Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-510/2021 09.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X1, X3, X4) “Ağdaş rayon Aqrar İslahat Komissiyasının 05 yanvar 2006-cı il tarixli, 01 saylı qərarı ilə verilmiş JN-986A KOD 90301004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən X1, X3 və X2 adlarının çıxarılması və həmin torpağa dair ona çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Ağdaş rayon Aqrar İslahat Komissiyasının 05 yanvar 2006-cı il tarixli, 01 saylı qərarı ilə verilmiş JN-986A KOD 90301004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən X1, X3 və X2 adlarının çıxarılması və həmin torpağa dair ona çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı 1982-ci ilin oktyabr ayında X1 ilə ailə həyatı qurmuşdur. Onların birgə nikahından 04.09.1983-cü il təvəllüdlü X3, 13.03.1987-ci il təvəllüdlü X4 doğulmuşdur. Bağlanmış nikah müqaviləsi 1998-ci ildə məhkəmə qərarı ilə pozulmuş və həmin vaxtdan tərəflər ayrı yaşamışlar. İddiaçı hal-hazırda keçmiş həyat yoldaşı və övladlarının harada olmasından məlumatı olmadığını iddia ərizəsində qeyd etmişdir. İddia ərizəsində iddiaçı qeyd etmişdir ki, onun keçmiş ailə üzvləri 2006-cı ildə ona torpaq verilən zaman onunla birgə yaşamamışlar. Buna baxmayaraq onların adları şəhadətnamədə qeyd edilmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək, keçmiş ailə üzvlərinin adlarının şəhadətnamədən çıxarılmasını xahiş etmiş, lakin onun müraciət təmin edilməmişdir. Məhkəmə iclasında iddiaçı ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, iddia tələbindən imtina etməməklə iddia ərizəsinin geri qaytarılması arzusundadır və iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 55 və 80-cı maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X1, X3, X4) “Ağdaş rayon Aqrar İslahat Komissiyasının 05 yanvar 2006-cı il tarixli, 01 saylı qərarı ilə verilmiş JN-986A KOD 90301004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən X1, X3 və X2 adlarının çıxarılması və həmin torpağa dair ona çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-510/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-510/2021
09.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver