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina etməkdə haqlı olmamışdır. İddiaçının tələb etdiyi elektron xəritə bazasında sərhədlərin ölçü planında əks olunan torpaq sahəsinin bir hissəsinin qonşu X12 torpaq sahəsində yerləşməsi barədə cavabdehin dəlili ilə bağlı isə məhkəmə qeyd edir ki, iddiaçının qonşuluğunda yerləşən torpaq sahələri ilə bağlı cavabdeh tərəfindən aparılmış qeydiyyatda hər hansı səhvə yol verilməsi iddiaçının mülkiyyət hüququnu məhdudlaşdıra bilməz. Beləliklə, məhkəmə bu qərara gəldi ki, iddia əsaslı olduğu üçün təmin edilməli və 0,1464 ha torpaq sahəsinin iddiaçının adına qeydiyyata alınması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. JN-047F kod 90105010 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən, Yevlax rayonu Havarlı kəndində yerləşən 0,1464 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-508/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-508/2021
23.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver