Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-52/2023 27.02.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X5 və İddiaçı hüquq varisləri X6, X7, X11, X14 və X2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X26 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi və 1.35 ha kənd təssərüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulan torpaq sahəsinə iddiaçının adına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq, məhkəmə hazırlıq icraatı çərçivəsində keçirilən iclasda baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi: Təsviri hissə : İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X26 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi və 1.35 ha kənd təssərüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulan torpaq sahəsinə iddiaçının adına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçılar İddiaçı və X5 cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək “RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və 1,35 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulan torpaq sahəsinə onların adına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-807/2022 nömrəli qərardadı ilə 2-1(116)-807/2022 nömrəli inzibati iş 2-1(116)-707/2022 nömrəli inzibati işə birləşdirilmiş, dir. 2-1(112)-807/2022 nömrəli inzibati iş üzrə icraata xitam verilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-707/2022 saylı qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X26 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi və 1.35 ha kənd təssərüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulan torpaq sahəsinə onun adına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə icraat iddiaçının hüquq varisi müəyyən edilənədək dayandırılmışdır. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-52/2023 nömrəli qərardadı ilə 2-1(116)-52/2023 nömrəli inzibati iş üzrə icraat təzələnmiş, İddiaçı hüquq varisi X8, X4, X11, X9, X14 və X12 ilə əvəz edilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-52/2023 saylı qərardadı ilə Göyçay rayon Ərəbcəbirli bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X26 16 saylı Ucar Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddia ərizəsinin əsaslarına görə, mübahisəli torpaq sahəsi iddiaçıya 1998-ci ildə Aqrar İslahat komisiyasının qərarı ilə islahat zamanı verilmişdir. Həmin torpaq sahəsi 1998-ci ildən onun mülkiyyəti kimi tanınmış və həmin sahədə əkinçilik işləri aparmışdır. 18 il torpağın vergisini ödəmişdir. Bələdiyyə həmin torpaq sahəsinə öz adına çıxarış almışdır. İddiaçı həmin çıxarışın ləğv edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, Göyçay rayonu, Ərəbcəbirli Bələdiyyəsinin mülkiyyət hüququnun ləğv olunmasına əsas olacaq hallar müəyyən olunmadığı üçün vətəndaşın ərizəsinin icrası mümkün olmamışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X26 16 saylı Ucar Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdeh olması ilə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsini rəhbər tutaraq, məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Üçüncü şəxs iddia tələbinə etirazında qeyd edilmişdir ki, iddiaçılar X5 və İddiaçı hazırda mübahisələndirdiyi RX seriyalı, ******* nömrəli, 16.01 2016-cı il tarixli çıxarışdan məlumatlı olmasına baxmayaraq, həmin sənədi qanunla müəyyən edilmiş müddət ərzində mübahisələndirməmiş, aradan qanunla müəyyən edilmiş müddətdən artıq müddət keçdikdən sonra hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir ki, bununla da həmin sənədi mübahisələndirmək üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Yuxarıda göstərilənlərə əsasən məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi, məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Göyçay rayonu Ərəbcəbirli bələdiyyəsinin xx.xx.2015-ci il tarixli iclas protokolunun 13 saylı qərarından görünür ki, Ərəbcəbirli bələdiyyəsinin alqı-satqı predmeti olan 3 ha torpaq sahəsi kəndin yaşayış məntəqəsi altında istifadə olunmaqla məqsədli təyinatı ərazinin yerquruluşu-təsərrüfat planına yaşayış məntəqəsinin baş planına ərazinin planlaşdırılması və kənd təsərrüfatına uyğun olduğundan həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə istifadəsinə və ya icarəsinə verilmədiyindən habelə elektrik rabitə nəqliyyat qaz-su kanalizasiya digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşmədiyindən həmin torpaq sahəsinin kənd təsərrüfatı məqsədilə satılması ilə bağlı torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılmış, mülkiyyət hüquqi ilə verilməsi nəzərdə tutulan bu torpaq sahəsinin planı və ölçüsü sənədini hazırlayaraq torpaq sahəsinin sənədlərinə baxış keçirilib rəy verilməsi üçün ƏMDK 16 saylı Ucar Ərazi şöbəsinə göndərilmiş, bələdiyyənin satışa çıxarmaq istədiyi bu torpaq sahəsi üzərində mülkiyyət hüququnun qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın eləcə də qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına dair arayışın verilməsi ƏMDK 16 saylı Ucar Ərazi idarəsindən xahiş edilmişdir. - JN-323 kod 40814058 nömrəli “Torpağın mülkiyyətə hüququna dair” dövlət aktından görünür ki, Göyçay rayon AİK-nın xx.xx.1998-ci il tarixli 41 saylı qərarı ilə X10 5 nəfər ailə üzvü ilə birlikdə 1,35 ha torpaq sahəsi verilmişdir. - AZ-İİ 244520 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. - Göyçay Rayon Xüsusi Notariusun xx.xx.2022-ci il tarixli 816 nömrəli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş İddiaçı vərəsəsi olan Göyçay rayonu, Mirzəhüseynli kəndində qeydiyyatda olan X3 xx.xx.2022-ci il tarixdə, 2V-740 reyestr nömrəsi ilə təsdiq edilmiş Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. - Göyçay Rayon İcra Hakimiyyəti Başçısının Ərəbcəbirli Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 2/56 nömrəli məktubundan görünür ki, mərhum İddiaçı aşağıda adları qeyd edilən vərəsələri vardır: 1.arvadı: X6- 12.1 1.1959 Mirzəhüseynli kəndi 2.qızı: X4-xx.xx.1985 Mirzəhüseynli kəndi 3.oğlu: X11-xx.xx.1987 Mirzəhüseynli kəndi 4.oğlu: X5-xx.xx.1989 Mirzəhüseynli kəndi 5.qızı: X14-xx.xx.1984 Cəyirli kəndi 6.qızı: X13-xx.xx.1986 Ləkçıplaq kəndi - RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən 3 ha torpaq sahəsi Göyçay rayonu Ərəbcəbirli bələdiyyəsinin mülkiyyətindədir. Əsaslandırma hissəsi : Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). Azərbaycan Respublikasının İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya izah edilmişdir ki, ləğvi tələb olunan RX seriyalı ******* nömrəli çıxarış Göyçay rayonu Ərəbcəbirli bələdiyyəsinin xx.xx.2015-ciil tarixli 13 nömrəli qərarı əsasında verilmişdir. Odur ki, qeyd olunan qərar ləğv olunmadan RX seriyalı ******* nömrəli çıxarış mübahisələndirilə bilməz. Həmçinin, iddia ərizəsinin məzmunundan və ona əlavə edilmiş sənədlərdən, o cümlədən cavabdehin imtina məktubundan görünür ki, idiaçının hüquqi marağı - RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi və 1.35 ha kənd təssərüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulan torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun Dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsinə nail olmaqdır. Lakin, iddia ərizəsinin “xahiş edirəm” hissəsi qeyri-müəyyən formada ifadə olunmuşdur. Belə ki, iddia olunan torpaq sahəsi üzərində hansı subyektin və hansı hüququn (mülkiyyət, istifadə) Dövlət qeydiyyatına alınması ilə bağlı tələb aydın qeyd edilməmişdir. Yəni, RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi və 1.35 ha kənd təssərüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulan torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun Dövlət qeydiyyatına alınmasını arzu edilirsə tələb aydın şəkildə ifadə olunmalıdır. Həmçinin Göyçay rayonu Ərəbcəbirli bələdiyyəsinin xx.xx.2015-ciil tarixli 13 nömrəli qərarı və onun əsasında verilmiş RX seriyalı ******* nömrəli çıxarış ləğv olunmadan tələbdə qeyd olunan torpaq sahəsinə yeni çıxarış verilə, torpaq sahəsi üzərində iddiaçının və ya mərhumun hüquqları dövlət qeydiyyata alına bilməz. Yuxarıda qeyd edilənlərlə bağlı məhkəmənin hüquqi mövqeyinə xx.xx.2023-cü il tarixə saat 15:00-a təyin edilmiş şifahi məhkəmə iclasınadək münasibət bildirilməsi iddiaçıya təklif olumuşdur. Bununla belə ötən müddət ərzində məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməmiş, nöqsanlar aradan qaldırılmamışdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 4.2-ci bəndinə əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən, bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçıların diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar X5 və İddiaçı hüquq varisləri X6, X7, X11, X14 və X2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X26 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi və 1.35 ha kənd təssərüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulan torpaq sahəsinə iddiaçının adına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-52/2023
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-52/2023
27.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver