Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-516/2022 14.07.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X11 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "ümumi birgə mülkiyyətlərinə verilmiş Yevlax rayonu Cırdaxan kəndində yerləşən 0,2802 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 71,40 kv.m olan fərdi yaşayış evinə dair xx.xx.2019-cu il tarixli ********** nömrəli çıxarışda hüquq sahibi kimi subyektlər siyahısından üçüncü şəxs X6 adının çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Yevlax Rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilmiş "Yevlax rayon Cırdaxan kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl"in 81-ci sətrində X7 və X4 adları göstərilmiş, adların qarşısında ailə tərkibi 2 nəfər, qanuni istifadəsində olan həyətyanı torpaq sahəsi isə 0,28 ha qeyd olunmuşdur. Bundan başqa, həmin cədvəlin 84-cü sətrində X3, X12 və X6 adları göstərilmiş, adların qarşısında ailə tərkibi 3 nəfər qeyd olunmuş, qanuni istifadəsində olan həyətyanı torpaq sahəsi qrafası isə boş saxlanmışdır. Yevlax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 27 nömrəli qərarına istinadən, X7, X4 və X6 adına Yevlax rayon Cırdaxan kəndində yerləşən 0,28 ha həyətyanı torpaq sahəsinin verilməsi barədə JN-081A kod 90104048 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də verilmişdir. Yuxarıda göstərilən sənədlərdəki "X8" adı İddiaçı aiddir və sənədlərdə texniki səhv olaraq bu cür yazılmışdır. Bundan sonra Yevlax rayon Cırdaxan kəndində yerləşən həmin 0,2802 ha torpaq sahəsinə və torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 71,40 kv.m olan fərdi yaşayış evinə İddiaçı, X7 və X6 tam mülkiyyət hüququ xx.xx.2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onun adına "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. İddiaçı X8 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, sözügedən çıxarışdan X6 adının çıxarılmasını xahiş etmiş, lakin həmin İdarə xx.xx.2021-ci il tarixli **********33 nömrəli cavab məktubu ilə bundan imtina edərək bildirmişdir ki, dövlət reyestrindən çıxarışda hər hansı bir düzəlişin aparılması və ya onun ləğv edilməsi İdarənin səlahiyyətinə aid deyil. Daha sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "ümumi birgə mülkiyyətlərinə verilmiş Yevlax rayonu Cırdaxan kəndində yerləşən 0,2802 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 71,40 kv.m olan fərdi yaşayış evinə dair xx.xx.2019-cu il tarixli ********** nömrəli çıxarışda hüquq sahibi kimi subyektlər siyahısından üçüncü şəxs X6 adının çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, üçüncü şəxs X2 rayon Cırdaxan kəndində yaşasa da, onun ailə üzvü deyil, uzaq qohumudur. X13 onların ümumi birgə mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinə şəhadətnamədə subyekt kimi səhvən yazıldığına görə həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair çıxarışda hüquq sahibi olaraq subyekt kimi göstərilmişdir. Cavabdeh iddiaya qarşı xx.xx.2021-ci il tarixli etirazında imtina məktubunun dəlillərinə istinad etmişdir. Bundan sonra X13 məhkəməyə notariat qaydasında təsdiq edilmiş xx.xx.2021-ci il tarixli ərizə göndərərək bildirmişdir ki, onun adı İddiaçı məxsus fərdi yaşayış evinə və evin yerləşdiyi həyətyanı torpaq sahəsinə dair çıxarışda subyekt kimi səhvən yazılmışdır, bu səbəbdən də iddianın təmin olunmasına etiraz etmir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X13 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. Müəyyən edilmişdir ki, X16 vəfat etmiş və onun ölümü xx.xx.2015-ci ildə qeydə alınmışdır. İddiaçı isə iş məhkəmənin icraatında olduğu müddətdə xx.xx.2022-ci ildə vəfat etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı hüquq varisi X5 ilə, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi isə hüquq varisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi ilə əvəz edilmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Yevlax Rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilmiş "Yevlax rayon Cırdaxan kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl"dən görünür ki, cədvəlin 81-ci sətrində X7 və X4 adları göstərilmiş, adların qarşısında ailə tərkibi 2 nəfər, qanuni istifadəsində olan həyətyanı torpaq sahəsi isə 0,28 ha qeyd olunmuşdur. Həmin cədvəlin 84-cü sətrində X3, X12 və X6 adları göstərilmiş, adların qarşısında ailə tərkibi 3 nəfər qeyd olunmuş, qanuni istifadəsində olan həyətyanı torpaq sahəsi qrafası isə boş saxlanmışdır. - İşdə olan JN-081A kod 90104048 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"dən görünür ki, həmin sənəd Yevlax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 27 nömrəli qərarına istinadən, X7, X4 və X6 adına Yevlax rayon Cırdaxan kəndində yerləşən 0,28 ha həyətyanı torpaq sahəsinin verilməsi ilə bağlı tərtib edilmişdir. - İşdə olan "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, Yevlax rayon Cırdaxan kəndində yerləşən həmin 0,2802 ha torpaq sahəsinə və torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 71,40 kv.m olan fərdi yaşayış evinə İddiaçı, X7 və X6 tam mülkiyyət hüququ xx.xx.2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İşdə olan, Yevlax Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2021-ci il tarixli 1941 nömrəli arayışından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində mərhum X7 ailə tərkibi barədə aşağıdakı məlumatlar aşkar edilmişdir: 1) həyat yoldaşı İddiaçı, 2) qızı Musayeva (Səmədova) Afət Mikayıl qızı (evli), 3) qızı Xəlilova (Səmədova) Giləxanım Mikayıl qızı (evli), 4) oğlu X9 (vəfat edib), 5) qızı X10 vəfat edib, 6) oğlu X17 (vəfat edib). Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə iddia əsaslıdır. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin birinci hissəsinə görə, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin dördüncü hissəsinə əsasən, fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin maddənin beşinci hissəsinə görə, torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Sadalanan normalardan göründüyü kimi, həyətyanı torpaq sahəsinin vətəndaşın mülkiyyətinə verilməsinin şərtlərindən biri həmin torpaq sahəsinin əvvəlcədən onun qanuni istifadəsində olmasıdır. Hazırkı işdən görünür ki, torpaq islahatı zamanı Yevlax Rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilmiş "Yevlax rayon Cırdaxan kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl"in 81-ci sətrində iddiaçı X4 və əri X7 adları bir təsərrüfatda göstərilmiş və onların qanuni istifadəsində 0,28 ha həyətyanı torpaq sahəsinin olması qeyd olunmuşdur. Üçüncü şəxs X6 isə adı tamamilə başqa bir təsərrüfatda göstərilmişdir. X1 Mikayıl Səməd oğlunun ailə üzvü deyil. Belə olan halda, üçüncü şəxs X6 adının iddiaçı X4 və əri X7 adına verilmiş JN-081A kod 90104048 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"yə daxil edilməsi üçün əsas olmamışdır. Eyni zamanda, cavabdehin nümayəndəsinin məhkəməyə verdiyi yazılı izahatdan aydın oldu ki, daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsinə X8 və X16 ilə yanaşı, həm də üçüncü şəxs X6 mülkiyyət hüququnun qeydiyyata alınmasının əsası JN-081A kod 90104048 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" olmuş, həmin torpaq sahəsində yerləşən evə də mülkiyyət hüququ eyni əsasla hər üç şəxsin adına qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, İddiaçı üçüncü şəxs X6 adının xx.xx.2019-cu il tarixli ********** nömrəli çıxarışda hüquq sahibi kimi subyektlər siyahısından çıxarılmasını tələb etməkdə haqlı olmuşdur. Ona görə də iddia təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı və X7 ümumi mülkiyyətinə verilmiş, Yevlax rayonu Cırdaxan kəndində yerləşən 0,2802 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"da hüquqi sahibi kimi subyektlər siyahısından üçüncü şəxs X6 adının çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-516/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-516/2022
14.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver