Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-523/2023 26.01.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Hüseyin oğlunun cavabdeh Qəbələ DƏDRX-nə qarşı “İsmayıllı şəhəri Xəqani küçəsində yerləşən 50 (əlli) kv olan mağazanın sahəsinin naturada olduğu kimi cavabdehdə qeydiyyata alınması çıxarışın və texniki pasportunun verilməsi öhdəliyinin təmin edilməsi barədə” iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı Hüseyin oğlu cavabdeh Qəbələ DƏDRX-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “İsmayıllı şəhəri Xəqani küçəsində yerləşən 50 (əlli) kv olan mağazanın sahəsinin naturada olduğu kimi cavabdehdə qeydiyyata alınması çıxarışın və texniki pasportunun verilməsi öhdəliyinin təmin edilməsi barədə” qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixli sərəncamda Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi edilərək izah edilmişdir ki, iddia ərizəsində cavabdeh orqan düzgün qeyd edilməyib. Belə ki, cavabdeh orqan Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsi qeyd edilməlidir. Həmçinin, iddia ərizəsinin “xahiş edirəm” hissəsi qeyri-müəyyən formada ifadə olunub, belə ki, mağaza binasının qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edilsə də, qeydə alınması xahiş edilən hüquqla (mülkiyyət, icarə) bağlı hər hansı qeyd göstərilməmişdir. Odur ki, iddiaçının hüquqi marağı sözügedən mağaza binası üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlıdırsa tələbi aydın və konkret şəkildə ifadə edilməlidir. Odur ki, yuxarıda qeyd olunan nöqsanların aradan qaldırılması və dəqiqləşdirilmiş iddia ərizəsinin təqdim edilməsi üçün iddiaçıya 10 gün müddət təyin edilmiş, lakin bununla bağlı hər hansı dəqiqləşdirilmiş iddia ərizəsi məhkəməyə təqdim edilməmiş, yol verilmiş nöqsanı aradan qaldırmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı hazırlıq iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iddiaçı ilə telefon əlaqəsi saxlanılarkən o, bildirmişdir ki, məhkəmə bildirişini, sərəncamını almışdır və məhkəmə iclasının başqa tarixə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclası xx.xx.2023-cü il tarixə təxirə salınmış lakin iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçı tərəfindən cavabdeh orqan düzgün qeyd edilməmiş, eyni zamanda iddia ərizəsinin “xahiş edirəm” hissəsi qeyri-müəyyən formada ifadə olunaraq cavabdeh tərəfindən qeydə alınması xahiş edilən hüquqla (mülkiyyət, icarə) bağlı iddiaçının tələbi aydın göstərilməmişdir. Qeyd olunan nöqsanlar iddia ərizəsinin qeyri-mümkün sayılması üçün əsasdır. Məhkəmə xüsusilə qeyd edir ki, hətta sözügedən nöqsanlar aradan qaldırılsa belə iddia ərizəsi yenə də qeyri-mümkün olacaqdı. Belə ki, cavabdeh orqan tərəfindən təqdim edilmiş iddiaçının ilkin müraciət ərizəsi ilə müəyyən edilmişdir ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl iddiaçının cavabdeh orqana etdiyi müraciəti “50 kv.m ticarət məqsədli torpaq sahəsinin yerinin ona tanıdılması” ilə bağlı olmuşdur. Hazırkı iddia ərizəsində isə iddiaçı “həmin mağazanın sahəsinin naturada olduğu kimi cavabdehdə qeydiyyata alınması çıxarışın və texniki pasportunun verilməsi”ni tələb edir. Göründüyü kimi iddiaçının ilkin müraciət ərizəsindəki tələb, hazırda verilmiş iddia ərizəsində qeyd olunmuş tələbdən tamamilə fərqli olmuş və hazırkı tələblə bağlı inzibati orqanda ümumiyyətlə inzibati araşdırma aparılmamışdır. İnzibati Prossesual Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Lakin, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. İddiaçı Hüseyin oğlunun iddia ərizəsindən görünür ki, onun tələbi öhdəliyin icrası haqqında iddia olsa da, ərizəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 27 və 46-cı maddələrinin tələblərinə cavab vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı Hüseyin oğlunun cavabdeh Qəbələ DƏDRX-nə qarşı “İsmayıllı şəhəri Xəqani küçəsində yerləşən 50 (əlli) kv olan mağazanın sahəsinin naturada olduğu kimi cavabdehdə qeydiyyata alınması çıxarışın və texniki pasportunun verilməsi öhdəliyinin təmin edilməsi barədə” iddia ərizəsi mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-523/2023
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-523/2023
26.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver