Məhkəmə qərarları › İş №2-1(116)-516/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-516/2020

03.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-516/2020 03.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi XN iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "03.09.N992ci ildən 03.0N.N994-cü ilədək N nömrəli hərbi hissədə, 08.0N.N994-cü ildən N3.02.N994-cü ilədək 70N nömrəli hərbi hissədə xidmət etməsi, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etməsi faktlarının tanınması və müharibə veteranı vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati işə açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "03.09.N992-ci ildən 03.0N.N994-cü ilədək N nömrəli hərbi hissədə, 08.0N.N994-cü ildən N3.02.N994-cü ilədək 70N nömrəli hərbi hissədə xidmət etməsi, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etməsi faktlarının tanınması və müharibə veteranı vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.N-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N0 aprel 20N5-ci il tarixli 05 nömrəli Qərarının 2.3-cü bəndinə görə, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İşdən göründüyü kimi, iddiaçının tələbləri 03.09.N992-ci ildən 03.0N.N994-cü ilədək N nömrəli hərbi hissədə, 08.0N.N994-cü ildən N3.02.N994-cü ilədək 70N nömrəli hərbi hissədə xidmət etməsi, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etməsi faktlarının tanınmasından və müharibə veteranı vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Məhkəmənin 27.N2.20N9-cu il tarixli məktubu ilə iddiaçıya izah edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğuna görə iddianın "03.09.N992-ci ildən 03.0N.N994-cü ilədək N nömrəli hərbi hissədə, 08.0N.N994-cü ildən N3.02.N994-cü ilədək 70N nömrəli hərbi hissədə xidmət etməsi, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etməsi faktlarının tanınması" hissəsi ilə bağlı aidiyyəti üzrə ümumi məhkəməyə müraciət edə bilər. İddianın "müharibə veteranı vəsiqəsinin verilməsi" hissəsi isə öhdəliyin icrası haqqında iddia növünə aiddir, bu növ iddiaların mümkünlük şərtlərindən biri iddiaçının ilk növbədə analoji tələblə cavabdehə müraciət etməsidir, işdə isə bunu təsdiq edən sənəd yoxdur. Qeyd olunan çatışmazlıqların aradan qaldırılması üçün iddiaçıya N0 gün müddət təyin edilmişdir. Lakin iddiaçı məhkəmənin təklifinə cavab olaraq yazdığı N0.0N.2020-ci il tarixli ərizədə məhkəmənin iradları ilə razılaşmadığını bildirmiş və iddia ərizəsinə baxılmasını xahiş etmişdir. Bundan sonra cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə NN.03.2020-ci il tarixli vəsatət göndərərək iddianın mümkün sayılmamasını xahiş etmiş və bildirmişdir ki, iddiaçı Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya"ya əvvəlcədən müraciət etməmişdir. İddiaçının istinad etdiyi 20.09.20N7-ci il tarixli məktub isə Nazirliyin Mərkəzi Arxivinin arayışı olmaqla inzibati akt statusuna malik deyil. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivi tərəfindən iddiaçıya yazılmış 20.09.20N7-ci il tarixli 9/2-N64N3 nömrəli məktubda iddiaçının Mərkəzi Arxivə ünvanlanmış ərizəsinə cavab olaraq bildirilir ki, N nömrəli hərbi hissə komandirinin əmrlər kitabları Mərkəzi Arxivə daxil olmamış, 70N nömrəli hərbi hissə komandirinin yanvar-fevral N994-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında iddiaçının xidməti barədə məlumat aşkar olunmamışdır. Həmin cavab məktubundangöründüyü kimi, iddiaçı tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə ünvanlanmış müraciətin məzmunu xidmət etdiyi hərbi hissələr barədə məlumat verilməsindən ibarət olmuşdur. Məhkəmənin 27.N2.20N9-cu il tarixli məktubu ilə müharibə veteranı adının və vəsiqəsinin verilməsi xahişi ilə cavabdehə müraciət etməsini təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi iddiaçıya təklif edilsə də, o, bunu etməmişdir. Belə olan halda, məhkəmə bu qənaətə gəldi ki, hazırkı iddia mümkün sayıla bilməz. Eyni zamanda, iddiaçıya izah edilir ki, o, müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün cavabdehə yazılı şəkildə müraciət edə bilər. Cavabdeh ona veteran adının və vəsiqəsinin verilməsindən imtina etdikdə, yaxud müraciətə cavab vermədikdə, iddiaçı yenidən iddia ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "03.09.N992-ci ildən 03.0N.N994-cü ilədək N nömrəli hərbi hissədə, 08.0N.N994-cü ildən N3.02.N994-cü ilədək 70N nömrəli hərbi hissədə xidmət etməsi, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etməsi faktlarının tanınması və müharibə veteranı vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən N0 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2iyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar