Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-521/2020 21.01.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu, İddiaçı X1 Cavabdehnə qarşı “AR X2 K.F.Heydərov tərəfindən barəsində verilmiş 27 noyabr 2019-cu il tarixli 2429/5 saylı əmrin ləğv edilməklə əvvəlki işinə, yəni Nazirliyin Dövlət yanğın nəzarəti İdarəsinin Dövlət yanğın nəzarəti şöbəsinin inspektoru vəzifəsinə bərpa olunmağı” tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdi: İddiaçı X1 Cavabdehnə qarşı “AR X2 K.F.Heydərov tərəfindən barəsində verilmiş 27 noyabr 2019-cu il tarixli 2429/5 saylı əmrin ləğv edilməklə əvvəlki işinə, yəni Nazirliyin Dövlət yanğın nəzarəti İdarəsinin Dövlət yanğın nəzarəti şöbəsinin inspektoru vəzifəsinə bərpa olunmağı”barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı 09.01.2020-ci il tarixdə məhkəməyə ərizə göndərərək hazırki iddasını geri götürdüyünü bildirərək, iddia ərizəsinə əlavə edilən sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, iddia tələbindən imtina etməməklə iddia ərizəsinin geri qaytarılması arzusundadır və iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 16.3, 55, 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı X1 Cavabdehnə qarşı “AR X2 K.F.Heydərov tərəfindən barəsində verilmiş 27 noyabr 2019-cu il tarixli 2429/5 saylı əmrin ləğv edilməklə əvvəlki işinə, yəni Nazirliyin Dövlət yanğın nəzarəti İdarəsinin Dövlət yanğın nəzarəti şöbəsinin inspektoru vəzifəsinə bərpa olunmağı” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 1) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-521/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-521/2020
21.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver