Məhkəmə qərarları › İş №2-1(116)-522/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-522/2020

07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-522/2020 07.10.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, iddiaçının vəkili X3, cavabdehin nümayəndəsi X10 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X27 (üçüncü şəxs Şəki Rayonu Turan Bələdiyyəsi) qarşı "torpaq islahatı aparılan zaman verilməmiş, Şəki rayon "Turan" taxılçılıq sovxozu Yerli X18nın xx.xx.2001-ci il tarixli qərarı və Şəki Rayon Turan Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 4 nömrəli qərarı ilə 12,50 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Şəki rayonu "Turan" taxılçılıq sovxozu X34 X17 İcra Hakimiyyəti başçısının "General M.Əsədov" adına qəsəbə inzibati ərazi nümayəndəliyi torpaq islahatı ilə əlaqədar "Turan" qəsəbəsində xx.xx.1996-cı il tarixdən yaşayan, pasport qeydiyyatında olan və torpaq payı almaq hüququ olan vətəndaşların siyahısında 1-ci sətirdə X19 (Böyük Vətən Müharibəsi veteranı) və onun ailə üzvləri İddiaçı, X4, X5, X6 adları göstərilmişdir. Şəki rayonu "Turan" taxılçılıq sovxozu Yerli X18nın xx.xx.2001-ci il tarixli iclasının 33 nömrəli protokol qərarına əsasən, Şəki rayonu Turan qəsəbəsinin sakinləri X11 ikinci pay torpaq sahəsi, İddiaçı və hər bir ailə üzvünə 2,50 ha torpaq sahəsi olmaqla cəmi 12,50 ha verilməsi qərara alınmışdır. Bundan sonra, Şəki Rayon Turan Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 4 nömrəli protokolundan çıxarışa əsasən, X19, İddiaçı, X12, X15, X13 norma üzrə hər birinə 2,50 ha olmaqla 12,50 ha pay torpaq ayrılaraq ölçülüb verilməsi qərara alınmışdır. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, Şəki rayonu Turan qəsəbəsində yerləşən 12,50 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin sonuncu xx.xx.2019-cu il tarixli **********58 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair İddiaçı təqdim etdiyi sənədlər "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə cavab vermir. Bundan sonra iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, torpaq sahəsi X18nın qərarı ilə verildiyinə görə cavabdeh onu qeydiyyata almaqdan imtina etməkdə haqlı olmamışdır. Cavabdeh iddiaya xx.xx.2020-ci il tarixli **********27 nömrəli etirazında bildirmişdir ki, İddiaçı, X12, X15 və X7 adlarına "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın verilməsi barədə məlumat mövcud deyildir. X39 Hakimiyyəti başçısının Turan qəsəbəsi icra nümayəndəliyinin arayışında ailə başçısı kimi göstərilən X8 adı da ailə başçısı kimi daxil edilməklə 5 nəfərə (X20, X21, X22, X23) DTXK-nın Şəki rayon şöbəsi tərəfindən kod 40401027 JN-261 saylı "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" verilmiş, xx xxxxxx 2005-ci il tarixli 4Ə-453 nömrəli alqı satqı müqaviləsi ilə X1. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Şəki rayonu "Turan" taxılçılıq sovxozu Yerli X18nın xx.xx.2001-ci il tarixli iclasının 33 nömrəli protokol qərarından görünür ki, Şəki rayonu Turan qəsəbəsi sakinləri X11 ikinci pay torpaq sahəsi, İddiaçı və hər bir ailə üzvünə 2,50 ha torpaq sahəsi olmaqla cəmi 12,50 ha verilməsi qərara alınmışdır. - İşdə olan, Şəki Rayon Turan Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 4 nömrəli protokolundan çıxarışından görünür ki, X19, İddiaçı, X12, X15, X13 norma üzrə hər birinə 2,50 ha olmaqla 12,50 ha pay torpaq ayrılaraq ölçülüb verilməsi qərara alınmışdır. - İşdə olan, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X38 xx.xx.2020-ci il tarixli **********27 nömrəli imtina məktubundan görünür ki, İddiaçı, X12, X15 və X7 adlarına "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın verilməsi barədə məlumat mövcud deyildir. X39 Hakimiyyəti başçısının Turan qəsəbəsi icra nümayəndəliyinin arayışında ailə başçısı kimi göstərilən X8 adı da ailə başçısı kimi daxil edilməklə 5 nəfərə (X20, X21, X22, X23) DTXK-nın Şəki rayon şöbəsi tərəfindən kod 40401027 JN-261 saylı "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" verilmiş, xx xxxxxx 2005-ci il tarixli 4Ə-453 nömrəli alqı satqı müqaviləsi ilə X1. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı qismən əsaslı hesab edir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1-ci hissəsində deyilir ki, sovxozların (dövlət mülkiyyətində saxlanan müəssisələr istisna olmaqla), kolxozların özəlləşdirilən torpaqları onların daimi istifadəsindəki torpaqlarından bələdiyyənin ehtiyat fonduna ayrılan torpaqlar çıxılmaqla müəyyən edilir. Sovxozların bazasında dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi yaradıldıqda həmin ərazidə özəlləşdirilən torpaqlar yeni müəssisənin istehsal məqsədləri üçün tələb olunan və bələdiyyənin ehtiyat fonduna verilən torpaqlar çıxılmaqla müəyyən edilir. İslahat zamanı bələdiyyənin ehtiyat fonduna sovxoz və kolxozların kənd təsərrüfatına yararlı torpaqlarının 5 faizindən çox olmayan hissəsi, kənd təsərrüfatına az yararlı, yararsız torpaqları bütövlükdə ayrılır. Bələdiyyə ehtiyat fonduna ayrılan kənd təsərrüfatına yararlı torpaqların ölçüsü və yeri yerli islahat komissiyaları ilə birlikdə rayon aqrar islahat komissiyaları tərəfindən sovxozun və kolxozun torpaq ehtiyatlarından, torpaq payı almaq hüquqi olanların sayından və rayon üzrə adambaşına düşən orta torpaq payından asılı olaraq müəyyən edilir. Həmin Qanunun 12-ci maddəsinin 1-ci hissəsinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər. Həmin Qanunun 13-cü maddəsinə görə, torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Həmin Qanunun 14-cü maddəsinin əvvəlki redaksiyasına əsasən, torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların ailələrinə, əlilliyi olan müharibə veteranlarına və Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə əlavə bir torpaq payı verilir. Həmin Qanunun 20-ci maddəsinə görə, torpaq islahatını Azərbaycan Respublikası Dövlət X18, Naxçıvan Muxtar Respublikası X18, rayon və X34 komissiyaları aparır. Aqrar islahat komissiyalarının yaradılması və fəaliyyəti "Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas sayılır. Sadalanan normalardan görünür ki, torpaq islahatı zamanı X18nın qərarı ilə şəxsə verilmiş torpaq sahəsinə həmin şəxsin mülkiyyət hüququ yaranır və o, həmin hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb edə bilər. Lakin bununla yanaşı, cavabdehin xx.xx.2020-ci il tarixli arayışı ilə müəyyən edildi ki, X18nın qərarı ilə bağlı iddiaçının və ailə üzvlərinin faktiki istifadəsinə verilmiş 12,02 ha torpaq sahəsinin 5,13 ha və 1,105 ha (cəmi 6,235 ha) hissəsinə daşınmaz əmlakın dövlət reyestrində başqa mülkiyyətçinin hüquqları qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, belə olan halda, həmin 6,235 ha torpaq sahəsinə iddiaçının və ailə üzvlərinin mülkiyyət hüququnun qeydiyyata alınması hazırda mümkün deyil. Göstərilən 12,02 ha torpaq sahəsinin qalan 5,785 ha hissəsinə isə iddiaçının və ailə üzvlərinin mülkiyyət hüququnun qeydiyyata alınmasına mane olan hal yoxdur. Ona görə də iddia qismən təmin edilməli, 5,785 ha torpaq sahəsinə iddiaçının və ailə üzvlərinin mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Şəki rayon "Turan" taxılçılıq sovxozu Yerli X18nın xx.xx.2001-ci il tarixli qərarı və Şəki Rayon Turan Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 4 nömrəli qərarı ilə ayrılmış 12,50 ha torpaq sahəsinin 5,785 ha hissəsinə İddiaçı, eləcə də X8, X4, X5, X6 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarış verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X26 üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar