Məhkəmə qərarları › İş №2-1(116)-509/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-509/2023

13.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-509/2023 13.03.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xidməti vəzifəsinin icrası zamanı xəsarət aldığı üçün ona üç illik pul təminatı məbləğində kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xidməti vəzifəsinin icrası zamanı xəsarət aldığı üçün ona üç illik pul təminatı məbləğində kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1986-cı il tarixdə Şəki rayonunun Cəfərabad kəndində anadan olmuşdur. xx.xx.N005-ci ildə hərbi AAHM daxil olmuş, xx.xx.N009-cu il tarixdə həmin hərbi məktəbi bitirmiş, leytenant hərbi rütbəsi alaraq Silahlı Qüvvələrdə xidmətə başlamışdır. xx.xx.N018-ci ildə Kəşfiyyat Bölük komandiri vəzifəsindən ehtiyyata buraxılmışdır. xx.xx.N0N0-ci il tarixdən N-ci Qarabağ müharibəsi zamanı könüllü olaraq yenidən ordu sıralarına qayıtmış, kəşfiyyat bölük komandiri kimi xidmətini davam etdirmişdir. xx.xx.N0N0-ci il tarixdə Şuşa şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə yaralanaraq xx.xx.N0N0-ci il tarixdə Bakı şəhərinə Hərbi Hospitala təxliyyə edilmişdir. xx.xx.N0N1-ci il tarixdən səhhətindəki problemlərlə bağlı ordu sıralarından təxris edilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edərkən xidməti vəzifələrinin icrası zamanı xəsarət aldığı üçün kəşfiyyat və əks kəşfiyyat subyekti olaraq kompensasiya ödənilməsi xahişi ilə Müdafiə Nazirliyinə xx.xx.N0NN-ci il tarixdə müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətini təmin etməmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə münasibətində bildirmişdir ki, vətəndaş İddiaçı N nömrəli hərbi hissəyə xx.xx.N0NN-ci il tarixli ərizəsinə (əlavə olunur) Müdafiə Nazirliyinin “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi üzrə Komissiya”sında baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 180-N4 №-li N3 noyabr N004-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma. kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydalarf’nın N.Nci bəndinə əsasən "Xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə, ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. ” Vətəndaşın ərizəyə əlavə etdiyi N nömrəli hərbi hissə komandirinin N3 avqust N0N1-ci il tarixli N43 nömrəli əmrindən çıxarışa əsasən, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsinə əsasən (səfərbərlikdən tərxisetmə) hərbi xidmətdən ehtiyata buraxılıb (əlavə olunur). Belə təqdirdə, İddiaçı xidmətini davam etdirməsinin istisna edilməsi səbəbi aldığı xəsarətlər deyil, səfərbərliyin bitməsi ilə əlaqədar olaraq ehtiyata buraxılması olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 180-N4 №-li N3 noyabr N004-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”na uyğun tələb edilən kompensasiyanın ödənilməsi mümkün deyil. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.N0NN-ci il tarixli 15/N437 nömrəli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - MN-nin Mərkəzi Hərbi Poliklinikasının 16N04 nömrəli, xx.xx.N0N1-ci il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı sıradankənar hərbi xidmətə yararlıdır. - MN-nin Mərkəzi Hərbi Həkim Komissiyasının tərtib etdiyi xx.xx.N0NN-ci il tarixli 8N89 nömrəli Xəstəlik haqqında şəhadətnamədən görünür ki, iddiaçı barəsində sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı qeydi icra edilmiş, həmçinin, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş xx.xx.N0N1-ci il tarixli 16N04 nömrəli arayış qüvvədən düşmüş hesab edilmişdir. - N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli 30N nömrəli əmrindən çıxarışdan görünür ki, Kapitan İddiaçı N8N nömrəli hərbi hissədən itkilərin bərpası üçün gəldiklərinə görə N4 oktyabr N0N0-ci il tarixdən şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmiş, kəşfiyyat bölüyünün komandiri vəzifəsinə təyin edilmişdir. - N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N1-ci il tarixli N43 nömrəli əmrindən görünür ki, Kapitan İddiaçı, N nömrəli hərbi hissənin komandirinin sərəncamında olan (kəşfiyyat bölüyü sabiq komandiri) Azərbaycan Respublikası Müdafiə nazirinin 09 avqust N0N1-ci il tarixli 01090 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 197ci maddəsinə müvafiq olaraq (döyüş əməliyyatlarında yararlanaraq müalicə müəssisəsinə göndərildiyinə görə) səfərbərlik üzrə hərbi həqiqi xidmətdən təxris olunmuş hesab edilmiş, N3 avqust N0N1-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün SHXÇDX-nin Şəki rayon şöbəsinə göndərilmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki Rayon Şöbəsinin xx.xx.N0NN-ci il tarixli EZ-N7 nömrəli məktubundan görünür ki, İddiaçı həqiqətən xx.xx.N005-ci il tarixdən xx.xx.N018-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit qismində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.N0N0-ci il tarixli Sərəncamına və "Azərbaycan Respublikasında səfərəbərlik hazırlığı və səfərbərlik haqqında” Qanuna əsasən, xx.xx.N0N0-ci il tarixdə qismən səfərəbərliyə cəlb edilərək N saylı hərbi hissəyə təhvil verilmişdir. xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək N saylı hərbi hissədə hərbi xidmət keçmişdir. Kapitan İddiaçı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 1755 nömrəli arayışına əsasən "Sağ diz oynağının ön çarpaz bağının tam qopması” diaqnozu ilə müalicə olmuşdur. Kapitan İddiaçı xx.xx.N0N0-cı il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsində hərbi qeydiyyatdadır. - N nömrəli Hərbi Hissənin xx.xx.N0N1-ci il tarixli 1087 nömrəli arayışdan görünür ki, iddiaçı, həqiqətən xx.xx.N0N0-ci il tarixdən N nömrəli hərbi hissənin kəşfiyyat bölük komandiri vəzifəsində xidmətə başlamış, xidmət zamanı N nömrəli hərbi hissə komandirinin tapşırıqlarını vaxtıda yerinə yetirmiş, xx.xx.N0N0-ci ildən tarixlən Füzuli rayonu işğaldan azad olunmasında iştirak etmiş, xx.xx.N0N0-ci ildə Daşaltı kəndinin işğaldan azad olunması zamanı yaralanmışdır. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in N.N.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, iddiaçı cavabdeh orqana anoloji tələblə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı xidməti vəzifəsinin icrası zamanı xəsarət aldığı üçün ona üç illik pul təminatı məbləğində kompensasiyanın ödənilməsinə nail olmaqdır. Cavabdeh orqanın iddia tələbinə qarşı dəlili ondan ibarətdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 180-N4 №-li N3 noyabr N004-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma. kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”nın N.N-ci bəndinə əsasən "Xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə, ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. İddiaçı isə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsinə əsasən (səfərbərlikdən tərxisetmə) hərbi xidmətdən ehtiyata buraxılıb. Yəni, iddiaçının xidmətini davam etdirməsinin istisna edilməsi səbəbi aldığı xəsarətlər deyil, səfərbərliyin bitməsi ilə əlaqədar olaraq ehtiyata buraxılması olmuşdur. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbinin əsaslılığına hüquqi qiymət verilməsi üçün iddiaçının kəşfiyyat fəaliyyətinin subyektlərinin əməkdaşlarına aid olması, xidməti vəzifələrinin icrası zamanı xəsarət alması və xəsarət nəticəsində xidmətinin davam etdirilməsinin mümkün olub-olmaması müəyyən edilməlidir. İş materiallarından görünür ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli 30N nömrəli əmri ilə həmin tarixdən şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmiş, kəşfiyyat bölüyünün komandiri vəzifəsinə təyin edilmişdir. Odur ki, iddiaçının kəşfiyyat fəaliyyətinin subyektinin əməkdaşı olması mübahisəsizdir. Eyni zamanda işdə olan Mərkəzi Hərbi Həkim Komissiyasının 16N04 nömrəli arayışı, MN-nin Mərkəzi Hərbi Poliklinikasının tərtib etdiyi xx.xx.N0NN-ci il tarixli 8N89 nömrəli Xəstəlik haqqında şəhadətnaməsi və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki Rayon Şöbəsinin xx.xx.N0NN-ci il tarixli EZ- N7 nömrəli məktubu ilə iddiaçının xidməti vəzifələrinin icrası zamanı xəsarət alması sübuta yetirilir. Belə ki, aldığı xəsarətlərlə bağlı iddiaçı uzun müddətli müayinə və müalicələr almışdır (ona “sağ diz oynağının artrotomiyası, meniskektomiya” cərrahiyə əməliyyatı icra edilmiş, həmçinin “sağ diz oynağının medikal meniksinin İİİ dərəcəli cırılması, ön çarpaz bağın hissəvi qopması” diaqnozu qoyularaq stasionar müalicə almışdır). İddiaçı, xx.xx.N0N1-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsinə əsasən (səfərbərlikdən tərxisetmə) hərbi xidmətdən ehtiyata buraxılarkən MNnin Mərkəzi Hərbi Poliklinikasının 16N04 nömrəli, xx.xx.N0N1-ci il tarixli arayışı qüvvədə olmuş və həmin arayışda iddiaçının sıradankənar hərbi xidmətə yararlı olması göstərilmişdir. Lakin, iş materialları ilə müəyyən edilir ki, MN-nin Mərkəzi Hərbi Həkim Komissiyasının tərtib etdiyi xx.xx.N0NN-ci il tarixli 8N89 nömrəli Xəstəlik haqqında şəhadətnamə əsasında iddiaçı sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmiş, həmçinin Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş xx.xx.N0N1-ci il tarixli 16N04 nömrəli arayış qüvvədən düşmüş hesab edilmişdir. Sözügedən şəhadətnamədə “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeydi icra edilmişdir. Yəni, faktiki olaraq iddiaçının sülh dövründə hərbi xidmətə yararsız olması MN-nin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.N0NN-ci il tarixli 8N89 nömrəli Xəstəlik haqqında şəhadətnaməsi ilə sübuta yetirildiyindən hər bir halda iddiaçının aldığı xəsarət onun sonrakı xidmətinin davam etdirilməsini qeyri-mümkün etmişdir. İstinad olunan “Qaydalar”-da xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edildiyi halda ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi “Qaydalar”ın tələbləri baxımından cavabdeh orqanın müəyyən etməli olduğu məsələ iddiaçının hansı əsasla hərbi xidmətdən ehtiyata buraxılması deyil, aldığı xəsarətin onun sonrakı xidmətini davam etdirməsinə imkan verib-verməməsi olmuşdur. Yəni, əməkdaşın sonrakı xidmətini davam etdirmək arzusunun olub-olmamasından asılı olmayaraq, hər bir halda aldığı xəsarət xidmətini davam etdirməyə imkan vermədiyindən istinad olunan “Qaydaların” tələbləri baxımından cavabdeh orqan üç illik pul təminatı məbləğində kompensasiyanın ödənilməsi vəzifəsini daşımışdır. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 5N. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.1N-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə xidməti vəzifəsinin icrası zamanı xəsarət aldığı üçün İddiaçı üç illik pul təminatı məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar