Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-511/2020 15.05.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “yaşadığı və qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 472 kv.metr həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının tanınması, Dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı 1997-ci ildə alqı-satqı yolu ilə vətəndaş X4 adlı şəxsdən hal-hazırda yaşadığı və qeydiyyatda olduğu ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini almışdır. Ev ayrıca tikili olmaqla bir mərtəbəli, üç otaqlı, ümumi sahəsi 78,39 yaşayış sahəsi 55 kv.metrdir. Evin ətrafında 472 kv.metr həyətyanı torpaq sahəsi vardır. Ev bu torpaq sahəsi ilə birlikdə hasablanıb, iddiaçının və ailə üzvlərinin istifadəsindədir. İddiçı yaşayış evinə mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeyd etdirib müvafiq çıxarış almışdır. Lakin evin həyətyanı torpaq sahəsini öz adına özəlləşdirə bilməmişdir. Belə ki, iddiaçı bu məqsədlə cavabdeh DƏDRX-nin 17 saylı Yevlax ərazi idarəsinə ərizə ilə müraciət edib, özündə olan sənədləri təqdim etmişdir. Ancaq DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi ona 30 aprel 2019-cu il tarixli **********25 nömrəli məktubla imtina cavabı verərək, onun mülkiyyətində olan yaşayış evinin istifadəsində olan torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənədin olmamasını bildirmişdir. İddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazının dəlilləri: Ərazi idarəsinin arxiv məlumatlarına, elektron məlumat bazasına əsasən bildiririk ki, Mingəçevir şəhəri C.Məmmədquluzadə küçəsi 27 nömrəli 2 mənzilli yaşayış evinin, 1 nömrəli mənzili 17.09.1997-ci il tarixli, 5858/94a reyestr nömrəli qeydiyyat vəsiqəsi əsasında X2 mülkiyyətinə verilmişdir. X4 04.06.2000-ci il tarixdə notarial qaydada X1, o isə öz növbəsində 31.03.2006-cı il tarixində alqı-satqı müqaviləsinə əsasən mənzilin indiki sahibi İddiaçı satmışdır. Alqı-satqı müqavilələrində torpaq sahəsinin ayrılmasına aid heç bir qeyd olmamışdır. Mənzil də daxil olmaqla onun yerləşdiyi torpaq sahəsi yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olub idarənin elektron məlumat bazasında 7325S və 7326S nömrəsi ilə sahibsiz torpaq sahəsi kimi göstərilmişdir. Qeyd olunanları nəzərə alaraq iddia ərizəsinin təmin olunmamasını xahiş etmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuş, məhkəmə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamışdır. Onlara iddiaçının AZE seriyalı 0******* nömrəli ş/v-nin təsdiqlənmiş surəti, AR DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı DƏDRX-nin MN seriyalı ******* nömrəli çıxarışın təsdiqlənmiş surəti, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin 30.04.2019-cu il **********25 nömrəli imtina məktubu və 19.02.2020-ci il tarixli **********49 nömrəli məktubu, Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışı aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 8 əsas müəyyən olmunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci madddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin 19.02.2020-ci il tarixli **********49 nömrəli məktubundan görünür ki, Mingəçevir şəhəri C.Məmmədquluzadə küçəsi 27 nömrəli 2 mənzilli yaşayış evinin, 1 nömrəli mənzili 17.09.1997-ci il tarixli, 5858/94a reyestr nömrəli qeydiyyat vəsiqəsi əsasında X2 mülkiyyətinə verilmişdir. X4 04.06.2000-ci il tarixdə notarial qaydada X1, o isə öz növbəsində 31.03.2006-cı il tarixində alqı-satqı müqaviləsinə əsasən mənzilin indiki sahibi İddiaçı satmışdır. Alqı-satqı müqavilələrində torpaq sahəsinin ayrılmasına aid heç bir qeyd olmamışdır. Mənzil də daxil olmaqla onun yerləşdiyi torpaq sahəsi yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olub idarənin elektron məlumat bazasında 7325S və 7326S nömrəsi ilə sahibsiz torpaq sahəsi kimi göstərilmişdir. İddiaçıya tələbində qeyd olunan torpaq sahəsinin verilməsinə dair sübut mövcud deyil. Mənzilin yerləşdiyi yaşayış evləri Mingəçevir şəhər İcra Hakimiyyətinin tabeliyində olan Mənzil İstismar Sahələrinin balansında olduğu üçün onların yerləşdiyi torpaq sahələrinə dair heç bir hüquqmüəyyənedici sənədi olmadığı üçün, mənzilin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması torpaq qanunvericiliyinin tələblərinə uyğun həll edilə bilər. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, yaşadığı və qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 472 kv.metr həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının tanınması, Dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “yaşadığı və qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 472 kv.metr həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının tanınması, Dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 1) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-511/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-511/2020
15.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver