Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-52/2022 05.08.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı nümayəndəsi X21, üçüncü şəxs X12 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh 11 noyabr 2020-ci il tarixli 12 nömrəli iclasının gündəliyində olan 5-ci və 9-cu məsələlər üzrə qəbul edilmiş qərarların ləğv edilməsi haqqında” inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Cavabdeh 11 noyabr 2020-ci il tarixli 12 nömrəli iclasının gündəliyində olan 5-ci və 9-cu məsələlər üzrə qəbul edilmiş qərarların ləğv edilməsi haqqında” qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 01 iyun 2021-ci il tarixli 2-1(116)-671/2021 nömrəli qərardadı ilə X6, X22, X26, X15, X30, X20, X3, X16, X33, X31, X27 və X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi cəlb edilmişlər. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(116)-671/2021 nömrəli qərardadı ilə iddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İddiaçı Cavabdehnə qarşı «Şəki Bələdiyyəsinin 11 noyabr 2020-ci il tarixli 12 nömrəli iclasında qəbul edilmiş aktların (qərarların) ləğv edilməsi barədə” iddia ərizəsinin verilməsi üçün buraxılmış müddət bərpa edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-52/2022 nömrəli qərardadı ilə yuxarıda adları qeyd edilmiş şəxslərin inzibati məhkəmə icraatında iştirakı adi cəlbetmədən zəruri cəlbetməyə dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-52/2022 nömrəli qərardadı ilə iddia tələbinin “Şəki bələdiyyəsinin 11 noyabr 2020-ci il tarixli 12 nömrəli iclasının gündəliyində olan 5-ci məsələ üzrə qəbul edilmiş aktlar (qərarlar) əsasında şəhərin 104-cü kvartalında yerləşən 0,06 və 0,03 ha. olmaqla iki torpaq sahəsinin, şəhərin 119a saylı kvartalında yerləşən hər birinin sahəsi 0,03 ha. olmaqla 4 torpaq sahəsinin, şəhərin 121 -ci kvartalında yerləşən hər birinin sahəsi 0,06 ha. olan 2 torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətə verilməsindən ötrü müsabiqə keçirirlmişdirsə müsabiqənin nəticələrinin ləğv edilməsi və qeyd olunan torpaq sahələrinin bələdiyyəninin sahibliyinə qaytarılması” barədə aidiyyəti məhkəmədə müvafiq iddianın qaldırılması öhdəliyinin Şəki bələdiyyəsinin üzərinə qoyulması” və “Şəki bələdiyyəsinin 11 noyabr 2020-ci il tarixli 12 nömrəli iclasının gündəliyində olan 9-cu məsələ üzrə qəbul edilmiş aktlar (qərarlar) əsasında X9 şəhərin 118-cl kvartalında yerləşən 0,03 ha. torpaq sahəsinin satılması, X28 şəhərin Ş.Axundova (keçmiş Əzizbəyov) küçəsində yerləşən 0,05 ha. torpaq sahəsinin satılması, X23 şəhərin Ə.Dəmirçizadə küçəsində yerləşən 0,0104 ha. torpaq sahəsinin satılması, X17 şəhərin 104-cü kvartalında yerləşən 0,06 ha. torpağın satılması, X5 şəhərin 104-cü kvartalında yerləşən 0,06 ha. torpağın satılması ilə əlaqədar həmin şəxslərlə Şəki bələdiyyəsi arasında bağlanmış alqı-satqı müqavilələrinin ləğv edilməsi və qeyd olunan torpaq sahələrinin Şəki bələdiyyəsinin sahibliyinə qaytarılması” barədə aidiyyəti məhkəmədə müvafiq iddianın qaldırılması öhdəliyinin Şəki bələdiyyəsinin üzərinə qoyulması barədə qərar çıxarılması” hissəsi mümkün sayılmamışdır. İddia tələbi aşağıdakı kimi əsaslandırılmışdır: - Şəki rayon Şəki bələdiyyəsinin 11 noyabr 2020-ci il tarixli 12 nömrəli iclasının gündəliyində olan 5-ci məsələ üzrə qəbul edilmiş 2-ci qərarın qəbul edilməsinə əsas olan və protokola əlavə edilmiş şəhərin 104-cü kvartalında yerləşən 0,03 ha. torpaq sahəsinə aid Azərbaycan Respublikasıq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xitməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Ərazi idarəsi tərəfindən verilmiş 01/9099 nömrəli daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair” arayışda həmin torpağın bazar dəyərinin 3000 manat təşkil etdiyi göstərilmişdir. 119a saylı kvartalda yerləşən 0,03 ha. torpaq sahələrinə aid 01/9306, 01/9307, 01/9308 və 01/9309 nömrəli “daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair” arayışlarda həmin torpaların bazar dəyərinin 3500 manat təşkil etdiyi göstərilmişdir. 121 -ci kvartalda yerləşən ********** nömrə ilə qeydiyyata alınmış 0,06 ha. torpaq sahəsinə aid 01/9252 nömrəli “daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair” arayışda həmin torpağın bazar dəyərinin 7500 manat təşkil etdiyi göstərilmişdir. 121 -ci kvartalda yerləşən ********** nömrə ilə qeydiyyata alınmış 0,06 ha. torpaq sahəsinə aid 01/9252 nömrəli “daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair” arayışda həmin torpağın bazar dəyərinin 8000 manat təşkil etdiyi göstərilmişdir. İclasın gündəliyində olan 9-cu məsələ üzrə Şəki bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələri kateqoriyasına aid torpaqlardan fərdi yaşayış evinin tikintisi üçün X9 şəhərin 118-ci kvartalında yerləşən 0,03 ha. torpaq sahəsinin satılması və torpağın dəyəri olan 660 manatın, X28 şəhərin Ş.Axundova (keçmiş Əzizbəyov) küçəsində yerləşən 0,05 ha. torpaq sahəsinin satılması və torpağın dəyəri olan 3250 manatın, X23 şəhərin Ə.Dəmirçizadə küçəsində yerləşən 0,0104 ha. torpaq sahəsinin satılması və torpağın dəyəri olan 676 manatın, X17 şəhərin 104-cü kvartalında yerləşən 0,06 ha. torpağın satılması və torpağın dəyəri olan 1326 manatın, X5 şəhərin 104-cü kvartalında yerləşən 0,06 ha. torpağın satılması və torpağın dəyəri olan 1326 manatın 60 gün müddətində ödənilməsi haqqında qərarlar qəbul edilmişdir. Halbuki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xitməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Ərazi idarəsi tərəfindən verilmiş X9 şəhərin 118-ci kvartalından 0,03 ha, torpaq sahəsinin 660 manata satılması haqqında qərarların qəbul edilməsinə əsas olan və protokola əlavə edilmiş 01/9098 nömrəli “daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair” arayışda həmin torpağın bazar dəyərinin 3000 manat təşkil etdiyi göstərilmişdir. X28 şəhərin Ş.Axundova (keçmiş Əzizbəyov) küçəsində yerləşən 0,05 ha. torpaq sahəsinin 3250 manata satılması haqqında qərarların qəbul edilməsinə əsas olan və protokola əlavə edilmiş 01/9042 nömrəli “daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair” arayışda həmin torpağın bazar dəyərinin 12500 manat təşkil etdiyi göstərilmişdir. X23 şəhərin Ə.Dəmirçizadə küçəsində yerləşən 0,0104 ha. torpaq sahəsinin 676 manata satılması haqqında qərarların qəbul edilməsinə əsas olan və protokola əlavə edilmiş 01/9305 nömrəli “daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair” arayışda həmin torpağın bazar dəyərinin 1000 manat təşkil etdiyi göstərilmişdir. X17 şəhərin 104-cü kvartalında yerləşən 0,06 ha. torpağın 1326 manata satılması haqqında qərarların qəbul edilməsinə əsas olan və protokola əlavə edilmiş 01/8866 nömrəli “daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair” arayışda həmin torpağın bazar dəyərinin 6500 manat təşkil etdiyi göstərilmişdir. X5 şəhərin 104-cü kvartalında yerləşən 0,06 ha. torpağın 1326 manata satılması haqqında qərarların qəbul edilməsinə əsas olan və protokola əlavə edilmiş müvafiq olaraq 01/8791 nömrəli “daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair” arayışda həmin torpağın bazar dəyərinin 7500 manat təşkil etdiyi göstərilmişdir. Qeyd olunanlardan görünür ki, yuxarıda göstərilən torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətə verilməsindən ötrü müsabiqəyə çıxarılarkən və bilavasitə satılarkən bazar qiyməti nəzərə alınmamışdır. Qiymətlər torpaqların bazar dəyərindən aşağı müəyyən edilmişdir. Bələdiyyənin qeyd olunan aktlarının (qərarlarının) ləğv edilməsi haqqında 24 noyabr 2020-ci il tarixli, 598-li nömrəli məktubu ilə təklif göndərilmişdir. Həmin təklif bələdiyyəninin 04 dekabr 2020-ci il tarixli 14 nömrəli iclasında müzakirə edilsə də, təklif təmin edilməmiş və qərarlar ləğv edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçın nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh, iddia tələbinə münasibətində qeyd etmişdir ki, bələdiyyənin 11 noyabr 2020-ci il tarixli, 12 nömrəli iclasında qəbul edilmiş qərara əsasən (5-ci məsələ üzrə) müsabiqə vasitəsilə satışa çıxarılmış, şəhərin 104-cü kvartalmda yerləşən 0,06 ha və 0,03 ha, şəhərin 119a saylı kvartalında yerləşən hər birinin sahəsi 0,03 ha olan 4 ədəd, şəhərin 121-ci kvartalında yerləşən hər birinin səhəsi 0,06 ha olan 2 ədəd torpaq sahəsi xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak ləsələləri Dövlət Xidməti, Hərracların Təşkili üzrə X32 Ərazi Torpaq Müsabiqə və Hərrac komissiyasının keçirdiyi müsabiqədə satılmış və qalib olmuş vətəndaşlarla Şəki Bələdiyyəsi arasında notarial qaydada alqı-satqı müqaviləsi bağlanmışdır. Həmçinin bildiririk ki, şəhərin 119a saylı kvartalında yerləşən hər birinin sahəsi 0,03 ha olan 4 ədəd torpaq sahəsindən 1 ədəd 0,03 ha torpaq sahəsi satılmamışdır. Cavabdehin nümayəndəsi Nümayəndə3 xx.xx.2021-ci il tarixdə məhkəmə iclasında iştirak edən zaman iddia tələbinə etirazını həmin torpaq sahələrinin artıq vətəndaşlar tərəfindən alınması və həmin ərazilərdə tikinti işlərinə başlanması ilə əsaslandırmış və bildirmişdir ki, həmin bələdiyyə qərarının ləğv olunması nəticəsində torpaq sahəsini alan vətəndaşların hüquqları pozula bilər. Eyni zamanda torpaq sahəsi vətəndaşlara satılarkən onların maddi vəziyyəti nəzərə alınmış və həmin şəxslərin əlavə vəsait ödəməyə imkanları yoxdur. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli DƏDR-dən çıxarışdan və AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Şəki şəhəri 118-ci kvartalda yerləşən 0.03 ha torpaq sahəsi Şəki bələdiyyəsinin mülkiyyətində olmuş və xx.xx.2021-ci il tarixdə X9 660 manat məbləğində dəyəri ödənilməklə satılmışdır. - ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli DƏDR-dən çıxarışdan və AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Şəki şəhəri 121-ci kvartalda yerləşən 0.06 ha torpaq sahəsi Şəki bələdiyyəsinin mülkiyyətində olmuş və xx.xx.2021-ci il tarixdə X10 1345 manat məbləğində dəyəri ödənilməklə satılmışdır. - ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli DƏDR-dən çıxarışdan və AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Şəki şəhəri 121-ci kvartalda yerləşən 0.06 ha torpaq sahəsi Şəki bələdiyyəsinin mülkiyyətində olmuş və xx.xx.2021-ci il tarixdə X18 1350 manat məbləğində dəyəri ödənilməklə satılmışdır. - - ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli DƏDR-dən çıxarışdan və AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Şəki şəhəri 123-cü kvartalda yerləşən 0.03 ha torpaq sahəsi Şəki bələdiyyəsinin mülkiyyətində olmuş və xx.xx.2021-ci il tarixdə X19 1260 manat məbləğində dəyəri ödənilməklə satılmışdır. - ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli DƏDR-dən çıxarışdan və AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Şəki şəhəri Şəfiqə Axundova küçəsində yerləşən 0.05 ha torpaq sahəsi Şəki bələdiyyəsinin mülkiyyətində olmuş və xx.xx.2021-ci il tarixdə X28 3250 manat məbləğində dəyəri ödənilməklə satılmışdır. - ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli DƏDR-dən çıxarışdan və AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Şəki şəhəri Əbdüləzzəl Dəmirçizdə küçəsində yerləşən 0.0104 ha torpaq sahəsi Şəki bələdiyyəsinin mülkiyyətində olmuş və xx.xx.2021-ci il tarixdə X23 676 manat məbləğində dəyəri ödənilməklə satılmışdır. - ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli DƏDR-dən çıxarışdan və AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Şəki şəhəri 104-cü kvartalda yerləşən 0.06 ha torpaq sahəsi Şəki bələdiyyəsinin mülkiyyətində olmuş və xx.xx.2021-ci il tarixdə X5 1326 manat məbləğində dəyəri ödənilməklə satılmışdır. - ********** qeydiyyat nömrəli, xx.xx.2016-ci il tarixli DƏDR-dən çıxarışdan və AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Şəki şəhəri 104-cü kvartalda yerləşən 0.06 ha torpaq sahəsi Şəki bələdiyyəsinin mülkiyyətində olmuş və xx.xx.2021-ci il tarixdə X11 1330 manat məbləğində dəyəri ödənilməklə satılmışdır. - ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli DƏDR-dən çıxarışdan və AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Şəki şəhəri 119A kvartalında yerləşən 0.03 ha torpaq sahəsi Şəki bələdiyyəsinin mülkiyyətində olmuş və xx.xx.2021-ci il tarixdə X4 1255 manat məbləğində dəyəri ödənilməklə satılmışdır. - ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli DƏDR-dən çıxarışdan və AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Şəki şəhəri 119A kvartalında yerləşən 0.03 ha torpaq sahəsi Şəki bələdiyyəsinin mülkiyyətində olmuş və xx.xx.2021-ci il tarixdə X2 1255 manat məbləğində dəyəri ödənilməklə satılmışdır. - ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli DƏDR-dən çıxarışdan və AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Şəki şəhəri 119A kvartalında yerləşən 0.03 ha torpaq sahəsi Şəki bələdiyyəsinin mülkiyyətində olmuş və xx.xx.2021-ci il tarixdə X14 1260 manat məbləğində dəyəri ödənilməklə satılmışdır. - ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli DƏDR-dən çıxarışdan və AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Şəki şəhəri 104-cü kvartalda yerləşən 0.03 ha torpaq sahəsi Şəki bələdiyyəsinin mülkiyyətində olmuş və xx.xx.2021-ci il tarixdə X24 670 manat məbləğində dəyəri ödənilməklə satılmışdır. - ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli DƏDR-dən çıxarışdan və AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Şəki şəhəri 104-cü kvartalda yerləşən 0.06 ha torpaq sahəsi Şəki bələdiyyəsinin mülkiyyətində olmuş və xx.xx.2021-ci il tarixdə X17 1326 manat məbləğində dəyəri ödənilməklə satılmışdır. - ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli DƏDR-dən çıxarışdan görünür ki, Şəki şəhəri 119A kvartalda yerləşən 0.03 ha torpaq sahəsi Şəki bələdiyyəsinin mülkiyyətindədir. Torpaq sahəsi özgəninkiləşdirilməmiş, Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 01/9308 №-li arayışda obyektin xx.xx.2020-ci il tarixə real bazar qiyməti 3500 manat müəyyən edilmişdir. - DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 2020-ci ilin sentyabr-oktyabr ayları üzrə Şəki şəhəri, Şəfiqə Axundova küçəsində 0.01 ha torpaq sahəsinin bazar dəyəri 3500 manat, Əbdüləzzəl Dəmirçizadə küçəsində 0.01 ha torpaq sahəsinin bazar dəyəri 2500 manat, 118-ci kvartalda 0.01 ha torpaq sahəsinin bazar dəyəri 800 manat, 104-cü kvartalda 0.01 ha torpaq sahəsinin bazar dəyəri 900 manat, 119A və 121-ci kvartallarda 0.01 ha torpaq sahəsinin bazar dəyəri 1000 manat olmuşdur. 2020-ci ilin noyabr-dekabr ayları üzrə Şəki şəhəri, Şəfiqə Axundova küçəsində 0.01 ha torpaq sahəsinin bazar dəyəri 3500 manat, Əbdüləzzəl Dəmirçizadə küçəsində 0.01 ha torpaq sahəsinin bazar dəyəri 2500 manat, 118-ci kvartalda 0.01 ha torpaq sahəsinin bazar dəyəri 800 manat, 104-cü kvartalda 0.01 ha torpaq sahəsinin bazar dəyəri 900 manat olmuşdur. 2021-ci ilin aprel ayı üzrə Şəki şəhəri, 104-cü kvartalda 0.01 ha torpaq sahəsinin bazar dəyəri 1000 manat, 119A kvartalda 0.01 ha torpaq sahəsinin bazar dəyəri 1100 manat, 121-ci kvartalda 0.01 ha torpaq sahəsinin bazar dəyəri 1350 manat olmuşdur. - Şəki rayon Şəki bələdiyyəsinin 11 noyabr 2020-ci il tarixli 12 nömrəli iclasının gündəliyində olan 5-ci məsələ üzrə qəbul edilmiş 2-ci qərarda göstərilmişdir ki, şəhərin 104-cü kvartalında yerləşən 0,06 və 0,03 ha. torpaq sahəsinin hər 0,01 hektarının ilkin satış qiyməti son müsabiqədə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az olmayaraq 221 manat, şəhərin 119a saylı kvartalında yerləşən hər birinin sahəsi 0,03 ha. olmaqla 4 torpaq sahəsinin hər 0,01 hektarının ilkin satış qiyməti son müsabiqədə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az olmayaraq 417 manat, şəhərin 121 -ci kvartalında yerləşən hər birinin sahəsi 0,06 ha. olan 2 yer hər 0,01 hektarının ilkin satış qiyməti son müsabiqədə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az olmayaraq 223,5 manat müəyyən edilsin və fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətə verilməsindən ötrü müsabiqəyə çıxarılsın. - Şəki rayon Şəki bələdiyyəsinin 11 noyabr 2020-ci il tarixli 12 nömrəli iclasının gündəliyində olan 9-cu məsələ üzrə qərarın 1.4-cü bəndinə əsasən Şəki bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələri kateqoriyasına aid torpaqlardan fərdi yaşayış evinin tikintisi üçün X9 şəhərin 118-ci kvartalında yerləşən 0,03 ha. torpaq sahəsinin satılması və torpağın dəyəri olan 660 manatın, 1.5-ci bəndinə əsasən X28 şəhərin Ş.Axundova (keçmiş Əzizbəyov) küçəsində yerləşən 0,05 ha. torpaq sahəsinin satılması və torpağın dəyəri olan 3250 manatın, 1.6-cı bəndinə əsasən X23 şəhərin Ə.Dəmirçizadə küçəsində yerləşən 0,0104 ha. torpaq sahəsinin satılması və torpağın dəyəri olan 676 manatın, 1.7-ci bəndinə əsasən X17 şəhərin 104-cü kvartalında yerləşən 0,06 ha. torpağın satılması və torpağın dəyəri olan 1326 manatın, 1.8-ci bəndinə əsasən X5 şəhərin 104-cü kvartalında yerləşən 0,06 ha. torpağın satılması və torpağın dəyəri olan 1326 manatın 60 gün müddətində ödənilməsi haqqında qərar qəbul edilmişdir Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi və X7 başqa digər üçüncü şəxslər məhkəmə iştirak etməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin və digər üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. “Bələdiyyələrin fəalliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 8.4.-cü və 8.6.-cı maddələrinə görə inzibati nəzarəti həyata keçirən orqan bu Qanunun 5.0.1 .-ci maddəsində həzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu Qanunun 1 -ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir. Hər hansı bələdiyyə aktı və ya bələdiyyənin fəaliyyəti dövlət mənafelərinə və ya ictimai mənafelərə ağır ziyan vura bilərsə, inzibati nəzarəti həyata keçirən orqan müvafiq bələdiyyəyə dərhal həmin aktın ləğv edilməsini (dəyişdirilməsini) və ya həmin fəaliyyətə xitam verilməsini təklif edir. Bu təklif 3 iş günü müddətində yerinə yetirilmədikdə, inzibati nəzarəti həyata keçirən orqan dərhal məhkəməyə müraciət edir və həmin iddianın təmin edilməsi ilə bağlı qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş edir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti (qiyməti) torpağın normativ qiymətindən az olmamaq şərtilə bazar qiyməti nəzərə alınmaqla bələdiyyələr tərəfindən müəyyən edilir “Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 3-cü abzasına əsasən Bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti (qiyməti) normativ qiymətdən az olmamaq şərtilə bazar məzənnələri nəzərə alınmaqla bələdiyyələr tərəfindən müəyyən edilir.. "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 23-cü bəndinə əsasən bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir. İş materialları ilə müəyyən edilir ki, Şəki Bələdiyyəsinin 11 noyabr 2020-ci il tarixli 12 nömrəli iclasının gündəliyində olan 5-ci və 9-cu məsələlər üzrə müvafiq qərarlar qəbul edilərkən Torpaq sahəsinin bazar qiyməti nəzərə alınmamış və mövcud bazar qiymətlərindən aşağı qiymətlərdə torpaq sahələrinin özgəninkiləşdirilməsinə yol verilmişdir. Bununla belə nəzərə alınmalıdır ki, mübahisələndirilən qərarın 5-ci məsələ üzrə 2 №-li qərarında qeyd edilmiş, şəhərin 119 a kvartalında yerləşən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli DƏDR-dən çıxarışa əsasən Şəki bələdiyyəsinin mülkiyyətində olan 0.03 ha torpaq sahəsindən başqa qalan bütün digər torpaq sahələri bələdiyyə tərəfindən müvafiq alqı-satqı müqavilələri bağlanmaqla üçüncü şəxslərin xeyrinə özgəninkiləşdirilmişdir. 119 a kvartalında yerləşən ********** qeydiyyat nömrəli, xx.xx.2020ci il tarixli DƏDR-dən çıxarışa əsasən Şəki bələdiyyəsinin mülkiyyətində olan 0.03 ha torpaq sahəsinin bazar qiyməti, müvafiq qərarın qəbul edildiyi zaman hər 0.01 hektarı 1000 manat məbləğində olmasına baxmayaraq, cavabdeh müvafiq torpaq sahəsinin 417 manat müəyyən etməklə, fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətə verilməsindən ötrü müsabiqəyə çıxarılması qərarını qəbul etmiş və torpaq sahəsinin real bazar qiymətini ümumiyyətlə nəzərə almamışdır. İş materiallarından göründüyü kimi 119ª kvartalında yerləşən torpaq sahəsinin bazar qiyməti ilə bağlı DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi 1000 manat məbləğində bazar qiymətinin olması barədə məlumat vermiş, həmçinin sonuncunun, Şəki bələdiyyəsinə təqdim etdiyi 01/9307 №-li Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair arayışda da 0.03 ha torpaq sahəsinin xx.xx.2020-ci il tarixə bazar dəyəri 3500 manat məbləğində göstərilmişdir. Odur ki, məhkəmə hesab edir ki, 119 a kvartalında yerləşən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli DƏDR-dən çıxarışa əsasən Şəki bələdiyyəsinin mülkiyyətində olan 0.03 ha torpaq sahəsinə münasibətdə iddia əsaslıdır və qüvvədə olan qanunvericiliyin tələbləri pozulmaqla qəbul edildiyindən həmin torpaq sahəsinə münasibətdə qərar ləğv edilməlidir. Üçüncü şəxslər X6, X22, X26, X15, X30, X20, X3, X16, X33, X31, X27 və X1, yəni artıq özgəninkiləşdirilmiş torpaq sahələrinə münasibətdə isə məhkəmə qeyd edir ki, müvafiq torpaq sahələrinin satılması (müsabiqəyə çıxarılması) ilə bağlı qərarlar qəbul edilərkən, torpaq sahələrinin real bazar dəyəri nəzərə alınmasa da, artıq müvafiq torpaq sahələri özgəninkiləşdirildiyindən və həmin şəxslər hüquq sahibi olduqlarından, adları qeyd edilən şəxslərin inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqı olmuşdur. Belə ki, cavabdeh, müvafiq torpaq sahələrinin satılması və torpaq sahəsinin satış dəyərinin müəyyən edilməsi ilə bağlı qərarı qəbul edilərkən son müsabiqədə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az olmayaraq qiymətləri müəyyən etdiyindən, üçüncü şəxslərin cavabdeh inzibati orqanın inzibati praktikasına, onun davranışına etimad hüququ və bununla bağlı onun inzibati orqandan qanuni gözləntiləri də mövcud olmuşdur. Belə ki, analoji şərtlər daxilində əvvələr torpaq sahələrinin özgəninkiləşdirilməsi, yenə cavabdehin uyğun qaydada davranacağı ilə bağlı üçüncü şəxslərdə haqlı olaraq qanuni gözləntiləri yaratmışdır. Nəzərə alınmalıdır ki, şəxsin müraciəti əsasında əlverişli inzibati aktın qəbul edilməsi və həmin aktın qanunauyğunluğunun təmin edilməsi inzibati orqanın məsuliyyət sferasına aiddir və bu zaman yol verilmiş pozuntulara görə üçüncü şəxslərin hüquqlarının pozulması yolverilməzdir. Etimadın qorunması prinsipi o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqe). Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilir. Cavabdeh 11 noyabr 2020-ci il tarixli 12 nömrəli iclasının gündəliyində olan 5-ci məsələ üzrə “hər 0,01 hektarının ilkin satış qiyməti son müsabiqədə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az olmayaraq 417 manat müəyyən edilməklə, fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətə verilməsindən ötrü müsabiqəyə çıxarılması barədə” 2 №-li qərar “şəhərin 119 a kvartalında yerləşən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli DƏDR-dən çıxarışa əsasən Şəki bələdiyyəsinin mülkiyyətində olan, özgəninkiləşdirilməyən 0.03 ha torpaq sahəsinə münasibətdə ləğv edilir. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilmir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-52/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-52/2022
05.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver