Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-52/2020 31.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X25 qızının katibliyi, İddiaçının prosessual hüquqi varisi X10, Cavabdehin nümayəndəsi Ömərov Rafael Ömər oğlunun 3-cü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsinin nümayəndəsi X11 iştirakı ilə İddiaçı prosessual hüquqi varisi X10 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X13rşı (3-cü şəxslər Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsi, X12, Balakən Rayon İcra Hakimiyyəti, “Balakən Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 12 saylı qərarı ilə İddiaçı satılmış Balakən şəhəri, H.Əliyev prospekti (keçmiş R.Səmədov küçəsi) ünvanında yerləşən 120 kv.m torpaq sahəsi üzərində üçüncü şəxs X4 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən sahə istisna olmaqla İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması və adına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X28 və Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən şəhəri, H.Əliyev prospekti (keçmiş R.Səmədov küçəsi) ünvanında yerləşən 120 kv.m torpaq sahəsinə çıxarış verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X21 həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı 2005-ci il tarixdə Balakən şəhəri H.Əliyev (əvvəlki R.Səmədov) küçəsində avtomobil təmiri sexi tikmək üçün torpaq sahəsinin ayrılması barədə Balakən şəhər Bələdiyyəsinə müraciət etmişdir. Onun ərizəsinə xx xxxxxxx 2005-ci il tarixdə Balakən şəhər Bələdiyyəsinin iclasında baxılmış və Balakən şəhər Bələdiyyəsinin xx xxxxxxx 2005ci il tarixli 119/1 saylı sərəncamı ilə ona avtomobil təmiri sexi tikmək üçün 10*12 metr ölçüdə 120 kv.m torpaq sahəsi ayrılması və hər kv.m üçün o vaxtkı məzənnə ilə beş min manata satılması qərara alınmışdır. Həmin tarixdə torpaq sahəsi ona ölçülüb təhvil verilmiş, xx xxx 2006-cı il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsində torpaq sahəsinin alqı-satqısına dair Akt tərtib edilmişdir. Bundan sonra həmin ərazidə Balakən rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi tərəfindən avtomobil təmiri sexi üçün smeta sənədləri və seçilmiş ərazinin situasiya planı hazırlanmışdır. Lakin maddi imkanı pis olduğuna görə həmin ərazidə avtomobil təmiri sexi inşa edə bilməmişdir. Həmin torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X14 çıxarış alınması üçün ərizə və əlavə edilmiş sənədlərlə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X15 xx xxxxx 2019-cu il tarixli **********38 saylı imtina məktubu təqdim etmişdir. Məktubda qeyd edilir ki: Ərizənizlə bağlı aparılmış zəruri inventarlaşdırma və kadastr ekspertizası zamanı bələdiyyədən əldə etdiyiniz Balakən şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 120 kv.m torpaq sahəsinin sənəd üzrə yerləşmə vəziyyəti ilə faktiki yerləşmə vəziyyəti arasında uyğunsuzluq olduğu məlum olmuşdur. Belə ki, bələdiyyədən əldə etdiyiniz Balakən şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 120 kv.m torpaq səhəsi ayrıc aktına əsasən sənəd üzrə yerləşmə vəziyyəti daşınmaz əmlakın dövlət reyestrində başqa mülkiyyətçi X4 adına qeydiyyata alınmış torpaq sahəsinin sərhədləri ilə üst-üstə düşür. Faktiki yerləşmə vəziyyətinə əsasən qeyd olunan torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X17 mövcud olan elektron xəritələrində dövlət mülkiyyətində olan torpaq sahəsi kimi öz əksini tapmışdır. Buna görə də ərizənin icrası mümkün olmamışdır. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında Mülki Prosessual Məcəllənin 58-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixində ölmüş İddiaçı prosessual hüquq varisi X19 ilə ilə əvəz edilmişdir. İddiaçı prosessual hüquqi varisi X19 məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X22 qeyd edib, “Balakən Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 12 saylı qərarı ilə İddiaçı satılmış Balakən şəhəri, H.Əliyev prospekti (keçmiş R.Səmədov küçəsi) ünvanında yerləşən 120 kv.m torpaq sahəsi üzərində üçüncü şəxs X4 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən sahə istisna olmaqla İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması və adına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdehin etirazı: İddiaçı bələdiyyədən əldə etdiyi Balakən şəhəri, H.Əliyev prospekti (keçmiş R.Səmədov küçəsi) ünvanında yerləşən 120 kv.m torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün 18 saylı X21 müraciət etmişdir. İddiaçının ərizəsinin icrası ilə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, Balakən şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 120 kv.m torpaq sahəsinin sənəd üzrə yerləşmə vəziyyəti ilə faktiki yerləşmə vəziyyəti arasında uyğunsuzluq mövcudur. Belə ki, iddiaçı bələdiyyədən əldə etdiyi Balakən şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 120 kv.m torpaq səhəsi ayrıc aktına əsasən sənəd üzrə yerləşmə vəziyyəti daşınmaz əmlakın dövlət reyestrində başqa mülkiyyətçi X4 adına qeydiyyata alınmış torpaq sahəsinin sərhədləri ilə üst-üstə düşür. Faktiki yerləşmə vəziyyətinə əsasən 120 kv.m torpaq səhəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X17 mövcud olan elektron xəritələrində dövlət mülkiyyətində olan torpaq sahəsi kimi öz əksini tapmışdır. Qeyd olunanlara əsasən İddiaçı 120 kv.m torpaq səhəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi mümkün olmamış və bu barədə iddiaçıya məktub ünvanlanmışdır. Sərəncamın 2-ci hissəsi ilə bağlı bildiririk ki, İddiaçı faktiki yerləşmə vəziyyətinə qeydiyyata alınması iddia olunan 120 kv.m torpaq səhəsi - dövlət mülkiyyətinə aid olan, sənayə, nəqliyyat, rabitə və digər təyinatlı torpaq sahəsidir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X28 daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Məhkəmənin 25.7.2019-cu il tarixli qərardadı ilə X12 və Balakən Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə X8 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçının prosessual hüquqi varisi iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında 3-cü şəxsin nümayəndəsi iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan X2 xx.xx.2005-ci il tarixli 12 saylı protokolundan Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, R.Səmədov küçəsinin cənub-qərb tərəfində, avtovağzalın şərqində İddiaçı avtomobil təmiri sexi tikmək üçün 10 x 12 metr ölçüdə 120m2 torpaq sahəsinin hər 1m2 5000 manata satılmışdır. İş materiallarında olan xx.xx.2006-cı il tarixli 430 nömrəli Aktın təsdiqlənmiş surətindən görünür ki, İddiaçı 120 m2 torpaq sahəsinin satılması barədə xx.xx.2005-ci il tarixli 12 nömrəli qərar qəbul edilmişdir. İş materiallarında olan 19694 nömrəli Arayışın təsdiqlənmiş surətindən görünür ki, Balakən Bələdiyyəsi sədrinin xx.xx.2005-ci il tarixli 12 saylı qərarı ilə Balakən şəhər sakini İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 120m2 torpaq sahəsi satılması nəzərdə tutulmuşdur. İş materiallarında olan Balakən Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 119/1 saylı Sərəncamının təsdiqlənmiş surətindən görünür ki, R.Səmədov küçəsinin cənub-qərb tərəfində, avtovağzalın şərqində İddiaçı avtomobil təmiri sexi tikmək üçün 10 x 12 metr ölçüdə 120m2 torpaq sahəsinin hər 1m2 5000 manata satılmışdır. İş materiallarında olan A seriyalı 263179 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinin və RX seriyalı ******* saylı Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Balakən şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 0.0130 ha torpaq sahəsi X4 xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarında olan JN seriyalı 0050 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiqlənmiş surətindən görünür ki, 130 kv. m torpaq sahəsi Balakən rayon Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 02 saylı qərarı ilə mağaza tikintisi üçün X1. İş materiallarında olan **********01-06301 reyestr nömrəli Texniki Pasportun və RX seriyalı ******* nömrəli Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Balakən şəhəri H.Əliyev prospekti ünvanında yerləşən qeyri-yaşayış binası olan Avtovağzal X3 mülkiyyətindədir. İş materiallarında olan AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsinin təsdiqlənmiş surətindən görünür ki, X7 mülkiyyətində olan Balakən şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən ümumi sahəsi 903.50 kv. m olan daşınmaz əmlak (Avtovağzal) X3 mülkiyyətinə verilmişdir. İş materiallarında olan RX seriyalı ******* saylı Çıxarışın və xx.xx.2008-ci il tarixli 713 nömrəli daşınmaz əmlakın texniki pasportunun təsdiqlənmiş surətindən görünür ki, Balakən şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən ümumi sahəsi 903.50 kv.m olan daşınmaz əmlak (Avtovağzal) X7 mülkiyyətində olmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Mütəxəssis rəyinin təsdiqlənmiş surətindən görünür ki, iddiaçının tələb etdiyi torpaq sahəsi 1839 inventar nömrəli, **********01-06301 reyestr nömrəli xx.xx.2015-ci il tarixdə tərtib olunmuş texniki pasportda göstərilən torpaq sahəsinin cizgiləri daxilində yerləşir. İddiaçının tələb etdiyi torpaq sahəsi həmçinin inventar nömrəsi 713 olan xx.xx.2008-cı ildə tərtib edilmiş texniki pasportda qeyd olunan torpaq sahəsinin cizgiləri daxilində yerləşmir. Torpaq sahəsinin (faktiki vəziyyəti (real olaraq boş olan) koordinatları, təyinatı, kateqoriyası və s. barədə bildirir ki, tərtib olunmuş sxemdə göstərildiyi kimi iddiaçının tələb etdiyi 120 kv.m torpaq sahəsinin hər hansı bir fiziki sərhəddi yoxdur və iddiaçının naturada göstərdiyi ərazi DƏDRX-nin tərtib etdiyi **********01-06301 nömrəli xx.xx.2015-ci ildə tərtib edilmiş hüquq subyekti X3 adına hazırlanmış texniki pasportun cizgiləri daxilində yerləşir, DƏDRX-nin tərtib etdiyi inventar nömrəsi 713 olan xx.xx.2008-cı ildə tərtib edilmiş hüquq subyekti X7 adına hazırlanmış texniki pasportun cizgiləri daxilində yerləşmir. İş materiallarında olan DƏDRX-in xx.xx.2020-ci il tarixli **********32 nömrəli məktubundan görünür ki, aparılmış araşdırma zamanı məlum olmuşdur ki, Balakən şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 120 kv.m torpaq sahəsinin sənəd üzrə yerləşmə vəziyyəti ilə faktiki yerləşmə vəziyyəti arasında uyğunsuzluq mövcuddur. Belə ki, iddiaçı bələdiyyədən əldə etdiyi torpaq səhəsinin ayrıc aktına əsasən sənəd üzrə yerləşmə vəziyyəti daşınmaz əmlakın dövlət reyestrində başqa mülkiyyətçi X4 adına qeydiyyata alınmış torpaq sahəsinin sərhədləri ilə üst-üstə düşür. Faktiki yerləşmə vəziyyətinə əsasən 120 kv.m torpaq səhəsi Xidmətin 18 saylı X17 mövcud olan elektron xəritələrində dövlət mülkiyyətində olan torpaq sahəsi kimi öz əksini tapmışdır (sxem əlavə olunur). Bununla əlaqədar olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin Şəki Ərazi şöbəsi tərəfindən həmin ərazinin Balakən avtovağzalının istifadəsində olmaqla dövlət mülkiyyətinə aid olması barədə rəy bildirilmişdir. Bundan başqa məhkəmə tərəfindən xx xxxxxxxx 2019-cu il tarixində mübahisəli torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlərin sürətlərinin verilməsi barədə sorğusu əsasında iş üzrə 3-cü şəxs olan X4 adına rəsmiləşdirilmiş mübahisəli torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin və həmin iş üzrə İddiaçı tələb etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə aid olmasına dair Xidmətin 18 saylı X18 arxivində saxlanılan sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Arxiv qovluğunda Balakən avtovağzalının özəlləşdirilməsinə dair hüquqi və texniki sənədlər (şəhadətnamə, baş plan, özəlləşdirmə zamanı tərtib edilmiş texniki pasport və s.) aşkar edilməmişdir. Belə ki, Balakən avtovağzalının binası X20 və X16 tərəfindən özəlləşdirilmiş və Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarəedilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2006-cı il tarixli, 000042 qeydiyyat nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair Şəhadətnamə” ilə onların həmin daşınmaz əmlak üzərində mülkiyyət hüquqları rəsmiləşdirilmişdir. Daha sonra X20 və X16 həmin şəhadətnamə əsasında obyekti Balakən rayon Dövlət Notariat Kontorunun xx.xx.2007-ci il tarixli, 256723 nömrəli müqaviləsinə əsasən özgəninkiləşdirmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, 3-cü şəxslər X12 və X8 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Balakən Rayon İcra Hakimiyyəti məktub göndərərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsaslıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-2208/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarının təsdiqlənmiş surətindən görünür ki, Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2- 1(84)-299/2017 nömrəli qərаrı (hаkim – R.A.Məcidov) ilə iddianın təmin edilməsi, cavabdeh DƏDRX-nin 18 saylı Ərazi İdarəsinin üzərinə Balakən rayon Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 02 nömrəli iclas protokol qərarına əsasən iddiaçıya satılmış və JN- 0050 nömrəli Kod: 40101004 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunan 130 kv. metr torpaq sahəsi üzərində iddiaçı X4 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulması, cavabdehdən 10 (on) manat tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)- 286/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – İ.H.Şükürov, hakimlər – M.M.Hüseynov və R.Ə.Əliyev) cavabdehin apellyasiya şikayəti təmin edilməyərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(102)-2208/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-286/2017 saylı iş üzrə xx xxxxxx 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Hazırki iş üzrə üçüncü şəxs olan X4 mülkiyyət hüququnun qeydə alındığı torpaq sahəsi ilə iddiaçının torpaq sahəsinin üst-üstə düşməsi müəyyən olunmuş, iddiaçının tələb etdiyi torpaq sahəsi həmçinin inventar nömrəsi 713 olan xx.xx.2008-cı ildə tərtib edilmiş texniki pasportda qeyd olunan torpaq sahəsinin cizgiləri daxilində yerləşmir. İddiaçıya qeyd olunan torpaq sahəsi bələdiyyə tərəfindən satıldığı zaman həmin torpaq sahəsi Balakən Avtovağzalının ərazisi olmamışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-2208/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarının təsdiqlənmiş surətindən görünür ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi mübahisə prdmeti olan torpaq sahəsi Balakən Avtovağzalının ərazisi olmamışdır. Belə ki, Balakən Avtovağzalına XDS İcraiyyə Komitəsinin qərarı ilə ayrılmış torpaq sahəsinin ölçüləri ayrıldığı zaman R.Səmədov (hazırki H.Əliyev prospekti) küçəsinə düşən hissədə 80 metr göstərildiyi halda cavabdeh tərəfindən tərtb edilmiş texniki pasportda 119 metr kimi göstərilmişdir. Cavabdeh Avtovağzal binasına texniki pasport tərtib edərkən torpaq sahəsinin ayrılması barədə qərara və ölçülərə istinad etməmiş texniki pasportda torpaq sahəsinin sənəd üzrə qrafasını boş saxlamışdır. Bu da onu deməyə əsas verir ki, cavabdehdə torpaq sahəsinin qanuni ölçüləri barədə hər hansı məlumat olmamışdır. Göründüyü kimi cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsini qanunsuz olaraq Avtovağzalın ərazisi kimi göstərmişdir. Məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən əldə edilən Balakən Avtovağzalının tikintisinə torpaq sahəsinin ayrılması barədə qərar, torpaq sahəsinin ölçüləri və yerləşmə vəziyyətini əks etdirən plan-sxem, iddiaçıya satılmış torpaq shaəsinin situasiya planı, habelə torpaq sahəsinə keçirilmiş yerli baxışın nəticələri bunu deməyə əsas verir ki, mübahisə predmeti olan iddiaçının mülkiyyətində olan torpaq sahəsi nə ayrıldığı zaman nədə hazırda dövlət mülkiyyətinə aid olan torpaq sahəsi olmamış və Balakən Avtovağzalının torpaq sahəsi deyildir. Yəni hazırki iş üzrə üçüncü şəxs olan X4 mülkiyyət hüququnun qeydə alındığı torpaq sahəsi ilə iddiaçının torpaq sahəsinin üst-üstə düşməklə eyni ərazidə yerləşməsi və mütəxəssis rəyinə əsasən də inventar nömrəsi 713 olan xx.xx.2008-cı ildə tərtib edilmiş texniki pasportda qeyd olunan torpaq sahəsinin cizgiləri daxilində yerləşməməsi cavabdehin qeyd olunan torpaq sahəsinin dövlət mülkiyyətində olmasına dair dəlilini istisna edir. Torpaq islahatı haqqında Qanunun 7.1-ci maddəsinə əsasən müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. xx xxxxxxx 2007-ci il tarixli 466-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən İnzibati orqanların bu Qanunun 13.3cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Sаdаlаnаn normаlаrın təhlilindən göründüyü kimi, qаnunvericilikdə etimаd hüququnun yаrаnmаsının iki müxtəlif əsаsı nəzərdə tutulmuşdur ki, onlаrdаn biri inzibаti orqаnlаrın inzibаti prаktikаsı, digəri isə müəyyən inzibаti аktın sonrаdаn qəbul ediləcəyi və yа qəbul edilməyəcəyi bаrədə inzibаti orqаnlаrın vəd və bəyаnаtlаrıdır. İnzibаti prаktikаyа etimаd o hаldа yаrаnır ki, bu prаktikа dаvаmlı və ümumi xаrаkter dаşısın və inzibаti orqаnın hərəkətlərinin gedişi əvvəlcədən bilinsin. Mаrаqlı şəxs inzibаti orqаnın prаktikаsınа əsаslаnаrаq təxminən bilməlidir ki, onun işi həmin prаktikаyа uyğun şəkildə və həll edilmiş oxşаr işlərə аnаloji qаydаdа həll ediləcəkdir. İnzibаti orqаnın bəyаnаt və vədlərinə gəldikdə isə, bu bəyаnаt və vədlər mütləq konkret inzibаti icrааtlа bаğlı olmаlı və mаrаqlı şəxs bilməlidir ki, həmin bəyаnаt və vədlər məhz onun hüquq və qаnunlа qorunаn mаrаqlаrı ilə bаğlıdır. Bəyаnаt və vədin etibаrlı təminаt hesаb olunmаsı üçün onun yаzılı formаdа ifаdə olunmаsı vаcibdir. Eyni zаmаndа, bu dа qeyd edilməlidir ki, şəxs inzibаti аktın qəbul edilməsi üçün konkret bir inzibаti orqаnа mürаciət edərkən etimаd hüququnа istinаd edirsə, bu etimаd digər inzibаti orqаnlаrın deyil, məhz mürаciət etdiyi inzibаti orqаnın inzibаti prаktikаsınа, yаxud dа vəd və bəyаnаtınа əsаslаnmаlıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsının 148-ci mаddəsinə və «Nоrmаtiv hüquqi aktlаr hаqqındа» Аzərbаycаn Rеspublikаsısının Konstitusiya Qаnununun 23.1-ci mаddəsinə əsаsən bеynəlхаlq müqаvilələr Аzərbаycаn Rеspublikаsı qаnunvеricilik sisteminin tərkib hissəsidir. Ədаlət mühаkiməsinin həyаtа kеçirilməsi zаmаnı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsı müddəаlаrının və İnsаn Hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsi prеsеdеntlərinin tətbiqi hаqqnıdа Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsi Plеnumunun 30 mаrt 2006-cı il tаriхli qərаrındа göstərilir ki, Аzərbаycаn Rеspublikаsı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsının iştirаkçısı və оnu rаtifikаsiyа еtmiş dövlət kimi 2002-ci il аprеl аyının 15-dən Kоnvеnisyа və оnun prоtоkоllаrının təfsiri və tətbiqi məsələlri üzrə İnsаn hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsinin yurisdiksiyаsının məcburiliyini tаnıyır. Аzərbаycаn Rеspublikаsı Kоnvеnsiyаnı rаtifikаsiyа еtdiyi dövrdən sоnrа yurisdiksiyаsı аltındа оlаn insаnlаrın Kоnvеnsiyаdа nəzərdə tutulаn hüquqlаrını təmin еtməlidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdllıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаsının 46cı mаddəsinə əsаsən Аvrоpа Məhkəməsinin qərаrlаrı bu Kоnvеnsiyаnı rаtifikаsiyа еtmiş dövlətlər üçün məcburidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаnın (Аvrоpа Kоnvеnsiyаsı) 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində dеyilir ki, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn «mülkiyyət» və «əmlаk» аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir. «Thе Trаktоrеr İsvеçə qаrşı» məhkəmə işində Аvrоpа Məhkəməsi vurğulаmışdır ki, ərizəçinin tоrpаğа istifаdə hüququ və gələcəkdə оndаn fаydа götürməsi bаrədə gözləntiləri də mülkiyyət hüququnu təşkil еdir və bu hüquq Аvrоpа Kоnvеnsiyаsının 1 sаylı prоtоkоlunun 1-ci mаddəsinin (mülkiyyət hüququ) müdаfiə dаirəsinə düşür. «Pаyn Vеlli dеvеlоpmеnts Ltd» şirkəti İrlаndiyаyа qаrşı işdə Аvrоpа İnsаn hüquqlаrı Məhkəməsi qərаrа аlmışdır ki, müəyyən hаllаrın bаş vеrəcəyini hüquqа uyğun gözləmə 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin müdаfiə еtdiyi hüquq, yəni mülkiyyət hüququ sаyılа bilər. Həmin işdə ərizəçi tоrpаq sаhəsi аlmış və оrаdа tikinti həyаtа kеçirməyi plаnlаşdırmışdı. Аvrоpа Məhkəməsi tikintini həyаtа kеçirilməsinə mаnеəni 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin pоzuntusu kimi qiymətləndirmişdir. Qeyd olunanlara əsasən iddia təmin edilməli, cavabdehin üzərinəBalakən Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 12 saylı qərarı ilə İddiaçı satılmış Balakən şəhəri, H.Əliyev prospekti (keçmiş R.Səmədov küçəsi) ünvanında yerləşən 120 kv.m torpaq sahəsi üzərində üçüncü şəxs X4 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən sahə istisna olmaqla İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması və adına çıxarış verilməsiöhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İddiaçının prosessual hüquqi varisi ərizə verərək, məhkəmə xərcinin ona aid edilməsini xahiş etdiyi üçün mütəxəssis rəyinin verilməsinə çəkilən xərc ona aid edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X18 üzərinə Balakən Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 12 saylı qərarı ilə İddiaçı satılmış Balakən şəhəri, H.Əliyev prospekti (keçmiş R.Səmədov küçəsi) ünvanında yerləşən 120 kv.m torpaq sahəsi üzərində üşüncü şəxs X4 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən sahə istisna olmaqla İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması və adına çıxarış verilməsi öhdəliyi qoyulur. Məhkəmə xərci iddiaçının prosessual hüquq varisinə aid edilir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 90 manat 40 qəpik iddiaçının prosessual hüquq varisi X9 tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu X5 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********) köçürülsün. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-52/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-52/2020
31.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver