Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-51/2022 31.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi X5, üçüncü şəxsin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “ünvan 1ində yerləşən, qanuni istifadəsində olan 1,11 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq ailə üzvlərinin adına dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq şifahi, məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh DƏDRX-in 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət İddiaçı cavabdeh DƏDRX-in 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “dövlət aktının ləğv edilməsi, torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbində qeyd etmişdir ki, ünvan 1i ünvanda yerləşən, ailə üzvlərinizin qanuni istifadəsində olan torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq Çıxarışın verilməsi cavabdehə müraciət etmiş, lakin araşdırma nəticəsində məlum olmuşdur ki, torpaq islahatı zamanı onlara verilmiş həmin torpaq sahəsi onun və ailə üzvlərinin adına JN-189 KOD 40509018 nömrə ilə yazılsa da, torpaq sahəsinin 0.89 ha hissəsinə Dövlət Aktı, 0.30 ha və 0.07 ha hissələrinə isə müvafiq olaraq JN-472F və JN- 472G saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamələr hazırlanmışdır. Qeyd edilən JN-189 KOD 40509018 nömrəli Dövlət Aktı və həmin Dövlət Aktında göstərilən 0.89 ha torpaq sahəsi onlara təqdim olunmamışdır. Həmin torpaq sahəsinin harada yerləşdiyi onlara məlum deyil və bir dəfə də olsa istifadə etməmişlər. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsindən mərhum atasına JN-189 KOD 40509018 nömrəli Dövlət Aktının ləğv edildiyi və istifadələrində olan 2.0 ha torpağa sənəd hazırlanacağı bildirilmişdir. Bundan başqa ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsindən verilmiş xx.xx.2011-ci il tarixli 128 nömrəli arayışın surətindən də göründüyü kimi bizim 4 nəfər ailə üzvlərinə 0.30 ha həyətyanı və 1.70 ha zəbt torpaq sahəsi verilmişdir. Eyni zamanda iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək faktiki istifadələrində olan torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. İdarədən verilmiş 18 dekabr 2020-ci il tarixli **********22 nömrəli cavab məktubunda onun müraciətinin icra olunmasından imtina edilmişdir. Həm də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsindən ona JN-189 KOD 40509018 nömrəli Dövlət Aktının ləğv edilməsinin onların səlahiyyətlərinə aid olmadığı bildirilmişdir. Qeyd edir ki, həmin 2.0 ha torpaq sahəsi hal-hazırda da onların istifadələrindədir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilən 2,0 ha torpaq sahəsinin 0.30 ha və 0.07 ha hissəsinə Şəhadətnamələr əsasında, qalan 1.63 ha torpağa isə torpaq islahatı zamanı verilmiş qərarlar əsasında mülkiyyət hüquqları qeydiyyata alınaraq dövlət reyestrindən çıxarış verilməlidir. Daha sonra iddiaçı tələbini dəyişərək “ünvan 1ində yerləşən, qanuni istifadəsində olan 1,11 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq ailə üzvlərinin adına dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-51/2022 nömrəli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-51/2022 nömrəli qərardadı ilə Oğuz rayonu Xaçmaz bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zəruri cəlb edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilmişdir. Cavabdeh, məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli iddia tələbinə etirazda qeyd etmişdir ki, İddiaçı ünvan 1ində yerləşən iddia olunan torpaq sahəsinə dair qeydiyyat üçün əsas olan hüquqmüəyyənedici sənədlər təqdim etməmişdir. Belə ki, mövcud olan sənədlərdən başqa iddiaçının və ailə üzvlərinin adına kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Dövlət Aktı hazırlanmamışdır. Torpaq sahəsinin faktiki istifadəçisi İddiaçı və ailə üzvləridir. Faktiki istifadədə olan torpaq sahəsinin bir hissəsi başqa mülkiyyətçilərə məxsus torpaq sahələridir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət leyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hiiquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Göstərilənlər nəzərə alınaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı və onun vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati işə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 67 saylı iclas protokolundan çıxarışından görünür ki, Oğuz rayon Xaçmaz kənd X6 20 iyun 1998-ci il tarixli 14 saylı yığıncaq qərarı təsdiq edilmiş, Oğuz rayon Xaçmaz kəndində özəlləşdirilərək torpaq paylarını bölünüb rəsmiləşdirilməsinə köməklik göstərilməsi Respublika Aqrar İslahat Komissiyasından xahiş edilmiş, qərardan irəli gələn Yerquruluşu işlərinin yerinə yetirilməsinə köməklik göstərilməsi Respublika Torpaq Komitəsindən xahiş edilmişdir. - cavabdehin xx.xx.2020-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - KOD 40509018, JN-472F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 67 saylı qərarı əsasında 0.30 ha torpaq sahəsi X7, X14, İddiaçı və X8 mülkiyyətinə verilmişdir. - KOD 40509018, JN-472G saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 67 saylı qərarı əsasında 0.07 ha torpaq sahəsi X7, X14, İddiaçı və X8 mülkiyyətinə verilmişdir. - JN-189 KOD 40509018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 67 saylı qərarı ilə verilmiş 0.89 ha torpaq sahəsi X7, X16, X4, X1 təsərrüfatı məhsulları istehsalı məqsədilə satılmışdır. - Azərbaycan Respublikasl əmlak məsələləri dövlət komitəsi Daşinmaz əmlakin kadastri və ünvan reyestri xidməti “kadastr və yerquruluşu layihə-tədqiqat mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinin xx.xx.2021-ci il tarixli məktubuna qoşma kimi əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı JN-189 KOD 40509018 nömrəli Dövlət Aktı ona verilmiş 0.89 ha pay torpaq sahəsinin X11 Uçotunun İnformasiyası sisteminə əsasən 0.69 ha hissəsi (sxem 3),JN-472G Şəhadətnamədə qeyd edilən 0.30 ha torpaq sahəsinin 2978 kv.m hissəsi (sxem 1), JN-472F saylı Şəhadətnamədə göstərilən 0.07 ha torpaq sahəsi isə (sxem 3) hazırda faktiki istifadələrində olan torpaq sahəsinin kordinatları ilə üst-üstə düşür. İddiaçıların faktiki istifadələrində olan torpaq sahələrinin sahəsi 2.28 ha. olmaqla yaşayış məntəqəsi torpaqlarına aid, uqodiyası əkin olmaqla fərdi yaşayış evinin tikilməsi üçün nəzərdə tutululub, elektron baza məlumatlarına əsasən mülkiyyətçiləri X7. İddiaçı, X15 və X9 (472G və JN-472F saylı Şəhadətnamələr) adınadır. Koordinatları, yerləşmə vəziyyəti tərtib edilmiş sxem-1, sxem-2 - Cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna qoşma kimi əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, JN-189 kod 40509018 nömrəli Dövlət Aktında qeyd edilmiş 0,89 ha torpaq sahəsi iddiaçıların faktiki istifadəsində olan 1,91 ha torpaq sahəsinin hüdudlarından kənarda yerləşir. İddiaçıların faktiki istifadə etdikləri və mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etdikləri 1,11 ha torpaq sahəsi Oğuz rayon Xaçmaz kənd İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində, təyinatı yaşayış məntəqəsi torpaqları, uqodiyası çoxillik əkmələr olmaqla Xaçmaz bələdiyyəsinin mülkiyyətinə aiddir. Sözügedən torpaq sahəsi digər subyektlərə məxsus torpaq sahələri ilə üst-üstə düşmür. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşlar. Lakin, iddia əsassızdır. İddia tələbindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı faktiki istifadəsində olan Oğuz rayon Xaçmaz bələdiyyəsinin mülkiyyətində olan 1.11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Göründüyü kimi bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin xüsusi mülkiyyətə verilməsi qanunvericiliklə birbaşa qadağan edildiyindən, cavabdeh orqan haqlı olaraq iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq,
qərara aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “ünvan 1ində yerləşən, qanuni istifadəsində olan 1,11 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq ailə üzvlərinin adına dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.