Məhkəmə qərarları › İş №2-1(116)-52/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-52/2021

17.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-52/2021 17.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, Üçüncü şəxs X8 və onun vəkili X3 iştirakı ilə İddiaçı cavabdeh Şəki Bələdiyyəsinə qarşı (üçüncü şəxs: X8) “Şəki Bələdiyyəsinin xx xxxxxxx 2014-cü il tarixli, 15 saylı iclas protokolunun 92 nömrəli qərarını ünvan 1 ünvanında yerləşən 0.035 ha həyətyanı torpaq sahəsinin fərdi yaşayış evi tikmək məqsədilə satışa çıxarılması üçün plan və ölçüsünün hazırlanmasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsindən, həmin torpaq sahəsi üzərində Şəki Bələdiyyəsinin mülkiyyət hüququnun qeydiyyata alınmasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X30 xahiş edilməsinə dair hissədə ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X38 və Şəki Bələdiyyəsinə qarşı “Şəki Bələdiyyəsinin xx xxxxxxx 2014-cü il tarixli, 15 saylı iclas protokolunun 92 nömrəli qərarının ünvan 1 ünvanında yerləşən 0.035 ha həyətyanı torpaq sahəsinin fərdi yaşayış evi tikmək məqsədilə satışa çıxarılması üçün plan və ölçüsünün hazırlanmasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsindən, həmin torpaq sahəsi üzərində Şəki Bələdiyyəsinin mülkiyyət hüququnun qeydiyyata alınmasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X30 xahiş edilməsinə dair hissədə ləğvi, Şəki Bələdiyyəsinin adına hazırlanmış A seriyalı, 182811 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğvi və Şəki Bələdiyyəsinin hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, xx xxxxxx 2017-ci il tarixli çıxarışın ləğvi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 918.50 kv.m olmaqla fərdi yaşayış evi və həyətyanı sahə iddiaçının mərhum babası X20, babasının qardaşı X15 və onların anası X6 məxsus olmuşdur. Bu fakt göstərilən şəxslərin adına rəsmiləşdirilmiş Nuxa şəhər Soveti Kommunal Təsərrüfat Şöbəsi tərəfindən verilmiş “Torpaq qeydi” sənədində, o cümlədən Azərbaycan SSR Rayon, Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin X5 tərəfindən verilmiş “Qeydəalma vəsiqəsi” ilə öz təsdiqini tapmışdır. Qeyd olunan şəxslərin vəfatından sonra Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(075)-1219/2019 nömrəli qətnaməsi ilə adları qeyd olunan şəxslərlə iddiaçının qohumluq əlaqəsinin olması faktı müəyyən edilmişdir. Adları qeyd edilən şəxslərin vəfatında sonra iddiaçının atası X9 tərəfindən əmlak qəbul edilmiş və ömrünün sonunadək miras əmlakı idarə etmişdir. İddiaçının atası vəfat etdikdən sonra hüquq varisi kimi əmlakın rəsmiləşdirilməsi üçün cavabdeh orqana müraciət etdikdə ona məlum olmuşdur ki, 918.50 kv.m miras əmlakın 350 kv.m sahəsi üzərində Şəki Bələdiyyəsinin mülkiyyət hüquqları qeydə alınmış və buna dair RX seriyalı, ******* nömrəli, xx xxxxxx 2017-ci il tarixli çıxarış və A seriyalı, 182811 nömrəli torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Həmçinin iddiaçıya məlum olmuşdur ki, Şəki şəhər İH Memarlıq və Tikinti şöbəsinin müdiri baş memar Taleh Alxasovun imzası ilə Şəki bələdiyyəsinə ünvanlanmış xx.xx.2017-ci il tarixli, 8/1217 nömrəli rəydə sözügedən 350 kv.m torpaq sahəsi ünvan 1 ünvanında yerləşən və Şəki Bələdiyyəsinin mülkiyyətində olan ərazi kimi təqdim edilmişdir. İddiaçı bildirir ki, miras qoyanlara məxsus əmlaka qanunsuz olaraq iki fərqli ünvan verilmiş və bu yolla ümumi ərazinin 350 kv.m başqa ünvanda, yəni Şəki şəhər, Səməd Vurğun küçəsi 11 ünavnında yerləşən və Şəki Bələdiyyəsinin mülkiyyətində olan sahə kimi qeydiyyata alınmışdır. Halbuki daşınmaz əmlakın ünvanı əvvəllər Sərkərlər küçəsi 32, Səməd Vurğun 32, daha sonra səməd Vurğun küçəsi 13 kimi qeyd edilmişdir. İddiaçı 350 kv.m torpaq sahəsinə tərtib edilmiş çıxaırşın ləğv edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. İddiaçının ünvanına xx.xx.2020-ci il tarixdə yardım məktubu ünvanlanaraq nəzərinə çatdırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 nömrəli Qərarının 17-ci bəndində qeyd edilir ki, reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Həmçinin bildirilmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 37-ci maddəsində qeyd olunur ki, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. İddiaçının diqqətinə çatdırılmışdır ki, qeyd olunan maddələrin tələblərinə əsasən o, ilk öncə Şəki şəhəri, Səməd Vurğun küçəsi, 11 ünvanında yerləşən 0.035 ha həyətyanı torpaq sahəsinin reyestrdə qeydiyyata alınmasına əsas olmuş Şəki Bələdiyyəsinin xx xxxxxxx 2014-cü il tarixli, 15 saylı iclas protokolunun 92 nömrəli qərarını mübahisələndirməli və bununla bağlı cavabdeh qismində mübahisələndirdiyi qərarı qəbul etmiş orqanı qeyd etməlidir. Ünvanlanmış yardım məktubunu əldə etdikdən sonra iddiaçı məhkəməyə göndərdiyi xx.xx.2020-ci il tarixli ərizəsində qeyd etmişdir ki, yardım məktubunda qeyd olunanları nəzərə alaraq iddia tələbinin heç bir hissəsindən imtina etmədən onun həcmini azaldır, cavabdeh qismində yalnız Şəki Bələdiyyəsini qeyd edərək, Şəki Bələdiyyəsinin xx xxxxxxx 2014-cü il tarixli, 15 saylı iclas protokolunun 92 nömrəli qərarının ünvan 1 ünvanında yerləşən 0.035 ha həyətyanı torpaq sahəsinin fərdi yaşayış evi tikmək məqsədilə satışa çıxarılması üçün plan və ölçüsünün hazırlanmasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsindən, həmin torpaq sahəsi üzərində Şəki Bələdiyyəsinin mülkiyyət hüququnun qeydiyyata alınmasının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X30 xahiş edilməsinə dair hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddianın həcminin azaldılması barədə iddiaçının ərizəsi icraata qəbul edilmişdir. İddiaçı məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizədə yenidən cavabdeh qismində iki inzibati orqanı, yəni Şəki Bələdiyyəsi və 12 saylı Ərazi İdarəsini qeyd etmiş və irsən bağlı olduğu Sələmə Qaffar qızı, Hüseyn Qədir oğlu və Məmməd Qədir oğlunun mülkiyyətçiləri olduqları evin və torpaq sahəsinin bir hissəsi barədə Kommunal Təsərrüfat Nazirliyi tərəfindən tam qanunsuz olaraq X10 adına verilmiş xx xxxxxxx 1962-ci il tarixli, 4569 inventar nömrəli texniki pasportun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli iclasında iddia həcminin artırılması barədə ərizənin icraata qəbul edilməsindən protokol qərardadı ilə imtina edilmişdir. 12 saylı X38 iddia tələbinə münasibət məktubunda bildirmişdir ki, Şəki Bələdiyyəsinin xx xxxxxxx 2014-cü il tarixli, 15 saylı qərarı, DTXK-nın Şəki rayon şöbəsi tərəfindən verilmiş xx xxxxxxx 2014-cü il tarixli rəy, Şəki Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin rəyi, DTXK-nın xx xxxxxxxx 2014-cü il tarixli qiymət arayışı, torpaq sahəsinin DTXK-nın rayon şöbəsi və baş memar tərəfindən təsdiqlənmiş yerləşmə sxemi, DTXK-nın Şəki rayon şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2014-cü il tarixli, 3285 saylı torpaq sahəsinin planı və ölçüsü əsasında Şəki şəhəri, S.Vurğun küçəsində yerləşən 0.0350 ha torpaq sahəsinə Şəki Bələdiyyəsinin adına xx xxxxxx 2014-cü il tarixli,********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir (Qərarda 0.0350 ha torpaq sahəsi üzərində 1990-cı ildə X29 tərəfindən qərarsız fərdi yaşayış evi inşa edildiyi göstərilmişdir). Şəki 2 saylı Notariat Kontorunun xx xxxxx 2015-ci il tarixli, 4Ə-191 saylı alqı-satqı müqaviləsi ilə sözügedən torpaq sahəsi X1 və sonuncunun adına xx xxxxx 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(075)-2426 saylı qətnaməsi ilə X11 “xx xxxxx 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa görə X17 adına olan 0.0350 ha torpaq sahəsinin 1/2 hissəsinin X11 adına qeydiyyata alınması" barədə iddiası təmin edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2(107)-1036 saylı qətnaməsi ilə Şəki Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(075)-2426 saylı qətnaməsi ləğv edilmiş, X17 adına olan xx xxxxx 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edilmişdir. xx xxxxxx 2016-cı il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə xx xxxxx 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilərək əvvəlki hüquq sahibinin adına - Şəki Bələdiyyəsinin adına xx xxxxxx 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Ərazi idarəsinin arxiv materiallarında iddiaçı tərəfə dair aşağıdakı məlumatlar mövcuddur: ünvan 7 ünvanına dair: -xx xxxxx 1932-ci il tarixdə Səlimə Qaffar qızı, Hüseyn və Məmməd Qafar uşaqlarının adına 1842/918 saylı Torpaq Qeydi verilmişdir (torpaq sahəsi 918 kv.m). Ünvan Nuxa şəhəri, Sərkərlər küçəsi, 9 göstərilmişdir. -xx xxx 1941 -ci il il tarixdə Səlimə Qaffar qızı, Hüseyn və Məmməd Qafar uşaqlarının adına 1842/918 saylı Torpaq Qeydi verilmişdir (torpaq sahəsi 918 kv.m). Ünvan Nuxa şəhəri, Sərkərlər küçəsi, 30 göstərilmişdir. -xx xxxxxxx 1962-ci il tarixdə Kommunal Təsərrüfat Nazirliyi tərəfindən Səlimə Qafar qızının adına 4570 inventar nömrəli şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiyası və qiymətləndirilməsinə aid texniki pasport verilmişdir (torpaq sahəsi 474 kv.m). Ünvan Şəki şəhəri, S.Vurğun küçəsi 8, ev 32 göstərilmişdir. -xx xxxxxxx 1962-ci il tarixdə Kommunal Təsərrüfat Nazirliyi tərəfindən X10 adına 4569 inventar nömrəli şəxsi mülkiyyət hüququ ilə evlərin İnventarizasiyası və qiymətləndirilməsinə aid texniki pasport verilmişdir (torpaq sahəsi 493 kv.m). Ünvan Şəki şəhəri, S.Vurğun küçəsi, dalan 8, ev 30 göstərilmişdir. Vətəndaşda olan 1842/4229 saylı qeydəalma vəsiqəsi (ünvan S.Vurğun küçəsi, ev 13 göstərilmişdir) barədə ərazi idarəsinin arxiv materiallarında və reyestr kitablarında məlumat aşkar edilməmişdir. Bələdiyyənin adına qeydiyyata alınmış torpaq sahəsi ilə X10 adına olan 4569 inventar nömrəli texniki pasportda göstərilmiş torpaq sahəsi üst-üstə düşür. İddiaçı, Şəki şəhəri, S.Vurğun küçəsində yerləşən 350 kv.m torpaq sahəsinə Şəki Bələdiyyəsinin adına verilmiş xx xxxxxx 2017-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X36 müraciət etmiş, cavab olaraq hüquqların ləğvinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 204.1-ci maddəsinin tələblərinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququndan imtina edilməsi barədə hüquq sahibinin ərizəsi əsasında aparıldığı bildirilmişdir. İş üzrə digər cavabdeh orqan olan Şəki Bələdiyyəsi iddiaçıya 1038 nömrəli (tarixi qeyd edilməyib) məktub ünvanlayaraq 0.035 ha torpaq sahəsi üzrə məsələnin mübahisəli olmasını əsas gətirərək məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Məhkəmənin 2-1(116)-475/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə X8 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs və onun vəkili iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi).Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan “Torpaq qeydiyyatı” və “Qeydəalma vəsiqəsi”nin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, əmlak Sələmə Qaffar qızı, Hüseyn Qədir oğlu və Məmməd Qədir oğlunun mülkiyyətində olmuş və əmlakın yerləşdiyi ünvan əvvəl Sərkərlər 32, sonra S.Vurğun 32, daha sonra isə 19-cu rayon S.Vurğun küçəsi 13 olmuşdur. İş materiallarında olan inventar nömrəsi 4569 olan “Texniki pasport”un təsdiq edilmiş surətindən müəyyən edilir ki, S.Vurğun küçəsi dalan 8, ev 30 üvanında yerləşən fərdi yaşayış evi X10 mülkiyyətinə verilmişdir. İş materiallarında olan 112167, 033902, 033903 və 185500 nömrəli “Ölüm haqqında şəhadətnamə”lərin təsdiq edilmiş surətindən müəyyən edilir ki, müvafiq olaraq S.Salahova, H.Salahov, M.Salahov və B.Qədirov müvafiq olaraq xx.xx.1937-ci il, xx.xx.1942-ci il, xx.xx.1972-ci il və xx.xx.2006-cı il tarixində vəfat etmişlər. İş materiallarında olan Şəki regional “ASAN XİDMƏT” Mərkəzində notariat ofisinin 12 saylı Ərazi İdarəsinə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubdan müəyyən edilir ki, mərhum S.Salahova, H.Salahov, M.Salahovun vərəsələri X9, X7, X12, İddiaçı Binyamin oğlu, X13, X14, X15 və X16r. Şəki Rayon Məhkəməsinin 2(075)-1219/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı ilə S.Salahova, H.Salahov, M.Salahovun qohum olmaları faktı müəyyən edilmişdir. İş materiallarında olan Şəki Bələdiyyəsinin 92 nömrəli qərarının təsdiq edilmiş surətindən müəyyən edilir ki, X29 şəhərin S.Vurğun küçəsi 11 saylı ünvanda 1990-cı ildə qərarsız inşa etdikləri fərdi yaşayış evinin yerləşdiyi 0.035 ha həyətyanı torpaq sahəsinin mülkiyyətinə satılması barədə Şəki Bələdiyyəsinə ərizə ilə müraciət etmişdir. Buna görə də qərara əsasən qeyd edilən torpaq sahəsi üzərində Şəki Bələdiyyəsinin mülkiyyət hüququnun qeydiyyata alınması hazırkı iş üzrə cavabdeh orqana tapşırılmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixdə tərtib edilən A seriyalı 182811 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, 0.035 ha torpaq sahəsi Şəki Bələdiyyəsinin mülkiyyətinə verilmişdir. Əsas: Şəki rayon 2 saylı DNK, xx.xx.2015-ci il tarixli 4ə-191 nömrəli alqı-satqı müqaviləsi, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(107)-1036/2016 nömrəli qətnaməsi. İş materiallarında olan RX seriyalı, ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, Şəki şəhəri, S.Vurğun küçəsində yerləşən 0.035 ha torpaq sahəsi Şəki Bələdiyyəsinin mülkiyyətinə verilmişdir. İş materiallarında olan Şəki ŞİH başçısının aparatının memarlıq və tikinti şöbəsinin xx.xx.2014-cü il tarixli 9/1759 nömrəli rəyinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, ünvan 10 ünvanında yerləşən və Şəki Bələdiyyəsinin mülkiyyətində olan 350 kv.m torpaq sahəsinin həyətyanı məqsədi ilə satılmasına Şöbə etiraz etməmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 2777 nömrəli arayışın təsdiq edilmiş surətindən müəyyən edilmişdir ki, Şəki Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 15/92 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədilə 0.035 ha torpaq sahəsinin satılması nəzərdə tutulmuşdur. İş materiallarında olan A seriyalı 519416 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Şəki Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 15/92 nömrəli qərarı ilə 350 kv.m torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün Şəki Bələdiyyəsinə verilmiş və bununla bağlı qeydiyyat nömrəsi ********** olan xx.xx.2014-cü il tarixli RX seriyalı ******* nömrəli Çıxarış tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Şəki şəhər, S.Vurğun küçəsində yerləşən 0.035 ha torpaq sahəsi “Satıcı” Şəki Bələdiyyəsi tərəfindən “Alıcı” X1 və bununla bağlı qeydiyyat nömrəsi ********** olan xx.xx.2015-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarış tərtib edilmişdir. İş materiallarında olan Şəki Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 061 nömrəli məktubundan müəyyən edilir ki, R.Ağayevin bibisi X4 apellyasiya şikayəti əsasında Şəki Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2016-cı il tarixli, 2(107)-1036/2016 saylı qətnaməsi ilə alqısatqı müqaviləsi və R.Ağayevin adına verilmiş çıxarış ləğv edilmişdir. İş materiallarında olan RX seriyalı ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, sənədə əsasən 0.0350 ha torpaq sahəsi Şəki Bələdiyyəsinin mülkiyyətinə verilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli 1/683 nömrəli arayışın surətindən müəyyən edilir ki, X2 şəhəri, S.Vurğun küçəsi 11 saylı ünvanda anadan olduğu tarixdən, yəni xx.xx.1955-ci il tarixdən ailəsi ilə birlikdə yaşamış, 1991-ci ildən isə həmin ünvanda tək yaşamaqdadır. İş materiallarında olan Azərbaycan Respublikası Ali məhkəməsinin MK-nın 2(102)-1416/2017 nömrəli xx.xx.2017-ci il tarixli qərarından müəyyən edilir ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(075)-2426/2016 saylı qətnaməsi ilə həmin iş üzrə üçüncü şəxs X22 ilə birgə nikah dövründə əldə edilmiş, R.Ağayevin adına qeydə alınmış 0.035 ha torpaq sahəsinə G.Ağayevanın ½ pay hüququnun müəyyən edilməsi qət edilmişdir. Həmin iş üzrə iddiaçı (hazırkı iş üzrə üçüncü şəxs) X8 tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2016-cı il tarixli, 2(107)- 1036/2016 nömrəli qərarı ilə təmin edilmişdir. Üçüncü şəxs tərəfindən verilən kassasiya şikayəti Azərbaycan Respublikası Ali məhkəməsinin MK-nın 2(102)-1416/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2016-cı il tarixli, 2(107)-1036/2016 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İlk növbədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən mübahisəli torpaq sahəsini və evi vərəsəlik qaydasında qəbul etməsi barədə sübut məhkəməyə təqdim edilməmişdir. Şəki regional “ASAN XİDMƏT” Mərkəzində notariat ofisinin 12 saylı Ərazi İdarəsinə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubdan müəyyən edilir ki, mərhum S.Salahova, H.Salahov, M.Salahovun vərəsələri X9, X7, X12, İddiaçı Binyamin oğlu, X13, X14, X15 və X16r. İddiaçının bildirdiyinə görə X7 və X14 vəfat etmişdir. Lakin yerdə qalan digər vərəsələrin miras əmlaka dair vərəsəliyi qəbul etməsi təsdiqini tapmamışdır. İddiaçı mübahisəli əmlak üzrə tək vərəsə olmadığı üçün və ümumiyyətlə mirası nə notarial, nə də faktiki qəbul etmədiyi üçün hazırki vəziyyətdə həmin əmlakla bağlı hər hansı iddia irəli sürmə hüququ istisna olunur. Azərbaycan Respublikasının mülki qanunvericiliyində mirasın qəbul edilməsinin iki üsulu müəyyənləşdirilir: formal üsul və qeyri-formal üsul. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsidir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Mirasın qəbul edilməsinin qeyri-formal üsuluna əsasən, vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıqaşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Faktiki sahiblik etmə üsuluna əsasən, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, üzərində fiziki ağalıq edir. Bu hərəkətlərlə vərəsənin mirası qəbul etmək niyyəti açıq aşkar görünür və bəlli olur. Mülki Məcəllənin 1321-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Mülki Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi, qanunvericiliyinin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, mərhumun hüquqlarının ona keçdiyini irəli sürən vərəsəsi hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi üçün daşınmaz əmlakın qeydiyyatını aparan orqana müraciət etməli, bu arayış əsasında vərəsəlik sənədləri onu təqdim edən vərəsənin adına rəsmiləşdirilməli, yəni, sonuncuya bu barədə vərəsəlik şəhadətnaməsi verilməli, bundan sonra həmin vərəsə vərəsəlik şəhadətnaməsini qeydiyyat orqanına təqdim etməli və daşınmaz əmlak üzərində hüquq onun adına dövlət qeydiyyatına alınmalıdır. Lakin işdən görünür ki, iddiaçı, mərhumun miras əmlakına dair vərəsəlik şəhadətnaməsinə malik olmadığı üçün, vəfat etmişin ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun öz adına dövlət qeydiyyatına alınması üçün əvvəlcə sözügedən arayışın verilməsindən ötrü cavabdehə müraciət etməli olduğu halda, bunu etməmişdir. Digər tərəfdən, o, yalnız bu arayış, ondan sonra vərəsəlik şəhadətnaməsini əldə etdikdən sonra hazırki iddianı irəli sürə bilərdi. Bundan başqa məhkəmə qeyd edir ki, mübahisəli bələdiyyə qərarı X10 adına olan 4569 inventar nömrəli texniki pasportda göstərilmiş torpaq sahəsi üst-üstə düşür. Buradan da müəyyən olunur ki, iddiaçı hətta özünə aid hissədə vərəsəliyi qəbul etmiş olsa belə mübahisəli qərar ona aid olmayan torpaq sahəsi barədə qəbul olunduğu üçün onun hərhansı hüququna toxunması da mümkün deyildir. İddiaçı tərəfindən ilk növbədə miras əmlak qəbul edilməli, bundan sonra X10 adına olan 4569 inventar nömrəli texniki pasport mübahisələndirilməli və yanlız bundan sonra bələdiyyə qərarının ləğvi barədə iddia irəli sürülməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianı irəli sürmək üçün subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddiaçı cavabdeh inzibati orqanın hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxx 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründyü kimi, iddiaçının iddia qaldırılması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Şəki Bələdiyyəsinə qarşı (üçüncü şəxs: X8) “Şəki Bələdiyyəsinin xx xxxxxxx 2014-cü il tarixli, 15 saylı iclas protokolunun 92 nömrəli qərarını ünvan 1 ünvanında yerləşən 0.035 ha həyətyanı torpaq sahəsinin fərdi yaşayış evi tikmək məqsədilə satışa çıxarılması üçün plan və ölçüsünün hazırlanmasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsindən, həmin torpaq sahəsi üzərində Şəki Bələdiyyəsinin mülkiyyət hüququnun qeydiyyata alınmasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X30 xahiş edilməsinə dair hissədə ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar