Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-517/2020 01.07.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı (3-cü şəxslər Yevlax Rayon Polis Şöbəsi və Cavabdeh2) “mərhum atası X2 Yevlax rayonu Havarlı kəndində yerləşən fərdi yaşayış evinə cavabdeh tərəfindən verilmiş 11.09.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışdakı subyektlər siyahısından üçüncü şəxs Cavabdeh2 çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı (3-cü şəxslər Yevlax Rayon Polis Şöbəsi və Cavabdeh2) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “mərhum atası X2 Yevlax rayonu Havarlı kəndində yerləşən fərdi yaşayış evinə cavabdeh tərəfindən verilmiş 11.09.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışdakı subyektlər siyahısından üçüncü şəxs Cavabdeh2 çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında qeydiyyatda olsa da, Yevlax rayonunun Havarlı kəndində xüsusi mülkiyyət hüququ ilə mərhum atasına məxsus fərdi yaşayış evində yaşayır. İddiaçının atası X4 07.08.2003-cü il tarixdə ölmüşdür. Ölüm faktı iş materiallarına əlavə edilmiş Yevlax rayon Qeydiyyat şöbəsinin verdiyi ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surəti ilə təsdiqini tapmışdır. İddiaçı miras qalmış əmlaka çıxarış almaq üçün cavabdeh orqana müraciət etdiyi zaman müəyyən etmişdir ki, mövcud sənəddə əmlaka hüquq sahibləri kimi ümumi birgə pay hüququ ilə X4 və Cavabdeh2 göstərilmişdir. İddiaçı cavabdeh orqana müraciət etmiş, lakin dövlət reyestrindən verilmiş çıxarışda hər hansı bir düzəlişin aparılmasına yol verilməməsi səbəbindən müraciətdən imtina olunmuşdur. Həmçinin iddiaçı üçüncü şəxs qismində göstərilmiş Yevlax rayon Polis şöbəsinə rəsmi müraciət edərək üçüncü şəxs Cavabdeh2 mülkiyyətdə qeydiyyatdan çıxarılmasını xahiş etmiş, lakin ona bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, müraciətlə əlaqədar idarənin arxiv sənədlərinə istinadən araşdırma işləri aparılmış və məlum olmuşdur ki, Yevlax rayonu Havarlı kəndində yerləşən fərdi yaşayış evi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən X2 və Cavabdeh2 adına tərtib edilmiş JN-462A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 11.09.2018-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yevlax rayonu Havarlı kəndində yerləşən fərdi yaşayış evinə dair verilmiş 11.09.2018-ci il tarixində ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışda hər hansı bir düzəlişin aparılmasına yol verilməməsi İddiaçı bildirilmiş və müvafiq imtina məktubu verilmişdir. Məhkəmə iclasında iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz etdi. Məhkəmə, iddiaçını, cavabdehin nümayəndəsini dinləyib, iddia ərizəsi və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan 11.09.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Yevlax rayonu, Havarlı kəndində yerləşən fərdi yaşayış evi və 0.3224 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə ümumi birgə mülkiyyətçilər kimi X4 və Cavabdeh2 adına 11.09.2018-ci il tarixində qeydiyyata alınmışdır. İş materiallarında olan cavabdehin imtinası və etirazından görünür ki,Yevlax rayonu Havarlı kəndində yerləşən fərdi yaşayış evi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən X2 və Cavabdeh2 adına tərtib edilmiş JN-462A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 11.09.2018-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 13.04.2020-ci il tarixli **********82 nömrəli məktubuna əlavə edilmiş Yevlax rayonunun Havarlı kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə dair X6 Komissiyasının sədri tərəfindən 31.10.2001-ci il tarixində təsdiqlənmiş cədvəlinin surətindən görünür ki, 462-ci sırada X4 və Tahir Qaçay oğlunun adı qeyd olunmuş, dövlət aktının nömrəsi 349, xəritədə nömrəsi 462, ailə tərkibi 2 nəfər, qanuni istifadədə olan həyətyanı sahə 0.36 ha qeyd olunmuşdur. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Hazırkı işdə mübahisə olunan çıxarışın verilməsinə səbəb olan JN-462A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməYevlax rayonu AİK-ın 31 oktyabr 2001ci il tarixli qərarı əsasında verilmiş və həmin qərar İPM və “İnzibati icraat haqqında” Qanun qüvvəyə minməzdən əvvəl qəbul edilmişdir. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənir. İddiaçının öz hüququnun pozulduğunu bilməli olduğu vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə). İddiaçı fərdi yaşayış evinə və torpaq sahəsinə 3-cü şəxsin mülkiyyətin hüququnun qeydiyyata alınmasından ən azından 2018-ci ildən bilməli olmuş, bu halda da 03.05.2018ci il tarixində məhkəməyə müraciət etməklə İPM-in 38.1-ci maddəsi ilə nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. Məhkəmə həmçinin nəzərə alır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həmçinin məhkəmə əlavə olaraq qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına əlavə və dəyişikliklər edilməklə 17-ci bənd aşağıdakı redaksiyada verilmişdir: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkiyyət hüququ və ya inzibati hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki- hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda isə inzibati məhkəmələrdə baxılmalıdır.” Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, çıxarışın verilməsinə əsas olan sənəd qüvvədə olduğu üçün onun əsasında verilən çıxarış ləğv edilə bilməz. Həmçinin iddiaçıya iddianın dəyişdirilməsi üçün də yardım edilməsini məhkəmə əhəmiyyətsiz hesab etmişdir, belə ki, hətta o iddianı dəyişib şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etsə idi belə, analoji tələblə ilk növbədə cavabdehə müraciət etmədiyi üçün iddiaçıya yardım edilməsi iddianın mümkün sayılması ilə nəticələnməyərək lüzumsuz yazışmala səbəbə olacaqdır. Bu səbəbdən icraata qənaət prinsipi rəhbər tutularaq iddiaçıya yardım edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı (3-cü şəxslər Yevlax Rayon Polis Şöbəsi və Cavabdeh2) “mərhum atası X2 Yevlax rayonu Havarlı kəndində yerləşən fərdi yaşayış evinə cavabdeh tərəfindən verilmiş 11.09.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışdakı subyektlər siyahısından üçüncü şəxs Cavabdeh2 çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 1) apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-517/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-517/2020
01.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver