Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-521/2024 21.05.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçının ümumi iş stajını, o cümlədən 12 il 6 aydan çox qaynaqçı kimi işlədiyini nəzərə alınaraq xx.xx.2021-ci ildən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraicət edərək, “iddiaçının ümumi iş stajını, o cümlədən 12 il 6 aydan çox qaynaqçı kimi işlədiyini nəzərə alınaraq xx.xx.2021-ci ildən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinə əsasən iddiaçı 1978-cı ildən etibarən əmək fəaliyyəti ilə məşğul olur. Bu barədə əmək kitabçasında müvafiq qeydlər aparılmışdır. Belə ki, xx.xx.1979-cu ildən xx.xx.1980-cı ilə kimi Şəki istehsal ipək birliyində barama açan kimi. xx.xx.1989-cu ildən 56 nömrəli SMD üzrə qaynaqçı vəzifəsinə keçmişdir. xx.xx.1998-ci ilə kimi həmin vəzifədə çalışmışdır. xx.xx.2017-ci ildən xx.xx.2019- cu ilə kimi “Afqan Holding'’ MMC-yə qaynaqçı kimi işləmişdir. xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilə kimi Körpü-Bina Tikinti MMC-də qaynaqçı kimi işləmişdir. xx.xx.2020-ci ildən xx.xx.2022-ci ilə kimi "xxxx" QSC-də qaynaqçı vəzifəsinə qəbul edilmişdir. xx.xx.2022-ci ildən bu günə kimi "xxxx" MMC-də qaynaqçı vəzifəsində çalışmışdır. Qaynaqçı peşəsi ağır iş sayıldığı üçün güzəştli müddətlərə daxildir.İddiaçı məsələ ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən imtina gəlmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq üçün qanunvericilikdə nəzərədə tutulan yaş həddinə (60 yaş) çatdığı və 12 il 6 aydan çox güzəştli iş stajının olduğu üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Belə ki, iddiaçı daha öncə xx.xx.2022-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etmiş və iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli 3-17-1/2-C-171644/2023 nömrəli cavab məktub ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtinanın əsasları kimi iddiaçının ümumi iş stajının 25 il az (16 il 5 ay 18 gün), güzəştli iş stajının 12 il 6 aydan (9 il 2 ay 16 gün) az olması çıxış edir. Həmçinin, iddiaçıya fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi bildirilmişdir. Bundan narazı qalan iddiaçı S.X1 Məhkəməsinə müraciət etmişdir. Hesab edirik ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş sərtlər daxilində yas həddi 5 il azaldılmaqla yasa görə əmək pensiyası hüququ vardır. Qeyd etmək istəyirik ki, iddiaçı xx.xx.2021-ci il tarixdə 60 yaşma çatmışdır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərə əsasən onun mübahizəsiz qəbul edilən ümumi iş stajı 25 ildən az 16 il 5 ay 18 gün olmaqla aşağıdakı dövrlərdən ibarətdir: > 17.11.1980-xx.xx.1982-ci il tarixləri arasındakı dövrlər, > 02.09.1983-xx.xx.1985-ci il tarixləri arasındakı dövrlər, > xx.xx.1985-xx.xx.1990-cı il tarixləri arasındakı dövrlər, > 29.10.1990-xx.xx.1990-cı il tarixləri arasındakı dövrlər, > 01.02.1991-xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər, > 01.05.1991-xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər, > 01.01.1992-xx.xx.1995-cu il tarixləri arasındakı dövrlər və > 2017-2023-cü illər üzrə cəmi 3 il 5 ay. Həmçinin “Səki-İpək" ASC-nin iddiaçıya dair arayışında 1991-ci ildə 5 av. 1995-ci ildə 9 ay, xx.xx.1996-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində əmək haqqı ödənilmədiyi göstərilib. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən iddiaçıya əmək haqqı ödənilməyən, işləmədiyi ayları iş stajına daxil etmək mümkün deyil. Qeyd edirik ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərə əsasən onun mübahizəsiz qəbul edilən güzəştli iş stajı 12 il 6 aydan az 9 il 2 ay 16 gün olmaqla aşağıdakı dövrlərdən ibarətdir: > xx.xx.1979-xx.xx.1980-ci il tarixləri arasındakı dövrlər, > 02.09.1983-xx.xx.1985-ci il tarixləri arasındakı dövrlər, > 29.10.1990-xx.xx.1990-cı il tarixləri arasındakı dövrlər, > 01.02.1991-xx.xx.1991-cı il tarixləri arasındakı dövrlər, > 01.05.1991-xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər, > 01.01.1992-xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər, > xx.xx.2017-xx.xx.2019-ci il tarixləri arasındakı dövrlər, > xx.xx.2020-xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər, > 01.06.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər, > xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər, > 01.02.2023-xx.xx.2023-ci il tarixləri arasındakı dövrlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Ümumi peşələr bölməsində (35) əl ilə qaynaq aparan elektrik qaynaqçıları və qaz qaynaqçıları peşələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən sənədlərdə iddiaçının xx.xx.1985-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC 96 N-li SMD-də və xx.xx.2020-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində "Körpü-Bina-Tikinti” MMC-də qaynaqçı peşəsində işlədiyi qeyd olunub. Lakin sözügedən sənədlərdə qaynaqçı vəzifəsində işlədiyi müddətdə əl ilə və ya qazla qaynaq aparıb-aparmamağı barəsində hər-hansı məlumat göstərilməyib. Bu səbəbdən də həmin dövrlərin iddiaçının güzəştli iş stajına aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin qeyd edək ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 17817,48 manat təşkil edir. Göründüyü kimi, İddiaçı ümumi iş stajı 16 il 5 ay 18 gün, güzəştli iş stajı 9 il 2 ay 16 gün olmaqla qanunvericilikdə nəzərdə tutulan müddətdən azdır. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yas həddinə çatmasına baxmayaraq, kifayət qədər ümumi və güzəştli sosial sığorta stajı olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir:
1. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu;
2. İddiaçıya məxsus ИT ******* seriya nömrəli əmək kitabçası;
3. Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışlar,
4. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 03 nömrəli arayışı,
5. "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli 128 nömrəli arayışı,
6. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli məktubu və ona əlavə edilmiş sənədlər
Əsaslandırma hissəsi:
İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ümumi iş stajını, o cümlədən 12 il 6 aydan çox qaynaqçı kimi işlədiyini nəzərə alınaraq xx.xx.2021-ci ildən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 530-VİQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 6 mart tarixli 377 nömrəli, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2006-cı il 22 dekabr tarixli 499 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı xx.xx.2022-ci il tarixdə qüvvəyə mindiyindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 3 element mövcud olmalıdır:
1. azı 25 il sığorta stajına malik olmalıdır. 2) ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır. 3) iddia olunan xx.xx.2021-ci il tarixində qüvvədə olan normaların tələbinə əsasən zəruri pensiya kapitalı tələbi mövcud olmuşdur. Müəyyən edilir ki, iddiaçı xx.xx.1961-ci ildə doğulub və “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə çatıb. Odur ki, iddiaçının ən azı 25 il ümumi sosial sığorta stajı olmalıdır İddia ərizəsindən və iddiaçının təqdim etdiyi sənədlərdən də görünür ki, onun ümumi sosial sığorta stajı müddəti 25 ildən azdır. Belə ki,iddiaçıya məxsus əmək kitabçasından görünür ki o, 1978-ci ildən 1998-ci ilə kimi əmək fəaliyyətini davam etdirmiş (hərbi xidmət dövrü daxil olmaqla),xx.xx.1998-ci il tarixindən xx.xx.2017-ci ilə kimi əmək fəaliyyətini dayandırmışdır. Qeyd olunan dövrə münasibətdə iddiaçının ümumi sosial sığorta stajı 20 ildən az olmuşdur.İddiaçının yenidən əmək fəaliyyətini davam etdirdiyi xx.xx.2017-ci ildən cavabdehə müraciət etdiyi 10 iyul 2023-cü il tarixinə qədər olan sosial sığorta stajı 4 il 11 ay 14 gün təşkil edir. Yuxarıda qeyd olunanlara əsasən iddiaçının ümumi sosial sığorta stajı tələb olunan 25 ildən az olduğundan hər bir halda iddia tələbi uğursuzdur. Buna görə də iddiaçının əlavə olaraq xüsusi iş stajının yoxlanılmasına və iddia tələbinin pensiya kapitalı tələbinin aradan qalxdığı dövrə uyğunlaşdırılmasına dair hüquqi yaradım edilməsinə zərurəti yoxdur. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 52, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçının ümumi iş stajını, o cümlədən 12 il 6 aydan çox qaynaqçı kimi işlədiyini nəzərə alınaraq xx.xx.2021-ci ildən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə