Məhkəmə qərarları › İş №2-1(116)-508/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-508/2024

03.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-508/2024 03.06.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 02 saylı qərarına əsasən verilmiş JN-154A (kod ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də göstərilən 0,16 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı X1 ilə birlikdə ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə və əlavə olunmuş materiallara baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 02 saylı qərarına əsasən verilmiş JN-154A (kod ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də göstərilən 0,16 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı X1 ilə birlikdə ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi xx.xx.2023-cü il Şəki İnzibati Məhkəməsinin icraatına daxil olmuşdur. İş materiallarına əsasən müəyyən olunur ki, məhkəmənin hazırlıq icraatı çərçivəsində xx.xx.2024-cü il tarixində keçirilmiş iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddiaçı mütəxəssis rəyində göstərilən ölçüdə və faktiki istifadəsində olan torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyatı ilə razılaşdığı halda mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün müraciət etməsini təklif etmişdir. Həmin məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə isə yenidən cavabdehə müraciət etməsi üçün vaxt verilməsini xahiş etmiş və bu səbəblə məhkəmə iclası təxirə salınmışdır. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixində məhkəməyə teleqram ünvanlayaraq işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin teleqramını iş materialları ilə birgə ərizə qismində araşdırıb hesab edir ki, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının nümayəndəsinin məhkəməyə ünvanladığı teleqramdan görünür ki, o, iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 16, 55, 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 02 saylı qərarına əsasən verilmiş JN-154A (kod ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də göstərilən 0,16 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı X1 ilə birlikdə ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılır və iş üzrə icraata xitam verilir. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar