Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-51/2020 01.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi tabeliyində Dövlət X9 publik hüquqi şəxsin Şəki şəhər filialına qarşı “xx.xx.1987-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən müəsissədə fəaliyyət göstərən istehsalat sahəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2009-cu il tarixdən pensiyanın yenidən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 1947-ci ildə anadan olmuş və yaşa görə ona pensiya təyin edilmişdir. xx.xx.1987-ci ildən xx.xx.1992-ci ilədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Çəzaçəkmə Müəssisəsində cəza çəkərkən müəssisədə fəaliyyət göstərən istehsalat sahəsində işləməklə əmək haqqı almışdır. Bu barədə həmin çəzaçəkmə müəssisəsi xx.xx.2013-cü il tarixdə xx/xx-4333 nömrəli arayış da vermişdir. Həmin müddətin pensiyasına əlavə edilməsindən ötrü sənədlərini DSMF-nin Şəki şəhər şöbəsinə təqdim etmişdir. Sənədlərinə pensiya təyin edən komissiyada buraxılmışdır. Qeyd etdiyi illər üçün əmək kitabçası olmadığından DSMF-nin Şəki şəhər şöbəsinin rəhbərliyi özünün xx.xx.2014-cü il tarixli 80/769 nömrəli məktubu ilə xx.xx.1987xx.xx.1992-ci illərdə 2 saylı Çəzaçəkmə müəssisəsində çəza çəkərkən müəssisədə fəaliyyət göstərən istehsalat sahəsində işləməyi və əmək haqqı aldığı illərin sığorta stajı faktının müəyyən edilməsi ilə bağlı Şəki Rayon Məhkəməsinə müraciət etməyi ona izah olunmuşdur. İddiaçı xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “xx.xx.1987-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən müəsissədə fəaliyyət göstərən istehsalat sahəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2009-cu il tarixdən pensiyanın yenidən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclasında ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd olunmasını xahiş etdi. İş materiallarında olan Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(075)- 1123/2019 saylı qərardadından görünür ki, İddiaçı xx.xx.1987-ci ildən xx.xx.1992-ci il tarixədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkərkən müəssisədə fəaliyyət göstərən istehsalat sahəsində işləməklə sığorta stajının olması hüquqi faktının müəyyən edilməsinə dair ərizəsinin icraata qəbulundan imtina olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Cavabdeh xx.xx.2019-cu il tarixli **********5 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1992-ci il tarixədək olan 2 saylı cəzaçəkmə müəssisəsində işlədiyi müddəti sosial sığorta stajına daxil ediləcəyi təqdirdə, xx.xx.2006-cı il tarxədək cəmi 24 il 9 ay sosial sığorta stajı yaranar. Bu staja uyğun olaraq əmək pensiyasının məbləğinə xx.xx.2019-cu il tarixdən 16,50 manat artım hesablanmaqla 188,96 manat təşkil edər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliyə əsasən xx.xx.2019-cu il tarixdən isə yaşa görə əmək pensiyasının minimum məbləği 200,0 manata çatdırıldığı üçün iddiaçıya həmin tarixdən 200,0 manat məbləğində əmək pensiyası ödəniləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Cavabdeh xx.xx.2019-cu il tarixli **********3 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1992-ci il tarixədək olan 2 saylı cəzaçəkmə müəssisəsində işlədiyi müddəti sosial sığorta stajına daxil ediləcəyi təqdirdə, onun pensiyasının üzərinə xx.xx.2011-ci il tarixdən 11,32 manat, xx.xx.2012-ci il tarixdən 12,21 manat, xx.xx.2013-cü il tarixdən 12,35 manat, xx.xx.2014-cü il tarixdən 12,64 manat, xx.xx.2015-ci il tarixdən 12,82 manat, xx.xx.2016-cı il tarixdən 13,33 manat, xx.xx.2017-ci il tarixdən 14,99 manat, xx.xx.2018-ci il tarixdən 15,84 manat, xx.xx.2109-cu il tarixdən isə 16,32 manat əlavə hesablanar. xx.xx.2011-ci il tarixdən xx.xx.2019-cu il tarixədək cəmi fərq məbləği 1344,96 manat təşkil edər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xx.xx.2020-ci il tarixli xx/xx-4039 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş demoqrafik məlumatlara əsasən İddiaçı cəza çəkmə müddətinin başlanma tarixi - xx.xx.1986-cı il, cəzasının başa çatma tarixi - xx.xx.1992-ci ildir. Müvafiq əmrə əsasən məhkum edilmiş şəxslərin şəxsi işlərinin müəyyən edilmiş saxlanma müddəti başa çatdığına görə İddiaçı şəxsi işinin təqdim edilməsi imkan xaricindədir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsinin xx.xx.2020-ci il tarixli xx/xx/1613 nömrəli məktubundan görünür ki, X2 həqiqətən də xx.xx.1987-ci il tarixindən xx.xx.1992-ci il tarixədək 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən müəssisədə fəaliyyət göstərən istehsalat sahəsində işləmişdir və əmək haqqı almışdır. Əlavə olaraq xx.xx.2013-cü il tarixli xx/xx-4333 nömrəli arayışın müəssisə dəftərxanasının qeydiyyat kitabında qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsinin xx.xx.2013-cü il tarixli 17/194333 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək 2 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkərkən müəssisədə fəaliyyət göstərən istehsalat sahəsində işləmişdir və əmək haqqı almışdır. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1987-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək 2 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkərkən müəssisədə fəaliyyət göstərən istehsalat sahəsində işləmişdir və əmək haqqı almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Cavabdeh xx.xx.2019-cu il tarixli **********3 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1992-ci il tarixədək olan 2 saylı cəzaçəkmə müəssisəsində işlədiyi müddəti sosial sığorta stajına daxil ediləcəyi təqdirdə, onun pensiyasının üzərinə xx.xx.2011-ci il tarixdən 11,32 manat, xx.xx.2012-ci il tarixdən 12,21 manat, xx.xx.2013-cü il tarixdən 12,35 manat, xx.xx.2014-cü il tarixdən 12,64 manat, xx.xx.2015-ci il tarixdən 12,82 manat, xx.xx.2016-cı il tarixdən 13,33 manat, xx.xx.2017-ci il tarixdən 14,99 manat, xx.xx.2018-ci il tarixdən 15,84 manat, xx.xx.2109-cu il tarixdən isə 16,32 manat əlavə hesablanar. xx.xx.2011-ci il tarixdən xx.xx.2019-cu il tarixədək cəmi fərq məbləği 1344,96 manat təşkil edər. İddiaçının qeyd olunan iddianı qaldırmaqda hüquqi marağı tələbində qeyd olunan müddətin stajına daxil ediləcəyi təqdirdə pensiyasında xx.xx.2009-cu il tarixindən artım olmaqla xx.xx.2019-cu il tarixə qədər yaranan fərqin alınmasından ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İddiaçının 2 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkərkən müəssisədə fəaliyyət göstərən istehsalat sahəsində işləməyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsinin xx.xx.2020-ci il tarixli xx/xx/1613 nömrəli məktubu və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsinin xx.xx.2013-cü il tarixli 17/194333 nömrəli arayışında öz təsdiqini tapmışdır. Həmin sənəd iddiaçının iş stajını təsdiq edir. İddiaçının 2 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkərkən müəssisədə fəaliyyət göstərən istehsalat sahəsində işləyib əmək haqqı aldığı vaxt qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin k) bəndinə əsasən azadlıqdan məhrumedilmə müddətində məhkumların ödənişli əməyə cəlb edildikləri vaxt iş stajına daxil edilir. İddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Republikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. İddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Republikası Qanununun 32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi xx.xx.2017-ci il tarixli 543 VQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanuna əlavə edilmişdir. Həmin maddə iddiaçının pensiya hüququ yarandığı zaman qüvvədə olmamışdır və iddiaçının vəziyyətini pisləşdirdiyi üçün geriyə şamil oluna bilməz. “X6” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçının xx.xx.1987-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən müəsissədə fəaliyyət göstərən istehsalat sahəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2009-cu il tarixdən pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi tabeliyində Dövlət X9 publik hüquqi şəxsin Şəki şəhər filialının üzərinə İddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən müəsissədə fəaliyyət göstərən istehsalat sahəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2009-cu il tarixdən pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-51/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-51/2020
01.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver