Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-515/2024 03.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, cavabdehin nümayəndəsi X1, iddiaçının vəkili Nümayəndə, İddiaçı iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “İsmayıllı Rayon Zeyvə Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli, 10 saylı qərarı ilə İsmayıllı iddiaçıya ayrılmış 2000 kv.m torpaq sahəsi elektron bazasında bələdiyyə mülkiyyətinə düzəliş edilməklə torpaq sahəsi üzərində mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestr çıxarışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi və buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi üzrə mümkünlük məsələsinə Şəki İnzibati Məhkəməsinin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “İsmayıllı Rayon Zeyvə Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli, 10 saylı qərarı ilə İsmayıllı iddiaçıya ayrılmış 2000 kv.m torpaq sahəsi elektron bazasında bələdiyyə mülkiyyətinə düzəliş edilməklə torpaq sahəsi üzərində mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestr çıxarışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İsmayıllı Rayon Zeyvə Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İsmayıllı rayonu Zeyvə Bələdiyyəsinin xx.xx.2006-cı il 10 saylı Qəran ilə İddiaçı 2000 kvm torpaq sahəsi ayrılmış və həmin sahə dövlət torpaq kadastr kitabında xx.xx.2007-ci il 96 nömrə ilə qeydiyyata alınmışdır. Keçmiş DTXK İsmayıllı rayon şöbəsi tərəfindən bütün sənədlər rəsmi möhürlənmişdir. Müvafiq alqı satqı aktı və rəylər vardır. Torpaq sahəsinin planı və ölçüsü mövcuddur.Həmin torpaq sahəsinə olan hüquqlarını Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması üçün cavabdeh ƏMDK yanında DƏDRXnin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə verdiyi imtina məktubu vermişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz məktubunda bildirmişdir ki, Ərazi İdarəsinin əməkdaşları tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron baza məlumatları ilə müqayisə olunduqda məlum olmuşdur ki, iddiaçının iddia etdiyi torpaq sahəsi naturada başqa vətəndaşın həyətyanı sahə kimi istifadəsindədir. Bu səbəbdən fakktiki torpaq sahəsində çöl-ölçmə işləri işlərinin aparılması mümkün olmamışdır.Həm sənəd üzrə həm də faktiki torpaq sahəsi Ərazi idarəsində mövcud olan elektron baza xəritələrində meşə tondu torpaqları (DMF), DT və XK-i tərəfindən tərtib edilmiş kadastır planları və qeydiyyata alınmış digər torpaq sahələri ilə üst-üstə düşür. Həmçinin onuda qeyd etmək istəyirik ki, İddiaçının iddia etdiyi 2000 kv.m torpaq sahəsinə dair elektron bazada düzəliş etmək 9 saylı Qəbələ Ərazi idarəsinin səlahiyyətləri daxilində deyildir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək iddianın mümkün hesab olunmamasını xahiş etdi. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixli məhkəmə iclasında aşağıdakı qərardada təsbit olunan hüquqi mövqeyi iddiaçının vəkilinə şifahi qaydada izah olunmuş, onun dinlənilmək hüququ təmin edilmişdir. Əsaslandırma hissəsi: İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı İsmayıllı Rayon Zeyvə Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli, 10 saylı qərarı ilə İsmayıllı iddiaçıya ayrılmış 2000 kv.m torpaq sahəsi elektron bazasında bələdiyyə mülkiyyətinə düzəliş edilməklə torpaq sahəsi üzərində mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestr çıxarışının verilməsindən ibarətdir. İddiaçı həmin tələblə cavabdehə müraciət etmiş, tələb təmin olunmamışdır. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya şifahi şəkildə hüquqi yardım göstərilərək məhkəmənin iddianın mümkünlüyünə dair hüquqi mövqeyi izah olunmuş,tərəflərin iştirakı ilə müzakirə edilərək iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. İddia olunan torpaq sahəsi ilə bağlı mütəxəssis rəyi tələb edilmişdir. Təqdim olunmuş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində aşağıdakılar göstərilmişdir : Elektron baza məlumatlarına əsasən İsmayıllı rayonu Zeyvə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 10 saylı qərarı ilə ayrılmış, DT və XK tərəfindən İddiaçı adına tərtib edilmiş A№ 006592 nömrəli plan-ölçü sənədində göstərilən 0,20 ha (2000 kv.m) torpaq sahəsi, İsmayıllı rayonu Zeyvə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 10 saylı qərarı ilə ayrılmış, DT və XK tərəfindən X2 adına tərtib edilmiş A№ 030576 nömrəli plan-ölçü sənədində göstərilmiş 2,0 ha torpaq sahəsi ilə tam şəkildə üst-üstə düşür. Sözügedən İsmayıllı rayonu Zeyvə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 10 saylı qərarı ilə ayrılmış, DT və XK tərəfindən X2 adına tərtib edilmiş A№ 030576 nömrəli planölçü sənədində göstərilmiş 2,0 ha torpaq sahəsi Hüquqların Dövlət reyestrində xx.xx.2008ci il tarixli **********78 saylı çıxarışla qeydiyyata alınmış, sonradan həmin torpaq sahəsi bölgü sxemi əsasında bölünərək 0,80 hektar, 0,70 hektar və 0,50 hektar torpaq sahəsi kimi başqa şəxslərin adına qeydiyyata alınmışdır. X3 X4 (TEKUİS) əsasən İsmayıllı rayonu Zeyvə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 10 saylı qərarı ilə ayrılmış, DT və XK tərəfindən İddiaçı adına tərtib edilmiş A№ 006592 nömrəli plan-ölçü sənədində göstərilən 0,20 ha (2000 kv.m) torpaq sahəsinin 0,1974 ha (1974 kv.m) hissəsi faktiki naturada başqa vətəndaşların istifadəsində olan torpaq sahəsinin sərhədləri daxilinə, qalan 0,0026 ha (26 kv.m) hissəsi isə X7 torpaqlarına aid əraziyə düşür. Göründüyü kimi iddia olunan 0,20 ha torpaq sahəsi üzərində qeydə alınmış hüquq mövcuddur.Odur ki,iddia olunan 0,20 ha (2000 kv.m) hissəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı arzulanan nəticəyə nail olmaq üçün ilk növbədə Hüquqları dövlət reyestrində qeydiyyata alınmış (reyestr nömrəsi **********0807) Çıxarışın verilməsinə əsas olan ilkin hüquqmüəyyənedici sənəd-bələdiyyə qərarı mübahisələndilməlidir. Həmin iddia uğurlu olacağı halda iddia olunan torpaq sahəsi ilə bağlı müraciət edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16,35, 80, 83 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “İsmayıllı Rayon Zeyvə Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli, 10 saylı qərarı ilə İsmayıllı iddiaçıya ayrılmış 2000 kv.m torpaq sahəsi elektron bazasında bələdiyyə mülkiyyətinə düzəliş edilməklə torpaq sahəsi üzərində mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestr çıxarışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası digər subyektin qeydə alınmış hüququ ilə üst-üstə düşən hissədə mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə
Məhkəmə qərarları › İş №2-1(116)-515/2024
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-515/2024
03.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver