Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-510/2023 17.01.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “xidməti vəzifələrinin icrası zamanı xəsarət aldığı üçün kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti subyekti olaraq ona qanunda nəzərdə tutulmuş kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq və şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, xidməti vəzifələrinin icrası zamanı xəsarət aldığı üçün kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti subyekti olaraq ona qanunda nəzərdə tutulmuş kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1989-cu il tarixdə Şəki rayonunun Kəhrizoba kəndində anadan olmuşdur. İddiaçı xx.xx.N07-ci ildə hərbi xidmətə getmişdir. İddiaçı xx.xx.N09-cu ildə hərbi xidmət sıralarından ehtiyyata buraxılmış, xx.xx.N15-ci il tarixdən 1-ci X1 əmrinə əsasən müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilərək N saylı hərbi hissəyə manqa komandiri vəzifəsinə təyin edilmişdir. İddiaçı N16-cı ildə aprel döyüşlərində Tərtər-Qapanlı istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.N16-cı ildə ordu sıralarından təxris olunmuşdur. 2-ci Qarabağ müharibəsi zamanı könüllü olaraq yenidən ordu sıralarına qayıtmışdır. xx.xx.NN-ci ildə "Partlayış travması, döş qəfəsin sol yarısının yumşaq toxumaların əzilməsi" travması almışdır. İlk tibbi yardım olunduqdan sonra N saylı hərbi hissədə ambulator müayinədə olmuşdur. xx.xx.NN-ci ildə ordu sıralarından təxris edilmişdir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.N22-ci il tarixli, 15/2405 nömrəli imtina məktubunda qeyd etmişdir ki, ərizəyə əlavə etdiyi N nömrəli hərbi hissə komandirinin N dekabr NN-ci il tarixli 353 nömrəli əmrindən çıxarışda hərbi hissəyə "hərbi vəzifəli əsgər” qismində cəlb olunduğu qeyd edilib. "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 14.2-ci maddəsinə əsasən iddiaçı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti əməkdaşı hesab edilmir. Yuxarıda göstərilənləri nəzərə alıb, Nazirlər Kabinetinin 180-24 №-li 23 noyabr N04cü il tarixli Qərarı ilə qüvvəyə minmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”na uyğun tələb etdiyi kompensasiyanın ödənilməsi mümkün deyil. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.N22-ci il tarixli, 15/2835 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, vətəndaşın ərizəyə əlavə etdiyi N nömrəli hərbi hissə komandirinin N dekabr NN-ci il tarixli 353 nömrəli əmrindən çıxarışa (əlavə olunur) və N nömrəli hərbi hissənin xx.xx.N22-ci il tarixli 1757 nömrəli arayışa (əlavə olunur) əsasən xx.xx.NN-ci il tarixdə hərbi əməliyyatlara “ehtiyatda olan əsgər” qismində cəlb olunmuşdur. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 14.2-ci maddəsinə əsasən, Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), həmçinin hərbi qulluqçu vəzifələrinə təyin edilmiş mülki heyət sırasından olan şəxslər bu subyektlərin əməkdaşları hesab olunurlar. Qanunun tələbinə görə vətəndaş İddiaçı “Kəşfiyyat fəaliyyəti” subyekti əməkdaşı hesab edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 180-24 №-li 23 noyabr N04-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş “'Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”na uyğun tələb edilən kompensasiyanın ödənilməsi mümkün deyil. Qeyd olunanlara əsasən etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: xx.xx.N22-ci il tarixli 1814 nömrəli “Xəstəlik haqqında” şəhadətnamədən görünür ki, Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarı ilə iddiaçının xx.xx.NN-ci il tarixdə aldığı xəsarətin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi göstərilmişdir. N nömrəli hərbi hissənin xx.xx.N22-ci il tarixli məktubuna əlavə olunmuş N nömrəli hərbi hissə tərəfindən iddiaçıya verilmiş arayışda qeyd olunur ki, həmin arayış ləğv edilmiş N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu ehtiyatda olan əsgər İddiaçı verilir ondan ötrü ki, o həqiqətən N nömrəli hərbi hissə komandirinin xx.xx.NN-ci il tarixli 049 nömrəli əmrinə əsasən 2-ci kəşfiyyat bölüyünün 2-ci kəşfiyyat tağımının 1-ci kəşfiyyat manqasının komandiri vəzifəsini icra etmişdir. Hal-hazırda ehtiyata buraxılmışdır. N nömrəli hərbi hissənin xx.xx.N22-ci il tarixli məktubuna əlavə olunmuş N nömrəli hərbi hissə komandirinin xx.xx.NN-ci il tarixli, 353 nömrəli əmrindən çıxarışında qeyd olunur ki, hərbi vəzifəli əsgər İddiaçı, 2-ci kəşfiyyat bölüyünün 2-ci kəşfiyyat taqımının 1-ci kəşfiyyat manqasının komandiri Azərbaycan Ordusundan tərxis olunduğuna görə xx.xx.NN-ci il tarixdən bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinə göndərilmişdir. SHXÇDX-nin Şəki rayon şöbəsinin xx.xx.N22-ci il tarixli, N77 nömrəli məktubuna əlavə olunmuş iddiaçının xidməti dəftərçəsindən görünür ki, iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılıb və qeydiyyata durmaq üçün SHXÇDX-nin Şəki rayon şöbəsinə göndərilmişdir. SHXÇDX-nin Şəki rayon şöbəsinin xx.xx.N22-ci il tarixli, N77 nömrəli məktubuna əlavə olunmuş iddiaçının uçot kartasından görünür ki, iddiaçı xx.xx.N16-cı il tarixdə Tərtər-Qafanlı istiqamətində gedən döyüşlərdə, xx.xx.NN-ci il tarixdə isə Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə N saylı hərbi hissənin tərkibində könüllü iştirak etmişdir. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının xx.xx.N04-cü il tarixli 711-İİQ nömrəli Qanununa əsasən: 1.1. Kəşfiyyat fəaliyyəti - Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının ölkənin siyasi, iqtisadi, sosial, elmi-texniki, hərbi və digər sahələrdə milli maraqlarının müdafiəsi ilə bağlı məlumatların əldə edilməsinə və təhlilinə yönəlmiş, milli təhlükəsizliyin təmin edilməsi məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətidir. 1.2. Kəşfiyyat fəaliyyəti Azərbaycan Respublikasının milli maraqlarının təmin edilməsinə və milli təhlükəsizlik siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasına yönəlmişdir. 1.3. Əks-kəşfiyyat fəaliyyəti - Azərbaycan Respublikasının müvafiq dövlət orqanları tərəfindən xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və digər milli maraqlarına zərər vura biləcək kəşfiyyat, terror-təxribat və sair pozuculuq əməllərinin aşkarlanması, qabaqlanması və qarşısının alınması məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətdir. 1.4. Əks-kəşfiyyat fəaliyyəti Azərbaycan Respublikasının milli maraqlarının həyata keçirilməsinə mane olan və ya bu maraqlara təhlükə yaradan şərait, proses və amillərdən qorunmasına yönəlmişdir. 6.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri - Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanlarıdır. 6.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri və onların səlahiyyət dairəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin subyektlərin işinin əlaqələndirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 6.3. Digər müvafiq icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin müraciəti əsasında kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsində iştirak edirlər. 14.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçular və bu subyektlərlə əmək müqaviləsi bağlamış işçilərlə (mülki heyət) komplektləşdirilir. 14.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), həmçinin hərbi qulluqçu vəzifələrinə təyin edilmiş mülki heyət sırasından olan şəxslər bu subyektlərin əməkdaşları hesab olunurlar. N.12. Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 3 avqust N04-cü il tarixli 104 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən Qanunun N.12-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hesab olunmadığından, iddiaçı isə ehtiyatda olan əsgər qismində hərbi əməliyyatlara cəlb olunduğundan cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. İPM-in 1.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış (İPM-73.1), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-in 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “xidməti vəzifələrinin icrası zamanı xəsarət aldığı üçün kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti subyekti olaraq ona qanunda nəzərdə tutulmuş kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-510/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-510/2023
17.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver