Məhkəmə qərarları › İş №2-1(116)-517/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-517/2021

09.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-517/2021 09.04.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı "müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin xx.xx.2020-ci ildən əvvəlki 3 illik müddət həddində ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair inzibati işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 17 saylı ərazi filialına qarşı "müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin xx.xx.2020-ci ildən əvvəlki 3 illik müddət həddində ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Yevlax rayon filialının üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçıya məhkəmə tərəfindən müvafiq yardım edildikdən sonra iddiaçının nümayəndəsi vəkil X3 məhkəməyə ərizə verərək iddia ərizəsində göstərilmiş cavabdehin əsl cavabdeh ilə, yəni DSMF publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı ilə əvəz olunmasına etiraz etmədiyini bildirmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)- 517/2021 nömrəli qərardadı ilə iddiaçının nümayəndəsi vəkil X1 iddianı dəyişdirməsi qəbul edilmişdir. Beləliklə, hazırda İddiaçı iddia tələbi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı "müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin xx.xx.2020-ci ildən əvvəlki 3 illik müddət həddində ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması"ndan ibarətdir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, həmin inzibati iş ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İnzibati mübahisələrin ərazi aidiyyəti Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1-ci maddəsi ilə müəyyən edilir. Həmin maddədə deyilir ki, inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; 8.1.3. inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; 8.1.3-1. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən dəniz gəmisinin və ya daxili səfər gəmisinin kapitanının vəsiyyətnamənin təsdiqi ilə əlaqədar hərəkəti və ya hərəkətsizliyi, yaxud onu təsdiq etməkdən imtina etməsi ilə bağlı iddialara həmin gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 8.1.4. digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış, yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 8.2-ci maddəsində deyilir ki, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.5-ci maddəsinə görə, bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. İşdən göründüyü kimi, hazırkı iddia öhdəliyin icrası haqqında iddiadır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin idarə heyətinin xx.xx.2020-ci il tarixli qərarı ilə Fondun yeni struktur bölmələri yaradılaraq onların Əsasnamələri təsdiq edilmişdir. Həmin tarixdən etibarən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələri üzrə təyin edilən əmək pensiyaları, habelə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər istisna olmaqla, əhaliyə digər əmək pensiyalarının təyinatı, yenidən hesablanması və bir növdən başqa növə keçirilməsi, sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təsis etdiyi təqaüdlərin, həmçinin, kompensasiyaların təyinatının həyata keçirilməsi səlahiyyəti DSMF publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının səlahiyyətinə aiddir. Eyni zamanda sosial müavinətlərin təyinatının həyata keçirilməsi səlahiyyəti də Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialın səlahiyyətinə aid olduğuna görə hazırkı iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4-cü maddəsinə uyğun olaraq, cavabdehin yerləşdiyi yerin inzibati məhkəməsi tərəfindən baxılmalıdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı ünvan 1 ünvanında yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının "Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası"nın təsdiq edilməsi barədə xx.xx.2019-cu il tarixli 4 nömrəli qərarında isə Bakı şəhəri Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Belə olan halda, hazırkı işə baxılması Bakı İnzibati Məhkəməsinin səlahiyyətinə aiddir. Məhkəmə bunu da qeyd etməyi zəruri sayır ki, iddiaçının dinlənilmək hüququnun təmin edilməsi üçün məhkəmənin xx.xx.2021-ci il tarixli məktubunda hazırkı iddiaya cavabdehin yerləşdiyi yer üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olması iddiaçı və onun nümayəndəsi vəkil X2 izah edilmişdir. İddiaçının nümayəndəsi vəkil X3 məhkəməyə xx.xx.2021-ci ildə göndərdiyi ərizədə cavabdehin əvəz edilməsinə razı olduğunu bildirsə də, işin ərazi aidiyyəti ilə bağlı fikrini bildirməmişdir. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən qəbul edildi. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı "müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin xx.xx.2020-ci ildən əvvəlki 3 illik müddət həddində ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair 2-1(116)-517/2021 nömrəli inzibati iş ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar