Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-526/2022 19.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Musayev Vüqar Ələkbər oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “cavabdehin Zərdab Rayon İcra Hakimiyyəti başçısının 17 mart 2005-ci il tarixli, 15 nömrəli sərəncamı və 17 mart 2005-ci il tarixli, 1 nömrəli icarə müqaviləsi ilə Zərdab rayonunun X1 Birliyinin Zərdab rayonunun Gödəkqobu kəndində yerləşən ərazisindən heyvandarlığın inkişafı məqsədilə 99 il müddətinə kənd təsərrüfatını inkişaf etdirmək şərtilə verilmiş 82 hektar torpaq sahəsinə xüsusi mülkiyyət hüququnun qeydə alınmasından imtinasının qanunsuz hesab edilməsi, 82 hektar torpaq sahəsinin döngə nöqtələri, torpağın sərhədlərinin koordinatları texniki cəhətdən işlənərək mülkiyyət hüququnun qeydiyyatının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və ona reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasi” tələbinə dair işə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin Zərdab Rayon İcra Hakimiyyəti başçısının 17 mart 2005-ci il tarixli, 15 nömrəli sərəncamı və 17 mart 2005-ci il tarixli, 1 nömrəli icarə müqaviləsi ilə Zərdab rayonunun X1 Birliyinin Zərdab rayonunun Gödəkqobu kəndində yerləşən ərazisindən heyvandarlığın inkişafı məqsədilə 99 il müddətinə kənd təsərrüfatını inkişaf etdirmək şərtilə verilmiş 82 hektar torpaq sahəsinə xüsusi mülkiyyət hüququnun qeydə alınmasından imtinasının qanunsuz hesab edilməsi, 82 hektar torpaq sahəsinin döngə nöqtələri, torpağın sərhədlərinin koordinatları texniki cəhətdən işlənərək mülkiyyət hüququnun qeydiyyatının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və ona reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin bundan sonra o, məhkəməyə ərizə göndərərək, mübahisəni məhkəmədən kənar həll etdiyinə görə iddiadan imtina etdiyini bildirmiş, sənədlərin özünə qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə görə, məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.4-cü maddəsinə görə, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddiaçı öz iddiasından imtina etdiyinə görə iş üzrə icraata xitam verilməli, eyni zamanda, izah edilməlidir ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “cavabdehin Zərdab Rayon İcra Hakimiyyəti başçısının 17 mart 2005-ci il tarixli, 15 nömrəli sərəncamı və 17 mart 2005-ci il tarixli, 1 nömrəli icarə müqaviləsi ilə Zərdab rayonunun X1 Birliyinin Zərdab rayonunun Gödəkqobu kəndində yerləşən ərazisindən heyvandarlığın inkişafı məqsədilə 99 il müddətinə kənd təsərrüfatını inkişaf etdirmək şərtilə verilmiş 82 hektar torpaq sahəsinə xüsusi mülkiyyət hüququnun qeydə alınmasından imtinasının qanunsuz hesab edilməsi, 82 hektar torpaq sahəsinin döngə nöqtələri, torpağın sərhədlərinin koordinatları texniki cəhətdən işlənərək mülkiyyət hüququnun qeydiyyatının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və ona reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasi” tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Hakim Vüqar Musayev
Məhkəmə qərarları › İş №2-1(116)-526/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-526/2022
19.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver