Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-515/2020 05.05.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi X1 qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “sürücülük vəsiqəsinin ona qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı Mingəçevir şəhər Polis şöbəsinin DYPB-nin YPX-i tərəfindən tərtib edilmiş xx.xx.2016-cı il tarixli, KYP 196863 saylı inzbati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə Mingəçevir şəhər məhkəməsinin xx.xx.2016-cı il tarixli 3(051)-683\2016 saylı məhkəmə qərarı ilə 400 manat məbləğində inzibatı cərimə edilmişdir. Cərimə qanunvericiliklə nəzərdə tutulmuş qaydada vaxtında ödənilmədiyindən Mingəçevir şəhər məhkəməsinin xx.xx.2017-ci il tarixli 3(051)-926\2017 saylı məhkəmə qərarı ilə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinə əsasən onun nəqliyyat vasitəsini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. O, birinci qərar üzrə 400 manat inzibati cəriməni tam ödəyib sürücülük vəsiqəsini Yevlax RQİ və TBŞ-yə təhvil verilmişdir. Nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılmasına dair 6 (altı) ay müddəti bitdiyindən X4 və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 400 manat məbləğində inzibatı cərimənin İddiaçı tərəfindən tam ödənilməsi və məhdudlaşdırılma müddəti bitdiyi əsası ilə icra icraatına xitam verilmişdir. Həmin qərarın qəbul edilməsindən sonra o Yevlax RQİ və TBŞ-yə müraciət edərək sürücülük vəsiqəsinin qaytarılmasını tələb etmişdir. Lakin orada ona bildirmişlər ki, 400 manat məbləğində inzibatı cərimənin üzərinə əlavə hesablanmış 250 manat penyanıödədikdə sürücülük vəsiqəsi qaytarılacaqdır. Eyni məzmunlu müraciətlə o, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nə ünvanladığı məktuba cavabdeh Yevlax RQİ və TBŞ-i rədd cavabı vermişdir. Azərbaycan Respublikası DİN-nin x xxxxxx 2012-ci il tarixli, Qİ6-001-12 №-li qərarı ilə təstiq edilmiş “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması haqqında” Təlimatın 6.16.2-ci bəndinə əsasən, nəqliyyat vasitəsini idarəetmə hüququn bir il və daha az müddətə məhdudlaşdırılması müddəti qurtardıqda sürücülük vəsiqəsi onun sahibinə imtahansız, həmin bitdiyi gün qaytarılır. Göründüyü kimi, cavabdeh adı çəkilən Təlimatın tələblərini yerinə yetirmir və qanunsuz olaraq özündə saxlamaqla hüquqlarını məhdudlaşdırır. Beləliklə iddiaçı hesab edir ki, cavabdeh Yevlax RQİ və TBŞ-nin sürücülük vəsiqəsinin qaytarılmasından imtina edilməsi qanunsuz və əsassızdır. Cavabdeh Yevlax RQİ və TBŞ-i sürücülük vəsiqəsinin qaytarılmasına dair öhdəliyi icra etmək iqtidarında olan inzibati orqandır və belə olan halda onun qanunsuz hərəkətlərini və ya hərəkətsizliyini İnzibati İqtisadi məhkəmədə mübahisələndirmək olar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinin tələblərinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılması İnzibati İqtisadi məhkəmələrə aiddir. Həmin məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Cavabdeh imtinasında bildirmişdir ki, şöbənin kompyuter bazasında olan məlumata əsasən vətəndaş İddiaçı adında cərimə vardır və cərimə haqqında məlumat vətəndaş İddiaçı şifahi izah olunmuşdur. Əlavə olaraq bildirirlər ki, vətəndaş Hikmət Bəxtiyar oğlu cəriməni ödədiyi halda həftənin iş günləri şöbəyə müraciət edərək sürücülük vəsiqəsini götürə bilər. Cavabdehin etirazının dəlilləri: Vətəndaş İddiaçı şöbənin kompyuter bazasında olan məlumata əsasən Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 3(051)-926/2017 saylı qərarı əsasında 6 (altı) ay müddətinə sürücülük hüququndan məhrum edilmişdir. İddiaçı sürücülük vəsiqəsini götürmək üçün şöbəyə müraciət etdikdə onun şöbənin kompyuter bazasında olan məlumata əsasən xx.xx.2016-cı il tarixli KYP 196863 saylı protokol əsasında cəriməsi olduğu bildirilmiş və sürücülük vəsiqəsinin ona qaytarılmasına etiraz edilmişdir. Əlavə olaraq bildirirlər ki, X2 Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli 517-İQ nömrəli xx.xx.2018-ci il tarixədək olan əlavə və dəyişikliklər olan Qanunun 35-ci maddəsinin 4.1 və 4.3-cü bəndinə əsaslanaraq həmin sürücülük vəsiqəsinin vətəndaş İddiaçı qaytarılmasına imtina edilmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 09832625 nömrəli vətəndaşın Şəxsiyyət Vəsiqəsinin surəti, AR DİN Baş Dövlət X3 xx.xx.2019-cu il tarixli 15/1486 nömrəli imtina məktubu, xx.xx.2020-ci il tarixli 15/1958 nömrəli məktubu, xx.xx.2019-cu il tarixli qəbzlər, xx.xx.2019-cu il tarixli 318 nömrəli, xx.xx.2019-cu il tarixli 457 nömrəli, xx.xx.2019-cu il tarixli 266 nömrəli, xx.xx.2019-cu il tarixli 384 nömrəli ödəniş tapşırıqları, xx.xx.2019-cu il tarixli İcraata xitam verilməsi haqqında qərar, xx.xx.2017-ci il tarixli 3(051)-926/2017 nömrəli, xx.xx.2016-cı il tarixli 3(051)-683/2016 nömrəli Mingəçevir Şəhər Məhkəməsinin Qərarları aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və üzürlü səbəblərdən iştirak etməyəcəyini bildirmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqandır. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Həmçinin, iddia əsaslıdır. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 3(051)-683/2016 nömrəli Qərarından görünür ki, iddiaçı inzibati xəta törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. İşdə olan, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 3(051)-926/2017 nömrəli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinib, 6 (altı) ay müddətində nəqliyyat vasitələrinin idarə etmə hüququ məhdudlaşdırılmışdır. İşdə olan xx.xx.2019-cu il tarixli, 318 nömrəli, ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 133 (yüz otuz üç) manat ödənilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli 457 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 21 (iyirmi bir) manat ödənilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli 266 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 133 (yüz otuz üç) manat ödənilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli 384 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 116.50 (yüz on altı manat əlli qəpik) manat ödənilmişdir. İşdə olan X4 və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli Qərarından görünür ki, icra sənədində qeyd olunan tələb borclu İddiaçı tərəfindən tam şəkildə təmin olunmuşdur. “X2” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinin Xİİİ hissəsinə əsasən nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması müddəti qurtardıqda sürücülük vəsiqəsi aşağıdakı qaydada qaytarılır: 1) nəqliyyat vasitəsini idarə etmə hüququ bir ildən çox müddətə məhdudlaşdırılmış şəxslərə nəqliyyat vasitəsini idarəetmə vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə verdiyi gün; 2) nəqliyyat vasitəsini idarə etmə hüququ bir il və daha az müddətə məhdudlaşdırılmış şəxslərə imtahansız, həmin müddət bitdiyi gün. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin x xxxxxx 2012-ci il tarixli Q16-001- 12 №-li qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları haqqında” Təlimatın 6.16.2-ci bəndinə əsasən, nəqliyyat vasitəsini idarəetmə hüququ bir il və daha az müddətə məhdudlaşdırılmış şəxslərə nəqliyyat vasitəsini idarəetmə hüququnun məhdudlaşdırılması müddəti qurtardıqda sürücülük vəsiqəsi onun sahibinə imtahansız, həmin müddət bitdiyi gün qaytarılır. İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir. Qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, barəsində inzibati tənbeh tətbiq edilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədi ilə məcburi icraya yönəldilir. Məcburi icraya yönəldilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərar könüllü icra üçün qanunla müəyyən edilmiş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məcburi icra tədbirləri görür. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir. İnzibati Xətalar Məcəlləsinin: 153.4-cü maddəsinə əsasən xüsusi hüququn məhdudlaşdırılması müddəti qurtardıqda, bu Məcəllənin 152.5-ci maddəsinə uyğun olaraq nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərara xitam verildikdə, barəsində həmin inzibati tənbeh növü tətbiq edilmiş şəxsdən alınan sənədlər ona qaytarılır. 153.5-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması müddəti qurtardıqda, sürücülük vəsiqəsi aşağıdakı qaydada qaytarılır: 153.5.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ bir ildən çox müddətə məhdudlaşdırılmış şəxslərə nəqliyyat vasitəsini idarə etmək vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə verdiyi gün; 153.5.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ bir il və daha az müddətə məhdudlaşdırılmış şəxslərə imtahansız, həmin müddət bitdiyi gün. Göründüyü kimi, İddiaçı İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan xətanı törətməyə görə 400 manat cərimə edilmiş, cəriməni 3 ay ərzində ödəmədiyi üçün İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətdiyi üçün onun nəqliyyat vasitələrini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. Cərimə olunma barədə qərar məcburi icraya yönəldilmiş, iddiaçı tərəfindən 400 manat cərimə dövlət büdcəsinə ödənildikdən sonra icra icraatına xitam verilmişdir. Qanunvericilikdə yığılmış faizlərin ödənilməməsinə görə vətəndaşın sürücülük vəsiqəsinin qaytarılmasından imtina olunması barədə inzibati orqanın hər-hansı hüququnun olması nəzərdə tutulmamışdır. Cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, cavabdeh onun sürücülük vəsiqəsini qaytarmaqdan imtina etməkdə haqlı deyil, bu səbəbdən də iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Yevlax Rayonlararası Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsinin üzərinə İddiaçı sürücülük vəsiqəsinin qaytarılması öhdəliyi qoyulur. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-515/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-515/2020
05.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver