Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-520/2021 31.08.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Mingəçevir şəhəri Mingəçevir bələdiyyəsi) “fərdi mənzil tikintisi üçün onun xüsusi mülkiyyətinə verilmiş 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “fərdi mənzil tikintisi üçün onun xüsusi mülkiyyətinə verilmiş 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçının “Fərdi mənzil tikintisi və həyətyanı sahə üçün torpaq sahəsinin ayrılması” ilə bağlı müraciəti əsasında Mingəçevir Bələdiyyəsinin 10 mart 2005-ci il tarixli 03\2 nömrəli qərarı ilə Mingəçevir şəhər H.Əliyev prospektinin şimal hissəsi ərazisində (kompüter zavodunun yaxınlığında) baş planda göstərilən yerdən “fərdi mənzil tikintisi üçün” alqı-satqı yolu ilə 600 kv. m torpaq sahəsi onun xüsusi mülkiyyətinə verilmişdir. İddiaçı Mingəçevir Bələdiyyəsinin 10 mart 2005-ci il tarixli 03\2 nömrəli qərarı ilə Mingəçevir şəhər H.Əliyev prospektinin şimal hissəsi ərazisində yerləşən “Fərdi mənzil tikintisi üçün” xüsusi mülkiyyətinə verilmiş 600 kv.m torpaq sahəsinin o vaxtki alqı-satqı dəyərini 10 mart 2005-ci il tarixdə ********* nömrəli ödəniş qəbzi ilə “torpaq satınalma ödənişi-ödəniş təyinatına” ******* (bir milyon səkkiz yüz min) manat pul ödəmişdir. Mingəçevir Bələdiyyəsinin 10 mart 2005-ci il tarixli 03\2 nömrəli qərarı ilə Mingəçevir şəhər H.Əliyev prospektinin şimal hissəsi ərazisində (kompüter zavodunun yaxınlığında) iddiaçının “fərdi mənzil tikintisi üçün” alqı-satqı yolu ilə xüsusi mülkiyyətinə verilmiş 600 kv.m torpaq sahəsinin Gizgisi də çəkilərək təsdiq olunmuş və 12 aprel 2005-ci il tarixli “verilmiş torpaq sahəsinin hüdudlarının yerində (naturada) müəyyənləşdirilməsi” Aktı təıtib olunaraq torpaq sahəsinin başqa torpaq sahələri ilə sərhəd nişanları ayrılaraq iddiaçıya təhfil verilmişdir. Eyni zamanda, Mingəçevir şəhər H.Əliyev prospektinin şimal hissəsi ərazisində “fərdi mənzil tikintisi üçün” 600 kv.m torpaq sahəsinin ayrılmasına rəy verilməsi üçün Mingəçevir Bələdiyyəsinin müraciəti əsasında Mingəçevir şəhər İH aparatının Tikinti və Memarlıq şöbəsindən 10 mart 2005-ci il tarixdə 127 nömrəli razılıq məktubu vermişdir. Həmçinin, Mingəçevir Bələdiyyəsinin müraciəti əsasında Mingəçevir şəhər H.Əliyev prospektinin şimal hissəsi ərazisində “fərdi mənzil tikintisi üçün” 600 kv.m torpaq sahəsinin ayrılmasına dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şöbəsindən də 10 mart 2005-ci il tarixli 32 saylı razılıq məktubu verilmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək,qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan 20.11.2020-ci il tarixli məktubunda qeyd etmişdir ki, Mingəçevir Bələdiyyəsinin 10 mart 2005-ci il tarixli, 03/2 saylı qərarı ilə iddiaçıya fərdi mənzil tikintisi üçün ayrılmış torpaq sahəsi alqı-satqı yolu ilə mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. Ərizəsinə əlavə etdiyi sənəd toplusunda torpaq sahəsinin alqı-satqısına dair akt (müqavilə) əlavə edilməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilən sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, iddia tələbindən imtina etməməklə iddia ərizəsinin geri qaytarılması arzusundadır və iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı iddianı geri götürdüyündən mütəxəssis rəylərinin verilməsi ilə bağlı yaranmış prosessual xərc iddiaçıdan tutularaq aidiyyəti üzrə köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən, prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 111.3-cü maddəsinə əsasən, şəxsin ərizədən, iddiadan və ya şikayətdən imtina etdiyi hallarda, prosessual xərclərin ödənilməsi vəzifəsi həmin şəxsin üzərinə qoyulur. 115.2-ci maddəsinə əsasən, mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərar qəbul edilmədiyi hallarda, prosessual xərclərə dair qərardadın mübahisələndirilməsinə yol verilmir. Göründüyü kimi, iddiaçı iddiadan imtina etməsə də, iddianı geri götürmüşdür ki, mütəxəssis rəylərinin verilməsi üçün xərc ondan tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 55 və 80-cı maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Mingəçevir şəhəri Mingəçevir bələdiyyəsi) “fərdi mənzil tikintisi üçün onun xüsusi mülkiyyətinə verilmiş 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Mütəxəssis rəylərinin verilməsinə çəkilən xərc iddiaçıya aid edilir. Mütəxəssis rəylərinin verilməsinə çəkilən xərcə görə 406 manat İddiaçı tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X3 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov.
Məhkəmə qərarları › İş №2-1(116)-520/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-520/2021
31.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver