Məhkəmə qərarları › İş №2-1(116)-511/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-511/2021

13.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-511/2021 13.04.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx xxxxxx N992-ci ildə N №-li hərbi hissə komandirinin 72/N №-li əmri ilə N nömrəli hərbi hissənin avtomobil manqasından hərbi əməliyyat zonasına gəlmiş və hərbi əməliyyata başlamışdır. İddiaçı xx xxxxxx N992-ci il tarixdən xx xxxx N996-cı il tarixədək cəbhə bölgəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikasının Mərkəzi Arxiv İdarəsinin xx xxxx 20N5-ci il tarixli 9/2-4048 №-li Arxiva Arayışından göründüyü kimi iddiaçı N nömrəli hərbi hissədən həqiqi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N994cü il tarixli N90 nömrəli əmri ilə hərbi hissənin şəxsi heyətinə daxil edilmiş və bütün növ təminatlara salınmaqla təminat qurupunun sürücü-mexaniki vəzifəsinə təyin olunmuşdur. Eyni zamanda Müdafiə Nazirliyinin xx.xx.N996-cı il tarixli əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müddətli xidmət edən THN-nin sürücüsü kimi 4NN №-li hərbi hissə komandirinin xx xxxx N996-cı il tarixli N48 nömrəli əmri ilə bütün növ təminatlardan silinmiş və hərbi hissənin şəxsi heyətindən çıxarılaraq Qəbələ RHK-na göndərilmişdir. İddiaçı cavabdeh orqana ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir.Cavabdeh iddiaçıya ünvanladığı imtina məktubunda qeyd etmişdir ki, xidmət etdiyi N və N nömrəli həmin hərbi hissələr Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığından ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Cavabdeh iddiaçının iddia tələbinə dair rəsmi münasibət (etiraz) bildirməmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. İş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin iddiaçıya verdiyi xx.xx.20N6-cı il tarixli, 9/2-39 nömrəli arxiv arayışında qeyd edilir ki, N №-li hərbi hissə komandirinin xx xxxxxx N992-ci il tarixli 72/N №-li əmrilə (əsas: §6, səh.69, sıra8, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən bağlanmamışdır) N №-li hərbi hissənin avtomobil manqasından hərbi əməliyyat zonasına gəlmiş və hərbi əməliyyata başlamış sayılmışdır. N8N №-li hərbi hissədən həqiqi xidmətini davam etdirmək üçün gəlmiş XN 4NN №li hərbi hissə komandirinin xx xxxxxx N994-cü il tarixli N90 №-li əmrilə (əsas: §7, səh.42) gəlmiş hesab edilərək hərbi hissənin şəxsi heyyətinin siyahısına və bütün növ təminatlara salınmaqia təminat qrupunun sürücü-mexanik vəzifəsinə təyin olunmuşdur. Müdafiə Nazirinin 24.06.96-cı il tarixli əmri ilə Silahlı Qüvvələrdən ehtiyata təxris olunmuş müddətli xidmət edən THİ-nin sürücüsü sıravi İ.Y.Göyçəyev 4NN №-li hərbi hissə komandirinin xx xxxx N996-cı il tarixli N48 №-li əmrilə (əsas: §6) bütün növ təminatdan silinmiş və hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılaraq Qəbələ RHK-na göndərilmişdir. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin fevral N994-cü il, N8N №-li hərbi hissə komandirinin avqust N994-cü il dövrü əhatə edən nizami hissə üzrə əmrlərində və 877, 74N, N və N8N №-li hərbi hissənin şəxsi heyyətin əlifba qeydiyyatı kitablarında İ.Y.Göyçəyevin xidməti barədə məlumat aşkar edilməmişdir. Bildiririk ki, 74N №-li hərbi hissə komandirinin iyun N992-ci il dövrü əhatə edən nizami hissə üzrə əmrləri Mərkəzi Arxivə daxil olmadığından İ.Y.Göyçəyevin xidməti barədə araşdırma apara bilmirik. İş materiallarında olan MN Hüquq İdarəsinin xx.xx.202N-ci il tarixli, NN/663 nömrəli məktubuna əlavə edilən xx.xx.20N8-ci il tarixli məktubda qeyd edilir ki, N nömrəli hərbi hissə xx.xx.N993-cü il tarixdən xx.xx.N994-cü ilədək döyüş əməliyyatlarında iştirak edib. İş materiallarında olan MN Hüquq İdarəsinin xx.xx.202N-ci il tarixli, NN/663 nömrəli məktubuna əlavə edilən xx.xx.20N7-ci il tarixli məktubda qeyd edilir ki, N nömrəli hərbi hissə xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək, xx.xx.N993-cü il tarixdən xx.xx.N994-cü il tarixə kimi döyüş əməliyyatlarında iştirak edən hərbi hissə hesab edilib. N nömrəli hərbi hissənin isə döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumat yoxdur. İş materiallarında olan MN Hüquq İdarəsinin xx.xx.202N-ci il tarixli, NN/663 nömrəli məktubuna əlavə edilən xx.xx.2020-ci il tarixli məktubda qeyd edilir ki, 74N nömrəli hərbi hissə xx.xx.N993-cü il tarixdən xx.xx.N994-cü il tarixədək döyüş əməliyyatlarında ştirak edib. İş materiallarında olan MN Hüquq İdarəsinin xx.xx.202N-ci il tarixli, NN/663 nömrəli məktubuna əlavə edilən oktyabr 20N9-cu il tarixli məktubda qeyd edilir ki, N və N nömrəli hərbi hissələr döyüş əməliyyatlarında iştirak etməyib. İş materiallarında olan cavabdehin xx.xx.202N-ci il tarixli, 9/2-N880 nömrəli məktubunda qeyd edilir ki, N №-li hərbi hissə komandirinin fevral-mart N994-cü il və N №li hərbi hissə komandirinin fevral-mart N994-cü il tarili nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. NN0 №-li hərbi hissədən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda 704 (74N) №-li hərbi hissənin xx.xx.N992-ci ildən xx.xx.N992-ci ilədək, xx.xx.N993-cü ildən xx.xx.N994-cü ilədək və N8N №-li hərbi hissənin xx.xx.N993-cü ildən xx.xx.N994-cü ilədək döyüş əməliyatlarında iştirak etməsi barədə məlumat vardır, lakin N №-li hərbi hissənin döyüş əməliyatlarında iştirak etməsi barədə qeydiyyat aparılmamışdır. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 72/N nömrəli əmrindən çıxarışdan müəyyən edilir ki, iddiaçı həmin tarixdən hərbi əməliyyat zonasına gəlmiş və hərbi əməliyyata başlamış sayılmışdır. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, 69 nömrəli əmrinin arxiv çıxarışından müəyyən edilir ki, iddiaçı həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş və bütün növ təminatlara salınmışdır. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, N69 nömrəli əmrinin arxiv çıxarışından görünür ki, Prezidentin N62 nömrəli Fərmanına əsasən iddiaçı evin tək oğlu olduğu üçün Bakı şəhərinə N nömrəli hərbi hissəyə göndərilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, N90 nömrəli əmrinin arxiv çıxarışından müəyyən edilir ki, iddiaçı xx.xx.N994-cü il tarixdən xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə gəlmiş, hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş və bütün növ təminatlara salınmışdır. İş materiallarında olan 4NN saylı hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli, N49 nömrəli əmrinin arxiv çıxarışından görünür ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.N996-cı il tarixli, 466 nömrəli Fərmanı ilə Müdafiə nazirinin xx.xx.N996cı il tarixli, N4N nömrəli əmri ilə Silahlı Qüvvələrdən ehtiyata tərxis edilmiş və xx.xx.N996cı il tarixdən bütün növ təminatlardan silinmiş və hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmışdır. İş materiallarında olan iddiaçının ******* nömrəli hərbi biletinin surətində iddiaçının N və N nömrəli hərbi hissələrdə xidmət etdiyi, Azərbaycan Respublikası Prezidentinin xx.xx.N996-cı il tarixli, 466 nömrəli Fərmanı ilə ordudan tərxis olunduğu qeyd olunmuşdur. İş materiallarında olan Füzuli Hərbi Prokurorluğunun xx.xx.20N7-ci il tarixli, N7/N587 nömrəli məktubunun surətində qeyd edilir ki, iddiaçı barəsində Prokurorluqda təqsirləndirici material və ya cinayət işi qeydə alınmamışdır. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.N-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsaslıdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin N-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İşin məhkəmə araşdırmasından məlum olduğu kimi iddiaçı hərbi xidmət əleyhinə cinayət törətməmiş, cinayət məsuliyyətinə cəlb olunmamışdır. O, qanuni əsaslarla ordudan tərxis edilmişdir. İş materiallarında olan sənədlərdən və əmrlərin təsdiqlənmiş surətindən iddiaçının 704, N nömrəli hərbi hissədəki xidməti tam təsdiq olunur. 704 (74N) №-li hərbi hissənin xx.xx.N992-ci ildən xx.xx.N992-ci ilədək, xx.xx.N993-cü ildən xx.xx.N994-cü ilədək və N8N №-li hərbi hissənin xx.xx.N993-cü ildən xx.xx.N994-cü ilədək döyüş əməliyatlarında iştirak etməsi və iddiaçının həmin dövrlərdə həmin hərbi hissələrdə xidmət etməsi əmrlərdən çıxarışlarla təsdiq olunur. Göründüyü kimi, iddiaçıya veteran adının verilməsi üçün hüquqi əsaslar vardır, bunu istisna edən hallar mövcud deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun N9.N-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24.N-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.N.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Həmin məcəllənin 34.N-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in NN0.N-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.N.N2-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı "Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 3N8) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar