Məhkəmə qərarları › İş №2-1(116)-514/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-514/2024

14.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-514/2024 14.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi ilə iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Mingəçevir Bələdiyyəsinə qarşı “Mingəçevir Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 39/3 №-li qərarının 25.1-ci bəndinin Mingəçevir şəhəri, Nizami və N.Nərimanov küçələrinin kəsişdiyi ərazidən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə çoxmərtəbəli yaşayış binasının tikintisi üçün 1500 kv.m (23.0 m x 65.0 m) torpaq sahəsinin icarəyə verilməsi hissəsinin ləğv edilməsinə dair Cavabdeh “torpaq sahəsinin icarəyə verilməsinə dair qərarın ləğv edilməsi haqqında” 05 may 2023-cü il tarixli, 08/8 №-li qərarının etibarsız sayılması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Mingəçevir Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 39/3 №-li qərarının 25.1-ci bəndinin Mingəçevir şəhəri, Nizami və N.Nərimanov küçələrinin kəsişdiyi ərazidən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə çoxmərtəbəli yaşayış binasının tikintisi üçün 1500 kv.m (23.0 m x 65.0 m) torpaq sahəsinin icarəyə verilməsi hissəsinin ləğv edilməsinə dair Mingəçevir Bələdiyyəsinin “torpaq sahəsinin icarəyə verilməsinə dair qərarın ləğv edilməsi haqqında” 05 may 2023-cü il tarixli, 08/8 №-li qərarının etibarsız sayılması barədə” qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbində göstərmişdir ki, "xxxx" MMC-nin Mingəçevir Bələdiyyəsinə 12 avqust 2006-cı il tarixli yazılı müraciəti əsasında Mingəçevir Bələdiyyəsinin 25 oktyabr 2006-cı il tarixli, 27/3 №-li qərarı ilə "xxxx" MMC-yə Mingəçevir şəhəri Nizami Gəncəvi və Nəriman Nərimanov küçələrinin kəsişdiyi ərazidən çoxmərtəbəli yaşayış binasının tikintisi üçün 1500 m2 (23.0m x 65.0m) torpaq sahəsi 50 il müddətinə icarəyə verilmişdir. Daha sonra, "xxxx" MMC Mingəçevir Bələdiyyəsinə xx.xx.2007-ci il tarixli, 34№-li məktub ilə müraciət edərək, Mingəçevir Bələdiyyəsinin 25 oktyabr 2006-cı il tarixli, 27/3 №-li qərarı ilə "xxxx" MMC-yə çoxmərtəbəli yaşayış binalarının və mehmanxana binasının tikintisi üçün ayrılmış torpaq sahələrinin, o cümlədən şəhərin N.Gəncəvi küçəsi ilə N.Nərimanov küçəsinin kəsişdiyi ərazidən çoxmərtəbəli yaşayış binasının tikintisi üçün 50 il müddətinə icarəsinə verilmiş 1500 m2 (23.0m x 65.0m) torpaq sahəsinin "xxxx" MMC-nin razılığına əsasən geri alınaraq təyinatları dəyişdirilmədən İddiaçı MMC-nin adına sənədləşdirilməsini xahiş etmişdir. "xxxx" MMC də xx.xx.2007-ci il tarixli, 17 №-li məktubla Mingəçevir Bələdiyyəsinə müraciət edərək, həmin torpaq sahəsinin "xxxx" MMC-nin adına sənədləşdirilməsinə razılıq vermişdir.Daha sonra Mingəçevir Bələdiyyəsi ilə iddiaçı Universal-Xidmət” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Mingəçevir Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 39/3 saylı qərarı əsasında xx.xx.2014-cü il tarixli, 12 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” Müqavilə bağlanmışdır. Bundan sonra Mingəçevir Bələdiyyəsi tərəfindən xx.xx.2013-cü il tarixli, 08/8 nömrəli qərarına əsasən Mingəçevir Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 39/3 saylı qərarında qeyd edilmiş torpaq sahəsinin icarəyə verilməsinin bir hissəsi ləğv edilmişdir. İddiaçı qəbul edilən qərarın əsassız və qanunsuz olduğunu hesab edərək məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia tələbinə etirazda qeyd etmişdir ki, Mingəçevir şəhərinin Baş planına uyğun olaraq rekreasiya (istirahət) zonası kimi təsdiq olunması və ərazidən icarədar tərəfindən 16 ildən çox istifadə edilməməsi nəzərə alınaraq Mingəçevir Bələdiyyəsinin 05 may 2023-cü il tarixli qərarı ilə Mingəçevir Bələdiyyəsinin 24 iyul 2007-ci il tarixli 39/3 saylı qərarı "xxxx" MMC-yə Mingəçevir şəhərinin Nizami və N.Nərimanov küçələrinin kəsişdiyi ərazidən "Universal-Xidmət'’ MMC-yə çoxmərtəbəli yaşayış binasının tikintisi üçün 1500 kv.m (23.Om x 65.0m) torpaq sahəsinin icarəyə verilməsi hissəsində ləğv edilmiş və lhəmirı qərarla "xxxx" MMC-yə şəhərin digər ərazisindən sahibkarlıq fəaliyyəti məqsədilə torpaq sahəsinin ayrılması üçün Mingəçevir Bələdiyyəsinə müraciət etməsi təklif olunmuşdur.Mingəçevir Bələdiyəsinin həmin xx.xx.2023-cü il tarixli 08/8 №-li qərarı məlumat üçün dərhal "xxxx" MMC-yə və "Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri" X1 17 saylı Yevlax Ərazi İdarəsinə rəsmi qaydada göndərilmişdir. Lakin hazırkı iş üzrə iddiaçı "xxxx" MMC ona başqa yerdən torpaq sahəsinin ayrılıması barədə Mingəçevir şəhərinə hər hansı təkliflə bu günədək gəlib müraciət etməmişdir. Əlavə olaqraq qeyd etmək istəyitik ki, hazırkı iş üzrə iddiaçı "xxxx" MMC Mingəçevir şəhəri İcra Hakimiyyətinə qarşı da iddia ərizəsi ilə Şəki inzibati Məhkəməsinə müraciət edərək hazırda "mübahisələndirdiyi Mingəçevir şəhəri Nizami və Nərimanov küçələrinin kəsişdiyi ərazidəki 1500 kv.metr torpaq sahəsində ticarət obyektlərinin tikintisi üçün icazə verilməsi barədə qərar qəbul etmə öhdəliyinin cavabdeh Mingəçevb şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması' barədə qərar qəbul edilməsini xahiş etmiş və Şəki İnzibati Məhkəməsinin 2-1(1161-1348/2023 saylı xx.xx.2023-cii il tarixli qərarı ilə "xxxx" MMC-nin iddiası əsassız olduğuna görə təmin edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər lazımi qaydada xəbərdar edilmişdir. İddiaçının vəkili məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etiraz məktubu ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İnzibati işə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:

1. RX seriyalı ******* qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri, Nizami ünvan 1 ünvanında yerləşən 0.1494 ha torpaq sahəsi icarə hüququ əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına qeydə alınmışdır.

2. RX seriyalı ******* qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri, Nizami ünvan 1 ünvanında yerləşən 0.1494 ha torpaq sahəsi icarə hüququ əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına qeydə alınmışdır.

3. A seriyalı 24136 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiqlənmiş surətindən görünür ki, Mingəçevir şəhəri, Nizami ünvan 1 ünvanında yerləşən 0.15 ha torpaq sahəsi icarə hüququ əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına verilmişdir.

4. A seriyalı 241363 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiqlənmiş surətindən görünür ki, Mingəçevir şəhəri, Nizami ünvan 1 ünvanında yerləşən 0.15 ha torpaq sahəsi icarə hüququ əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına verilmişdir.

5. xx.xx.2014-cü il tarixli 12 nömrəli Torpaq sahəsinin icarəsi müqaviləsinin surəti.

6. Mingəçevir Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 27/3 saylı qərarı;

7. Mingəçevir Bələdiyyəsinin 24 iyul 2007-ci il tarixli 39/3 saylı qərarı;

8. Mingəçevir Bələdiyyəsinin 05 may 2023-cü il tarixli 08/8 saylı qərarı ;

9. Mingəçevir şəhəri İcra Hakimiyyətinin 13 aprel 2023-cü il tarixli məktubunun surəti. Əsaslandırma hissəsi :

İddia ərizəsinə görə iddiaçı cavabdeh Mingəçevir Bələdiyyəsinin “torpaq sahəsinin icarəyə verilməsinə dair qərarın ləğv edilməsi haqqında” 05 may 2023-cü il tarixli, 08/8 №li qərarının etibarsız hesab edilməsini xahiş edir. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər.İddia mümkündür və əsaslıdır. Hazırkı iddia tələbinə əsasən mübahisələndirlən Mingəçevir Bələdiyyəsinin “05 may 2023-cü il tarixli, 08/8 №-li qərarı ilə bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin icarəyə verilməsinə dair Mingəçevir Bələdiyyəsinin 24 iyul 2007-ci il tarixli 39/3 saylı qərarını TMnin 73-cü maddəsinin 1-ci bəndinin 8-ci abzasına əsasən (kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə) ləğv edilmişdir. Aşağıda qeyd olunan normaları işin hallarına tətbiq edən məhkəmə hesab edir ki,bələdiyyənin həmin əsasla qərarı ləğv etmək səlahiyyəti olmadığından iddia tələbi əsaslı olmaqla mübahisələndirilən qərar etibarsız hesab edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyə əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ-hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 73. Torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları

1. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə: əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə; kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə; dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə; torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; torpaq sahəsinin ipotekası zamanı ipoteka ilə təmin edilmiş öhdəlik icra edilmədikdə.

2. Bu maddənin 1-ci bəndinin 5-ci, 8-ci, 9-cu və 10-cu abzaslarında nəzərdə tutulan müddəalar xüsusi mülkiyyətdə olan torpaqlara şamil edilmir.

3. Bu maddənin 1-ci bəndinin 7-ci abzasında nəzərdə tutulan müvəqqəti istifadəyə və icarəyə verilmiş torpaqların geri alınmasına səbəb olan halların müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilir (həmin torpaqlar tərəflərin razılığı ilə geri alındıqda bu qayda tətbiq edilmir).

4. Qanunvericilikdə torpaq üzərində mülkiyyət, torpaqdan istifadə və icarə hüququna xitam verilməsinin digər əsasları da nəzərdə tutula bilər. Maddə 75. Torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsi qaydaları

1. Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir.

2. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun xitamı bu barədə məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən qərar qəbul edildiyi tarixdən, torpaq mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etdikdə isə müvafiq ərizə verilən tarixdən baş verilir.

3. Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 5-ci, 7-ci, 10-cu abzaslarında nəzərdə tutulan hallarda torpaq sahələri üzərində , istifadə və icarə hüquqlarına xitam verilməsi haqqında qərar, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir.

4. Məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilməsi barədə qərar qəbul edərkən, torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə torpaqların keyfiyyətinin yaxşılaşdırılmasına çəkdikləri xərclərin ödənilməsi və ya onların torpaqdan səmərəsiz istifadə etməsi nəticəsində vurduqları zərərin ödənilməsi barədə göstərişlər də verə bilərlər.

5. Torpaq sahələri üzərində istifadə və ya icarə hüququna xitam verilməsi barədə məhkəmənin, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarından qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəməyə şikayət vermək olar.

6. Torpaq üzərində hüquqlara xitam verilmə qaydası bu Məcəllə ilə nəzərdə tutulmadıqda, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilir. “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Qanunun 65-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. «İnzibati icraat haqqında» Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda inzibati orqan öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Əks təqdirdə, həmin aktın etibarsızlığına dair «müəyyən etmə və tanınma haqqında» iddia ilə məhkəməyə müraciət oluna bilər. Belə iddia isə, yalnız o halda əsaslı sayıla bilər ki, «İnzibati icraat haqqında» Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olsun. Qeyd olunan normada inzibati aktın etibarsız hesab edilməsi əsasları “numerus clasus” (dəqiq siyahı) prinsipinə əsasən tam olaraq sadalanmışdır.Bu əsasların mövcud olması inzibati aktın heç bir hüquqi qüvvəyə malik olmadığını bildirir.Qanunverici dəqiq siyahı müəyyən etməklə inzibati aktı etibarsız hesab edən halları konkretləşdirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında «Bələdiyyələrin statusu haqqında» Qanunun 48-ci maddəsinin 4-cü bəndinə münasibətdə qeyd edilmişdir ki, həmin normaya müvafiq olaraq, bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna bilər müddəası digər şəxslər üçün hüquqi nəticələrindən asılı olmayaraq bələdiyyənin qəbul etdiyi istənilən qərarı sonradan ləğv etmək səlahiyyətinin olması kimi şərh edilməsi düzgün hesab edilə bilməz. İnzibati Prossesual Məcəllənin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilir. Mingəçevir Bələdiyyəsinin 24 iyul 2007-ci il tarixli 39/3 saylı qərarının 25.1-ci bəndinin “Mingəçevir şəhəri Nizami və N.Nərimanov küçələrinin kəsişdiyi ərazidən "xxxx" MMC-yə çoxmərtəbəli yaşayış binasının tikintisi üçün 1500 kv.m (23.0 m x 65.0 m) torpaq sahəsinin icarəyə verilməsi hissəsinin ləğv edilməsinə dair” Mingəçevir Bələdiyyəsinin 05 may 2023-cü il tarixli 08/8 №-li qərarı etibarsız sayılır. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar